Məhkəmə qərarları › İş №2-1(114)-258/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-258/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-258/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 388 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

3. 10.07.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixli nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən Bakı Təcrübə-Sınaq Zavoduna (Бакинсий опытно-экспериментальный завод) tornaçı işinə qəbul edilmiş və xx.xx.1979cu il tarixli 78 nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən işdən azad olunmuş, xx.xx.1979-cu il tarixli 73k nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən Trestin 16 saylı zavoduna (Завод ЖБИ- 16 Трест П.П. «ГАМВС») tornaçı işinə qəbul edilmiş və xx.xx.1988-ci il tarixli 111 nömrəli əmrlə həmin tarixdən işdən azad edilmiş, 15 .08.1988-ci il tarixli 9 nömrəli əmrlə həmin tarixdən X5 zavoduna fəhlə işinə qəbul edilmiş və xx.xx.1993-cü il trixli 81 nömrəli əmrlə həmin tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrlə həmin tarixdən Goranboy Avtonəqliyyat müəssisəsinə 4-cü dərəcəli tornaçı işinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə həmin tarixdən "xxxx" ASC-yə 4-cü dərəcəli tornaçı işinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli 02 nömrəli əmrlə həmin tarixdən "xxxx" ASC-də uzun müddət iş olmadığı üçün işdən azad edilmişdir.

4. Goranboy şəhəri "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə Goranboy Avtonəqliyyat ASC-yə 4cü dərəcəli tornaçı peşəsinə aylıq əmək haqqı ödənilməməklə tornaçı dəzgahı və dəzgahın yerləşdiyi otaq ona icarəyə verilmişdir. xx.xx.2012-ci il tarixli, 02 nömrəli əmrlə uzun müddət iş olmadığı üçün işdən azad edilmişdir.

5. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 85/1/2023 nömrəli arxiv arayışında İddiaçı 1973-1975-ci və 1978-ci illərdə Goranboy rayonu Qızılhacılı (keçmiş Qasım İsmayılov rayonu Ordajanikidze adına kolxoz) kolxozunda işləyərək, əmək haqqı alması göstərilmişdir.

6. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 40/1/2023 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı xx.xx.1988-ci il tarixli 9§1 nömrəli əmrlə Goranboy rayonu Kərpic zavoduna 4-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli 32 nömrəli əmrlə zavodun 4-cü dərəcəli fəhləsi altıncı dərəcəyə keçirilmiş, xx.xx.1989-cu il tarixli 57§46 nömrəli əmrlə zavoda 6-cı dərəcəli qaynaqçı keçirilmiş, xx.xx.1991-ci il tarixli 62§1 nömrəli əmrlə zavodun qaynaqçı çilingəri 1991-ci ilin hesabına 24 iş günü hesabı ilə məzuniyyətə buraxılmış, xx.xx.1992-ci il tarixli 57 nömrəli əmrlə 1991-ci ilin hesabına 24 iş günü hesabı ilə məzuniyyətə buraxılmış və xx.xx.1993-cü il tarixli 84§1 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir.

7. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 39/1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı (Əmr № 7, §2, xx.xx.1993-cü il) - aylıq sınaq müddətinə dördüncü dərəcəli tornaçı qəbul edildiyi, (Əmr № 49, §1, xx.xx.1994-cü il) - ailə vəziyyəti nəzərə alınaraq maddi həvəsləndirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik edildiyi 1.6. İddiaçı - 5000 manat (Əmr № 11, §3, xx.xx.1995-ci il) - Tornaçı - xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixdən yanvar-dekabr 1993-cü ilin hesabına məzuniyyətə buraxıldığı, (Əmr № 30, §1, xx.xx.1996-cı il) - ailə vəziyyəti nəzərə alınaraq maddi həvəslənbdirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik göstərildiyi 1.8 - İddiaçı - 100.000 manat (Əmr № 27, §1, xx.xx.1997-ci il) ailə vəziyyəti nəzərə alınaraq maddi həvəslənbdirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik göstərildiyi 1.20 - İddiaçı - 100000 manat və (Əmr № 01, §1, xx.xx.1999cu il) - müəssisənin İİ rejiminin azalması ilə əlaqədar olaraq aşağıda adları qeyd olunan işçilər qeyri-müəyyən müddətə əmək haqqı saxlanmadan əlavə məzuniyyətə buraxılması qeyd olunur. 1.10 İddiaçı - tornaçı və ( Əmr № 35 §1 xx.xx.2000-ci il)- öz əvvəlki peşəsinə qaytarılsın. ( 4-cü dərəcəyə görə ) hər saat üçün verilən taarif qiyməti 100 faiz artırıldığı və ( Əmr № 29 xx.xx.2002-ci il) - silinmiş əsas vəsaitlərin yararlı hissələrinin anbara mədaxil olunması üçün aşağıdakı tərkibdə komissiya yaradılsın - 1.5 - İddiaçı - tornaçı komissiyanın üzvü - qeyd olunur. Qeyd: Müəssisənin şəxsi heyət üzrə əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməyib. İşdən azad olunması barədə əmr aşkar olunmadı.

8. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 9 ay 12 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********050800 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-cü il tarixli 122 nömrəli sərəncamına əsasən Goranboy Avtonəqliyyat kombinatının bazasında dövlət müəssisəsinin açıq səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində yaranan və kombinatın hüquqi varisi olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə D-3511 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2003-cü il tarixdə D-3511 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2006-cı il tarixli ümümi yığıncağının qərarı ilə Cəmiyyətin bazasında hüquqi varislik prinsipi əsasında mülkiyyət növünün və adının dəyişilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış (VÖEN: **********) və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 0306-Q3- 587 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.Dövlət Vergi Xidmətinin informasiya sistemi olan “X1 Sistemi”nin 2006-cı ildən tətbiq olunduğunu və vergi ödəyicisinin qeydiyyat iş qovluğunda fəaliyyəti barədə kağız daşıyıcısında müraciət olmadığını nəzərə alaraq bildirilir ki, ödəyicinin sorğuda qeyd olunan tarix aralığında fəaliyyətinin aktiv və ya dayandırılmış vəziyyətdə olması barədə məlumat aşkar edilməmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-10805/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Goranboy rayon Kərpic zavodu” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vaditəsilə özəlləşdirilməsi barədə xx.xx.2005-ci il tarixdə qərar qəbul edilmişdir. Eyni zamanda, müraciətdə qeyd edilən iddiaçının adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur.

11. Məhkəmənin sorğusu əsasında əldə edilmiş Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-54/2023 nömrəli arxiv arayışına əsasən İddiaçı 1973, 1974, 1975 və 1978-ci illərdə Goranboy rayonu Qızılhacılı (keçmiş Qasım İsmayılov rayonu Ordajanikidze adına kolxoz) kolxozunda işləmiş və əmək haqqı almışdır.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-16338/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2023-cü il tarixli 122 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırılmışdır. "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir.

13. Məhkəmənin sorğusuna Goranboy şəhəri "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə "xxxx" ASC-nin həyətyanı torpağında tornaçı otağı və dəzgah aylıq 20,00 (iyirmi) manat məbləğə İddiaçı icarəyə verilmişdir. Qeyd edilir ki, icarədarlardan alınmış icarə məbləğləri hər il Vergi orqanına təqdim edilən müəssisənin illik mənfəət bəyannaməsində göstərilmiş və icarədən gəlir vergisinə görə dövlət büdcəsinə ödəniş edilmişdir. II. Məhkəmədə icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1972-1978-ci il tarixlərdə Goranboy rayonun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon ”Avtonəqliyyat” kombinatında tornaçı vəzifəsində iş stajının təsdiq edilməsi və sosialsığorta stajı hesab edilməsi və ona əmək pensiyasının təyin edilməsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Ona 28.072022-ci il tarixdən yaşa görə sosial müavinat təyin olunmuşdur. Bu da onunla əsaslandırılmışdır ki, guya ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulduğundan 25 (iyrmi beş) ildən azdır. O, bunu düzgün hesab etmir, hesab edir ki, onun pensiya hüquqları pozulur. Çünki təqdim etdiyi əmək kitabçasında və arixiv arayışlarında onun həqiqətən də sosial sığorta stajının nəzərdə tutulduğundan yəni 25 ildən çox olduğu aydın görsənir. Belə ki, ona sosial müavinat təyin olunarkən 1972-1978-ci il tarixlərdə Goranboy rayonunun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon "Avtonəqliyyat" kombinatında tornaçı işlədiyi illər onun iş stajına daxil edilmir. Onun əmək kitabçası və Goranboy rayon Dövlət Arxivi tərəfindən ona işlədiyi illərə dair arayış versə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tətinat üzrə Mərkəzi Filialı həmin arayışı qəbul etməyərək bildirmişdir ki, onun ancaq 11 il 9 ay 12 gün sığorta stajı var. İndi tələbi ondan ibarətdir ki, onun 1972-1978-ci il tarixlərdə Goranboy rayonunun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon "Avtonəqliyyat" kombinatında tornaçı işlədiyi, muvafiq əmək haqqı almağı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktın müəyyən edilməsi ona əmək pensiyasının müəyyən olunması üçün lazımdır. Onun yuxarıda qeyd etdiyi idarə, müəssisə və kolxozunda işləməyini və əmək haqqı almağını məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

17. 12.07.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Goranboy Avtonəqliyyat müəssisəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

18. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

21. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

27. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" ASC ləğv edilib onun bazasında "xxxx" ASC yaradıldıqdan sonra "xxxx" ASC-nin yeni rəhbərliyi işçilərlə, habelə onunla əmək müqaviləsi bağlamamış, yalnız ASC-yə məxsus otaqları işçilərə icarə əsasında icarəyə vermişdir ki, o da bununla razılaşmamış və orada faəliyyət göstərməmişdir.

30. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.

31. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2023-cü il tarixdə imtina məktubu ünvanlamışdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 9 ay 12 gün təşkil etməsi səbəbindən imtina verilmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1957-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ ən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə çatmışdır. Lakin Qanunun 7-ci maddəsinin digər tələbi ödənilmədiyindən, yəni iddiaçının sığorta stajının 25 ildən az olmağı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən həmin dövrlər sığorta stajına daxil edilə bilməmişdir. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" sistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi sabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixindən xx.xx.2012-ci il tarixinədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta ssəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

32. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi xidmət barədə arayışın surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 16 il 2 ay 12 gün təşkil edir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Bununla əlaqədar olaraq iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASCdəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Gəncə- Daşkəsən regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Goranboy Avtonəqliyyat" müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan şəxsi hesab kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı həmin müəssisədə işləməsi faktını araşdırmaq mümkün olmamışdır. Qeyd edilən səbəblərdən xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün onun sosial sığorta stajina daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün iddiaçı X3 yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.

33. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya qarşı etirazda və etiraza əlavədə göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

34. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının müraciəti üzrə icraat aparılan zaman onun sosial stajı kimi xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr qəbul edilsə də, məhkəmə icraatı gedişində iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü də onun sosial sığorta stajına daxil edilmiş və mübahisələndirilməyən sığorta stajı 16 il 2 ay 12 gün təşkil etmişdir. Mübahisələndirilən dövr yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-xx.xx.2012-ci il tarixlərində olan əmək fəaliyyəti dövrüdür. Buna səbəb iddiaçının əmək kitabçasında xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrlə Goranboy Avtonəqliyyat müəssisəsinə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeydin olması, lakin işdən azad edilməsi barədə qeydin olmaması, habelə iddiaçının xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə "xxxx" ASC-yə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeydin olması, lakin işdən azad edilməsi barədə qeydin olmaması, həmçinin iddiaçının "xxxx" ASC-yə işə qəbul edilmə barədə əmri olmadığı halda, xx.xx.2012-ci il tarixli 02 nömrəli əmrlə "xxxx" ASC-də uzun müddət iş olmadığı üçün işdən azad edilməsi barədə qeydin olmasıdır. “Goranboy Avtonəqliyyat" müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan şəxsi hesab kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi üçün həmin dövrün qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək iddiaçının ("xxxx" ASC-də işlədiyi dövrdə) fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığından həmin dövrün qəbul edilməsi mümkün olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 388 nömrəli arayışı; - 10.07.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Goranboy şəhəri "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışı; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 85/1/2023 nömrəli arxiv arayışı; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 40/1/2023 nömrəli arxiv arayışı; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-C- 39/1/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********050800 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-10805/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-54/2023 nömrəli arxiv arayışı; - Məhkəmənin sorğusuna Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********462700 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-16338/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy şəhəri "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu. Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə baxan zaman onun 11 il 9 ay 12 gün sosial sığorta stajına malik olduğunu əsas gətirməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

38. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

39. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

41. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

42. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

43. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

45. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

46. İddiaçının xx.xx.1957-ci il tarixdə doğulması, xx.xx.2022-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

47. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

48. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciəti üzrə icraat aparılan zaman onun sosial stajı kimi xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr qəbul edilsə də, məhkəmə icraatı gedişində iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü də onun sosial sığorta stajına daxil edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993xx.xx.2012-ci il tarixlərində olan əmək fəaliyyəti dövrüdür.

49. Bununla bağlı məhkəmə araşdımasının yekunu olaraq müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (6 il 17 gün) və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək (2 il 8 ay 15 gün) Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (2 il 3 ay 7 gün) "xxxx" ASC-də işləmişdir. Həmin dövrdə işləməsi əmək kitabçasındakı qeydlərlə yanaşı, arxiv arayışları ilə təsdiq edilir.

50. Həmçinin məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 16338/2023 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2023-cü il tarixli 122 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırılmışdır. "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir.

51. Yəni, Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırıldığı tarixdə İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir ki, bu da onun həmin dövrdə həqiqətən də işlədiyini göstərir.

52. İddiaçının cavabdeh orqan tərəfindən qəbul edilən 16 il 2 ay 12 gün hərbi xidmət və əmək fəaliyyəti ilə yanaşı, hazırda mübahisələndirilən dövrlər də nəzərə alınan zaman iddiaçının sığorta stajının 27 il 2 ay 19 gün, yəni 25 ildən çox olması müəyyən edilir.

53. Məhkəmə bir daha qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

54. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

55. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

56. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

57. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunur.

58. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

59. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

60. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar