Məhkəmə qərarları › İş №2-1(114)-2553/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2553/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2553/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin hərəkətinin qanunsuz sayılması və əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdehin hərəkətinin qanunsuz sayılması və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 17 nömrəli qərarında İddiaçı “Sol baldır sümüklərinin açıq sınığından sonra sol qamış sinirinin posttravmatik nevropatiyası, pəncənin mülayim dərəcədə funksiya pozğunluğu ilə. Hər iki baldır sümüklərinin orta 1/3-nin düzgün bitişməsi” diaqnozlu travmasının səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarından görünür ki, vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı sol aşağı ətrafda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda kəskin atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasına uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona təyin edilən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətinin qanunsuz sayılması və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ müharibəsi iştirakçısıdır. N nömrəli hərbi hissənin tərkibində Laçın və Kəlbəcər rayonlarının ermənilərin hərbi təcavüzündən qorunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma aldığı üçün Azərbaycan Respublikasının Müfadiə Nazirliyinin Hərbi Həkim Komissiyası xx.xx.1995-ci il tarixdə barəsində “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır” rəyi verilmişdir. 1995-ci ilin may ayından ona “qamış sümüyünün baldır səviyyəsində travması, sol qamış sümüyünün posttravmatik neyropatiyasının qalıq əlamətləri” diaqnozu əsasında 3-cü qrup əlillik təyin edilmişdir. Sonrakı tarixlərdə o, dövri olaraq müqayinə və müalicələrdən keçmiş, təyin edilmiş əlilliyin müddəti Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən bir neçə dəfə uzadılmışdır. Ona sonuncu dəfə 0346003AAPPE nömrəli Forma 88 əsasında xx.xx.2021-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifə) yerinə yetirməklə əlaqədar müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. 16 fevral 2023-cü il tarixdə ona 012 *** ** ** telefon nömrəsindən zəng olunaraq əliliyi ilə bağlı avtomobil verilməsi üçün TSEK-ə müraciət etməyi təklif edilmişdir. Burada onun almış olduğu travmaya vizual baxış keçirilmişdir. Əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Sonradan bilmişdir ki, bu “baxış” onun “əlilliyinin yenidən qiymətləndirilməsi” proseduru imiş. Lakin e-sosial portalına daxil olarkən xx.xx.2023-cü ildə təsdiqlənməsi qeyd olunan Forma 88 nömrəsi 0346003AAPPE olan göndəriş əsasında xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində əlilliyinin qanunsuz olaraq ləğv edilməsi ilk dəfə ona məlum olmuşdur. Səbəb kimi faktiki vəziyyətinin tam əksinə olaraq “tam reabilitasiya olunmağı” qeyd edilib. Ona TSEK-də əlilliyinin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı heç bir məlumat verilməmiş, heç bir tibbi prosedur müayinələr həyata keçirilməmiş, onu “əlillər üçün avtomobil verilməsi üçün müraciət etmək “ adı ilə Bakı şəhərinə dəvət edib, bu barədə müraciət ərizəsi də yazdıraraq arxayın salaraq faktiki olaraq onu aldadaraq, barəsində tam qanunsuz inzibati icraat həyata keçirilmişdir. Yuxarıda qeyd edilən faktla bağlı barəsində TSEK-də aparılmış inzibati icraat haqqında məlumat verilməsini və təsdiqedici sənədlərin ünvanına göndərilməklə ona çatdırılması xahişi ilə TSEK-ə məktub göndərmiş olsa da, cavabdeh orqan tərəfindən bu günə qədər heç bir cavab verilməmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

9. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

10. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

12. Məhkəmə mübahisələndirilən qərarın xx.xx.2023-cü il tarixdə qəbul olunsa da, iddiaçıya rəsmi qaydada təqdim olunmamasını, yalnız iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsindən sonra bundan məlumatlı olmasını və iddiaçının xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə iddiaçının yaşadığı yer üzrə baxılır. İddiaçının yaşayış yeri olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı ünvanı nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1995-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif -Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəsi; Diaqnozun mətni: Sol qamış sinirinin travmadan sonrakropatiyası. Sol baldır sümüklərinin tam bitişmiş sınığı. Yeriş funksiyasının zəif pozulması...; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S90 - Aşıq-baldır oynağı və ayaq nahiyəs....; Diaqnozun mətni: Sol qamış sinirinin travmadan sonrakropatiyası. Sol baldır sümüklərinin tam bitişmiş sınığı. Yeriş funksiyasının zəif pozulması..; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G57 - Aşağı ətrafın mononevropatiyaları => G57.8 - Aşağı ətrafın digər mononev; Diaqnozun mətni: Aşağı ətrafın mononevropatiyaları, Sol qamış sinirinin travmadan sonrakı nevropatiyası..; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 1 müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinat əsasında baxılmış və səbəbi Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik və X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G57 - Aşağı ətrafın mononevropatiyaları => G57.8 - Aşağı ətrafın digər mononev; Diaqnozun mətni: Aşağı ətrafın mononevropatiyaları, Sol qamış sinirinin travmadan sonrakı nevropatiyası..; MEYAR: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3.6 səbəbi ilə 5 müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S84 - Baldır səviyyəsində sinirlərin travması => S84.0 - Qamış si.......; Diaqnozun mətni: Qamış sinirinin baldır səviyyəsində travması, Sol qamış sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri. Aşağı ətrafın mononevropatiyaları, Sol aşağı ətrafın, dabanın və barmaqların funksiyasının pozulması.Yeriş funksiyasının pozulması. Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın 2sm gödəkliyi. Baldırın çoxsaylı sınıqları, Sol baldır sümüklərinin orta 1/3-də köhnə bitişmiş sınıqları.; MEYAR: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Şəmkir rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********5). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 17 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldır sümüklərinin açıq sınığından sonra sol qamış sinirinin posttravmatik nevropalivası, pəncənin mülayim dərəcədə funksiya pozğunluğu ilə. Hər iki baldır sümüklərinin orta 1/3-nin düzgün bitişməsi diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi zamanı sol aşağı ətrafda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq toxuma izlənilmiş, aşağı ətraflarda kəskin atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

22. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarının “onun tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə icraatına qəbul edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ambulator və ya stasionar xəstənin xəstəlik tarixindən çıxarışın surəti; - Müayinə olunan şəxs üzrə məlumatın surəti; - Forma 88 arayışının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi TSEK-nın xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarı; - Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 17 nömrəli qərarı ilə iddiaçının travmasının səbəb əlaqəsi Diaqnoz: “Sol baldır sümüklərinin açıq sınığından sonra sol qamış sinirinin posttravmatik nevropatiyası, pəncənin mülayim dərəcədə funksiya pozğunluğu ilə. Hər iki baldır sümüklərinin orta 1/3-nin düzgün bitişməsi. Travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

23. İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir.

24. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinəsi nəticəsində əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin olmaması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir.

25. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir.

26. Hansı ki, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunubolunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır.

27. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir .

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na görə: Bənd 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X5 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bənd 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Bənd 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Bənd 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

30. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri əks olunmuşdur.

34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-1494/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilsin və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar