Məhkəmə qərarları › İş №2-1(114)-2563/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2563/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2563/2025 12.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-5-3/2-0165/2024 saylı Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Gil -Torpaq sexi anaratçı hidrometallurq peşədində (iş yerinin, peşənin adı) (peşəyə təyin edilmə və azad edilmə əmrlərinin ( sərəncamlarının ) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək ) stajı xx.xx.2000 dan -xx.xx.2009 dək. Əmr №406 xx.xx.2000, Əmr№ 57 xx.xx.2006, Əmr № 110 xx.xx.2014 (gün,ay,il) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri Avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda,dekomnozerİərdə, süzülmə ,nulna hazırlanması kaustifikatorlarda məşğul olanlar - anaratçı hidromctalluqr peşəsindən (peşə üzrə işin xüsusiyyətləri) ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9 , varımbölmə 9a bəndinə anaratçı - hidrometallurq peşəsi (2091100a- 10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının bölmə 7, varımbölmə 29a bəndinə anaratçı hidrometallurq peşəsi peşə koduna uyğundur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 50 saylı Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) – məmulatların sobalardan götürücüqoyucuları (vaqonotçik) vəzifəsində, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 1 il 6 ay təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 15.3.3-cü bəndinə/(yarımbəndinə) uyğundur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.Ödənişsiz məzuniyyət dövrü əmək stajına daxil edilmir. İddiaçının (bundan sonra – İddiaçı) cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-291425/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində xx.xx.2009xx.xx.2014-cü il tarixləri üzrə sığorta ödənişləri "xxxx" ASC tərəfindən ödənilmədiyi müəyyən olunub. Buna görə də, yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun güzəştli iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 8 ay 22 gün (xx.xx.2000-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ümumi 25 il sosial sığorta stajı, həmin stajın 12,5 il güzəştli peşə hesab edilən işdə işlədiyi vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1949-cu il tarixdə ünvan 1 ünvanında yaşayır. O, xx.xx.2012-ci il tarixdə 63 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası alır. Onun hesablamalarına görə 2011-ci ilə kimi onun güzəştli peşə hesab edilən işdə işlədiyi iş stajı 12 il, 6 aydan çox, ümumi iş stajı isə 25 ildən artıq olduğuna görə 2011-ci ilə kimi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalı idi. Lakin 2011-ci ilə kimi onun güzəştli iş stajı nəzərə alınmamış, yalnız 2012-ci ilin fevral ayının 28də 63 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.1961-ci il tarixdə X1 yığma sexinə fəhlə işinə qəbul olunub, xx.xx.1968-ci ildə işdən azad olmunmuşdur. (2 il, 7 ay, 19 gün). xx.xx.1968-ci ildə həqiqi hərbi xidmətə qedib, xx.xx.1970-ci ildə ordudan təxris olunmuş, (2 il, 14 gün). xx.xx.1970-ci ildə X1 güzəştli peşə hesab edilən 2-ci dərəcəli usta işinə qəbul olunub, xx.xx.1972-ci ildə işdən azad olunmuşam (1 il, 7 ay, 17 gün), xx.xx.1972-ci ildə Gəncə şəhərində 6 nömrəli maqazinə satıcı qəbul olunub, xx.xx.1973-cü ildə işdən azad olunmuş, (1 il, 5 gün) xx.xx.1973-cü ildə Gəncə şəhəri 45 nömrəli maqazinə satıcı qəbul olunub, xx.xx.1973-cü ildə işdən azad olunmuşdur. (1 ay, 13 gün). xx.xx.1973-cü ildə ORS-un 4 nömrəli maqazininə satıcı qəbul oluub, xx.xx.1974-cü ildə işdən azad olunmuş, ( 2 ay, 7 gün). xx.xx.1974-cü ildə X3 güzəştli peşə hesab edilən farfor sexinə fəhlə işinə qəbul olunub, xx.xx.1975-ci ildə işdən azad olunmuş, (1 il 5 ay 23 gün). xx.xx.1975-ci ildə ticarət kombinatına mal qəbuletmə şöbəsinə mal ölcücü işinə qəbul olunub, xx.xx.1975-ci ildən azad olunmuşdur. xx.xx.1976cı ildə usta sınağı üzrə şagird kimi qəbul olunmuş, xx.xx.1979-cu ildə, işdən azad olunmuşdur. xx.xx.1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna təsərrüfat müdiri işinə qəbul olunub, xx.xx.1992-ci ildə işdən azad olunmuş, xx.xx.2000-ci ildə X5 birliyinin 2 nömrəli gil-torpaq buxarılma sahəsinə 4-cü dərəcəli aparatcı-hidrometallurq işinə qəbul olunub, xx.xx.2006-cı ildə həmin birliyin 2 saylı gil-torpaq sexində aparcı hidrometallurq peşəsinə dəyişdirib xx.xx.2014-cü ildə işdən azad olunmuşdur. Hansı ki, həmin peşə ağır peşə olmaqla güzştli iş stajına hesablanmalıdır. Onun 57 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 57 yaşı tamam olmuş, 12 il 06 ay güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. 2012-ci ilin fevral ayımn 28-dən, 63 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası almağına baxmayaraq, onun 2011-ci ilə kimi 25 ildən artıq ümumi, onun da 12, 5 ilini güzəştli peşə hesab edilən işdə işlədiyinə görə ona 2011-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməli və pensiyası yenidən hesablanmalıdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Z.X2 müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Mərkəzi Filialda baxılmış və Mərkəzi Filialın müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-291425/2/2024 nömrəli məktubda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində xx.xx.2009-xx.xx.2014-cü il tarixləri üzrə sığorta ödənişləri "Azərbaycan Alüminiumu’ ASC tərəfindən ödənilmədiyi müəyyən olunub.İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.Ödənişsiz məzuniyyət dövrü əmək stajına daxil edilmir və əməkhaqqı ödənişi həyata keçirilmir. Buna görə də, yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları İddiaçı güzəştli iş stajına daxil etmək mümkün hesab edilməmişdir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 8 ay 22 gün (xx.xx.2000-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il və xx.xx.2014-xx.xx.2014cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun 1 may 2009-cu il tarixdən 30 iyun 2014-cü il tarixədək Azərbaycan Azəraliminium ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək pensiya hüququnun yarandığı tarixdən 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 291425/2024 imtinası, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-5-3/2-0165/2024 saylı Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 50 saylı Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının hazırki tələbi onun 1 may 2009-cu il tarixdən 30 iyun 2014-cü il tarixədək Azərbaycan Azəraliminium ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək pensiya hüququnun yarandığı tarixdən 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir.Cavabdeh orqan 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində xx.xx.2009-xx.xx.2014-cü il tarixləri üzrə sığorta ödənişləri "xxxx" ASC tərəfindən ödənilmədiyi müəyyən olunub. Buna görə də, yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları onun güzəştli iş stajına daxil etmək mümkün olmadığından. Bu səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 8 ay 22 gün (xx.xx.2000-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2009-cu il və xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil etməsinə istinad edərək imtina cavabı vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyasıhüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabınsığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iliyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortahaqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeydolunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dəkkeçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim(illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 21-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Maddə 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmişyaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə,təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunuüzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinəbaşladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi(alternativ)xidmətvəMüdafiəNazirliyindəqeydiyyatdankeçmişözünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılıolmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti;ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsləkadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluqedilməsi müddəti;e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşınaçatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştiraketdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət;j)iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti;z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcədə peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət;i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuarvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildiklərivaxt;g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən(vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət.İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g"bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajınadaxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələriüzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci- yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 71. Pensiyaların əmək haqqına görə hesablanması Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edəninorta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır.Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciətetdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır:işə qəbul olunduğu və işdən azad edildiyi natamam aylar; növbətiməzuniyyətlərə,ocümlədəntamolmayan,eləcədəödənişsizməzuniyyətlərə təsadüf edən aylar;əlil olduğu müddət və ya sağlamlığına zərər dəyməsi ilə əlaqədar zərərin ödənilməsimüddəti;uşağa qulluq üçün məzuniyyətdə olma müddəti; İ qrup əlilə, 16 yaşına qədər əlil uşağa və 70 yaşına çatmış qocalara qulluqmüddəti;[59]ali, orta ixtisas, texniki peşə məktəblərində, kadrlar hazırlayan kurslarda, ixtisasartırmavə yenidən ixtisaskeçmə kursların-da, aspiranturada, doktoranturada, klinik ordinaturada əyani təhsil müddəti;müddətli hərbi və ya alternativ xidmət müddəti; əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət alma müddəti; işsizlik müavinəti alma müddəti və ya işsizin yenidən peşə hazırlığı və təhsil müddəti. Bu halda pensiyaçının arzusu ilə çıxılmış aylar göstərilmiş 24 və 60 aylıq müddətdən əvvəlki və ya sonra gələn aylarla əvəz edilir. Pensiyaların məbləğləri və onlara əlavə hesablanarkən onların qəpik hissəsi manata qədər yuvarlaqlaşdırılır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsiüzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər (4, 6). Azərbaycan Respublikasının Əmək Məcəlləsi (1 sentyabr 2000-ci il)Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişliəsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;.. Maddə 54. Əmək şəraitinin təmin edilməsi İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakıəmək şəraitini təmin etməlidir:... bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadəolunmasını;... Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar 1. İşəgötürən tərəfindən: ... məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyimüddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları 1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və buMəcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilərüçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosialməsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri 1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərinxahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdənəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan RespublikasınınQanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra "xxxx" sözləri əlavə edilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemindəmövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 4. Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəməqərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə 5. Bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçı 1 may 2009-cu il tarixdən 30 iyun 2014-cü il tarixədək Azərbaycan Azəraliminium ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək pensiya hüququnun yarandığı tarixdən 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etsə də, "xxxx" ASC-nin Gəncə “Giltorpaq” İstehsalat sahəsi üzrə 69-K əmr ilə iki aylıq müddətinə ödənişsiz məzuniyyətdə,135-K nömrəli əmr ilə iki aylıq müddətinə ödənişsiz məzuniyyətdə,100-K nömrəli əmrlə qırx iki təqvim müddətində ödənişsiz məzuniyyətdə olduğu, eyni zamanda "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə də iddiaçı 2009-cu il tarixdən 2014-cü il tarixədək müxtəlif dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar