Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-260/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaranmış pensiya fərqi məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaranmış pensiya fərqi məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2001-ci il tarıxdə 2-ci dərəcə Qarabağ əlili kimi №034349 vəsiqə verilmişdir.
2. Həmçinin, Azərbaycan Respublikasının Hərbi Komissarlığının xx.xx.2008-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş xx.xx.2017-ci il tarixli ZE-52864 nömrəli yeni məlumat vərəqəsinə əsasən vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə əlavə” nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmaqla, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.
4. İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən onun sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə - 77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında dağ yüksəkliyinə görə əlavə - 127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil etmişdir.
5. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq, “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (1047,90 manat) 80 faizi – 838,32 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.
6. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşmə ilə əlaqədar artırılaraq 1057,71 manat və növbəti dəfə cair ildə də indeksləşdirilərək 1176.18 manat təşkil edir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli **********41 nömrəli məktubunda bildirilmişdir ki, ona 28 avqust 2001-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən idarə tərəfindən ödənilir. Sözügedən orqan tərəfindən idarəyə təqdim olunmuş ona dair 21 iyun 2017-ci il tarixli ZE-52864 nömrəli yeni məlumat vərəqəsinə əsasən "dağ yüksəkliyinə görə əlavə" nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Belə ki, hərbi qulluqçulara və xüsusi rütbəli şəxlərə əmək pensiyasının ödənişi 1 yanvar 2007-ci il tarixindən idarəyə həvalə edildiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji hallarla bağlı qərarlarında əmək pensiyasının həmin tarixdən hesablanmalı olduğu təsbit edilmişdir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.
8. İddiaçı yaranmış pensiya fərqi məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-57474/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, ona 28 avqust 2001-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş ZE-52864 nömrəli məlumat vərəqinə əsasən həmin tarixdən əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Eyni zamanda bildirilmişdir ki, Müdafiə Nazirliyi tərəfindən ona dair tərtib olunmuş 21 iyun 2017-ci il trixli, 52864 nömrəli yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə əlavə” nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmaqla, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirilmişdir ki, sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə 77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə” əlavə 127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərciliyinin (1047,90 manat) 80 faizi – 838,32 manat məbləğində əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinin tələblərinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən ilkin artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1057,71 manat məbləğində müvafiq kart hesabına köçürülür.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-47974/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 28 avqust 2001-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda bildirilir ki, Müdafiə Nazirliyi tərəfindən İddiaçı dair təqdim 21 iyun 2017-ci il tarixli 52864 nömrəli yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20 faizi miqdarında "dağ yüksəkliyinə görə əlavə" nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat fərq məbləği xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 112323/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 28 avqust 2001-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən adıçəkilən şəxsə dair təqdim olunmuş ZE-52864 nömrəli məlumat vərəqinə əsasən həmin tarixdən əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Eyni zamanda bildirilir ki, Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş 21 iyun 2017-ci il tarixli 52864 nömrəli yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20 faizi miqdarında "dağ yüksəkliyinə görə əlavə" nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat fərq məbləği xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildiririk ki, sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsin sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə-77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında dağ yüksəkliyinə görə əlavə-127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil edir. İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qarjun) 20:16y-oi maddəsinin tələblərinə uyğun olaraq, "hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar" ll dərəcə əlilliyə görə təminat xərcliyinin (1047,90 manat) 80 faizi- 838,32 manat məbləğində əmək pensiyası müəyyən edilib. Məlumat üçün bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar artırılaraq 1057,71 manat və növbəti dəfə cari ildə də indeksləşdirilərək 1176,18 manat təşkil edir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, 2001-ci ildən 2017-ci ilə qədər İİ qrup Qarabağ əlili kimi pensiya hesablanarkən onun adına hesablanmış, lakin verilməmiş 10792.00 manat pulun ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə anadan olmuşdur. Tovuz rayonunda 812№i h38 hissədə 3-cü motoatıcı taborunda xidmət etmişdir. Baş leytenant rütbəsində olmuşdur. 2001-ci ildə ona İİ qrup Qarabag əlili kimi pensiya hesablanarkən qulluq etdiyi vaxt aldığı 20 faiz yüksəklik pulunu hesablamadılar. 2017-ci ildə arxivdən çıxartdığı maaş haqqında arayışa baxmışlar və 2001-ci ildən 2017-ci ilə qədər (17 il ərzində) ayda 73.00 manat olmaqla (17 il x 12 ay x 73.00 manat= 14892.00 manat) hesabladılar və həmin pulu almaq üçün onu Sosial Təminat Nazirliyinə göndərdilər. Nazirlikdə onun pulu bu ərizəyə əlavə etdiyi arayışa əsasən hesabladılar 4100.00 manat pulu pensiyasına ayda 73.00 manat hesabilə əlavə etdilər və o, həmin pulu təxminən 56 ay ərzində almışdır. Yerdə qalan 10792.00 manat pulu isə indiyədək ona vermirlər. Halbuki, ona verilməli olan həmin pul bu ərizəyə əlavə etdiyi arayışla təsdiq olunur. Belə ki, AR MN-nin Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli 512-10659№-li arayışına əsasən 812№-li hərbi hissənin 1995-ci il tarixli zabit və gizirlərin pul paylama cədvəllərindən arxiv çıxarışında göstərilmişdir ki, baş leytenant İddiaçı oglu xidmət etdiyi illərə görə 10 faiz əlavə, hərbi rütbəyə görə oklad əmək haqqı 17600.00 manat, vəzifə okladı 38800.00 manat, xidmət etdiyi illərə görə əlavə 5640.00 manat, əlavə 35200.00 manat, yekun 77600.00 manat, əlavə 11280.00 manat, yüksək daglıq 20 faiz 7760.00 manat olmaqla ümumilikdə yekun əlinə aldığı nəğd pul 193880.00 manat olmuşdur. Hesab edir ki, 2001-ci ildən 2017-ci ilə qədər İİ qrup Qarabag əlili kimi pensiya hesablanarkən onun adına hesablanmış, lakin verilməmiş 10792.00 manat pulun dayandırılması qanunsuzdur və ona verilməlidir. Məhz buna görə də o, «2001-ci ildən 2017-ci ilə qədər İİ qrup Qarabag əlili kimi pensiya hesablanarkən onun adına hesablanmış, lakin verilməmiş 10792.00 manat pulun ona birdəfəyə ödənilməsi üçün müvafiq göstəriş verilməsinə dair» ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X5 cənablarına müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlər departamentinin müdiri cənab Rasim Səfərov tərəfindən yazdığı ərizəsinə cavab kimi xx.xx.2023-cü il tarixdə ona Elektron ünvan elektron ünvana) göndərilmiş «Çernobil AES qəzası (nəticəsində zərər çəkmiş şəxslərə birdəfəlik müavinətin ödənilməsi haqqında» (?) məktubda «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.11-ci və 9.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli Qərarı ilə təsdiq olunmuş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 1.5-ci bəndinə istinad edilərək ərizəsində tələb etdiyi xahişdən tamamilə fərqli bir (Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərə birdəfəlik müavinətin ödənilməsi haqqında) cavab verilərək «Nazirliyin «Əlillik» altsisteminin məlumat bazasına əsasən əlillik səbəbinin 25 may 2022-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olduğundan ona birdəfəlik müavinətin ödənilməsinin mümkün olmadığı» bildirilmişdir. Ona görə də o, cavabdehin bu hərəkətlərini (hərəkətsizliyini) qanunsuz və əsassız hesab edərək «2001-ci ildən 2017-ci ilə qədər İİ qrup Qarabağ əlili kimi pensiya hesablanarkən onun adına hesablanmış, lakin verilməmiş 10792.00 manat pulun ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» məcburetmə iddiası ilə məhkəməyə müraciət etməli olmuşdur və ümid edir ki, məhkəmə işin faktiki və hüquqi tərəfini əsas götürərək iddianın təmin edilməsi barədə qərar çıxaracaqdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
15. Daha sonra sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli 52864 №-li yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20% miqdarında dağ yüksəkliyinə görə əlavənin nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə yenidən hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakları olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Tərəflər məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2022ci il tarixdə Mərkəzi Filiala müraciət etmiş və ona radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi hər il müalicə üçün müavinətin ödənilməsini xahiş etmişdir. Həmin müraciətə müvafiq olaraq iddiaçıya bildirilmişdir ki, X1 Sisteminin Əlillik altsísteminə əsasən İl dərəcə əlillik ona Çernobıl AES-də hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqəli deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusion quruluşunun müdafiəsi ilə əlaqədar təyin edilmişdir. Bu səbəbdən ona radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi hər il müalicə üçün müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Qanunun 21-ci maddəsinə əsasən, Radiasiya qəzasının nəticələrinin ləğv olunması, qəza-xilasetmə və dezaktivasiya işləri ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək dozalı şüalanmaya məruz qalmasına səbəb yalnız insanları xilas etmək və ya onların daha yüksək şüalanma dozasına məruz qalmasının qarşısını almaq məqsədi ola bilər, Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası bu Qanunun 9-cu maddəsində işçilər (personal) üçün nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından 10 dəfədən artıq ola bilməz. Radiasiya qəzası nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin əvvəlcədən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalması həmin şəxslərin bütün həyatı dövründə ala biləcəyi şüalanmaya qədər dozanı bir dəfə almaq və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat vermək şərti ilə və könüllülük əsasında yol verilir Radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə "Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. "Sosial müavinətlər haqqında" Qanunun 7.0.11-ci maddəsinə əsasən, radiasıya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobil AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində olilliyini təsdiq edən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına (bundan sonra Qaydalar) əsasən şəxsin əlilliyi ümumi səbəblərdən, ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, xüsusi səbəblərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-ci ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobil AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmoklə əlaqədar olaraq təyin olunur. Həmin Qaydaların 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İş üzrə icraat materiallarına əsasən iddiaçıya xx.xx.1994 cü il tarixdə Çernobil AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2004-cü il tarixdə təkrar yoxlanışdan sonra iddiaçıya TSEK-dən verilmiş müayinə aktından çıxarışda iddiaçının əliliyinin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu travma olaraq qeyd edilmişdir. Bundan əlavə qeyd etmək istəyirlər ki, iddiaçıya xx.xx.2001-ci il tarıxdə 2-ci dərəcə Qarabağ əlili kimi №034349 vəsiqə verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Hərbi Komissarlığının xx.xx.2008-ci il tarixli arayışına əsasən iddiaçı 2-ci qrup Qarabağ əlili kimi əlilliyə görə pensiya alır, qeyd olunanlardan göründüyü kimi iddiaçıya əlillik Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı təyin edilmişdir. Belə ki, təqdim olunan sənədlərdən və iddiaçının təkrar müayinəsi zamanı ona verilən çıxarış yuxarıda qeyd etdikləri faktı təsdiqləyən mötəbər sübutlardır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, "Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" xx.xx.2008-ci il tarixli №823 nömrəli Fərmanına edilən dəyişikliyə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən İİ qrup müharibə əlillərinə təyin olunmuş təqaüd üzrə aylıq 350 manat məbləğində Prezident təqaüdü alır. Bununla belə qeyd etmək istəyir ki, iddiaçının Mərkəzi Filiala müraciəti sırf Çernobil AES-də radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxs kimi birdəfəlik müavinətlə bağlı olmuş, Mərkəzi Filiala müraciəti zamanı pensiyanın yenidən hesablanması və ya hər hansı məbləğin pensiya məbləğinə əlavə edilməsi ilə bağlı tələb irəli sürməmişdir.
25. Cavabdehin iddiaya qarşı etiraza əlavəsi məhkəməyə daxil olmuş və əlavə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, İddiaçı məlumat vərəqinə uyğun olaraq pensiyasının düzgün hesablanmadığını və yenidən hesablanmalı olduğunu bildirmişdir. Bildirirlər ki, İddiaçı 28 avqust 2001-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdatiə Fondu həyata keçirdiyindən Müdafiə Nazirliyi tərəfindən adıçəkilən şəxsə dair təqdim olunmuş ZE-52864 nömrəli məlumat vərəqinə əsasən həmin tarixdən əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. Eyni zamanda bildirirlər ki, Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş 21 iyun 2017-ci il tarixli 52864 nömrəli yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20 faizi miqdarında "dağ yüksəkliyinə görə əlavə" nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat fərq məbləği xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirirlər ki, sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsə sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə-77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında dağ yüksəkliyinə görə əlavə-127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil edir. "Əmək pensiyaları haqqında" Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq "hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar" İl dərəcə əlilliyə görə təminat xərcliyini (1047,90 manat) 80 faizi-838,32 manat məbləğində əmək pensiyası ödənilir. Məlumat üçün bildirirlər ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat müəyyən edilib. Eyni zamanda, "Əmək pensiyaları haqqında" Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1057,71 manat məbləğində müvafiq kart hesabına köçürülür.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2001-ci il tarixli 034349 vəsiqə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli **********41 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-57474/2023 nömrəli imtina cavabı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-47974/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 112323/2024 nömrəli cavab məktubu; - Ödəniş cədvəli; - İddiaçı pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Hərbi Komissarlığının xx.xx.2008-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş xx.xx.2017-ci il tarixli ZE-52864 nömrəli yeni məlumat vərəqəsinə əsasən vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə əlavə” nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmaqla, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən onun sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə - 77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında dağ yüksəkliyinə görə əlavə - 127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil etmişdir. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq, “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (1047,90 manat) 80 faizi – 838,32 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşmə ilə əlaqədar artırılaraq 1057,71 manat və növbəti dəfə cari ildə də indeksləşdirilərək 1176.18 manat təşkil edir.
31. İddiaçı pensiya fərqi məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-57474/2023 nömrəli məktubla müraciətindən imtina edilmişdir.
32. Hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli 52864 №-li yeni məlumat vərəqinə əsasən vəzifə maaşının 20% miqdarında dağ yüksəkliyinə görə əlavənin nəzərə alınmaqla əmək pensiyasının xx.xx.2001-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə yenidən hesablanmasını xahiş edir.
33. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
34. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmaının:
35. Bənd 4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər.
36. Bənd 5. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması qaydalarını müvafiq qaydada təsdiq etsin.
37. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmaının tələblərinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını 1 yanvar 2007-ci il tarixdən etibarən Dövlət Sosial Müdatiə Fondu həyata keçirdiyindən, həmin tarixdən əvvəlki dövrlər üzrə (xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək) keçmiş müddət üçün pensiya fərqi məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi qanunvericiliyinə tələblərinə əsasən mümkün deyildir.
38. İddia tələbinin xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə əmək pensiyanın yenidən hesablanması hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Belə ki, İddiaçı xidmət etdiyi orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona dair təqdim olunmuş xx.xx.2017-ci il tarixli ZE-52864 nömrəli yeni məlumat vərəqəsinə əsasən vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə əlavə” nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmaqla, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.
40. Eyni zamanda, İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən onun sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 635,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavə - 77,90 manat, vəzifə maaşının 20 faizi miqdarında dağ yüksəkliyinə görə əlavə - 127,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1047,90 manat təşkil etmişdir.
41. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq, “hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (1047,90 manat) 80 faizi – 838,32 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.
42. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 922,15 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşmə ilə əlaqədar artırılaraq 1057,71 manat və növbəti dəfə cari ildə də indeksləşdirilərək 1176.18 manat təşkil edir.
43. Göründüyü kimi, iddiaçının əmək pensiyasının hesablanması zamanı, vəzifə maaşının 20 faizi miqdarında “dağ yüksəkliyinə görə əlavə” nəzərə alınmış və əmək pensiyası xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmaqla, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 4811,65 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür.
44. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
45. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva