Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2588/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X15, X31, X22, X38, X32, X23, X16, X17 və X1 ona məxsus olan Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Bərdə rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 904 nömrəli qeydiyyat vəsiqəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2495/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X31, xx.xx.2020-ci il təvəllüdlü X22, xx.xx.2018-ci il təvəllüdlü X38, xx.xx.2010cu il təvəllüdlü X32, xx.xx.2013-cü il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X1 Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı üçüncü şəxslər X15, X31, X22, X38, X32, X23, X16, X17 və X1 ona məxsus olan Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında pasport qeydiyyatında olan X15 həmin ünvanda yaşamır. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X15, X31, X22, X38, X32, X23, X16, X17 və X1 ona məxsus olan Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhəri, Babək küçəsi, 13 saylı ev № 904 nömrəli reyestr kitabı ilə qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Uzun illərdir ki, sözügedən Bərdə şəhəri, Babək küçəsi, 13 saylı ev onun xüsusi mülkiyyətindədir. O, uzun illər Bakı şəhərində yaşadığından, Bərdə şəhərinə nadir hallarda gəlib getmişdir. 2022-ci ilin əvvələrində evinə dair qeydiyyat vəsiqəsini yeniləməklə bağlı xx.xx.2022-ci il tarixdə Asan-Bərdə xidmətinə müraciət etmiş və orada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldıqda, ona məlum olmuşdur ki, onun xüsusi mülkiyyətimdə olan, Bərdə şəhəri, Babək küçəsi, 13 saylı evə tanımadığı şəxslər pasport qeydiyyatına alınıblar. Halbuki, o, xüsusi mülkiyyətində olan evə dair kiməsə razılıq verməmişdir. O, dərhal 14 mart 2022-ci il tarixdə rəsmi ərizə ilə Cavabdehnə müraciət edərək, 25 nəfər şəxsləri xüsusi mülkiyyətində olan Bərdə rayonu, Babək küçəsi, № 13 nömrəli evdən X24, X25, X18, X33, X10, X19, X26, X20, X3, X7, X4, X11, X12, X8, X34, X2, X21 və X13 azyaşlı uşaqlarla birlikdə, pasport qeydiyyatlarını etibarsız hesab edərək, hər birisinin onun evindən pasport qeydiyyatından çıxarılmaları barədə müvafiq göstərişlər verilməsini xahiş etmişdir. 28 mart 2022-ci il tarixli, № 9080Ə nömrəli məktuba əsasən Bərdə şəhəri Polis şöbəsi standart olaraq cavab verərək, "Yaşayış reri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu Maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən vətəndaşlar qeydiyyatdan çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında vətəndaşlar qeydiyyatdan çıxarılır. Bundan sonra, o, yuxarıda qeyd olunan şəxslərin onun xüsusi mülkiyyətində olan, Bərdə rayonu, Babək küçəsi, № 13 nömrəli evdən pasport qeyydiyyatından çıxarılmaqları barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinin qərarına əsasən, pasport qeydiyyatında olan şəxsləri xüsusi mülkiyyətində olan, Bərdə rayonu, Babək küçəsi, № 13 nömrəli evdən pasport qeydiyyatından çıxarılmış, lakin, iddia ərizəsində qeyd edilən azyaşlı uşaqlar isə pasport qeydiyyatından çıxarılmamışlar. Bu hal ona ancaq ünvanına məhkəmə qərarı gəldikdən sonra məlum olmuşdur. Hazırda həmin azyaşlı uşaqlardan biri, yəni X5 18 yaşı tamam olmuşdur. X15 xx.xx.2004-cü il təvəllüdlü; azyaşlı uşaqlar, X31 08.074.2014-cü il təvəllüdlü; X9 xx.xx.2015-ci il təvəllüdlü; X22 xx.xx.2020-ci il təvəllüdlü; X27 xx.xx.2016-cı il təvəllüdlü; X38, xx.xx.2018-ci il təvəllüdlü; X32 xx.xx.2010-cu il təvəllüdlü; X39 xx.xx.2013-cü il təvəllüdlü; və X16 xx.xx.2020-ci il təvəllüdlü səxslərin xüsusi mülkiyyətimdə olan Bərdə rayonu, Babək küçəsi, ev № 13-dən pasport qeydiyyatından çıxarılmaqları barədə xx.xx.2024-cü il tarixdə Cavabdehnə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, № 3-13-68 /2-Ə-10272/11/24 nömrəli cavab məktubuna əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu Maddəsinin 5-ci bəndinə və mülki xarekterli olduğuna görə məhkəməyə müraciət tövsiyyə edilmişdir. Beləliklə, belə çıxır ki, o, pasport qeydiyyatında olanlara görə, neçə illər üçün mənzil kirayə və kommunal-xidmət xəclərini ödəməyə məcburdur. Pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur. O, X15 və azyaşlı uşaqların pasport qeydiyyatında olduğuna görə, xüsusi mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Ona görə də, hesab edir ki, yuxarıda göstərilən kəskin səbəbləri nəzərə alaraq Cavabdeh xx.xx.2024-cü il tarixli, № 3-13-68 /2-Ə- 10272/11/24 nömrəli imtina məktubunu əsassız hesab edərək, üçüncü şəxslərin xüsusi mülkiyyətimdə olan Bərdə şəhəri, Babək küçəsi, ev № 13-dən pasport qeydiyyatından çıxarılmaları Cavabdehnə həvalə edilməlidir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
9. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
10. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə X15, X31, X22, X38, X32, X23, X16, X17 və X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı teleqram ünvanlayaraq, səhhətində olan ciddi problem səbəbindən iclasda iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
19. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 904 nömrəli qeydiyyat vəsiqəsi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2495/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar; - Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 67 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 904 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.2004-cü il təvəllüdlü X15, xx.xx.2014-cü il təvəllüdlü X31, xx.xx.2020-ci il təvəllüdlü X22, xx.xx.2018-ci il təvəllüdlü X38, xx.xx.2010cu il təvəllüdlü X32, xx.xx.2013-cü il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçıya məxsus sözügedən mənzildə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
24. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatlarının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
26. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
28. Göründüyü kimi, üçüncü şəxslər X15, X31, X22, X38, X32, X23, X16, X17 və X6 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçıya məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları isə iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.
29. Məhkəmə onu da qeyd edir ki, iş üzrə üçüncü şəxslərdən xx.xx.2014-cü il təvəllüdlü X31, xx.xx.2020-ci il təvəllüdlü X22, xx.xx.2018-ci il təvəllüdlü X38, xx.xx.2010cu il təvəllüdlü X32, xx.xx.2013-cü il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X16, xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X6 azyaşlıdırlar və onlara şəxsiyyət vəsiqəsi verilərkən valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışlar.
30. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququnun olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
31. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
32. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. X15, X31, X22, X38, X32, X23, X16, X17 və X1 Bərdə şəhəri, Babək küçəsi, ev 13 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva