Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-256/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı torpaq sahəsi üzərində hüquqların bərpa edilərək dövlət qeydiyyatına alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən (indiki ünvan 1sı X7 mülkiyyət hüququnun bərpa edilərək, dövlət reyestrində qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibaati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6611/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyətı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ulu babası olan Molla X6 Sovet hakimiyyəti qurulanadək Gəncə şəhərində tanınmış və var-dövlətli şəxslərdən olub. Onun mülkiyyətində bir çox daşınar və daşınmaz əmlaklar, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən (indiki Gəncə şəhəri, Nizami küçəsi 50) 3,1 ha torpaq sahəsi olmuş, bu fakt X23 19 fevral 2020-ci il tarixli Arxiv arayışı ilə təsdiq edilib. Həmin əmlakın ulu babası tərəfindən satın alınması isə 1888-ci il tarixli, 82 saylı notariat aktın arxiv qovluğundakı sənədlərlə də təsdiq edilir. X13 1920-1922-ci illərdə siyasi əqidəsinə görə Sovet höküməti tərəfindən siyasi repressiyaya məruz qalmış və həmin dövrdə güllələnmişdir. Bu fakt da Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2002-ci il 22 yanvar tarixli, 2-33 saylı qətnaməsi ilə təsdiqlənib. Səbail Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(009)-835 saylı qətnaməsi ilə mərhum X1 onun ulu babası olması, onun isə 1921-ci il tarixdə güllələnərək öldürülməsi faktı tanınıb. Bundan sonra ulu babasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün Gəncə şəhərində yerləşən Notariat Kontoruna müraciət etmiş, notarius iddiaçıdan tələb etdiyi əmlakın babasının mülkiyyətində olması ilə bağlı arayış tələb etmişdir. Həmin arayışın alınması üçün cavabdehə müraciət etsə də, DƏDRXnin 18 fevral 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən torpaq sahəsinin və ümumiyyətlə Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən torpaq sahəsinin babasının mülkiyyətində olması ilə bağlı arxiv məlumatlarında hər hansı sənəd aşkar edilməyib. Göründüyü kimi, siyasi repressiaya məruz qalmış şəxs kimi X28 mülkiyyətində olan torpaq sahələri dövlət tərəfindən özəlləşdirilmişdir. Hal-hazırda vaxtilə onun ulu babasına məxsus olmuş torpaq sahəsinin üzərində əmlak kompleksi inşa edilmişdir. Hesab edir ki, Dövlət Əmlakının Dövlət Reyestri Xidmətinin heç bir arxiv sənədinin olmaması barədə 18 fevral 2021-ci il tarixli cavab məktubu əsassızdır, çünki X23 arxiv arayışına görə Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi rəsmi reyestr sənədləri əsasında X11 məxsus olması qeyd olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki: mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi məsələsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.4-cü bəndinə əsasən Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etməkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tərəfindən verilmiş 18.02.2021-ci il tarixli, **********60 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və onun üzərində inşa edilmiş əmlak kompleksi kimi müəssisə hüquqmüəyyənedici sənədlər əsasında 2010cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcüd arxiv materiallarına əsasən ünvan 3 ünvanda “ünvan 4rskaya küçəsi, 83 olması və həmin ərazinin Molla X2 məxsus olması barədə hər hansı sənəd aşkar olunmamışdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X23 2/307 nömrəli 04.06.2008-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası X23 sənədlərindən Yelizavetpol şəhər notariusu X10 tərtib, təstiq etdiyi, 4 vərəqdən ibarət 6 saylı siyahı üzrə 6 saylı aktlar kitabında 224 saylı resetr qeyydiyatına alınmış işdə saxlanılan rus dilində tərtib edilmiş «Daşınılmaz» əmlakın satın alınmasına dair notariat aktın 16.01. 1888-ci ilə dair layihəsindən məlum olur ki, Gəncə sakini X33 Fəttah (X35 Fattax oqlu) oğlunun Yelizavetpol şəhərinin 1-ci hisəssində İmamlı küçəsində, uzunluğu 102 sajına, eni isə 76 sajına (3, 1 ha) bərabər olan boş torpaq sahəsi olmuşdur. Həmin sahəni o həmşəhərlisi Yelizavetpol sakini X31 Rza (X32 İrza oqlı) oğlundan 250 rubl boş torpaq sahəsini hərracdan satın alınmasını rəsmiləşdirmişdir və daşınmaz əmlakını notarial qaydasında təstiq edilmişdir. Azərbaycan Respublikası X23 İ-67 a/x nömrəli 19.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası X23 sənədləri üzrə Yelizavetpol şəhər notariusu X10 tərtib və təsdiq etdiyi 4 vərəqdən ibarət 6 saylı siyahı üzrə 6 saylı aktlar kitabında 224 saylı reyestr qeydiyyatına alınmış işdə saxlanılır. Rus dilində tərtib edilmiş “Daşınmaz əmlakın satın alınmasına dair” notariat aktın 16 yanvar 1888-ci ilə dair layihəsindən məlum olur ki, Gəncə sakini X4 (əski əlifbada göstərildiyi kimi X8) Yelizavetpol şəhərinin 1-ci hissəsində İmamlı küçəsində, uzunluğu 102 sajına, eni 76 sajına bərabər olan boş torpaq sahəsi olmuşdur. Həmin sahəni o həmşəhərlisi Yelizavetpol şəhər sakini X9 205 rubla (sənəddə olduğu kimi)(sənədin sərlövhəsində akt kitabı №6, reyestr №224- də hərracdan satın alınması 250 rubl göstərilmişdir) boş torpaq sahəsini hərracdan satın alınması rəsmiləşdirilmiş və daşınmaz əmlakını notarial qaydasında təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisi 27.04.2021-ci il tarixli, 225 nömrəli imtina qərarı ilə İddiaçı ünvan 5 ünvanında yerləşən 3.1 ha torpaq sahəsinin onun adına həmin mülkə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi göstərilən əmlakın hüquq müəyyənedici sənədlərinin olmaması səbəbindən imtina edilmişdir. Məhkəmə ilk növbədə cavabdehin hazırki iddiaya cavab verməli olub-olmamasını uyğun yoxlayaraq qeyd edir ki, yuxarıda qeyd olunan «Əsasnamə»nin sözügedən bəndi cavabdehə müsadirə edilmiş dövlət əmlakını keçmiş sahibinə geri qaytarılması hüququ vermir. Belə ki, hazırki mübahisə digər maddi hüquq normalarına əsasən tənzimlənir. «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Siyasi repressiya ilə bağlı bəraət verilməsi haqqında səlahiyyətli orqanların qəbul etdikləri qərar bu Qanun qüvvəyə mindikdən sonra da qüvvədə qalır. Bəraət verilmiş belə şəxslər bu Qanunda nəzərdə tutulmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən bəraət verilmiş şəxslərin siyasi repressiya ilə əlaqədar dövlət mükafatından, elmi dərəcədən, hərbi rütbədən, pensiyadan və başqa hüquqlardan məhrum edilməsi haqqında qərarlar qüvvədən düşmüş sayılır. Bu Qanunun 3-cü maddəsində göstərilən dövrdə Azərbaycan Respublikası ərazisindən sürgün edilmiş şəxslərin Azərbaycan Respublikası ərazisində yenidən məskunlaşması üçün zəruri tədbirlər dövlət tərəfindən görülür. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biridə iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, Fəttahov X12 1920-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının 21 günündə, 281 nömrə ilə qeyd edilərək ölüm səbəbi kimi güllələnərək öldürülməsi göstərilmişdir. Həmçinin Bakı şəhər Nizami Rayon Məhkəməsinin 22.01.2002-ci il tarixli, 2-33 nömrəli qətnaməsi ilə X15, X5 1920-22-ci illərdə siyasi əqidələrinə görə güllələnmələri, X3 isə 1931-1939-cu illərdə həmçinin siyasi əqidəsinə görə həbs olunaraq sürgün edilməsi ilə əlaqədar, onlar barəsində arxiv sənədləri olmadığı üçün, barələrində represiya faktı müəyyənləşdirilmişdir. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən ( indiki ünvan 1sı X7 mülkiyyət hüququnun bərpa edilərək, dövlət reyestrində qeydiyyatına alınması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.3-cü maddəsinəəsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən ( indiki ünvan 1sı X7 mülkiyyət hüququnun bərpa edilərək, dövlət reyestrində qeydiyyatına alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-256/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-256/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver