Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-259/2024 17.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkar (fiziki şəxs) kimi xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə apardığı 71.100,2 manat dəyərində idxal-ixrac əməliyyatlarında uyğunsuzluq olması motivi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsi onu vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 05 may 2023-cü il tarixli **********012100 nömrəli qərar qəbul etmişdir. Cavabdeh İdarə həmin qərarda onda olan mal çeşidlərindən fərqli mal çeşidlərinin aşkar edilməsi, bəzi malların vergi ödəyicisi kimi onun qalığında olmaması, vergidən yayınmağı, vergi üstünlüyü əldə etməyi ittihamı ilə o, riskli vergi ödəyicisi hesab edərkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69, 12.2.70 və 23.2.82-ci maddələri ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1-ci bəndlərinə istinad etmişdir. Onun göstərdiyi hüquq normalarına onun etirazı yoxdur, lakin onun apardığı əməliyyatlar tamamilə qanuni olmaqla, cavabdeh idarənin istinad etdiyi hüquq normalarının təsiri altına düşmür. Onun apardığı əməliyyatlarda, ümumiyyətlə onun fəaliyyətində vergidən yayınma halı mövcud deyil. Cavabdeh idarənin qərarı konkret və dəqiq deyil, ümumidir. Həmin qərardan əvvəl cavabdeh İdarənin ona yazdığı “Riskli əməliyyatlar aparılması barədə” tarixsiz məktubda söhbət qum-çınqıl qarışığı, qum, qırma daş, çınqıl, texniki duz barədə olduğundan, o hesab edir ki, 05 may 2023-cü il tarixli **********012100 nömrəli qərar 71.100,2 manat dəyərində olan həmin mallar üzrə əməliyyatla bağlıdır. Halbuki həmin malların içərisində olan bütün çeşidlər qalıq mallar olmuş və bu barədə Ərazi Vergilər Baş İdarəsində 134.000 manat mal qalığın olması, 2021-ci ilin sonrakı dövrlərində silinməməsi, sonrakı dövrlərdə realizasiya olunacağı, dövriyyəyə cəlb ediləcəyi haqda cavabdeh idarəyə 2 il əvvəl xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir. Bu barədə o, cavabdeh idarəyə təkrarən xx.xx.2023-cü il tarixli ərizə yazıb, göstərmişdir ki, il ərzində daxilolma olmamış, 63.204,25 manatlıq mal satılandan sonra mal qalığı 70.975 manat, ilin sonuna isə 43.121,56 manat olmuşdur. Bundan başqa, o bildirmişdir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat hesablamışlar. Bir vergi ödəyicisinə gəlirdən 2 cür vergi hesablanması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Reaksiya verilmədiyi üçün xx.xx.2021-ci il tarixli məktubla o cavabdeh idarədən qanunsuz hesablanmış 2.680 manatın ləğv edilməsini, şəxsi vərəqədən çıxarılmasını tələb etmişdir. Riskli vergi ödəyicisi sayılmağına etiraz kimi o, cavabdeh idarəyə göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda son əməliyyatını açıqlamış, avtomobillə xidmətin 11.100 manat olmasını, 450 kubmetr qırma daşın, 7450 kubmetr qum-çınqıl qarışığının, 1314 kubmetr çınqılın, 12,5 ton texniki duzun özünə məxsus **-DE- ***, **-DE-***, **-ZA-*** nömrəli yük avtomaşınlarında daşınmasını, həm də lazım olduqca mülkiyyətçisi olduğu "xxxx" ASC-nin texnikalarından istifadə etməyini, yanacaq daşıma avtomaşını ilə “”MAQRO” şirkətinə daşıma xidməti göstərməyini bildirmişdir. Buna baxmayaraq, bilmədiyi səbəbdən cavabdeh İdarə ona qarşı haqsızlığa başlayıb, yuxarıda göstərilən mallara, yəni qırma daşa, çınqıla, qum-çınqıl qarışığına və texniki duza dair yanlış nəticə çıxarıb, “vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmir” epiteti ilə onlara dair apardığı əməliyyatı riskli hesab etmiş, sənədlər və imkanı barədə faktiki hallara tam uyğun olaraq verdiyi izahata məhəl qoymayıb, apardığı əməliyyatın dəyərinin ödənilməsinə imkan verməmişdir. O bəzi başqa vergi ödəyiciləri kimi, Gəncə şəhərində, çayın kənarından, Gəncə şəhərindəki tikinti işləri ilə əlaqədar olaraq, qazıntı materiallarının aparılıb töküldüyü zibilxanadan qazıntı materialllarını toplayaraq, öz drabilkasına gətirmişdir. Drabilkasına gətirdiyi qazıntı materiallarını əzərək, həmin materialdan qum, torpaq, çınqıl və s. çeşidlərə ayıraraq elektron qaimə ilə müvafiq təşkilatlara satmışdır. Vergi əməkdaşları ondan zibillikdən topladığı qazıntı materiallarına görə, haradan almağı barədə qaimə tələb etmişlər, lakin onun qazıntı materiallarını topladığı zibilliyin yiyəsi olmadığı üçün, heç kimə qaimə verilmir. O, vergi əməkdaşlarına hər vaxtı mal, materialını haradan götürdüyünü əyani şəkildə göstərə bilər. Hətta 12 saylı ƏVBİ-nin əməkdaşları etibarnamə əsasında idarə etdiyi Zil avtomobili ilə “Maqro” şirkəti ilə müqavilə bağlayaraq, Nəqliyyat Departamentinə dövlət rüsumu ödəyərək, fərqlənmə nişanı alaraq xidmət göstərdiyi “Maqro” şirkətinə onun “riskli vergi ödəyiciyisi” haqda qərəzli məktub yazmışlar. Yəni öz texnikası ilə Nəqliyyat Departamentindən fərqlənmə nişanı alıb xidmət göstərdiyi halda vergi əməkdaşları qanunsuz olaraq, ona ikili vergi hesablamalarına baxmayaraq, hətta onun riskli vergi ödəyicisi olmağı kimi qərar qəbul ediblər. Cavabdeh İdarə şikayət etdiyi bu qərarı qbul etdikdən dərhal sonra təmasda olduğu müəssislərə (vergi ödəyicilərinə) məktular yazaraq onun imicinə zərbə vurmuş, həm də xidmətinin dəyərinin ödənilməsinə imkan verməmişdir. Odur ki, o, bu iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. İşin şifahi məhkəmə baxışı iclası 17 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, lakin iddiaçı gəlməmişdir. Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbinə etiraz etmiş və tələbin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, **********059700 nömrəli etirazda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə yazılmış xx.xx.2023-cü tarixli **********002900 nömrəli məktubda qeyd olunmuşdur ki, “2019-cu ildən vergilər darəsinə verilən hesabatda malmaterial qalığımın dəyəri 134000 manat olmuşdur. Həmin göstərilən qalığı da satmışam.” Göründüyü kimi hazırda vergi ödəyicisi tərəfindən bütün mallar realizə olunmuşdur. Həmçinin iddiaçı qeyd edir ki, 2021-ci ildə ona avans gəlir vergisi, üstəlik qanuna zidd olaraq 2021-ci ilin birinci rübünə görə 2.680 manat sadələşdirilmiş vergi hesablanmışlar. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********664100 nömrəli müraciətinə cavab olaraq vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli **********871000 nömrəli məktubda qeyd olunmuşdur ki, 2021-ci ilin 1 rübü üzrə Vergi məcəlləsinin 151.1.-ci maddəsinə əsasən hesablanmış vergi məbləği azaldılmışdır. Vergi ödəyicisinə hesablanmış sadələşdirilmiş vergi məbləği vergi ödəyicisinin ərizəsinə əsasən hesablanmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə vergi orqanına ünvanlanmış ərizəsində onun sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınması barədə xahişi vergi orqanı tərəfindən nəzərə alınmış və 2021-ci il üzrə sadələşdirilmiş vergi mükəlləfiyyəti aktivləşdirilmişdir. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur, Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. 2021-ci ilin 1ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1 nömrəli əlavəsində cəmi aktivlər: hesabat dövrünün əvvəlinə 134000, dövr ərzində daxil olmuşdur manatla 134000, təqdim edilmişdir manatla 134000, silinmişdir 134000, hesabat dövrünün sonuna 0 manat qalıq göstərilmişdir. Göründüyü kimi, vergi ödəyicisinin 134000 manatlıq malı realizə olunmuş hesabat ilinin sonuna 0 manat göstərilmişdir. Həmçinin yuxarıda qeyd edilən xx.xx.2023cü il tarixli **********002900 nömrəli məktubda da ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci ildə bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1-ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri 2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil etmişdir. Hesabat-axtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı,qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur. Bu da Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının 2.1.1 və 3.1.1-ci maddələrinin tələblərini pozur. Belə ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olan İddiaçı təsərrüfat subyektinə yerində baxış keçirilməsi, mövcud işçilər haqqında məlumat, əmək müqavilələri, nəzarət kassa aparatının göstəriciləri, mal qalığı barədə məlumat həmçinin foto çəkilişləri edilərək malın adı, miqdarı, vahidinin qiyməti, məbləği, cəmi məbləği qeyd edilməklə malların siyahısı barədə akt tərtib edilməsi, vergi ödəyicisinin gəlirlərini təsdiq edən təsdiqedici sənədlər əlavə edilməklə geniş izahat məktubunun vergi orqanına təqdim olunmasını təmin etmək və nəticəsi barədə məlumatın verilməsi tapşırılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı (VÖEN: **********) xx.xx.2021-ci il tarixli **********735100 saylı fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə fəaliyyətinin dayandırdığı, uçot baza məlumatlarına əsasən aktiv təsərrüfat subyektinin olmadığı səbəbindən təsərrüfat subyektinə baxış həyata keçirilməsi mümkün olmamışdır. Aşkar edilmiş faktlarla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********642200 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi buna qarşılıq olaraq hər hansı əsaslandırıcı fakt, izahat və ya sənəd təqdim etməmiş (edə bilməmiş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarına əsasən vergi ödəyicisi riskli əməliyyat aparan vergi ödəyicisi hesab edilməklə vergi orqanı tərəfindən yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli **********012100 nömrəli qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə 71100,2 manat məbləğində "Qum çınqıl qarışığı, qum, qırmadaş, çınqıl, düz" təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğan olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış Əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfındən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi şənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarına İddiaçı tərəfindən 12 saylı ƏVBİ-nə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun surəti, xx.xx.2004-cü il tarixli “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamənin surəti, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********012100 nömrəli qərarın və riskli vergi ödəyicisinin vergi orqanına dəvət edilməsi haqqında məktubun təsdiq edilmiş surətləri, 12 saylı ƏVBİ tərəfindən iddiaçıya göndərilmiş “Riskli əməliyyatların araşdırılması barədə” məktubun surəti, 12 saylı ƏVBİ tərəfindən iddiaçıya göndərilmiş “Əldə edilmiş riskli elektron-qaimə fakturalar barədə məlumat – Xəbərdarlıq”-ın surəti, İddiaçı tərəfindən 12 saylı ƏVBİ-nə göndərilmiş xx.xx.2023-cü il tarixli ərizənin surəti, İddiaçı tərəfindən 12 saylı ƏVBİ-nə göndərilmiş xx.xx.2021-cü il tarixli məktubun surəti, cavabdeh orqan tərəfindən məhkəmə göndərilmiş xx.xx.2023-cü il tarixli, **********762700 nömrəli və xx.xx.2023-cü il tarixli, **********776600 nömrəli məktublar, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz, Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiq olunmuş surəti, DVX-nin xx.xx.2021-ci il tarixli, **********969500 nömrəli Əmri ilə təsdiq edilmiş X1 təsdiq olunmuş surəti, DVX-nin xx.xx.2020-ci il tarixli, **********1750800 nömrəli Əmri ilə təsdiq edilmiş X3, Vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********218600 nömrəli qərarın təsdiq olunmuş surəti, iddiaçıya məxsus şəxsi hesab vərəqəsi, qaimə axtarışının nəticələri əlavə edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir və onların məzmununa istinad edilir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. İş materiallarında olan fiziki şəxs haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********218600 nömrəli qərarın təsdiq olunmuş surətindın görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2681,26 manat təşkil edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, vergi yoxlaması materiallarına və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlardan birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarının qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 12 saylı ƏVBİ tərəfindən iddiaçıya göndərilmiş “Riskli əməliyyatların araşdırılması barədə” məktubun surətindən görünür ki, iddiaçının apardığı əməliyyatların riskli hesab edilməsinə səbəb onun tərəfindən 16.02-xx.xx.2023-cü il tarixdə təqdim olunan mallar - 71100,2 manat məbləğində “Qum, çınqıl qarışığı, qum, qırma daş, çınqıl, duz” vergi ödəyicisinin alışında və idxalında müəyyən edilməmişdir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -13.2.69-ci maddəsinə əsasən, vergi üstünlüyü dedikdə, vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma nəzərdə tutulur. -13.2.70-ci maddəsinə əsasən, vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat nəzərdə tutulur. -13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. -13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarının:- -2.1.1-ci hissəsinə əsasən, vergi ödəyicisi bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda riskli vergi ödəyicisi hesab olunur. -3.1.1-ci hissəsinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərar qanunveriliciyin tələblərinə əməl edilməklə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi İddiaçı 2019-cu ildən vergilər dairəsinə verilən hesabatda mal-material qalığının dəyəri 134000 manat olmuşdur və həmin qalığı da o satmışdır. Bu halı təsdiq edən vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamədir ki, oradan müəyyən olunur ki, hesabat ilinin sonuna 0 (sıfır) manat göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ödəyici 134000 manatlıq malını realizə etdiyini özü qəbul etmişdir. 2022-ci il üçün ödəyici tərəfindən bəyannamə təqdim edilməmişdir. 2023-cü ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində (vergi ödəyicisinin özü təqdim etdiyi bəyannamədir) 2023-cü ilin 1ci rübünün 1-ci ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) və əmlakın dəyəri 2800 manat, 2-ci ayı üzrə 45545,90 manat, 3-cü ayı üzrə 31054,30 manat, rüb ərzində təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi-79400,20 manat təşkil etmişdir. Hesabat-axtarış məlumat sistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 71100,20 manat məbləğində “Qum çınqıl qarışığı,qum, qırmadaş, çınqıl, duz” təqdim edilmişdir. Lakin qeyd olunan mallar vergi ödəyicisinin alışında və idxalında öz əksini tapmamışdır. Belə ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixdə hesabat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən vergi ödəyicisi tərəfindən təbii qaz alındığı və reysqabağı texniki xidmət göstərildiyi müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən 2020, 2021, 2022 və 2023-cü illərə əsasən qum, çınqıl, şeben, qırmadaş olmaqla bir sıra inşaat malları, o cümlədən sement, armatur, eyni zamanda duz və s. təqdim edildiyi müəyyən edilmiş, araşdırma nəticəsində həmin malların alışına, o cümlədən idxalına dair hər hansı sənəd müəyyən edilməmişdir. Göründüyü kimi, təqdim edilən növdə malların əldə edilməsinə dair heç bir sənəd yoxdur. Bu səbəbdən vergi orqanı vergi ödəyicisini Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarına əsasən, riskli vergi ödəyicisi hesab etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu halları o, məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassızdır, cavabdeh tərəfindən qəbul edilmiş qərar qanunidir. Odur ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə barədə” 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 05 may 2023-cü il tarixli, **********012100 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-259/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-259/2024
17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver