Məhkəmə qərarları › İş №2-1(114)-2571/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2571/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2571/2025 30.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X2 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövr üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna (eləcə də aylar üzrə ayrı- ayrılıqda) qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə, aylıq əsasda excel faylda) (ayrı-ayrılıqda topdan və pərakəndə satış qiyməti göstərilməklə), müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesabfakturalar, alış aktları, üzləşmə aktları və s., yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (dövrün əvvəlinə, illər üzrə və dövrün sonuna göstərilməklə), Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni (şəxsi gəlir vergisi) və SSH-ni (sosial sığorta haqları) göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri (əmrlər, dəvət məktubları və s.), hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə vəziyyəti (balans) haqqında hesabat, hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə nəticəsi (mənfəət/zərər) haqqında hesabat, hər bir dövr üzrə ayrıayrılıqda pul vəsaitlərinin hərəkəti haqqında hesabat, dövr ərzində idxal edilən mallar barədə məlumat (illər üzrə excel faylda), balansda olan avtonəqliyyat vasitələri üzrə yol vərəqələrinin təsdiq edilmiş surəti, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədə, mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş electron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10 000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2 000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri, yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə), ciddi hesabat blanklarının cavabdeh Cəmiyyətdən götürülərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş materialları aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-də xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixə kimi səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23-cü və 42-ci maddələrinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada «Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında» xx.xx.2024-cü il tarixli **********186035 nömrəli, «Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında» tələbnamə təqdim edilmiş və «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» xx.xx.2024-cü il tarixli **********186851 nömrəli Qərar qəbul edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» xx.xx.2024-cü il tarixli, **********186851 nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli **********498400 nömrəli «Sənədlərin təqdim edilməsi barədə» 1-ci xəbərdarlıq və xx.xx.2024-cü il tarixli **********828500 nömrəli «Sənədlərin təqdim edilməsi barədə» 2-ci xəbərdarlıq məktubları vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-118534/2024 nömrəli «Sənədlərin təqdim edilməsi barədə» 1-ci xəbərdarlıq və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-126698/2024 nömrəli «Sənədlərin təqdim edilməsi barədə» 2-ci xəbərdarlıq məktubları vergi ödəyicisinin elektron ünvanına göndərilmişdir. Həmçinin xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə vergi orqanı tərəfindən «Sənədlərin yoxlamaya təqdim edilməməsi barədə» akt tərtib edilmiş, xx.xx.2024-cü il tarixdə isə «Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında» qərar qəbul edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini inzibati orqan tərəfindən qəbul edilmiş «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2024-cü il tarixli **********186035 nömrəli tələbnamə, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məkumat reyestrindən xx.xx.2024-cü il tarixli KY242135492 nömrəli çıxarış, zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2024-cü il bə xx.xx.2024-cü il tarixli tələbnamə, sənədlərin yoxlamaya təqdim edilməməsi barədə xx.xx.2024-cü il tarixli akt, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərar və hüquqi şəxs haqqında elektron məlumat təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirildiyindən və cavabdeh vergi ödəyicisi olaraq iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İddia doğru cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyəti düzgün müəyyən edilmişdir. Cavabdeh MMC-nin rəsmi qeydiyyat ünvanının olduğu Naftalan şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC barəsində xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixə kimi səyyar vergi yoxlamasının keçirilməsi barədə iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə göndərilsə də, nəticəsi olmamış və vergi ödəyicisi sənədləri yoxlamaya təqdim etməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; Maddə 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; Maddə 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; Maddə 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. Hazırda isə vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər - xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövr üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti, yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri, yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna (eləcə də aylar üzrə ayrı- ayrılıqda) qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə, aylıq əsasda excel faylda) (ayrı-ayrılıqda topdan və pərakəndə satış qiyməti göstərilməklə), müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s., yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (dövrün əvvəlinə, illər üzrə və dövrün sonuna göstərilməklə), Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait qeyri-maddi aktivlərin reyestri (excel faylda), yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni (şəxsi gəlir vergisi) və SSH-ni (sosial sığorta haqları) göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri (əmrlər, dəvət məktubları və s.), hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə vəziyyəti (balans) haqqında hesabat, hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə nəticəsi (mənfəət/zərər) haqqında hesabat, hər bir dövr üzrə ayrı-ayrılıqda pul vəsaitlərinin hərəkəti haqqında hesabat, dövr ərzində idxal edilən mallar barədə məlumat (illər üzrə excel faylda), balansda olan avtonəqliyyat vasitələri üzrə yol vərəqələrinin təsdiq edilmiş surəti, yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədə, mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş electron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı, dəyəri 10 000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2 000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri, yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə), ciddi hesabat blankları götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar