Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2569/2025 24.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmrinin ləğvi, işə bərpa və məcburi iş buraxılması dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh komandirinin N iyul N4-cü il tarixli 404№li əmrin surətinə əsasən N nömrəli hərbi hissənin mühəndis xidməti rəisinin köməkçisi (N nömrəli hərbi hissənin sabiq mühəndis-istehkam bölüyünün komandiri) kapitan X6 işğaldan azad olunmuş ərazilərdə qarətçilik fəaliyyətləri ilə məşğul olması barədə dövlət orqanlarından daxil olan 30 yanvar N4-cü il tarixli, 3/N/145 nömrəli rəsmi məlumat əsasında aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 19-N0 sentyabr N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş Xocalı rayonun Təzəbinə kəndində yerləşən düşmənə məxsus radiolokasiya mövqeyi N9 oktyabr N3-cü il tarixdə N nömrəli hərbi hissənin nümayəndələri tərəfindən N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsi (Q3) rəisinin radiasiya, kimyəvi və bioloji mühafizə üzrə köməkçisi mayor X13 təhvil verilmiş və həmin gündən N nömrəli hərbi hissənin artilleriya divizionun şəxsi heyətindən ayrılmış qruplar tərəfindən mühafizəsi təşkil olunmuşdur. N9 oktyabr N3-cü il tarixdə mayor N.A.Tağıyev mühafizənin təşkili ilə əlaqədar xidmətə cəlb edilmiş heyəti təlimatlandırarkən onlara həmin ərazidə bir yerə toplanmış 400-500 baş xırda buynuzlu heyvanları da mühafizə etməyi və gündə iki dəfə ərazidə otarmalarnı tapşımış, 31 oktyabr N3-cü il tarixdən isə N nömrəli hərbi hissənin sabiq mühəndis-istehkam bölüyün komandiri kapitan X9 tabeliyində xidmət edən MAHHXHQ baş çavuş İddiaçı lmamverdi oğlu. MAHHXHQ kiçik çavuş X14 və qanunsuz olaraq bu işlərə cəlb edilmiş 4-5 nəfər müddətli əsgərlər ilə Kamaz-43114 markalı B 477 QQ hərbi nömrə nişanlı avtomobillə əraziyə gələrək 1 noyabr N3-cü il tarixədək N gün ərzində bir neçə reys daşımaqla ərazidən 400- 500 baş xırda buynuzlu heyvanı həmin avtomobillə aparmışlar. Kapitan S.l.Məmmədli hərbi xidmət üzrə ona həvalə edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprél N0-ci il tarixli 9 nömrəli qəran ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları"nın tələblərini pozaraq Kamaz-43114 markalı B 477 QQ hərbi nömrə nişanlı avtomobilə daşınan heyvanları Ağdam rayon Əlimədətli kəndində mülki şəxslərə satılmış, əldə olunmuş gəlirdən 1300 (bir min üç yüz) manat sürücü MAHHXHQ kiçik çavuş X10, 300 (üç yüz) manat isə çavuş İddiaçı vermişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq gələcəkdə belə halların təkrarlanmaması və təqsirkar şəxslərin cəzalandırlması məqsədilə Müdafiə Nazirliyinin Quru Qoşunlar haqqında Əsasnamənin 5.6.7-ci yarımbəndini rəhbər tutaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı lmamverdi oğlu mühəndis-istehkam bölüyünün 1-ci taqımın 1-ci manqasının komandiri; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş X14, N nömrəli hərbi hissənin mühəndisistehkam bölüyünün N-ci taqımın N-ci manqasının sürücüsü- N nömrəli hərbi hissənin komandiri, hərbi qulluqçunun etik davranış qaydalarını pozaraq qarətçilik hərəkətlərinə yol verdiyinə görə N nömrəli hərbi hissənin mühəndis xidməti rəisinin köməkçisi kapitan X9 "Kiçik zabitlərin şərəf məhkəməsi"ndə dinlənilsin və ehtiyata buraxılması təmin olunsun, baş vermiş qanun pozuntulan N nömrəli hərbi hissənin aidiyyəti vəzifəli şəxsiərin və hərbi hissə komandirfərinin iştirakı ilə müzakirə edilsin, qanun pozuntusuna yol vermiş digər təqsirkar şəxslər səlahiyyət daxilində cəzalandırılsın, gələcəkdə bellə halların qarşısının alınması üçün profilaktiki tədbirlər görülsün, Şəxsi Heyət İdarəsinin (Q1) rəisi, dəfələrlə xəbərdarlıq edilməsinə, tərbiyəvi iş aparılmasına baxmayaraq, islah olunmayan, beləliklə hərbi kollektivə dağıdıcı təsir göstərən hərbi qulluqçuların sənədləri hazırlansın və ordu sıralarından ehtiyata buraxılması üçün təqdim olunsun, Cavabdeh hüquq şöbəsinin rəisi toplanmış materiallar aidiyyəti üzrə hərbi prokurorluğa göndərilsin. 8. Əmrin icrasına nəzarət Cavabdeh komandirinin birinci müavıni-qərargah rəisinə tapşırılsın. N nömrəli hərbi hissə 1-ci X1N N3 noyabr N4-cü il tarixli, 080əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və Silahlı Qüvvələrin intizam Nizamnaməsinin 50-ci maddəsinin "z" bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq, aşağıda adları çəkilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular bağlaşmaları ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyyata buraxılsınlar: 1.Baş çavuş İddiaçı, 190-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) Mühəndis-istehkam bölüyünün mühəndis-istehkam taqımının mühəndis-istehkam manqasının komandiri. N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün mühəndis istehkam taqımının mühəndis istehkam manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu bəndinə (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin ntizam nizamnamısinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış buraxmaq) müvafiq olaraq Ordu sıralarından ehtiyata buraxılmağı nəzərə alaraq sağlamlığı ilə bağlı hərbi həkim komissiyasına getməməyi barədə 9395 nömrəli akta əsasən Komissiya aşağıdakı tərkibdə: sədr, hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisinin vəzifəsini müvəqqəti icra edən mayor X11, üzvləri: döyüşü carəetmə qrupunun zabiti-növbə rəisi kapitan X17, şəxsi heyətin uçotu bölmə •aişinin köməkçisi kapitan X15, əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin :ərargahın planlaşdırılma fəaliyyəti üzrə köməkçisi vəzifəini müvəqqəti icra edən mayor X19 və mühəndis istehkam bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini leytenant Cəlilli ofiq Elçin oğlu bu aktı ondan ötrü tərtib edilmişdir ki, komandirinin şəxsi heyətlə iş üzrə müavini leytenant Cəlilli ofiq Elçin oğlu bu aktı tərtib edirik ondan ötrü ki, X8 xx.xx.N4-cü il 'arixli 404 nömrəli əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu bəndinə (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin İntizam nizamnamısinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış buraxmaq) müvafiq olaraq ehtiyata buraxılmağı nəzərə alaraq sağlamlığı ilə bağlı hərbi həkim komissiyasından imtina etdiyi üçün akt tərtib olunaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı ehtiyata buraxılma sənədləri hazırlansın. Xidməti xasiyyətnaməyə əsasən Baş çavuş Hüseynov X4 istehkam bölüyün 1-ci mühəndis istehkam taqım 1-ci mühəndis istehkam manqasının komandiri kimi xidmət etdiyi dövürdə özünü bacarıqsız,nizam-intizamsız,təcrübəsiz bir hərbi qulluqçu kimi göstərmişdir. Döyüş hazırlığı pisdir. Xidməti işinə məsuliyyətlə yanaşmır vəzifə borcunu layiqincə yerinə yetirilməsinə çalışmır. Tabe olmaq bacarığı zəifdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilmir, gündəlik xidmətində onların tələblərinə zəif riayət edir. Ona təhkim olunmuş silah sursatının material hissələrini və ondan istifadə qaydalarını zəif bilir. Hərbi geyim formasını səliqəli və təmiz saxlamır. Kollektiv arasında özünə hörmət qazanmayıb. Komandirlərin və rəislərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirməyə çətinlik çəkir. Mühəndis istehkam bölüyünün 1-ci mühəndis istehkam tağımımmının 1-ci mühəndis istehkam manqasının komandiri MAHHXH baş çavuş İddiaçı işğaldan azad olunmuş ərazilərdə qarətçilik fəaliyyətləri ilə məşğul olması barədə dövlət orqanlarından daxil olan 30 yanvar N4-cü il tarixli 3/N/145 nömrəli rəsmi məlumat əsasında aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 19-N0 sentyabr N3-cü il tarixdən keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazidən.MAHHXHQ baş çavuş İddiaçı qanunsuz olaraq bu işlərə cəlb edilmişdir. Kamaz-43114 markalı B-477 QQ hərbi nömrə nişanlı avtomobillə, əraziyə gələrək,400-500 baş xırda buynuzlu heyvanı həmin avtomobillə aparmışdır.Xahiş edilir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Baş çavuş İddiaçı etik davranış qaydalarını pozaraq hərbi qulluqçuya yaraşmayan qarətçilik etdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinin 41.0.10-cu bəndində (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin İntizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndində (xidməti vaxtı başa çatmamış ehtiyata buraxmaq) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması ilə bağlı N nömrəli hərbi hissə komandirinə xx.xx.N4-cü il tarixli raportla müraciət olunmuşdur. xx.xx.N4-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının bağlaşma ləğv edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimat hazırlanmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası qanunun 41.0.10-cu bəndinə əsasən (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci madəsinin “z" bəndinə (xidmət vaxtı başa çatmamış) uyğun olaraq ehtiyata buraxılmağa təqdim olunur. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, xx.xx.N1-ci il tarixdən mühəndis istehkam bölüyünün mühəndis istehkam taqımının mühəndis istehkam manqasının komandiri vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız, təcrübəsiz bir, hərbi qulluqçu kimi göstərmişdir. Xidməti vəzifələrinin öhdəsindən gələ bilmir. Vəzifə borclarını yerinə yetirməkdon boyun qaçırır və şəxsi heyətə nümunə olur. Xidməti işinə münasibəti və məsuliyyəti orta səviyyədədir. Ona təhkim olunmuş silah texnikaya vaxtı-vaxtında qulluq göstərir. Yuxarı komandanlığın əmr və göstərişlərini vaxtında yerinə yetirmir. Xəbərdarlıq olunmasına baxmayaraq hərbi quluqçuların etik davranış qaydalarını pozaraq qarətçilik hərəkətlərinə yel vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq müddətdən artıq həqiqi hərbi xidmət herbi qulluqçu baş çavuş İddiaçı bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Ağdam Hərbi Prokurorluğunun xx.xx.N4-cü il tarixli məktubuna əsasən Ağdam Hərbi Prokurluğunda Xocalı rayonunun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq xırda buynuzlu heyvanların əldə edilərək satılması faktı üzrə araşdırılmış material üzrə xx.xx.N4-cü il tarixdə cinayət işinin başlanmsı rədd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Ən yaxşı istehkamçı uğrunda yarışda əldə etdiyi yüksək nəticələrə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli Fəxri fərmanına əsasən İddiaçı “N6 iyun Azərbaycan Ordusunun yaranmasının 105-ci il dönümü” münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda fərqləndiyinə görə təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Hərbi hissənin yaranmasının N6-cı ildönümü”münasibəti ilə, döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərinə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N014-cuü il tarixli Fəxri fərmanına əsasən İddiaçı “N014-cü ildə döyüş hazırlığında,nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibti ilə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Döyüş hazırlığında,nizam-intizamda yüksək naliyyətlər əldə etdiyinə görə və “Novruz Bayramı” münasibət ilə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Novruz Bayramı” münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda fərqləndiyinə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı“N6 iyun Azərbaycan Ordusunun yaranmasının 10N-ci il dönümü münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli Fəxri fərmanına əsasən İddiaçı ““Novruz Bayramı” münasibət ilə, döyüş və ictimai siyasi hazırlıqda, hərbi intizamın yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərinə və verilmiş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə” təltif olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda bir çox Fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N3 noyabr N4-cü il tarixli, 080 nömrəli əmrinin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidmətini başa vurduqdan sonra N006-cı ildə Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində minaaxtarma kursunu bitirmiş və N014-cü il tarixədək həmin Agentlikdə xidmət etmişdir. O, N014-cü ildən dəvətlə N nömrəli hərbi hissədə sanitar təlimatçı kimi müddətdən artıq hərbi xidmətə başlamış, 1N dekabr N4-cü il tarixə kimi çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində, N saylı hərbi hissənin Mühəndis istehkam bölüyün 1-ci mühəndis istehkam taqım 1-ci mühəndis istehkam manqasının komandiri kimi xidmət etmişdir. Xidmət müddətində bir çox kəşfiyyat, düşmən arxasına keçmə əməliyyatlarında ixtisası üzrə iştirak etmişdir. Vətən Müharibəsində iştirak etmiş və Ağdam istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Ağdamın azad olunmasına görə» Medalı ilə təltif edilmişdir, Vətən Müharibəsi veteranıdır. Ağdam hərbi prokurorluğunda Xocalı rayonunun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq, xırda buynuzlu heyvanların əldə edilərək satılması faktı üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı onun bu məsələ ilə bağlı hər hansı bir əlaqəsinin olmaması müəyyən olunmuş, ondan hər hansı biz izahat, ifadə alınmamış və 17 oktyabr N4-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Yəni ki, araşdırma zamanı əməlində cinayət tərkibinin olmaması müəyyən olunmuş və bəraətverici əsasla cinayət işinin başlanılması rədd olunmuşdur. Bir daha qeyd edir ki, xidməti dövründə həmişə nizam-intizamlı olmaqla üzərimə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. Xidməti zamanı 44 günlük Vətən müharibəsində və Anriterror əməliyyatlarında iştirak etmişdir. Komandanlıq tərəfindən xidməti yüksək qiymətləndirilərək “Qüsursuz ximətə” görə medalı ilə və “Fərrux” yüksəkliyində aparılan antiterror əməliyyatında iştirakıma görə Fəxri Fərmanla təltif olunmuşdur. Lakin qüsursuz xidmətimnə baxmayaraq ons məlum olmayan səbəblərdən hərbi xidmətdən təxris olunması ilə bağlı bəhanələr gətirilərək haqqında mənfi xasiyyətnamə yazdırmağa nail olunmuşdur. Belə ki, onun barəsində təxminən noyabr ayının ortlarında tarixi göstərilməyən hərbi hissənin möhürü ilə möhürlənmiş qayada xidməti xasiyyətnamə yazılmış, həmin xasiyyətnamədə onun qüsursuz xidməti qeyd edilmişdir. N-3 gün sonra isə barəmdə mənfi xarakterizə edilən yeni xidməti xasiyyətnamə tərtib edilərək adına verilmiş xasiyyətnamə dəyişdirilmişdir. Bu həmin müddətdə dəfələrlə təkrar olunmuşdur. Həmin xidməti xasiyyətnamə təzyiqlə müvəqqəti məzuniyyət yerinə işləyən leytenant Samir Mirzəyevə yazdırılmışdır. Bunun nəticəsində isə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin əmri ilə təxris olunmuşdur. Ancaq əmrin verilməsi üçün aidiyyəti üzrə müraciət etməyinə baxmayaraq təxris olunmağı haqqında əmrin surəti ona rəsmi qaydada verilməmişdir. Cavabdeh orqanın iddiaya qarşı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin X3raq iş materiallarını araşdıraraq hesab edir ki, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim (elan) olunduğu vaxtdan 30 gündən artıq müddət keçdiyinə görə iddia mümkünsüz sayılmalıdır (iddia rədd edilməlidir). Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N5-ci tarixli N-1(114)- N569/N5 nömrəli sərəncamından və materiala əlavə edilmiş digər sənədlərdən görünür ki, 19-N0 sentyabr N3-cü il tarixdə keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş Xocalı rayonunun Təzəbinə kəndində yerləşən düşmənə məxsus olmuş radiolokasiya mövqeyi qoşunların yerdəyişməsi ilə əlaqədar xx.xx.N3-cü il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin əməliyyat və döyüş hazırlığı bölməsinin rəisinin radiasiya, kimyəvi və bioloji mühafizə üzrə köməkçisi mayor X13 təhvil verilmiş, həmin gündən artilleriya divizionunun şəxsi heyətindən ayrılmış qrupla mühafizə təşkil olunmuşdur. xx.xx.N3-cü il tarixdə mayor N.A.Tağıyev mühafizəyə ayrılmış şəxsi heyəti təlimatlandırarkən onlara bir yerə toplanmış 400-500 baş xırda buynuzlu heyvanları göstərərək onları da mühafizə etməyi və gündə iki dəfə ərazidə otarmalarını tapşırmışdır. xx.xx.N3-cü il tarixdə saat 11:00 radələrində mayor N.A.Tağıyev özünə məxsus "Mercedes-Benz" markalı avtomobil ilə, ondan təxminən 30 dəqiqə sonra isə N nömrəli hərbi hissəyə məxsus Kamaz markalı B-477-QQ hərbi nömrə nişanlı avtomobil ilə mühəndis-istehkam bölüyünün komandiri kapitan X9 həmin bölükdən olan MAHHXHQ-ları İddiaçı və X14, eləcə də 4-5 nəfər müddətli əsgərlər oraya gəlmişdir. Həmin gün ərzində kapitan S.İ.Məmmədlinin rəhbərliyi ilə hər dəfə 40-50 heyvan yüklənilməklə axşam saatlarına qədər heyvanların bir qismi ərazidən daşınmışdır. Həmçinin xx.xx.N3-cü il tarixdə kapitan S.İ.Məmmədli bu fəaliyyəti eyni tərkibdə şəxsi heyətin iştirakı və həmin avtomobil ilə ərazidə qalan heyvanları da bir neçə reys daşımaqla ərazidən N gün ərzində cəmi 400-500 baş xırda buynuzlu heyvan aparmışlar. Kapitan S.İ.Məmmədlinin rəhbərliyi ilə Kamaz markalı B-477-QQ hərbi nömrə nişanlı avtomobilə yüklənmiş heyvanların daşınması Hərbi polis və ya digər hüquq-mühafizə orqanları tərəfindən aşkar olunmaması məqsədilə avtomobil Ağdam rayon Fərrux kəndi istiqamətində arxa dağ yolu ilə (istifadə olunmayan) hərəkət edərək heyvanlar Ağdam rayon Əlimədətli kəndinə gətirilmiş, hasarlanmış əraziyə yığılmaqla mülki şəxslərə təhvil verilmişdir. Bundan sonra kapitan S.l.Məmmədli heyvanların satışı nəticəsində əldə olunmuş gəlirdən 1300 manat sürücü MAHHXHQ kiçik çavuş X10, 300 manat isə çavuş İddiaçı vermişdir. Yuxarıda qeyd olunan faktla əlaqədar araşdırma aparıldıqdan sonra Müdafiə nazirinin müavini - X8 xx.xx.N4-cü il tarixli 404 nömrəli əmri ilə MAHHXHQ çavuş İddiaçı hərbi qulluqçuların etik davranış qaydalarını pozaraq qarətçilik hərəkətlərinə yol verdiyinə görə "xidmət vaxtı başa çatmamış ehtiyata buraxılma" intizam cəzası elan olunmuşdur. Həmin əmr (inzibati akt) xx.xx.N4-cü il tarixdə (d/o №7666) N nömrəli hərbi hissəyə daxil olmuş, bundan sonra hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi tərəfindən "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 161-ci və 16N-ci maddələrinə əsasən onunla söhbətləşmələr aparılmış eləcə də MAHHXHQ çavuş İddiaçı hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün hərbi həkim komissiyasına təqdim olunması planlaşdırılmışdır. MAHHXHQ çavuş İddiaçı ilə aparılan 1-ci söhbət zamanı ona "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.10-cu maddəsinə əsasən ehtiyata buraxılacağı elan olunmuş, o isə söhbət zamanı "belə hallara yol vermədiyini" bildirmişdir. Həmçinin hərbi hissədə tərtib olunmuş xx.xx.N4-cü tarixli 9395 nömrəli aktın mətnindən görünür ki, Müdafiə nazirinin müavini - X8 xx.xx.N4-cü il tarixli 404 nömrəli əmrinin icrası ilə əlaqədar MAHHXHQ çavuş İddiaçı hərbihəkim komissiyasına getməsi tapşırılsa da o özü bundan imtina etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi MAHHXHQ çavuş İddiaçı xx.xx.N4-cü il tarixədək Müdafiə nazirinin müavini - X8 xx.xx.N4-cü il tarixli 404 nömrəli əmrindən məlumatı olmuş, lakin yalnız xx.xx.N4-cü il tarixdə yəni 110 gün sonra rəsmi olaraq Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. "İnzibati icraat haqqında" Qanunun 6N.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş materiallarından da göründüyü kimi Müdafiə nazirinin müavini - Quru Qoşunlar komandanının xx.xx.N4-cü il tarixli 404 nömrəli əmri MAHHXHQ çavuş İddiaçı İmamverd oğluna birinci söhbət zamanı eləcə də hərbi həkim komissiyasına təqdim olunması zamanı məluma verilmiş, lakin iddiaçı tərəfindən müddət pozuntusuna yol verilərək məhkəməyə gec müraciət olunmuşdur. İddiaçının nümayəndəsi XN məhkəməyə iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh N01№li hərbi hissə ilə əvəz edilməsini, N01№li hərbi hissə komandirinin 404№li N iyul N4-cü il tarixli əmri ilə İddiaçı münasibətdə ona aid hissədə ləğv edilməsi, əmrin ləğv edildiyi tarixdən işə bərpa edilməsi və məcburi iş buraxılması dövrü üçün ödənilməmiş əmək haqqının cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X16 məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 6N.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi XN məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, iddiaçının ehtiyyata buraxılmasının təmin edilməsi əsası kimi Cavabdeh komandirinin N iyul N4-cü il tarixli 404№li əmri təşkil etsə də, iddiaçı N nömrəli hərbi hissə 1-ci X1N N3 noyabr N4-cü il tarixli, 080əç nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular bağlaşmaları ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması əmr edilmişdir. Cavabdehin nümayəndəsi ilə məhkəmə iclası zamanı aparılan sual-cavab ilə iddiaçının 17 dekabr N4-cü il tarixinə qədər xidmətdə olması müəyyən olunur ki, məhkəmə qeyd edir ki, iddiaçının xidmətdə olduğu müddətdə əmri mübahisələndirilməsi mümkün olmadığından o ehtiyata buraxıldıqdan qısa müddət ərzində əmri mübahisələndirmişdir, belə ki, iş materiallarında olan zərf üzərində əks olunmuş Azərpoçta aid olan izləmə kodu və həmin izləmə kodu ilə müəyyən edilmiş elektron sistemdən çıxarışdan göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi Ağdam rayonunun poçtuna (AZ0N99) xx.xx.N4-cü il tarixində təqdim edilmiş, Gəncə (AZN01N) poçtuna xx.xx.N4-cü il tarixində daxil olmuşdur.Belə olduğu halda iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40.3. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” Maddə 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi N01№li hərbi hissə komandirinin 404№li N iyul N4-cü il tarixli əmri ilə İddiaçı münasibətdə ona aid hissədə ləğv edilməsi, əmrin ləğv edildiyi tarixdən işə bərpa edilməsi və məcburi iş buraxılması dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsindən ibarətdir. İş üzrə materiallardan görünür ki, İddiaçı etik davranış qaydalarını pozaraq hərbi qulluqçuya yaraşmayan qarətçilik etdiyinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinin 41.0.10-cu bəndində (bağlaşma ləğv edildikdə) və Silahlı Qüvvələrin İntizam nizamnaməsinin 50-ci maddəsinin “z” bəndində (xidməti vaxtı başa çatmamış ehtiyata buraxmaq) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə qeyd edir ki, bu yuxarıda istinad edilən normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Ağdam Hərbi Prokurorluğu tərəfindən Xocalı rayonunun işğaldan azad olunmuş ərazilərindən qanunsuz olaraq xırda buynuzlu heyvanların əldə edilərək satılması faktı üzrə araşdırılmış material üzrə xx.xx.N4-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmsı rədd edilməsi haqqında xx.xx.N4-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, çavuş İddiaçı radiolokasiya mövqeyində olan xırda buynuzlu heyvanların qanunsuz olaraq satılmasında iştirak etməmiş, onun kapitan S.Məmmədli və Ş.Vəliyevin törətmiş olduğu qanunsuz əməllərində hər hansı formada iştırakçılığı olmamışdır.Odur ki, çavuş İddiaçı əməlində hər hansı cinayətin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.N-ci maddəsinə əsasən rədd edilmişdir. Ağdam Hərbi Prokurorluğunun məhkəmənin sorğusuna cavab məktubuna əsasən Ağdam Hərbi Prokurorluğunda qəbul edilmiş xx.xx.N4-cü il tarixli 8NC-N4 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı barəsində hərbi hissə komandanlığına təqdimat göndərilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Ən yaxşı istehkamçı uğrunda yarışda əldə etdiyi yüksək nəticələrə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli Fəxri fərmanına əsasən İddiaçı “N6 iyun Azərbaycan Ordusunun yaranmasının 105-ci il dönümü” münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda fərqləndiyinə görə təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Hərbi hissənin yaranmasının N6-cı ildönümü”münasibəti ilə, döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərinə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N014-cuü il tarixli Fəxri fərmanına əsasən İddiaçı “N014-cü ildə döyüş hazırlığında,nizam-intizamda yüksək nailiyyətlər əldə etdiyinə və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibti ilə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N015-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Döyüş hazırlığında,nizam-intizamda yüksək naliyyətlər əldə etdiyinə görə və “Novruz Bayramı” münasibət ilə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Novruz Bayramı” münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda fərqləndiyinə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı“N6 iyun Azərbaycan Ordusunun yaranmasının 10N-ci il dönümü münasibəti ilə və eləcədə döyüş və ictimai siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli Fəxri fərmanına əsasən İddiaçı ““Novruz Bayramı” münasibət ilə, döyüş və ictimai siyasi hazırlıqda, hərbi intizamın yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə” təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli Fəxri fərmanına əsasən İddiaçı “Döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərinə və verilmiş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə” təltif olunmuşdur. Daha sonra iddiaçı müxtəlif vaxtlarda bir çox Fəxri fərmanlarla təltif edilmişdir. Göründüyü kimi, iddiaçının ehtiyyata buraxılmasında istinad edilən əməldə təqsiri müəyyən edilməmişdir. Bu halda, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmuş, barəsində əsassız olaraq ehtiyyata buraxılması barədə əmr verilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli,cavabdeh orqanın üzərinə N01№li hərbi hissə komandirinin 404№li N iyul N4-cü il tarixli əmri İddiaçı münasibətdə ona aid hissədə ləğv edilməli, əmrin ləğv edildiyi tarixdən işə bərpa edilməsi və məcburi iş buraxılması dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. N01№li hərbi hissə komandirinin 404№li N iyul N4-cü il tarixli əmri İddiaçı münasibətdə ona aid hissədə ləğv edilsin. İddiaçı əmrin ləğv edildiyi tarixdən işə bərpa edilməsi və məcburi iş buraxılması dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2569/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2569/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver