Məhkəmə qərarları › İş №2-1(114)-2563/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2563/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2563/2023 19.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Elektrik qaynaqçısı” kursunu oxumuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X5 idarəsi “Az.NHT” Trestində əl qaynağı ilə elektrik qaynaqçısı, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 3 saylı metal istehsalı sahəsində 3-cü kateqoriyalı elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Kirovabad Kolışley SMK-da, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kirovabad Alüminium zavodunda işləmişdir.

3. Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli 514(337)/4 nömrəli arxiv arayışında göstərilir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə şəhəri “Sənətə Sadiqlər” Xidmət müəssisəsində çilingər işləmişdir. Həmin müəssisənin fəhlə və qulluqçuların əmək haqqı cədvəllərinə əsasən İddiaçı 2002-ci ilin 9 ayı, 2003-cü ilin 7 ayı, 2004-cü ilin 12 ayı, 2005-ci ilin 11 ayı əmək haqqı almışdır. Müəssisənin 2006-cı il üzrə əmək haqqı cədvəlləri yoxlanılmış və İddiaçı adı aşkar olunmamışdır.

4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 10 saylı arayışında göstərilir ki, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində aşağıdakı vəzifələrdə işləmişdir: - xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (Siyahı № 2, bölmə İX, yarımbölmə 9a-Gil-torpaq istehsalatı, 2091100a-11858, Dozalaşdırıcılar); - xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (Siyahı № 1, bölmə İİ, yarımbölmə 2a-Bişirmə-velsləmə, 1070200a-15157, Kürəçilər); - xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (Siyahı № 2, bölmə İX, yarımbölmə 9a-Gil-torpaq istehsalatı, 2091100a-10187, Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar); - xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (Siyahı № 1, bölmə İİ, yarımbölmə 2a-Bişirmə-velsləmə, 1070200a-15157, Kürəçilər).

5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-3/2-0030/2023 saylı güzəştli arayışında göstərilir ki, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” X7-Torpaq sexi dozalaşdırıcı, aparatçı hidrometallurq, Metallurgiya İstehsalatı (əlvan metallar) – kürəçipeşələrində xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilədək işləmişdir. Dozalaşdırıcı peşəsi Siyahının Bölmə 9, yarımbölmə 9a (2091100a-11858) koduna, kürəçi peşəsi Siyahının Bölmə 7, yarımbölmə 7a (1070200a-15157) koduna, aparatçı hidrometallurq Siyahının Bölmə 9, yarımbölmə 9a (2091100a-10187) koduna uyğundur.

6. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmışdır.

7. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli e-2-42-455 nömrəli qəbzindən görünür ki, İddiaçı Kəpəz r. DSMF-yə 18,90 manat məbləğində ödəniş edilmişdir.

8. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2- /H-65834/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, onun ümumi iş stajı 25 ildən az (22 il 7 gün (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2002-ci il üzrə 9 ay, 2003-cü il üzrə 7 ay, 2004-cü il üzrə 12 ay, 2005-ci il üzrə 11 ay və 2017-2020-ci illər üzrə 1 il 6 ay)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19662,76 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-151347/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-170516/2023 nömrəli cavab məktublarında göstərilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlanıldığı üçün 1995-2001-ci illər üzrə İddiaçı hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi mümkün deyildir. Sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə sığortaolunan İddiaçı **********059 saylı fərdi şəxsi hesabında xx.xx.2017-ci il tarixdən hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilir. MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə sığortaolunan İddiaçı müraciətdə qeyd edilən digər dövrlər üzrə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeyd olunmamışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək heç bir məlumat aşkar olunmamışdır.

10. Həmin məktuba əlavə edilmiş Sığortaolunanın hesabından çıxarışdan görünür ki, İddiaçı tərəfindən 2017-ci ilin mart, iyul, avqust ayları, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2020-ci ilin yanvar, avqust, sentyabr ayları üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının 55 yaşından təyin edilməsi və ödənilməyən pensiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1995-ci illərdə dövlət müəssisələrində müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrdə fəxri fərmanlarla təltif olunmuşdur. xx.xx.1982-xx.xx.1995-ci illərdə (12 il 11 ay) Gəncə Alüminium zavodunda zərərli peşələrdə işləmişdir. İşlədiyi peşələrin zərərli olması ARNK 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarında qeyd olunan güzəştli şərtlərlə düşən peşələrin 1 və 2 saylı pensiyasında qeyd olunub. xx.xx.1978-xx.xx.1980-ci illərdə 2 il SSRİ-nin ordu sıralarında qulluq etmişdir. 1995-ci ilin oktyabr ayından 2001-ci ilin dekabr ayınadək fərdi əmək fəaliyyətlə məşğul olmuş (VÖEN:2********) və vergiləri mütəmadi olaraq ödəmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsindən ona bildirmişlər ki, 2006-cı ilə qədər vergi ödəyicilər barədə məlumatlar ləğv edildiyindən fəaliyyəti ilə əlaqədar məlumat vermək mümkün deyil. Vergi ödəyicisi olması faktı mədaxil qəbz kötüyü ilə təstiq olunur. xx.xx.2002-xx.xx.2006-cı ilə kimi Gəncə şəhəri “Sənətə sadiqlər” xidmət müəssisəsində işləmişdir. 2019-cı ildən bu günə kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Beləliklə onun ümumi iş stajı 34 ildir, ondan 12 il 11 ayı zərərli peşələrdə işləmişdir. O, güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı (bundam sonra Mərkəzi filialı adlanacaq). Mərkəzi filial xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, müvafiq sənədlər təqdim etməlidir. Məktubda qeyd olunan sənədləri təqdim edəndən sonra Mərkəzi filial xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi ondan ibarətdir ki, guya onun iş stajı 34 il deyil, cəmi 22 il 7 gündür.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. 07.06.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

25. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

26. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan imtina məktubuna əsasən iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (22 il 7 gün (xx.xx.1978xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2002-ci il üzrə 9 ay, 2003-cü il üzrə 7 ay, 2004-cü il üzrə 12 ay, 2005-ci il üzrə 11 ay və 2017-2020-ci illər üzrə 1 il 6 ay)) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19662,76 manat təşkil edir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur və pensiya yaşına çatdığını iddia etdiyi dövr, yəni 55 yaşının tamam olduğu tarix xx.xx.2015-ci il tarixə təsadüf edir. İddiaçı Ç.X6 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti daxil olmamışdır. İddiaçı öz ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, konkret olaraq hansı yaşdan istədiyini qeyd etməmişdir. Bu xüsusatdan aydın olur ki, iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmamışdır. Qeyd edilən xüsusatlardan da aydın olur ki, iddiaçı indiki halda da 55 yaşdan pensiya tələb etməyə haqlı deyil. Çünki iddiaçının 55 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə əvvəlki qanunvericiliyə münasibətdə kişilər üçün nəzərdə tutulmuş yaş həddi 1 nömrəli siyahı üzrə 52, 2 nömrəli siyahı üzrə isə 57 olmuşdur. Digər bir məsələ, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən ümumi sığorta stajı ilə bağlıdır. Belə ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 22 il 7 gün ümumi sığorta stajı hesablanmış və bunun nəticəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının mübahisəli və mübahisələndirilməyən sığorta stajı aşağıda göstərilmişdir: Mübahisələndirilməyən dövrlər - xx.xx.1978-xx.xx.1978-ci il (9 ay 4 gün), xx.xx.1978xx.xx.1980-ci il (2 il 26 gün), xx.xx.1981-xx.xx.1981-ci il (7 ay 24 gün), xx.xx.1981xx.xx.1982-ci il (2 ay 27 gün), xx.xx.1982-xx.xx.1982-ci il (7 ay 19 gün), xx.xx.1982xx.xx.1995-ci il (12 il 10 ay 26 gün), 2002-ci il üzrə 9 ay, 2003-cü il üzrə 7 ay, 2004-cü il üzrə 12 ay, 2005-ci il üzrə 11 ay və 2017-2020-ci illər üzrə 1 il 6 ay. Mübahisələndirilən dövrlər: xx.xx.1977-xx.xx.1978 - 5 ay Həmçinin, iddiaçı davamlı olaraq məcburi dövlət sosial sığorta haqlarının ödədiyini qeyd etsə də, X1 Sistemdə iddiaçının adına xx.xx.2006cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqları ödənilən bütün dövrlər sığorta stajına daxil edilmişdir. Qeyd edilənlərin hər birini nəzərə aldıqda, iddiaçının ümumi sığorta stajının qanunvericiliklə müəyyən edilmiş 25 ilin tamamlanmadığı aydın olur. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı ümumi iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən) aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletin surəti; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surəti; - Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli 514(337)4 nömrəli arxiv arayışı; - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 10 nömrəli arayışı; - xx.xx.2016-cı il tarixli e-2-42-455 nömrəli ödəniş qəbzi; - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - İddiaçının pensiya işi üzrə icraat materialları; - Sığortaolunanın hesabı; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 15 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

30. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

31. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.

33. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və xx.xx.2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

34. Xüsusi iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, əvvəla, iddiaçının işlədiyi müəssisənin verdiyi güzəştli arayışlarla onun xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (12 il 11 ay 26 gün) yuxarıda adıçəkilən Siyahının müvafiq bəndlərində nəzərdə tutulmuş peşə kodlarına uyğun gələn güzəştli peşələrdə işləməsi təsdiq olunur.

35. Cavabdeh orqan da iddiaçının xüsusi stajını mübahisələndirməmiş, nə imtina məktubunda, nə yazılı etirazda həmin hala dair mübahisə açmamışdır.

36. Cavabdehin imtinasının əsaslarını iddiaçının ümumi stajının 25 ildən az olması halı təşkil edir.

37. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərtin ödənilmədiyi müəyyən edilir.

38. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun fəaliyyəti aşağıdakıları əhatə edir: - xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (9 ay 4 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (7 ay 23 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 ay 29 gün); - xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (7 ay 19 gün); - xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (12 il 10 ay 26 gün).

39. Həmin dövrlər (15 il 2 ay 11 gün) cavabdeh orqan tərəfindən mübahisəsiz olaraq iddiaçının pensiya hüququ verən sosial sığorta stajı kimi nəzərə alınmışdır.

40. Cavabdeh tərəfindən yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (5 ay) “Elektrik qaynaqçısı” kursunu oxuduğu müddət onun sosial sığorta stajına daxil edilməmişdir ki, məhkəmə həmin hissədə cavabdeh orqanın hərəkətlərini qanuni sayır.

41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən.

42. Göründüyü kimi, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək “Elektrik qaynaqçısı” kimi tədris alması barədə qeyd olsa da, bu barədə qeyd təhsil müəssisəsi tərəfindən təsdiq edilməmiş və buna dair hər hansı təsdiqedici sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Ona görə də, cavabdeh orqan həmin müddəti (5 ay) nəzərə almamaqda haqlı olmuşdur.

43. İddiaçının hərbi xidmətdə olduğu dövr - xx.xx.1978-xx.xx.1980-ci illər (2 il 26 gün) də cavabdeh tərəfindən mübahisəsiz onun sosial stajına daxil edilmşdir.

44. Bundan başqa, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli 514(337)/4 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 il 9 ay 1 gün) Gəncə şəhəri “Sənətə Sadiqlər” Xidmət müəssisəsində çilingər işləmişdir. Həmin arayışda həmçinin qeyd edilmişdir ki, müəssisənin fəhlə və qulluqçuların əmək haqqı cədvəllərinə əsasən İddiaçı 2002-ci ilin 9 ayı, 2003-cü ilin 7 ayı, 2004-cü ilin 12 ayı, 2005-ci ilin 11 ayı əmək haqqı almışdır. Müəssisənin 2006-cı il üzrə əmək haqqı cədvəlləri yoxlanılmış və İddiaçı adı aşkar olunmamışdır.

45. Cavabdeh inzibati orqan iddiaçının “Sənətə Sadiqlər” Xidmət müəssisəsində əmək haqqı aldığı dövrü - 2002-ci ilin 9 ayı, 2003-cü ilin 7 ayı, 2004-cü ilin 12 ayı, 2005-ci ilin 11 ayını onun sosial sığorta stajı kimi nəzərə almış, əmək haqqı almadığı dövrü isə stajına daxil etməmişdir.

46. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qismən əsaslı sayır.

47. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

48. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

50. Göründüyü kimi, istinad olunan Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən, kitabça olmadığı halda isə arxiv müəssisələri tərəfindən verilən sənədlər əsasında müəyyən edildiyini təsbit etmişdir.

51. İddiaçı da xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 il 9 ay 1 gün) Gəncə şəhəri “Sənətə Sadiqlər” Xidmət müəssisəsində işləməsinə dair Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2021-ci il tarixli 514(337)/4 nömrəli arxiv arayışını təqdim etmişdir.

52. Odur ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (3 il 11 ay) işlədiyi müddətdə yalnız əmək haqqı aldığı dövrün nəzərə alınmasında cavabdeh haqlı olmamışdır.

53. Yalnız xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə şəxsin sosial sığorta stajı fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyindən və iddiaçının fərdi uçot məlumatlarında məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumat olmadığından cavabdehin həmin dövrlə bağlı mövqeyi əsaslı olmuşdur.

54. Bundan başqa, iddiaçı Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** nömrəli qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qeydə alınmışdır. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli e-2-42-455 nömrəli qəbzində isə İddiaçı tərəfindən Kəpəz r. DSMF-yə 18,90 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir.

55. Bu istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılması üçün İddiaçı tərəfindən 1995-2001-ci illər ərzində Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə, eyni zamanda xx.xx.2016-cı il tarixdən sonrakı dövrlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu verilmiş və Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-151347/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17- 1/2-170516/2023 nömrəli cavab məktublarında göstərilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlanıldığı üçün 1995-2001-ci illər üzrə İddiaçı hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi mümkün deyildir. Sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə sığortaolunan İddiaçı **********059 saylı fərdi şəxsi hesabında xx.xx.2017-ci il tarixdən hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilir. MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə sığortaolunan İddiaçı müraciətdə qeyd edilən digər dövrlər üzrə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeyd olunmamışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək heç bir məlumat aşkar olunmamışdır.

56. Həmin məktuba əlavə edilmiş Sığortaolunanın hesabından çıxarışdan görünür ki, İddiaçı tərəfindən 2017-ci ilin mart, iyul, avqust ayları, 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2020-ci ilin yanvar, avqust, sentyabr ayları üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.

57. Göründüyü kimi, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə qeyd edilmiş fərdi uçot məlumatlarına əsasən onun tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə cəni 18 ay məcburi dövlət sosial sığorta haqları ödənilməsi müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə heç bir məlumat aşkar olunmamışdır.

58. Bununla da müəyyən olunur ki, iddiaçının ümumi sığorta stajı cəmi 22 il 9 ay 7 gün (15 il 2 ay 11 gün+2 il 26 gün+3 il 11 ay) təşkil edir ki, bu tələb olunan 25 ildən azdır

59. Hazırkı iş üzrə həmçinin, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı şərt də ödənilmir.

60. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu dövrdə (xx.xx.2020-ci il tarixdə) “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə təsbit olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya görə).

61. 2020-ci il üçün tələb olunan pensiya kapitalının 24768 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində hesablanmış pensiya kapitalının 19662,76 manat təşkil etdiyi müəyyən edilmişdir.

62. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 25 il ümumi sığorta stajı və tələb olunan pensiya sığorta kapitalı ilə bağlı tələblər ödənilmədiyinə görə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

63. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il ümumi sosial sığorta stajı tələbini ödəmədiyinə görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur.

64. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

65. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar