Məhkəmə qərarları › İş №2-1(114)-2570/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2570/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2570/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-498, JN-500 və JN-499 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktlarında iddiaçıların birgə mülkiyyətləri olaraq göstərilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə prosesinin vaxtı barədə xx.xx.2022-ci il tarixdə iddiaçılara qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iddiaçılara göndərilmiş məhkəmə bildirişində onlara məhkəmə prosesində iştirak etməyin vacibliyi, həmçinin məhkəməyə gəlmədikləri təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçılar məhkəmə icraatından yayındığına görə onların iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçılar gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçılara izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar