Məhkəmə qərarları › İş №2-1(114)-2581/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2581/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2581/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X20 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X38, X39, X40, X41 və X27) “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarının qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddianın təmin edilib, 1. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarının, Gədəbəy rayonu, Kərimli kəndində yerləşən 0,55 hektar torpaqla bağlı JN-007A KOD 50516038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X16 və dörd övladına verilməsi, həmçinin ailə üzvü olmayan X8 göstərilən hissəsinin, 2. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli qərarının, Gədəbəy rayonu, Kərimli kəndində yerləşən 13 hektar torpaqla bağlı JN- 007B KOD 50516038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X16 və dörd övladına verilməsi, həmçinin ailə üzvü olmayan X8 göstərilən hissəsinin, 3. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarının, Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən 1,54 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaqla bağlı JN-0009 KOD 50516038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X16 və dörd övladına verilməsi, həmçinin ailə üzvü olmayan X17 verilməsi hissəsinin və 4. 18 iyul 2010-cu il tarixli Gədəbəy rayonu, İnəkboğan Bələdiyəsinin sədri X28 tərtib etdiyi Aktın ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.1937-ci il təvəllüdlü mərhum X11na məxsus İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin 09 nömrəli təsərrüfatbaşına kitabının 33-cü səhifəsində 708 nömrəli şəxsi hesabına əsasən, 1972-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Onun ailə üzvləri aşağıdakılardan ibarət olmuşdur: X7 1930-cu il tarixdə Gədəbəy rayonu, Kərimli kəndində anadan olmuş, xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X11 xx.xx.1937-ci il tarixdə Gədəbəy rayonu, Kərimli kəndində anadan olmuş, xx.xx.2024cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X4 xx.xx.1956-cı il tarixdə anadan olmuş, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 249, kv 12-də yaşayır. X3 xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X5 xx.xx.1960-cı il tarixdə anadan olmuş və Gəncə şəhəri, Nizami rayonu, X44 küçəsi, ev 139-da yaşayır. X6 xx.xx.1962-ci il tarixdə anadan olmuş və Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 249, kv 12-də yaşayır. 30 avqust 2024-cü il tarixli, 196/1-li arxiv arayışından görünür ki, (ünvan 1 ünvanda qeydiyyatda olan X36 verilmiş) Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan İnəkboğan kənd X34 Kərimli kəndi üzrə 1991-1995-ci illərə dair 9 nömrəli Təsərrüfatbaşına kitabının 524-cü şəxsi hesabında mərhum nənəsi X18 adına olan təsərrüfatın torpaq qrafasında 0,25 ha torpaq sahəsi qeyd olunmuşdur. 20 iyul 2022-ci il tarixli, 197 №-li Gədəbəy Rayonu İcra Hakimiyyəti Başçısının İnəkboğan kənd İƏD üzrə nümayəndəliyinin Gədəbəy rayon Məhkəməsinə verdiyi arayışdan görünür ki, mərhum (xx.xx.1937-ci il təvəllüdlü) X1 İƏD üzrə nümayəndəliyin 09 nömrəli Təsərrüfatbaşına kitabının 33-cü səhifəsinə əsasən qeydiyyatdadır və ərazidə yaşayır kimi göstərilmişdir. xx.xx.2015-ci tarixli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi, ev 249, kv 12-də yaşayan X4nun ailə üzvləri: Həyat yoldaşı X25, oğlu X42, oğlu X39, oğlu X40, oğlu X31r. Arayışda göstərilir ki, onlar həqiqətən 1988-ci ildən bəri bu ünvanda yaşayırlar. Necə ola bilər ki, onlar bu ünvanda yaşaya-yaşaya X13 özü və övladları mərhum X18 1972-ci il tarixdə tikilmiş fərdi yaşayış evinə dair torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə adları qeydə alınır. Halbuki X4nun övladlarının dördü də Gəncə şəhərində yerləşən 31 nömrəli tam orta məktəbdə oxumuşlar. Həmçinin, buradan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsindən əsgərliyə getmişlər. İddiaçının ata və anası boşanan vaxtı o, azyaşlı olduğuna görə anasının himayəsində qalmışdır. Anasının ailə üzvü olmayan, rəhmətə gedən X3nun da ailə üzvü olmayan X9 yazılmış şəxsi də anasının üstünə yazmışlar. Atasının Gəncə şəhərində ona məxsus olan evində hazırda qardaşı yaşayır. X7 polisdə işləmişdir. Ona məxsus evdə qardaşı Nizami yaşayır. Gədəbəy rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 105961 №-li arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə dünyasını dəyişmiş X3nun X27 adlı övladı olmamışdır. Mərhumun ailə üzvləri arvadı X43, qızı X33, oğlu X37 və oğlu X14 ibarətdir. 07 iyun 2011-ci il tarixli, Gəncə şəhər 2-ci notariat kontorunun vermiş olduğu vəsiyyətnamədən görünür ki, X35 ona məxsus Gədəbəy rayonu, Kərimli kəndində yerləşən evini və həyətyanı torpağını nəvəsi X36 vəsiyyət etmişdir. Gədəbəy rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, notarius onun ərizəsi əsasında yazmışdır ki, Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən, mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Notarius vurğulayır ki, bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilə bilər. Həmçinin 13 dekabr 2024-cü il tarixli, 11 saylı Şəmkir Ərazi İdarəsinin verdiyi məktubdan da görünür ki, bu qədər sadaladıqları ilə bağlı ərizəsinə baxılıb ərizənin icrasından imtina edilmişdir. xx.xx.2014-cü il tarixli məktubdan da görünür ki, X11ndan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2024-cü il tarixdə iddiaçının notariusa müraciəti olmuşdur. Notarius qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəyə müvafiq şəhadətnamə verilməsi üçün miras əmlakla bağlı elektron arayışın təqdim olunması zəruridir. Onun təqdim etdiyi sənədlərə əsasən, mərhum X11nın qanun üzrə vərəsəsi olduğu müəyyən edilmişdir. Həmçinin, notarius tərəfindən mərhum X15 miras qalmış əmlaka dair müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Göstərilən imtina məktublarına görə sənədləşmələr başa çatmamışdır. İş üzrə üçüncü şəxs həm islahat gedən zaman, həm də islahatdan sonra Gədəbəy rayonunun Kərimli kəndində qeydiyyatda olmamışdır. Yuxarıda göstərilənlər bir daha onu sübut edir ki, iddiaçının anasına məxsus evin, torpaq sahəsində 3-cü şəxsin və onun oğlanlarının adının qalmasının heç bir hüquqi əsası yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2581/2025 nömrəli qərardadı ilə X42, X39, X40, X41 və X27 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2581/2025 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxs X38 məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X38 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi. İşin halları JN – 007A KOD 50516038 “Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarına əsasən X35, X38, X45, X39, X40, X41 və X19 Gədəbəy rayonu, Kərimli kəndindən 0.55 ha torpaq sahəsi verilmişdir. JN – 007B KOD 50516038 “Topağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarına əsasən X35, X38, X45, X39, X40, X41 və X19 Gədəbəy rayonu, Kərimli kəndindən 0.13 ha torpaq sahəsi verilmişdir. xx.xx.1999-cu il tarixli, JN - 0009 Kod 50516038 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”dan görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarına əsasən, X35, X38, X45, X39, X40, X41 və X17 Gədəbəy rayonu, Kərimli kəndindən 1.54 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Fəsil 27 (1 yanvar 2011-ci il tarixədək qüvvədə olmuşdur) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarının qismən ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materialları ilə İddiaçı Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarını xx.xx.2011-ci il tarixədək mübahisələndirdiyi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixədək iddiaçının Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarını mübahisələndirmək hüququ olmasına baxmayaraq, mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun həmin qərarı məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X38, X39, X40, X41 və X27) “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarının qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X38, X39, X40, X41 və X27) “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarının qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar