Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2571/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, üçüncü şəxs Göygöl Rayon İcra Hahimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 45 №-li sərəncamı ilə hazırda yaşadığı ünvan 2 ünvanda yerləşən 41,1 kv.m yaşayış sahəsi olan 2 otaqlı mənzil anası X2 verilmişdir. Bu barədə anasına xx.xx.1993-cü il tarixli 36 nömrəli order də verilmişdir. Həmin vaxtdan hal-hazıradək həmin mənzildə anası ilə birlikdə yaşamaqdadır. 30 ilə yaxındır ki, həmin mənzil qanuni istifadələrindədir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Göygöl Rayon İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi X3 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********94 etirazda qeyd edilmişdir ki, Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 349 nömrəli arxiv arayışında Xanlar rayon İİHB-nin şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 45 nömrəli sərəncamı əsasında X4 ev növbəsi həyat yoldaşı Arzu Abbasovanın adına dəyişdirilməsi qeyd olunmuşdur. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 350 nömrəli arxiv arayışında Xanlar rayon İİHB-nin şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 45 nömrəli sərəncamına əsasən Qarabağ küçəsi, 28 nömrəli, 2 otaqlı 41.1 kv.m olan mənzil 36 nömrəli orderlə X2 verilmişdir. Həmin mənzilə dair mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizələri işə əlavə olunmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 45 №-li sərəncamından görünür ki, X5 ev növbəsi həyat yoldaşı Arzu Abbasovanın adına dəyişdirilməsi və Qarabağ küçəsi 28 nömrəli evdə 2 otaqlı yaşayış sahəsi 41,1 kv.m olan mənzilin Arzu Abbasovanın ailəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş Göygöl rayon Dövlət arxivinin 22 dekabr 2019-cu il tarixli, 350 nömrəli arxiv arayışından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçının şəhər üzrə nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 45 №-li sərəncamına əsasən Qarabağ küçəsi 28 №-li, 2 otaqlı 41.1 kv. olan mənzil 36 nömrəli orderlə X2 verilmişdir. -surəti işə əlavə edilmiş 29 dekabr 2003-cü il tarixli, 36 nömrəli orderdən görünür ki, Xanlar rayonu, Qarabağ küçəsi, 28 nömrəli ev yaşamaq üçün X2 və İddiaçı verilmişdir. -surəti işə əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2021-ci il tarixli, 4051 nömrəli arayışından görünür ki, Göygöl rayonu, Səbuhi Hacıyev küçəsi (köhnə Qarabağ küçəsi) 28 nömrəli evdə X7 və İddiaçı daimi qeydiyyatdadır. -surəti işə əlavə edilmiş X7 tərəfindən verilmiş notarial qaydada təsdiqləmiş ərizədən görünür ki, sonuncu tərəfindən Göygöl rayonu, Səbuhi Hacıyev küçəsində yerləşən 28 nömrəli yaşayış evinin iddiaçının adına özəlləşdirilməsinə və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport alınmasına etiraz edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl rayonu, Səbuhi Hacıyev küçəsi (köhnə Qarabağ küçəsi) 28 nömrəli ev iddiaçının mərhum atası X6 verilmişdir, sonuncunun vəfatı ilə əlaqədar mənzilin kirayəçisi iddiaçının anası X7 hesab edilmiş, iddiaçı isə həmin evdə daimi qeydiyyata alınmış, həmçinin müvafiq orderlə ona da yaşayış hüququ verilmişdir. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də cavabdeh orqan həmin mənzilə dair mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizələri işə əlavə olunmaması səbəbinədin ərizənin icrasından imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Cavabdeh orqanın imtinasının əsası kimi mənzilə dair mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizələri işə əlavə olunmamasını qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda sözügdən əsas aradan qalxmış, X7 ərizə vermiş və həmin ərizə iş materiallarına əlavə edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 3 ünvanda yerləşən 28 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən 28 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2571/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2571/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver