Məhkəmə qərarları › İş №2-1(114)-2561/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2561/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2561/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın əvvəlki dövr üzrə ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip insulindən asılı ağır forma. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polinevropatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-Diabetik retinopatiya. VOU=0,4 k/etmir (onda dörd)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2022-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışına əsasən İddiaçı “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip. Ağır forma. Dekompensasiya ilə insulinə tələbli. Diabetik proliferativ retinopatiya. Tor qişanın qopmasının digər formaları. Artifakiya. VİSOD=0,06 K/etmir VİSOS-0,3 K/etmir” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

4. Daha sonra MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2024cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyansının ödənişi həmin tarixdən 363,86 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir.

5. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış fərq məbləği cari ilin sentyabr və oktyabr aylarında pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir.

6. İddiaçı əvvəlki dövr üçün əlillik pensiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-286769/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixində əlilliyinin müddətinin bitməsi ilə əlaqədar olaraq pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Bu səbəbdən də əmək pensiyasının ödənişi Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 363,86 manat olmaqla bərpa edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış məbləğ cari ilin sentyabr və oktyabr aylarında pensiyanızın üzərinə əlavə edilməklə ödənilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Müraciətinə cavab olaraq bir daha bildirilir ki, əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (2 il 3 ay 12 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1969-cu il təvəllüdlüdür, ailəlidir, 3 (üç) uşaq anasıdır. Həyat yoldaşı X1 və Qarabağ müharibəsi veteranıdır. O, bu xidmətlərinə görə 4 (dörd) medalla təltif edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xx.xx.2017-ci ildə ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik müddəti 5 il müddətində, yəni xx.xx.2022-il tarixədək müəyyən edilmişdir. Həmin müddət başa çatandan sonra 2-ci qrup əlilliklə bağlı ona verilmiş pensiya dayandırılmışdır. Bununla bağlı, yəni əlilliyinin bərpa edilməsi üçün aidiyyəti qurumlara müraciət edilmiş, onun təkrar müayinə olunmağı üçün göndəriş verilmiş, həmin göndəriş əsasında müayinələrdən keçmiş, ancaq uzun müddət əlilliyi bərpa edilməmiş, ona olan haqsızlığa və ədalətsizliyə görə maddi durumu və səhhəti ağırlaşmışdır. Onun uzun sürən müraciətlərindən sonra, xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyi əsasında 3-cü dərəcəli əlillik müəyyən edilərək diaqnoz qoyulmuş "İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 2-ci tip, ağır forma dekompensasiya ilə insulinə tələbi, diabetik proliferativ retinoparatiya, tor qişanın qopmasının digər formalari, artifakiya, visod=0,06 k/etmir VİSOS=0,3 k/etmir." Göründüyü kimi ona olan haqsızlıq davam etmiş, əliliyi 2-ci qrupdan 3-cü qrupa endirilmiş, hətta xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyası ödənilməmişdir. 2-ci dəfə əliliyinin təyin edilməsinin gecikdirilməsi onun təqsiri ucbatından olmamış, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının günahı ucbatından olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Qarabağ regional DOST Mərkəzinə tərəfimdən ərizə ilə müraciət edilmiş, müraciətimə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, xx.xx.2024-cü il tarixli 3-17-1/2-ə-286769/2024 №oli məktubla ərizəsi cavablandırılmış, həmin məktubda göstərilir ki, "Əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (2 il 3 ay 12 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Göründüyü kimi, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktor müavini Anar Mirzəyevin imzası ilə ona göndərilmiş imtina məktubunda qanunu səhv təvsir etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin dayandırılmasına səbəb olmuş halın sona çatdığı gündən müddətin axımı davam edir. Yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək o, həkim komissiyalarının göndərişlərinə əsasən müayinələrdə olmuş, aidiyyəti qurumlara şikayət etmiş, qəbullarda olmuş, nəhayət xx.xx.2024-cü il tarixdə 3-cü qrup əlillik müəyyən edilmişdir. Deməli xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddia müddətinin axımı davam etmiş,xx.xx.2024-cü il tarixdə ona 3-cü qrup əlillik təyin edilməklə iddia müddətinin axımı dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia axımı müddətini xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2024-cü il taridən hesablanmalı olduğu halda bunu etməmiş, 6 (altı) ay müddətin keçirməsini qeyd etməklə ərizəmin təmin edilməsindən imtina etməklə səhv nəticəyə gəlmişdir. Deməli xx.xx.2024-cü il tarixdən bu günə kimi 4 ay keçmiş, yəni 6 ay olan iddia müddəti keçməmiş, xx.xx.2025-ci il tarixədək vaxt vardır. Beləliklə iddia müddəti keçməmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. xx.xx.2022-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 3.1-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İl dərəcə məhdudlaşması halında - 61-80 faiz; > 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin(TSERA) tibbi-sosial ekpert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş gərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası - sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədartəyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı (TSERA) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022- ci il tarixində onun əlilliyinin müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixindən İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu səbəbdən də əmək iddiaçının pensiya ödənişi Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 363,86 manat olmaqla bərpa edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış məbləğ cari ilin sentyabr və oktyabr aylarında İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Bildirilir ki, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (2 il 3 ay 12 gün) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 286769/2024 nömrəli məktub qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etirazda qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışı; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-286769/2024 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip insulindən asılı ağır forma. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polinevropatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə), OU-Diabetik retinopatiya. VOU=0,4 k/etmir (onda dörd)” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən əlillik müddətinin xx.xx.2022-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında xx.xx.2024-cü il tarixli ********** nömrəli arayışına əsasən İddiaçı “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip. Ağır forma. Dekompensasiya ilə insulinə tələbli. Diabetik proliferativ retinopatiya. Tor qişanın qopmasının digər formaları. Artifakiya. VİSOD=0,06 K/etmir VİSOS-0,3 K/etmir” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyansının ödənişi həmin tarixdən 363,86 manat məbləğində (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla bərpa edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış fərq məbləği cari ilin sentyabr və oktyabr aylarında pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir.

24. İddiaçı əvvəlki dövr üçün əlillik pensiyasının ödənilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-286769/2024 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixində əlilliyinin müddətinin bitməsi ilə əlaqədar olaraq pensiyasının ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Bu səbəbdən də əmək pensiyasının ödənişi Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 363,86 manat olmaqla bərpa edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış məbləğ cari ilin sentyabr və oktyabr aylarında pensiyanızın üzərinə əlavə edilməklə ödənilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Müraciətinə cavab olaraq bir daha bildirilir ki, əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (2 il 3 ay 12 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

25. Hazırda iddiaçının hüquqi marağı əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixindən əlilliyinin təyin edildiyi xx.xx.2024-cü il tarixinə kimi dövr üzrə əlilliyə görə pensiyanın ona ödənilməsindən ibarətdir.

26. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.

27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

29. Göründüyü kimi, hazırkı mübahisə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin tətbiqi ilə bağlıdır.

30. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə, şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda ödəməni həyata keçirən orqan təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdır.

31. Bununla yanaşı, əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda ödəməni həyata keçirən orqanın vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxs isə - hazırkı halda iddiaçı özünün pozulmuş hüququnu (məsələn, vaxtında müraciət etsə də, qərar ondan asılı olmayan səbəblərdən 6 aydan sonra qəbul edildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair müvafiq (əlillik təyinatı aparan) orqana qarşı tələb irəli sürməlidir. Əlillik təyinatı tarixi dəyişdirildikdən sonra müvafiq ödəmələr aparılmalıdır.

32. Beləliklə, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəmə aparan orqana – hazırkı halda cavabdehə qarşı qaldırılmış iddia əsaslı hesab edilə bilməz.

33. Yekun olaraq, İddiaçı əlillik müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində təyin olunduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək pensiyasının ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.

34. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

35. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar