Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-26/2022 25.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mərhum əri X1 adına Gəncə şəhəri, İK-nin qərarı ilə “Bahar-1” bağçılıq sahəsindən ayrılmış 38 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsini geri götürdüyünü bildirmiş və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edir ki, həmin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Axundov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 Tel: (022) 255 75 96, Faks: (022) 255 58 65 www.ganjaadministrativecourt.gov.az Elektron ünvan İş № 2-1(114)-26/2022 25 aprel 2022-ci il İddiaçı: İddiaçı Ünvan: Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 34 Cavabdeh: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə Ünvan: Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 3 Üçüncü şəxs: Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsinə Ünvan: Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-26/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti - “ 02 ” vərəqdə. Hakim: Emin Axundov İş № 2-1(114)-26/2022 Məhkəmə hazırlıq iclasının protokolu 25 aprel 2022-ci il Gəncə şəhəri Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Kəpəz rayon Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxdı: Məhkəmə hazırlıq iclası saat 16:15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açdı və məhkəmədə baxılmalı olan işi elan etdi. Sədrlik edən məhkəmə iclas katibinə məruzə üçün söz verdi. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Sədrlik edən yerində müşavirə edərək qərara aldı:- məhkəmə iclası tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan keçirilsin. Sədrlik edən iddiaçı tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli sənədlərin geri qaytarılması barədə ərizəni nəzərdən keçirib, müşavirə otağına getdi, qayıtdı və tərtib olunmuş qərardadı elan etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə hazırlıq iclası saat 16:20-də başa çatdı. Protokol 25 aprel 2022-ci il tarixdə tərtib edilib. Sədrlik edən: Emin Axundov Katib: Eldar Xəlilov
Məhkəmə qərarları › İş №2-1(114)-26/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-26/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver