Məhkəmə qərarları › İş №2-1(114)-2591/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2591/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2591/2022 07.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) daşınmaz əmlakın dövlət reyestrində qeydlərin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X5 adına olan və Göygöl rayonu Quşçu kəndində yerləşən əmlaka dair verilmiş xx.xx.2019-cu il tarixli, **********08 və **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququna dair qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Göygöl Rayon Məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair X8 və X3 qarşı iddia qaldırmış və məhkəmənin 2(066)-421/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin çıxarışların ləğvi hissəsində ona Gəncə İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmuşdur. Sözügedən daşınmaz əmlakın dövlət reyestrində qeydlərin ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-421/2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş iddiaya etirazda qeyd edilmişdir ki, X3 məxsus ünvan 1i ünvanında yerləşən 1.28 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” 06 iyun 1998-ci il tarixli, JN-079 (KOD ********) dövlət aktı əsasında xx.xx.2019-cu il tarixli, 4Ə-38 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X1. xx.xx.2019-cu il tarixli, 4Ə-38 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X6 xx.xx.2019-cu il tarixli, **********43 reyestr nömrəli (**********8 qeydiyyat nömrəli) və xx.xx.2019-cu il tarixli, **********08 reyestr nömrəli (**********8 qeydiyyat nömrəli) Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-421/2020 nömrəli qətnaməsində xx.xx.2019-cu il tarixli, 4Ə-38 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi ləğv edilmişdir. Lakin çıxarışların ləğvi hissəsində iddia təmin olunmamışdır. Bu səbəbdən aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)- 421/2020-ci il tarixli qətnaməsindən görünür ki, Göygöl rayonunun Quşçu kəndində yerləşən Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci 31 oktyabr tarixli 15 saylı qərarı ilə X3 verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 2004-cü ildə X4 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Göygöl rayonunun Quşçu kəndində yerləşən 1.28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması, Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi, X5 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların dövlə qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissəsində baxılması rayon məhkəmələrinə aid olmadığına görə təmin edilməməsi qərara alınmış və iddianın təmin olunmamış hissəsində baxılması üçün X7 Məhkəməsinə müraciət etməli olması izah edilimişdir. -surəti işə əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0079, KOD 50808038 saylı Dövlət Aktından görünür ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı ilə X2 təsərrüfatı məhsulları istehsalı üçün 1.28 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş **********43 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.8156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş **********08 reyestr nömrəli (********** qeydiyyat nömrəli), xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.4634 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-421/2020-ci il tarixli qətnaməsi ilə Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi ləğv edilmiş, lakin həmin müqavilə əsasında üçüncü şəxs X5 adına verilmiş xx.xx.2019-cu il tarixli **********08 və **********43 reyestr nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrindəki qeydlər ləğv edilməmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1ində torpaq sahəsi ilə bağlı X5 adına aparılmış **********08 və **********43 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatların ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X5 adına aparılmış **********08 və **********43 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli qeydiyyatların ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar