Məhkəmə qərarları › İş №2-1(114)-260/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-260/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-260/2020 17.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2 (üçüncü şəxs X1) qarşı dövlət reyestrində qeydiyyatın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayonu, Əyyublu kənd sakini X1 (bundan sonra mətndə üçüncü şəxs) tərəfindən Əyyublu kəndində yerləşən X3 İstismarı İdarəsinin balansında və istismarında olan Dy159 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərində (üzəri örtülməklə bir metrliyində)mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinə - mağazaya verilmiş ******* nömrəli Çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək X1 tərəfindən Tovuz rayonu, Əyyublu kəndində inşa edilmiş qeyri-yaşayış binası üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs tərəfindən Tovuz rayonu, Əyyublu kəndində yerləşən X3 İstismarı İdarəsinin balansında və istismarında olan Dy159 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərində (üzəri örtülməklə bir metrliyində)mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinə - mağaza inşa olunmuşdur. Tikili inşa olunması nəticəsində Şəmkir RQİİ-nin nümayəndələri tərəfindən kəmərə xidmət göstərilməsi mümkünsüz olmuşdur. Potensial təhlükə mənbəyi olması ilə yanaşı gələcəkdə bədbəxt hadisələrin baş verməsinə şərait yaratdığını nəzərə alaraq üçüncü şəxsə bu barədə dəfələrlə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və tərəfindən zəbt olunmuş mühafizə zonasının boşaldılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Ancaq üçüncü şəxs bu istiqamətdə heç bir tədbir görmədiyindən Tovuz Rayon Məhkəməsinə iş materialları göndərilmişdir. Məhkəmə araşdırmasının yekunu olaraq sözügedən tikilinin Çıxarışla üçüncü şəxsə məxsus olması səbəbindən iddia tələbi təmin edilməmişdir. Ona görə hesab edir ki, üçüncü şəxsə sözügedən tikiliyə verilmiş ******* nömrəli Çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə araşdırmasının predmetini Tovuz Rayon Məhkəməsinin 2(62)-781/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi, xx.xx.2016-cı il tarixdə tərtib edilmiş 5xx-xx/1183 inventar nömrəli texniki pasport, MH seriyalı, ******* nömrəli Çıxarış, cavabdehin imtina məktubu və Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-61/2007 nömrəli qətnaməsi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə tələb daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən qeydiyyat Tovuz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-61/2007 nömrəli qətnaməsi əsasında aparıldığından və həmin qətnamə hazırda qüvvədə olduğundan, həmin məhkəmə aktı əsasında aparılmış qeydiyyatın ləğv edilməsi inzibati məhkəmə icraatı üzrə mümkünlük şərtlərini təmin etmədiyindən tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2 (üçüncü şəxs X1) qarşı dövlət reyestrində qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar