Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2599/2022 07.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N992-ci il tarixində Gədəbəy RHKdan 90 günlük hərbi səfərbərliyə çağrılmışdır. Xidmətə N () saylı hərbi hissədə başlamışdır. xx.xx.N992-ci il tarixindən bütün növ təminatlara salınmışdır. Qazax rayonun ermənilərlə həmsərhəd kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı hər iki ayağından yaralanmış, xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cü il tarixə kimi Qazax Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Hər iki ayağında ağır yara olması ilə əlaqədar hərbi hissə komandiri tərəfindən evə buraxılmış, müalicəsini ev şəraitində davam etmişdir. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, NN/3542 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Mərkəzi arxivin N3 may 2022-ci il tarixli 4/2-3046 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparıldığı dövrdə xx.xx.N993-cü il tarixdən sonrakı dövrdə iddiaçının hərbi xidməti əmrlərlə təsdiq edilmir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın N9 iyul 2022-ci il tarixli qərarına əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd olunanları nəzər alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-3046 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında N97N-ci il təvəllüdlü, xx.xx.N992-ci ildə Gədəbəy RHK-dan çağrılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə daxil edilməsi barədə məlumat qeyd edilmiş, lakin nə vaxtadək xidmətdə olması barədə müvafiq qeydiyyat aparılmamışdır. Gədəbəy RHK-dan çağrılmış İddiaçı N () nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin 3-cü batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmiş və 3-cü bölüyün, 2-ci tağımının. 2-ci bölməsində pulemyotçu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 05 nömrəli əmrində sıravi İddiaçı Qəmbər oğlunun İİ motoatıcı tağımında atıcı vəzifəsində xidmətdə olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 08 nömrəli əmrində sıravi İddiaçı Qəmbər oğlunun İİ motoatıcı tağımında nişançı vəzifəsində xidmətdə olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993cü il tarixli 2N7 nömrəli əmrində avtomobil taburunun hərbi qulluqçusu, sıravi İddiaçı Qəmbər oğlunun ailə vəziyyətinə görə 5 (beş) günlüyə məzuniyyətə buraxılması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü taborun 3-cü bölüyünün hərbi qulluqçusu, nişançı İddiaçı Q. oğlunun yanvar N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü taborun 3-cü bölüyünün hərbi qulluqçusu, nişançı İddiaçı Qəmbər oğlunun fevral N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü taborun 3cü bölüyünün hərbi qulluqçusu, nişançı İddiaçı Qəmbər Oğlunun mart N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllər qovluğunda 3-cü taborun 3-cü bölüyünün hərbi qulluqçusu, nişançı İddiaçı Qəmbər oğlunun iyun N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nomrəli hərbi hissənin əsgər neyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü taborun 3-cü bölüyünün hərbi qulluqçusu, nişançı İddiaçı Qəmbər oğlunun iyul N994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin N avqust N993 - iyul N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması, hərbi hissə komandirinin noyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində ehtiyata tərxis olunması, hərbi hissənin aprel-may N994-ci il üçün şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəllərində pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-8550 nömrəli məktubundan görünür ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya»nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-3046 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N993-cü il tarixdən (məzuniyyətdən) sonrakı dövrdə hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə görə İddiaçı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə daxil edilməsi barədə məlumat olsa da, onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Mövcud qanunvericiliklə hərbi hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.N, 75 və 8N-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2599/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2599/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver