Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2601/2025 26.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1111 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı diaqnozu: “Odlu silah mina partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları. Döş qəfəsinin sol yarısında Vİ qabırğa səviyyəsində yumşaq toxumalar arasında 1,3x0,9 sm ölçüdə metal qəlpə” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin K/344-2017 saylı müayinə aktında qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2017) başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində isə bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı döş qəfəsinin sol yarısında Vİ qabırğa səviyyəsində yumşaq toxumalar arasında =1,3x0,9 sm ölçüdə metal qəlpə izlənilir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 5327 nömrəli X3 vərəqsinə əsasən İddiaçı diaqnozu “T90.5 Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət.Posstravmatik ensefalopatiya,epilepsiya xəstəliyi,baş beyin atrofiyası,koqnitiv funksiyanın enməsi,astenonevrotik hal” kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Kəllədaxili travma, Qapalı kəllə-beyintravmasının qalıq əlamətləri. Toksiki ensefalopatiya, Ensofalopatiya tez - tez baş verən qıcolma tutmaları (ayda 7-8 dəfə) kəllə- daxili hipertenziya, beyin qabıgının vegeto - damar paroksizmal. Beyin silkələnməsi,orta ağır dərəcə. Kontuziya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ, kəllədaxili hipertenziya” diaqnozu ilə təkrar olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xxxxxxx0005 nömrəli göndərişə əsasən “Keçirilmiş QKBT-dan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Epilepsiya xəstəliyi. Üzvi mənşəli (İ QM zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu. Yaddaşın enməsi. Baş-beyin atrofiyası. Koqnitiv funksiyanın enməsi. Asteno-nevrotik hal. Çoxsaylı ağırlaşmalarla şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ikinci dərəcə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1992-ci il aprel ayında birinci Qarabağ müharibəsi vaxtı mərmi partlaması nəticəsində kəllə-beyin travması, baş, döş və digər nahiyələrdən xəsarətlər almışam, kontuziya yaralanıb. AR ƏƏSMN Tibbi-Sosial Komissiyasının xx.xx.2018-ci il tarixli rəyinə əsasən, diaqnoz kimi kəllədaxili travma, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, toksiki enseflopatiya, kəllə-daxili hipertenziya, beyin qabığının vegeto-damar proksizmal, beyin silkələnməsi, orta ağır dərəcə, kontuziya, essensial hipertenziya, hipertoniya xəstəliyi 2-ci mərhələ, kəllədaxili hipertenziya müəyyən olunmuşdur. Abbas Səhhət adma xəstəxana tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, keçirilmiş odlu silah mina partlamasından sonrakı ağır qapalı kəllə beyin travmanın kontuziyasından baş beyin silkkələnməsi; Döş qəfəsinin çoxsaylı köhnə çapığından sonrakı qalıq əlamətləri; kəllədaxili hiperteniya ilə müşayiət olunan tez-tez baş beyin qıcolma tutmaları (ayda 7-8 dəfə). Abbas Səhhət adma xəstəxana tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, kəllədaxili travma, qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, kəllədaxili hipertenziya, baş beyin silkələnməsi, kontuziya müəyyən olunmuşdur. Abbas Səhhət adma xəstəxana tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Abbas Səhhət adına xəstəxana tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, yuxarıda qeyd edilən hallar eyni qaydada müəyyən olunmuşdur. Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 5327 saylı tibbi vərəqəyə əsasən, beyinin hər iki yarımkürəsində, əsasən sağda alın ənsəsində epileptik qıcolmalar aşkar edilmişdir. Habelə, keçirilmiş qapalı kəllə-beyin travmaları sonrası aşkar olunmuş digər hallar müəyyənn edilərək qeyd edilmişdir. AR Səhiyyə Nazirliyi Ambulator kitabçadan 2023 və 2024-cü il tarixli çıxarışlara əsasən, diqaqnozlara göstərilmişdir ki, keçirilmiş qapalı kəllə beyin travmaları nəticəsində posttravmalar, təkrarlanan epileptik qıcolmalar müəyyən olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən, sol orta kəllə çuxurunda, Silvi yarığına uzanan 9 mm qlaınlıqda fokal subaraxnoidal qalınlaşma qeyd olunur - araxnoidal kista inkar edilmir. Hər iki alın təpə paylarında, para, periventrikullyar lokalizasiyada qliozisə xarakter ocaqlar, mikroangiopatiyalar qeyd olunur. Yan mədəcikləe minimal genişlənmişdir. Beyin şırımları əsasən gicgah paylarında olmaqla dərinləşmiş və hər iki Silvian yarığının genişliyi artmışdır. Eyni hallar Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli rəyində də qeyd olunmuşdur. Ağdam Rayon Məhkəməsinin 2( 13)-2384/2017 saylı qətnaməsinə əsasən, ərizəçi İddiaçı Nüsrət oğlunun 1990-cı ilin əvvəllərindən 1993-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində könüllü olaraq müddətindən artıq hərbi xidmət qullquçusu kimi döyüş əməliyyatlatlarında iştirak etməsi və 1992-ci il tarixdə Ağdərə rayonu ərazisində ermənilər tərəfindən atəşə tutulmağı nəticəsində sol döş qəfəsindən odlu silah yarası almaq faktı təsdiq olunsun. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017ci il tarixli qərarına əsasən, “Odlu silah mina partlamasından sonrakı başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3 -nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları. Döş qəfəsinin sol yarısında Vİ qabırğa səviyyəsində yumşaq toxumalar arasında 1,3x0,9 sm ölçüdə metal qəlpə” Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. AR MN Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X2 22 iyun 2017-ci il tarixli akta əsasən, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı başın arxa təpə nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin ön-bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyəsində bir ədəd, sağ baldırın orta 1/3 -nin arxa səthində bir ədəd köhnə çapıq toxumalar, rentgenoloji tədqiqat zamanı döş qəfəsinin sol yarısında Vİ qabırğa səviyyəsində yumşaq toxumalar arasında - 1,3x0,9 sm ölçüdə metal qəlpə izlənilir. Lakin bu tibbi və digər sənədlərə, məhkmə qətnaməsinə və tibbi rəylərə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti mbil nömrəmə SMS göndərərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli göndərişə diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin qərarı əsassız və qanunsuzdur və buna görə də ləğv olunaraq ona 2-ci dərəcə əlillik müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Göyçay rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, B00193255SUU nömrəli göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya xəstəliyi, G31.0-baş beynin məhdud atrofıyası, baş beyin atrofıyası, koqnitiv funksiyanın enməsi, asteııo-nevrotik hal, F07-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Yanaşı xəstəlik: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli ağır forma (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi)” diaqnoz ona stasionarda aparılmış müayinə və müalicələri əsasında qoyulmuşdur. Əsas xəstəlik xroniki hala keçdiyindən və fəsadlaşdığından həmin xəstəliklərin hazırda da onda olmasını inkar etmək olmaz. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, cavabdehin qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmmuş iddia müddətini səhhəti ilə əlaqdar olaraq üzürlü səbəbdən buraxdığını bildirərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Kəlbəcər rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024 -cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsini və İddiaçı xx.xx.2024 -cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti xxxxxxx0005 nömrəli göndərişinə əsasən “Keçirilmiş QKBT-dan sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Epilepsiya xəstəliyi. Üzvi mənşəli (İ QM zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu. Yaddaşın enməsi. Baş-beyin atrofiyası. Koqnitiv funksiyanın enməsi. Asteno-nevrotik hal. Çoxsaylı ağırlaşmalarla şəkərli diabet, tip 2, insulin tələbli, ağır forma” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu T90.5 Kəllədaxili travmaların nəticələri diaqnozu ilə xx.xx.2023-xx.xx.2023cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2023-cü il, xx.xx.2019- xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il,xx.xx.2022- xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2017-xx.xx.2017,xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində xəstəliyə görə stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024 -cü il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4–ci bəndində qeyd edilən qiymətləndirmə halının iddiaçıda mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4– cü bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Əsas diaqnozunun T90.5, Ağırlaşmasının isə F07.0 olması müəyyən edilir. İş materiallarında olan Forma 88 arayışında da müəyyən ediliyi kimi iddiaçı T90.5 Kəllədaxili travmaların nəticələri və F.07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozları ilə stasionar müalicələr almışdır. xx.xx.2024-cü il tarixli Amulator staionar kitabçadan çıxarışda iddiaçıya F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu müəyyən edilmişdir Məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli ekspert rəyində Əsas diaqnoz: T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya. Ağırlaşmalar: G40.3generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya xəstəliyi, G31.0baş beynin məhdud atrofıyası, baş beyin atrofıyası, koqnitiv funksiyanın enməsi, asteııonevrotik hal, F07-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Yanaşı xəstəlik: E11.7insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip 2, insulin tələbli ağır forma (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi)” diaqnoz ona stasionarda aparılmış müayinə və müalicələri əsasında qoyulmuşdur. Əsas xəstəlik xroniki hala keçdiyindən və fəsadlaşdığından həmin xəstəliklərin hazırda da onda olmasının inkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Forma 88 arayışında ağırlaşma diaqnozunda G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya və həmçinin ambulator kitabçadan çıxarışda və X3 vərəqəsində Epilepsiya xəstəliyinin olması qeyd olunsa da, iş materiallarının araşdırılması zamanı iddiaçı barəsində verilmiş son göndəriş- xx.xx.2024-cü il tarixli Forma 88 arayışında onun son stasionar müalicələrinin T90.5 Kəllədaxili travmaların nəticələri diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2023-cü il, xx.xx.2019- xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il,xx.xx.2022- xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2017-xx.xx.2017,xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində və F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində aldığı müəyyən olunur. Göründüyü kimi iddiaçı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-ci bəndində qeyd edilmiş psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası halının iddiaçıda mövcud olmasını təsdiq edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 633 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə də müəyyən edilir ki, iddiaçının diaqnozu olan “Odlu silah mina partlamasından sonrakı başın arxa təpə nahiyyəsində bir ədəd, başın sağ alın nahiyyəsində bir ədəd, sağ saidin aşağı 1/3-nin önbayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sol diz nahiyyəsində bir ədəd, sağ baldırın orta 1/3-nin arxa səthində bir ədəd köhnə çapıq toxumaları. Döş qəfəsinin sol yarısında Vİ qabırğa səviyyəsində yumşaq toxumalar arasında 1,3x0,9 sm ölçüdə metal qəlpə” Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Belə ki, məhkəmə tərəfindəndə müəyyən edilir ki, iddiaçı T90.5 Kəllədaxili travmaların nəticələri diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2023-cü il, xx.xx.2019- xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il,xx.xx.2022- xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2017-xx.xx.2017,xx.xx.2024- xx.xx.2024-cü il tarixlərində və F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2024-xx.xx.2024cü il tarixlərində müalicə olunmuşdur. Belə ki, iddiaçıya məxsus Forma 88 arayışında iddiaçının xəstəliyinin başlanma tarixinin xx.xx.1992-ci il tarixli olması da iddiaçıda öz təsdiqni tapan psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası diaqnozunun hərbi tarvma nəticəsində yaranmasını təsdiq edir. Eyni zaman da, iddiaçının xx.xx.2023-xx.xx.2023-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərin də Bakı Psixi Sağlamlıq Mərkəzində stasionar müalicə alması iddiaçı da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-ci bəndində qeyd edilmiş psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası diaqnozunun olmasını təsdiq edir. Həmçinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinin Həkim Psxiatr Komissiyasının 730 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindədə iddiaçının diaqnozu Üzvi mənşəli şəxsiyyət pzountusu, tez-tez dekompensasiyalarla F07.0 öz təsdiqini tapması qeyd olunduğundan iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-ci bəndində əsasən psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası diaqnozunun olması təsdiq olunur. Buna görə də, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-ci bəndində əsasən müddətli ikinci dərəcə əlillik təyin edilməlidir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.4-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və İddiaçı xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-ci il tarixdən “ Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2601/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2601/2025
26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver