Məhkəmə qərarları › İş №2-1(114)-2598/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2598/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2598/2025 18.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Rüstəmova Esmira Vəzir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər Bərdə bələdiyyəsi və Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsi) qarşı Bərdə rayonu, Kafarlı kəndində yerləşən 28.35 hektar torpaq sahəsi üzərində "xxxx" X1 icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 801 nömrəli sərəncamı ilə bələdiyyələr formalaşanadək bələdiyyə ehtiyat fonduna ayrılmış S.Ağamalıoğlu Aqro-istehsal müəssisəsi ərazisindəki torpaq sahəsindən "xxxx" X3 30.02 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktı tərtib edilmişdir.

2. "xxxx" X4 ilə Bərdə rayonu Kafarlı kənd bələdiyyəsi arasında 16 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır.

3. "xxxx" X4 ilə Bərdə rayonu Türkmən kənd bələdiyyəsi arasında 4500 kv.m torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır.

4. "xxxx" X4 ilə Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında 9 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır.

5. "xxxx" X4 ilə Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 02 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2025-ci il tarixli əlavə sazişlər bağlanmışdır.

6. "xxxx" X4 ilə Bərdə rayonu Türkmən kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlər bağlanmışdır.

7. "xxxx" X4 ilə Bərdə şəhər bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavə saziş bağlanmışdır.

8. "xxxx" X4 ilə Bərdə rayonu Hacıbəyli kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavə saziş bağlanmışdır.

9. Bərdə rayonu Türkmən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli məktubunda bildirilmişdir ki, Türkmən kənd bələdiyyəsi ilə Bərdə rayon Kafarlı kəndində yerləşən Kamil-N X4 arasında torpaqdan istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. 2000-ci il tarixdən 2024-cü ilin sonunadək Kamil-N X4 ilə Türkmən kənd bələdiyyəsi arasında torpaqdan istifadəyə dair icarə müqaviləsinin ödənişləri vaxtlı-vaxtında hər ilin sonunda ödənilmişdir. İcarəyə dair Kamil-N X4 ilə Türkmən kənd bələdiyyəsi arasında heç bir mübahisəli hallar baş verməmişdir.

10. Bərdə rayonu Türkmən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, həqiqətən Kamil-N X4 ilə 03 yanvar 2005-ci il tarixli 01 saylı yığıncağın qərarı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən verilmiş dövlət aktı JN-326, 0334, xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir. Müqavilə bağlanarkən texniki olaraq hərf səhvinə yol verilmiş Kamil-N əvəzinə Kamil-H yazılmışdır. Odur ki, bildirilir ki, 03 yanvar 2005-ci il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir.

11. Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubunda bildirilmişdir ki, Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi ilə Bərdə rayon Kafarlı kəndində yerləşən Kamil-N X4 arasında torpaqdan istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. 2000-ci il tarixdən 2024-cü ilin sonunadək Kamil-N X4 ilə Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında torpaqdan istifadəyə dair icarə müqaviləsinin ödənişləri vaxtlı-vaxtında hər ilin sonunda ödənilmişdir. İcarəyə dair Kamil-N X4 ilə Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında heç bir mübahisəli hallar baş verməmişdir.

12. Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02 nömrəli məktubunda bildirilmişdir ki, həqiqətən Kamil-N X4 ilə 10 mart 2005-ci il tarixli 01 saylı yığıncağın qərarı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən verilmiş dövlət aktı JN-326, 0334, xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir. Müqavilə bağlanarkən texniki olaraq hərf səhvinə yol verilmiş Kamil-N əvəzinə Kamil-H yazılmışdır. Odur ki, bildirilir ki, 10 mart 2005-ci il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir.

13. Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26 nömrəli məktubunda bildirilmişdir ki, Hacıbəyli kənd bələdiyyəsi ilə Bərdə rayon Kafarlı kəndində yerləşən Kamil-N X4 arasında torpaqdan istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. 2000-ci il tarixdən 2024-cü ilin sonunadək Kamil-N X4 ilə Hacıbəyli kənd bələdiyyəsi arasında torpaqdan istifadəyə dair icarə müqaviləsinin ödənişləri vaxtlı-vaxtında hər ilin sonunda ödənilmişdir. İcarəyə dair Kamil-N X4 ilə Hacıbəyli kənd bələdiyyəsi arasında heç bir mübahisəli hallar baş verməmişdir.

14. Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 27 nömrəli məktubunda bildirilmişdir ki, həqiqətən Kamil-N X4 ilə 04 yanvar 2005-ci il tarixli 01 saylı yığıncağın qərarı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən verilmiş dövlət aktı JN-326, 0334, xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir. Müqavilə bağlanarkən texniki olaraq hərf səhvinə yol verilmiş Kamil-N əvəzinə Kamil-H yazılmışdır. Odur ki, bildirilir ki, 04 yanvar 2005-ci il tarixli 01 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə Kamil-N X3 aiddir.

15. İddiaçı həmin torpaq sahəsinə dair dövlət aktının çıxarışla əvəz olunması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-İ-0064-8/2024 nömrəkli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə baxılan zaman müəyyən olunmuşdur ki, 30.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı dövlət aktının çıxarışla əvəz olunması məqsədilə "xxxx" X4 tərəfindən müraciət olunmasına baxmayaraq, JN-326 saylı "Torpaqdan daim istifadə hüququna dair" dövlət aktında qeyd edilən 30.02 ha torpaq sahəsi Bərdə rayon İcra Hakimiyyəti Başçısının 10 noyabr 1998-ci il tarixli 801 saylı sərəncamı ilə "xxxx" kəndli (fermer) təsərrüfatına ayrılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina olunur.

16. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 909 nömrəli arayışında göstərilmişdir ki, Kafarlı kəndi ərazisində yerləşən “Kamil-N X4” hal-hazırda fəaliyyət göstərir. 10 noyabr 1998-ci il tarixli 801 saylı sərəncam ilə verilmiş (JN-326 KOD ********) dövlət aktına əsasən 30.02 ha torpaq sahəsi ayrılmışdır. 2000-ci ildən bələdiyyələr formalaşandan sonra həmin 30.02 ha torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə verilmişdir. Bələdiyyələrlə bağlanmış müqavilələrdə yazılmış Kamil-H dövlət aktında olduğu kimi kiril əlifbası ilə yazılmışdır. Halbuki, 2001-ci ildə kiril qrafikasından latın qrafikasına keçid zamanı müqavilədə Kamil-N göstərilməlidir. Ərazidə hal-hazırda “Kamil- N X4”ndan başqa Kamil adlı Fermer Təsərrüfatı mövcud deyil.

17. Məhkəmənin sorğusuna Bərdə rayonu Mirzəxan Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarına əsaəsn 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkilərindən sonra Hacıbəyli bələdiyyəsi Mirzəxan Qaraqoyunlu bələdiyyəsi ilə birləşdirilmişdir.

18. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-941/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı "xxxx" X3 4.5 ha (45000 kv.m) torpaq sahəsinin icarəyə verilməsi barədə Kafarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarı, eyni tarixli və nömrəli icarə müqaviləsi, həmin müqaviləyə xx.xx.2013-cü il tarixıi əlavə saziş, 16 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Türkmən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 01 nömrəli Qərarı, eyni tarixli və nömrəli icarə müqaviləsi, həmin müqaviləyə xx.xx.2013-cü il və xx.xx.2021-ci il tarixli əlavə sazişlər, eləcə də 9 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 02 nömrəli Qərarı, xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsi, həmin icarə müqaviləsinə xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli əlavə sazişlər aşkar edilməmişdir.

19. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-38/2-176/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin müvafiq bəndinə uyğun olaraq müvəqqəti mühafizə müddətləri başa çatmış sənədlər X7 filialına təhvil verilmişdir. Hazırda yuxarıda qeyd olunan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 801 nömrəli sərəncamının ləğv edilib-edilməməsi barədə (yəni hazırda qüvvədə olub-olmaması barədə) məlumat aşkarlanmadı.

20. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə "Kamil-N X4" MMC-yə verilmiş 30.02 ha torpaq sahəsinin həm ayrıldığı vaxt, həmdə hazırki TEKUİS məlumat bazasına əsasən, bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu (BEF) torpaqları olmaqla əkin sahəsidir. 2) İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə, "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə ayrılmış 30.02 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası uyğunluq təşkil etmir. 3) "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə ayrılmış 30.02 ha torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən 3.26 ha hissəsi kənd təsərrüfatı təyinatlı xüsusi mükiyyətə verilmiş pay torpaqları ilə, 0.05 ha hissəsi kənd təsərrüfatı təyinatlı su arxı ilə, 0.09 ha hissəsi kənd təsərrüfatı təyinatlı qamışlı örüş sahəsi ilə və 26.62 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu torpaqları ilə üst-üstə düşür. Həmin 26.62 ha torpaq sahəsi üzərində, bələdiyyənin **********00, **********01, **********03, **********84 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin koordinatları, TEKUİS məlumat bazasına əsasən 0.14 ha hissəsi kənd təsərrüfatı təyinatlı Dövlət mülkiyyətinə aid kanal ilə, 30.38 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu torpaqları ilə üst-üstə düşür. Həmin 30.38 ha torpaq sahəsinin 29.61 ha torpaq sahəsi üzərində, bələdiyyənin **********00, **********01, **********03, **********84 və **********02 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır. Qalan 0.77 ha hissəsi isə naturada kanal kimi istifadə olunur.

21. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 2735/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-2881/2025 nömrəli cavab məktublarına əlavə edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Köbər kəndində yerləşən 5.56 ha torpaq sahəsi üzərində Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Türkmən kəndində yerləşən 9.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Türkmən bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Türkmən kəndində yerləşən 2.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Türkmən bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 8.55 ha torpaq sahəsi üzərində Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qafarlı kəndində yerləşən 3.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

22. Məhkəmənin sorğusuna 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-17/2-80837/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kamil-N X4 ********** VÖEN ilə xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

23. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 3582/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kamil-N X1 naturada faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin 3.90 ha hissəsi, X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsindən kənarda yerləşir. X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsinin 3.40 ha hissəsi iddiaçının istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir. X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsinin 25.78 ha hissəsi iddiaçının faktiki istifadəsindədir, habelə kanal və su arxının sahəsi (mühafizə zolaqları nəzərə alınmaqla) 0.77 ha təşkil edir və iddiaçının istifadəsindən kənarda qalır.

24. Torpaq sahəsinin yerli baxış protokolundan görünür ki, mübahisəli torpaq sahəsinə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı torpaq sahəsindən faktiki olaraq əkin məqsədli istifadə edir. Torpaq sahəsində kanal və su arxları mövcuddur. Kanala yaxınlaşmaq mümkün olmamışdır. Su arxları isə torpaq sahəsini suvarma məqsədli 40-50 sm enində çəkilmişdir. II. Məhkəmədə icraat

25. İddiaçı “Kamil-N X4” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “X6 hüququna dair” JN-326 KOD 61015048 nömrəli dövlət aktının torpaqdan istifadə hüququna dair çıxarışla əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının 10 noyabr 1998-ci il tarixli, 801 saylı sərəncamı ilə "Kamil-N X4" MMC-nin fəaliyyəti üçün Bərdə rayonu, Kafarlı kəndində yerləşən 30,02 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair sahəseçmə aktı tərtib edilmiş, koordinatlar müəyyən edilmiş və JN-326 kod 61015048 saylı "X6 hüququ"na dair Dövlət Aktı verilmişdir. "X6 hüququ"na dair Dövlət Aktının çıxarışla əvəz edilməsi üçün cavabdeh 7 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 7 saylı Bərdə Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmişdir. İmtina məktubunda Daşınmaz Əmlakın Dövlət Respublikası Reyesteri haqqında Azbaycan Respublikası Qaunun 11.1., 15-ci maddələri sadalanmaqla yekunda çıxarışın verilməsindən imtina edilməsi qeyd edilsə də, Dövlət Aktının çıxarışla əvəzlənməsində nə kimi qanunsuzluq və ya digər uyğunsuzluğun olması əsaslandırılmamış, əsassız olaraq müraciətdən imtina edilmişdir.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

28. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı qismində "xxxx" X4 qeyd edilmiş və hazırkı iddia tələbi “Bərdə rayonu, Kafarlı kəndində yerləşən 28,35 hektar torpaq sahəsi üzərində "xxxx" X1 icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

29. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

30. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

31. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

32. Cavabdehin yerləşdiyi Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

33. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

34. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

35. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bərdə bələdiyyəsi və Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

36. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

37. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

38. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" X4 Məhdud Məsuliyyətli Cəmiyyəti Bərdə rayonu ərazisində yerləşən 30.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş dövlət aktının çıxarışla əvəz olunması ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. "xxxx" X4 MMC-nin müraciətinə baxılmış xx.xx.2024-cü il tarixli **********19 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə aşağıdakı kimi bildiriş göndərilmişdir. Bərdə rayonu ərazisində yerləşən 30.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair "xxxx" X3 verilmiş dövlət aktının çıxarışla əvəz olunması ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. "xxxx" X4 torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 15-ci maddəsinə əsasən torpaqdan müvəqqəti istifadə qısa müddətli - üç ilədək və uzun müddətli - on ilədək ola bilərdi. Köçəri qoyunçuluq üçün kolxozların, sovxozların, kəndli təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsinə qış və yay otlaq sahələri 15 ilədək müddətə verilirdi. İstehsalat zərurəti olduqda bu müddətlər müvafiq surətdə ilkin istifadə müddətlərindən çox olmayan dövrədək torpaq sahəsini istifadəyə vermiş orqanlar uzada bilərdi. Azərbaycan Respublikasında kəndli (fermer) təsərrüfatlaının yaradılmasını sürətləndirmək tədbirləri haqqında 18 yanvar 1992-ci il tarixli 551 nömrəli Fərmana əsasən kəndli (fermer) təsərrüfatları təşkil etmək üçün torpaq sahələri vətəndaşlara icarə şərtləri əsasında daimi istifadəyə verilir. Elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. Həmin Qanunun 7-ci maddəsinə əsasən Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Torpaq sahəsinə dair təqdim etdiyi icarə müqavilələri 2013-cü ildə bələdiyyə ilə "xxxx" X4 arasında bağlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina olunur. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunmuşdur. Bu səbəbdən də hesab edirlər ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır.

40. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

41. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 801 nömrəli sərəncamı; - xx.xx.1999-cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktı; - xx.xx.2005-ci il tarixli 01 nömrəli, xx.xx.2005-ci il tarixli 01 nömrəli və xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqavilələri; - xx.xx.2005-ci il tarixli 02 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2025-ci il tarixli əlavə sazişlər; - xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlər; - xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavə saziş; - xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavə saziş; - Bərdə rayonu Türkmən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli məktubu; - Bərdə rayonu Türkmən bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu; - Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubu; - Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02 nömrəli məktubu; - Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 26 nömrəli məktubu; - Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 27 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-İ-0064-8/2024 nömrəli imtina məktubu; - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə rayon Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 909 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Bərdə rayonu Mirzəxan Qaraqoyunlu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-941/2025 nömrəli cavab məktubu; - Məhkəmənin soğrusuna Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-38/2-176/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 2735/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-2881/2025 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-17/2-80837/2025 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 3582/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

42. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

43. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 801 nömrəli sərəncamı ilə bələdiyyələr formalaşanadək bələdiyyə ehtiyat fonduna ayrılmış S.Ağamalıoğlu Aqro-istehsal müəssisəsi ərazisindəki torpaq sahəsindən "xxxx" X3 30.02 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.1999cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktı tərtib edilmişdir. həmin torpaq sahəsi sahəseçmə aktı ilə naturada iddiaçıya tanıdılaraq, istifadəsinə verilmişdir. Daha sonra iddiaçı KFT ilə Bərdə rayonu Kafarlı kənd bələdiyyəsi arasında 16 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli, Bərdə rayonu Türkmən kənd bələdiyyəsi arasında 4500 kv.m torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında 9 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli, Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 02 nömrəli icarə müqavilələri bağlanmış, daha sonralar isə torpaq sahəsinin yerləşdiyi bələdiyyələr birləşdiyi üçün icarə müqavilələrinə əlavə sazişlər bağlanmışdır.

44. Hazırda sözügedən torpaq sahəsi Bərdə bələdiyyəsi və Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin ərazisini əhatə edən sahəyə düşür və bələdiyyələrlə iddiaçı KFT arasında hər hansı mübahisəli hallar mövcud deyildir.

45. İddiaçı həmin torpaq sahəsinə dair dövlət aktının çıxarışla əvəz olunması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-İ-0064-8/2024 məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə baxılan zaman müəyyən olunmuşdur ki, 30.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı dövlət aktının çıxarışla əvəz olunması məqsədilə "xxxx" X4 tərəfindən müraciət olunmasına baxmayaraq, JN-326 saylı "Torpaqdan daim istifadə hüququna dair" dövlət aktında qeyd edilən 30.02 ha torpaq sahəsi Bərdə rayon İcra Hakimiyyəti Başçısının 10 noyabr 1998-ci il tarixli 801 saylı sərəncamı ilə "xxxx" kəndli (fermer) təsərrüfatına ayrılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina olunur.

46. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

47. Məhkəmə cavabdehin orqanın Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 801 nömrəli sərəncamında, xx.xx.1999-cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktında və bələdiyyələrlə bağlanmış icarə müqavilələrində müəssisənin adının "xxxx" MMC kimi qeyd olunması dəlilinə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır və qeyd edir ki, iş materiallarında olan sənədlərdən, həmçinin məhkəmənin sorğusu əsasənda əldə edilmiş "xxxx" X1 Nizamnaməsindən görünür ki, həmin hüquqmüəyyənedici sənədlər həqiqətən də "xxxx" X3 məxsusdur.

48. Belə ki, 10 noyabr 1998-ci il tarixli 801 saylı sərəncam ilə verilmiş (JN 326 KOD ********) dövlət aktına əsasən 30.02 ha torpaq sahəsi "xxxx" X3 ayrılmışdır. 2000-ci ildən bələdiyyələr formalaşandan sonra həmin 30.02 ha torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə verilmişdir. Bələdiyyələrlə bağlanmış müqavilələrdə yazılmış Kamil-H dövlət aktında olduğu kimi kiril əlifbası ilə yazılmışdır. Halbuki, 2001-ci ildə kiril qrafikasından latın qrafikasına keçid zamanı müqavilədə Kamil-N göstərilməli idi. Lakin qeyd olunan icarə müqavilələri bağlanarkən texniki olaraq hərf səhvinə yol verilmiş müəssisənin adı Kamil-N əvəzinə Kamil-H yazılmışdır.

49. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 801 nömrəli sərəncamı ilə "xxxx" X3 30.02 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, həmin torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktı tərtib edilmişdir. Kamil-N” X4 ilə Bərdə rayonu Kafarlı (Hacıbəyli) kənd bələdiyyəsi arasında 16 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli, Bərdə rayonu Türkmən kənd bələdiyyəsi arasında 4500 kv.m torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005ci il tarixli 01 nömrəli, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında 9 ha torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqavilələri bağlanmış, daha sonra müəssisə isə bələdiyyələlər arasında həmin müqavilələlərə əlavə sazişlər imzalanmışdır.

50. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Köbər kəndində yerləşən 5.56 ha torpaq sahəsi üzərində Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Türkmən kəndində yerləşən 9.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Türkmən bələdiyyəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Türkmən kəndində yerləşən 2.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Türkmən bələdiyyəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 8.55 ha torpaq sahəsi üzərində Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu bələdiyyəsinin və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qafarlı kəndində yerləşən 3.5 ha torpaq sahəsi üzərində Bərdə rayonu Hacıbəyli bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

51. Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarına əsaəsn 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkilərindən sonra Kafarlı (Hacıbəyli) bələdiyyəsi Mirzəxan Qaraqoyunlu bələdiyyəsi ilə birləşdirilərək Mirzəxan-Qaraqoyunlu, Türkmən bələdiyyəsi isə Bərdə bələdiyyəsi ilə birləşdirilərək Bərdə bələdiyyəsi yaradılmışdır.

52. Bundan sonra "xxxx" X4 ilə Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kənd bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 02 nömrəli icarə müqaviləsinə xx.xx.2025-ci il tarixli, Bərdə şəhər bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavə sazişlər bağlanmışdır.

53. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində icarə hüququ həmin torpaq sahəsinin ayrılması (istifadəyə verilməsi) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu "xxxx" X1 həmin sənədlərə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır.

54. Bundan başqa, iddiaçının çıxarış verilməsini istədiyi 30.02 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üstüstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə "Kamil-N X4" MMC-yə verilmiş 30.02 ha torpaq sahəsinin həm ayrıldığı vaxt, həmdə hazırdki TEKUİS məlumat bazasına əsasən, bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu (BEF) torpaqları olmaqla əkin sahəsidir. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası ilə, "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə ayrılmış 30.02 ha torpaq sahəsinin koordinatları və konfiqurasiyası uyğunluq təşkil etmir. "X6 hüququna dair" JN-326 nömrəli dövlət aktı ilə ayrılmış 30.02 ha torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən 3.26 ha hissəsi kənd təsərrüfatı təyinatlı xüsusi mükiyyətə verilmiş pay torpaqları ilə, 0.05 ha hissəsi kənd təsərrüfatı təyinatlı su arxı ilə, 0.09 ha hissəsi kənd təsərrüfatı təyinatlı qamışlı örüş sahəsi ilə və 26.62 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu torpaqları ilə üst-üstə düşür. Həmin 26.62 ha torpaq sahəsi üzərində, bələdiyyənin **********00, **********01, **********03, **********84 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin koordinatları, TEKUİS məlumat bazasına əsasən 0.14 ha hissəsi kənd təsərrüfatı təyinatlı Dövlət mülkiyyətinə aid kanal ilə, 30.38 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid Ehtiyat fondu torpaqları ilə üst-üstə düşür. Həmin 30.38 ha torpaq sahəsinin 29.61 ha torpaq sahəsi üzərində, bələdiyyənin **********00, **********01, **********03, **********84 və **********02 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır. Qalan 0.77 ha hissəsi isə naturada kanal kimi istifadə olunur.

55. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3- 46/2-3582/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kamil-N X1 naturada faktiki istifadə etdiyi 30.52 ha torpaq sahəsinin 3.90 ha hissəsi, X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsindən kənarda yerləşir. X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsinin 3.40 ha hissəsi iddiaçının istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir. X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 istifadəsinə verilmiş torpaq sahəsinin 25.78 ha hissəsi iddiaçının faktiki istifadəsindədir, habelə kanal və su arxının sahəsi (mühafizə zolaqları nəzərə alınmaqla) 0.77 ha təşkil edir və iddiaçının istifadəsindən kənarda qalır.

56. Beləliklə, məhkəmə qərardadı əsasında əldə edilmiş mütəxəssis rəyi ilə və sözügedən torpaq sahəsinin ortofoto görüntüsü ilə müəyyən edilir ki, iddiaçının faktiki və qanuni istifadəsində (icarəsində) olan torpaq sahəsi 28.35 ha (X6 Hüququna dair JN-326 nömrəli Dövlət Aktına əsasən Kamil-N X1 faktiki istifadəsində olan torpaq sahəsi 25.78 ha və həmin torpaq sahəsinin qonşuluğunda yerləşən Bərdə bələdiyyəsi tərəfindən iddiaçının icarəsinə verilmiş 2.50 ha torpaq sahəsi) təşkil edir. İddiaçı da tələbində 28.35 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir.

57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna görə: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

58. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri: - 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları: - 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir.

59. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.

60. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

61. İddiaçılar tərəfindən cavabdehə təqdim edilən aktın (bələdiyyə qərarının) “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları müəyyən edilməmişdir.

62. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

63. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir və hazırkı iş üzrə həmin halların hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.

64. Məhkəmə onu da qeyd edir ki, iddiaçı KFT-nın adına tərtib edilmiş xx.xx.1999-cu il tarixli JN-326 KOD 61015048 nömrəli “X6 hüququna dair” dövlət aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən hüququn qeydiyyatına əsas olan sənəddir və xx.xx.2006-cı il tarixədək aparılmış qeydiyyat olduğundan, hüquqi qüvvəsindədir.

65. Lakin hazırkı vəziyyətdə torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğundan (bələdiyyə ehtiyat fonduna ayrılmış torpaq sahəsindən ayrıldığından) və bələdiyyə mülkiyyətində olan torpaq sahələri yalnız bələdiyyə mülkiyyətində olan müəssisələrə verildiyindən, habelə iddiaçı KFT bələdiyyələrlə icarə müqaviləsi bağlayaraq, icarə haqqı ödəməklə istifadə etdiyindən sözügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyatı aparılmalıdır.

66. İcarə hüququnun qeydiyyat müddəti icarə müqavilələrinin bağlandığı müddətə (2005-ci ildən 60 il müddətinə) müəyyən edilməlidir.

67. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Azərbaycan Respublikası Qanununa görə: Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Maddə 11.6. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir.

68. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanuna görə : Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri...

69. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

70. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

71. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Bərdə rayonu, Kafarlı kəndində yerləşən 28.35 hektar torpaq sahəsi üzərində "xxxx" X1 60 il müddətinə icarə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar