Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2603/2025 11.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyinatı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı ildən xx.xx.2023-cü ilədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tovuz sahəsində “qazma-partlayış” vəzifələrində işləmiş, həmin idarədə işlədiyi vəzifələr iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə, 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüquqi verən işlərdə işləmiş şəxslər 5 il güzəşt edilməklə 60 yaşı tamam olduqda yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuş və onun 61 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. Həmin qanuna əsasən, xx.xx.2024-cü il tarixdə iddiaçının yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. O, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmam üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktub göndərərək güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir. İşlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi arayışlardan da göründüyü kimi, iddiaçının 30 ildən artıq iş stajı vardır və müxtəlif vaxtlarda işlədiyi vəzifələrin hamısı yaşa görə güzəştli şərtlərlə pensiya təminatı verən vəzifələr olmuşdur. Arayışlara əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1994-cü ildən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəng daşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikitisində qazma-partlayış işlərini görmüşdür. İddiaçı qeyd edir ki, onun işlədiyi sahələr və vəzifələr güzəştli pensiya hüququna əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1-ci bəndinin, A yarımbəndinin, 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir.
3. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə etiraz daxil olmuş və etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə mərkəzi filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya verilmiş cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Əlavə olaraq, tikinti sahəsində fəaliyyət göstərən müəssisələrdə çalışmış şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə həmin şəxslərin vaxtilə işlədikləri peşənin Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (29) qeyd edilən peşə və vəzifələrlə uyğunluq təşkil etdiyi hallarda baxılır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 24 oktyabr 2024-cü il tarixli 101-2/G, 102-2/G, 103-2/G, 104-2/G nömrəli arayışlarında həmin müəssisədə xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “buldozer maşinisti”, xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “partladıcı”, xx.xx.2002-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “partladıcı”, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “buldozer maşinisti” vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyin qurumun fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi Siyahıda nəzərdə tutulan 29cu bölməyə uyğun olduğu halda, güzəştli arayışda 1-ci bölməyə istinad edilmişdir. Buna görə də təqdim etdiyi sənədlərə əsasən, onun güzəştli iş stajı mövcud deyildir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh orqanın imtinası əsassızdır. Buna görə də, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi xahiş etmişdir.
- Məhkəmə araşdırmasının predmetini təşkil edən icraat materialları:
6. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlərə əsasən: - iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1981xx.xx.1983cü illər ərzində hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus ЗТ 050969 nömrəli diplom əsasən iddiaçı 1980-xx.xx.1986-cı illər ərzində Azərbaycan SSR X9 Texnikumunda təhsil almışdır. - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 105-2/G nömrəli arayışa əlavəyə əsasən, 100-105 saylı, xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublikası ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş, əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma partlayış işləri ilə məşğul olur; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 100-2/G nömrəli arayışa əlavəyə əsasən, 98-102 saylı, xx.xx.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilir ki, "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublikası ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" QSC-nin Tovuz sahəsi xx.xx.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş, əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma partlayış işləri ilə məşğul olur; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 103-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, İddiaçı - xxxxxxx, ondan ötrü ki, o, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “partladıcı” vəzifəsində xx.xx.1998-ci il tarixdən 10/k, xx.xx.1998-ci il tarixli əmrlə xx.xx.2002-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 03 il, 07 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 2010100a- 11429 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 104-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, İddiaçı - xxxxxxx, ondan ötrü ki, o, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Səfərəliyev sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “buldozerçi-maşinist” vəzifəsində xx.xx.1993-cü il tarixdən 37/k, xx.xx.1998-cü il tarixli əmrlə xx.xx.1993-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 03 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, B yarımbəndinin və 1010100q- 19931 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 102-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, İddiaçı - xxxxxxx, ondan ötrü ki, o, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Tovuz sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “partladıcı” vəzifəsində xx.xx.2002-ci il tarixdən 25/k, xx.xx.2002-ci il tarixli əmrlə xx.xx.2013-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 11 il, 01 ay, 15 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 101-2/G nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, İddiaçı - xxxxxxx, ondan ötrü ki, o, Azərbaycan Respublikasınin əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, "xxxx" QSC-nin Səfərəliyev sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “buldozerçi-maşinist” vəzifəsində xx.xx.2022-ci il tarixdən 60/k, xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2023-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 01 il, 09 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin, A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir; - Tovuz Rayon İcra Hakimiyyəti baçşısının Vahidli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 255 nömrəli arayışına əsasən, İddiaçı Tovuz rayonu, Vahidli kəndində qeydiyyatdadır və hal-hazırda kənddə yaşayır.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 15407/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası xx.xx.1988-ci il tarixdə verilmişdir; - əmək kitabçasına əsasən iddiaçı: 1) xx.xx.1981-xx.xx.1983-cü il tarixdə sovet ordusunda qulluq etmişdir; 2) xx.xx.1990-cı il tarixdə Səfərliyev sahəsində 4-cü dərəcəli traktorçu kimi işləmişdir; 3) xx.xx.1993-cü il tarixdə Səfərəliyev sahəsinə yeraltı işlərə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir; 4) xx.xx.1993-cü il tarixdə 4-cü dərəcəli yerüstü çilingər peşəsinə keçirilmişdir; 5) xx.xx.1998-ci il tarixdə Tovuz sahəsinə 5-ci dərəcəli partladıcı peşəsinə keçirilmişdir; 6) xx.xx.2002-ci il tarixdə Səfərəliyev sahəsinə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir: 7) xx.xx.2002-ci il tarixdə Tovuz sahəsinə 5-ci dərəcəli partladıcı peşəsinə keçirilmişdir; 8) xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir; 9) xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Muğan sahəsinə 5-ci dərəcəli traktorçu peşəsinə qəbul edilmişdir; 10) xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin, 2-ci hissəsinə “B” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir; 11) xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Muğan sahəsinə 4-cü dərəcəli traktorçumaşinist peşəsinə qəbul edilmişdir; 12) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir; 13) xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Səfərəliyev sahəsinə 5-ci dərəcəli buldozerçi peşəsinə qəbul edilmişdir; 14) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi ilə (öz xahişi ilə) işdən azad edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 12-02/g nömrəli məktubuna əsasən, İddiaçı Allahvergi oğlu 1990-1995-ci il tarixlərdə QSC tərəfindən 1990-cı ilin may-dekabr ayları üzrə cəmi 3975.97 rubl, 1991-ci ilin yanvar-dekabr ayları üzrə 13761.82 rubl, 1992-ci ilin yanvar-dekabr ayları üzrə 72009.57 manat, 1993-cü ilin yanvar-dekabr ayları üzrə 588375.80 manat, 1994-cü ilin yanvar-noyabr ayları üzrə 426380.10 manat və 1995-ci ilin yanvar-dekabr ayları üzrə 5211495.42 manat əmək haqqı ödənilmişdir; - Hidroxüsusitikinti” QSC-nin xx.xx.2025-ci il tarixli 11-02/g nömrəli məktubuna əsasən, İddiaçı Allahvergi oğlu 1996-2001-ci il tarixlərdə QSC tərəfindən 1996-cı ilin yanvar may/sentyabr-dekabr ayları üzrə cəmi 3604714.00 manat, 1997-ci ilin yanvardekabr ayları üzrə 3814058.00 manat, , 1999-cü ilin yanvar-mart ayları üzrə 704009.00 manat, 2000-ci ilin mart və may ayları üzrə 39860 manat əmək haqqı ödənilmiş, 1998-ci və 2001-ci illəri üzrə ödənilmə aparılmamışdır; - Hidroxüsusitikinti” QSC-nin xx.xx.2025-ci il tarixli 13-02/g nömrəli məktubuna əsasən, İddiaçı Allahvergi oğlu 2003-2008-ci il tarixlərdə QSC tərəfindən 2003-cü ilin yanvar -dekabr ayları üzrə cəmi 7980615.00 manat, 2004-cü ilin yanvar-dekabr ayları üzrə 6892008.00 manat, , 2005-ci ilin may-avqust ayları üzrə ******* manat, 2006-cı ilin yanvar-dekabr ayları üzrə 4213.71 AZN, 2007-ci ilin yanvar-dekabr ayları üzrə 4909.91 AZN, 2008-ci ilin yanvar-dekabr ayları üzrə 5529.71 AZN, 2009-cu ilin yanvar-may/iyuloktyabr ayları üzrə 2884.05 AZN əmək haqqı ödənilmişdir; - Hidroxüsusitikinti” QSC-nin xx.xx.2025-ci il tarixli 14-02/g nömrəli məktubuna əsasən, İddiaçı Allahvergi oğlu 2009-2023-cü il tarixlərdə QSC tərəfindən 2010-cu ilin mart-sentyabr/noyabr-dekabr ayları üzrə cəmi 2641.54 AZN, 2011-ci ilin yanvarsentyabr/noyabr-dekabr ayları üzrə 3582.97 AZN, , 2012-ci ilin fevral-dekabr ayları üzrə 3217.64 AZN, 2013-cü ilin yanvar-mart/may-oktyabr ayları üzrə 2867.59 AZN, 2019-cu ilin may-oktyabr və dekabr ayları üzrə 2940.03 AZN, 2022-ci ilin noyabr-dekabr ayları üzrə 394.25 AZN, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 8565.77 AZN əmək haqqı ödənilmişdir; - Hidroxüsusitikinti” QSC-nin xx.xx.2025-ci il tarixli, 09-2/G nömrəli güzəştli arayışına əsasən, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) Azərbaycan İxtisaslaşmış İdarəsində və "xxxx" QSC-də xx.xx.1990-cı il tarixdən müxtəlif vəzifələrdə işləyib. O cümlədən: a) xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilə kimi 4-cü dərəcəli traktorçu peşəsində (əmr-55/k, xx.xx.1990-cı il. Kod - 1.2/1.) b) xx.xx.1993-cü ildən xx.xx.1993-cu ilə kimi yeraltı işlərdə 4-cü dərəcəli çilingər peşəsində (əmr 37/k,xx.xx.1993-cü il kod 1.1.1). c) 01.08. 1993-cu il tarixdən xx.xx.1998-ci ilə kimi 4-cü dərəcəli yerüstü çilingər (əmr- 58/k,xx.xx.1993-cu il.) ç) xx.xx.1998-cı il tarixdən xx.xx.2013-cü ilə kimi 5-ci dərəcəli partladıcı peşəsində (əmr 10/k, xx.xx.1998-ci il. Kod -1.2.1). d)xx.xx.2013-cü ildən işdən azad edilib. (əmr 67/k, xx.xx.2013-cü il.) e) xx.xx.2019-cu ildə 5-ci dərəcəli traktorçu peşəsində işləyib.(əmr 24/k, xx.xx.2018cu il. 1.2.1.) xx.xx.2019-cü ildə işdən azad edilib. (əmr 63/k, xx.xx.2019-cü il.) ǝ) xx.xx.2021-ci ildə 4-cü dərəcəli traktorçu - maşinist peşəsində işləyib. (əmr 30/k, xx.xx.2021-ci il 1.2.1 xx.xx.2021-ci ildə işdən azad edilib. (əmr 74/k, xx.xx.2021-ci il.) f) xx.xx.2022-ci ildən 5-ci dərəcəli buldozerçi peşəsində işləyib.(əmr 60/k, xx.xx.2022ci il. Kod 1-ci bənd 1.2.1.) g) xx.xx.2023-cü ildə işdən azad edilib. (əmr 55/k, xx.xx.2023-cü il.) Arayış işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur;
8. Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2-149410/2025 nömrəli “müraciətə baxılması barədə” məktuba əsasən, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" QSC (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyatda olması barədə məlumat müəyyən edilmişdir. "xxxx" QSC-nin fəaliyyət növləri aşağıdakı kimidir:
Fəaliyyət növü Fəaliyyət növünün adı 4399007 Sair ixtisaslaşdırılmış tikinti işləri Dağ-mədən işləri, dağ və buruq qazmalarının 4311201 aparılması Malların saxlanması və anbarlara yığılması üzrə 5210101 fəaliyyət Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, 4120002 kommersiya, mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar, və sairin tikintisi
9. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-2- 1/2-28373/2025 nömrəli “müraciətin cavablandırılması barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən, "xxxx" QSC-nin nizamnaməsi cəmiyyətin səhmdarlarının xx.xx.2018-ci il tarixli, 1N//2018 nömrəli və xx.xx.2024-cü il tarixli, 06N/2024 nömrəli protokollara əsasən iki dəfə dəyişiklik edilməklə yeni redaksiyalar ilə təzələnmişdir.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 135257/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən, X3 xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləği 212.15 AZN olmaqla, ümumi iş stajı 37 il 6 ay 28 gün və güzəştli iş stajı 30 il 4ay 2 gün təşkil etmişdir; - X3 dair "xxxx" QSC-nin “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2021-ci il tarixli, 97-02/g nömrəli arayışına əsasən 10 ay, 02 gün, xx.xx.2021-ci il tarixli, 98-02/g nömrəli arayışına əsasən 02 il 02 ay, xx.xx.2021-ci il tarixli, 99-02/g nömrəli arayışına əsasən 27 il 7 ay 28 gün təşkil edir; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 1/1646 nömrəli qərarına əsasən, X1 xx.xx.2009-cu il tarixdən yaşa görə ömürlük 330.05 manat pensiya təyin edilmişdir; - 04.11.2021-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əssən, X1 xx.xx.2021-ci il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə 921.28 AZN məbləğində pensiya təyin edilmişdir və yenidən hesablanmanın səbəbi kimi “37.3.1 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün)” göstərilmişdir; - Azərbaycan İxtisaslaşmış idarəsinin hüquqi varisi olan "xxxx" QSC-nin xx.xx.2009cu il tarixli güzəştli arayışına əsasən, X4 xx.xx.1982-xx.xx.1983-cü il tarixlərində Azərbaycan İxtisaslaşmış idarəsində “usta” vəzifəsində”, "xxxx" QSC-də xx.xx.1983xx.xx.1986-cı il dövrü üzrə “dağ-mədən ustası”, xx.xx.1986-xx.xx.1989-cu il dövrü üzrə “iş icraçısı”, xx.xx.1989-xx.xx.2003-cü il dövrü üzrə “yeraltı sahənin rəisi” vəzifəsində, xx.xx.2003-cü il tarixdən bu günə qədər “sahə rəisi” vəzilərində çalışmışdır.
Əsaslandırma hissəsi:
11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
12. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
13. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən, iddianı əsaslı hesab edir.
- Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı
10100000 İ. Dağ-mədən işləri
2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən 10103000 yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a a) fəhlələr 1010300a-11429 partladıcılar 1010300a-13583 buldozer maşinistləri
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarı, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı
1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: partladıcılar buldozer maşinistləri
19. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması. - c) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması və ya azı 25 il ümumi iş stajının mövcud olması;.
21. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).
22. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).
23. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
24. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr "xxxx" QSC-də aşağıdakıları əhatə edir: a) xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü ilə kimi 4-cü dərəcəli traktorçu peşəsində (3 il 7 ay) b) xx.xx.1993-cü ildən xx.xx.1993-cu ilə kimi yeraltı işlərdə 4-cü dərəcəli çilingər peşəsində (3 ay). c) xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci ilə kimi 4-cü dərəcəli yerüstü çilingər (4 il 11 ay) ç) xx.xx.1998-cı il tarixdən xx.xx.2013-cü ilə kimi 5-ci dərəcəli partladıcı peşəsində (15 il 3). d) xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək 5-ci dərəcəli traktorçu (6 ay 01 gün) e) xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 4-cü dərəcəli traktorçu - maşinist (6 ay 14 gün) ə) xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək 5-ci dərəcəli buldozerçi (01 il 9 gün)
25. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının zərərli peşələrdə işlədiyi dövr ümumiyyətlə olmadığını hesab etmişdir.
26. Mübahisə iddiaçının "xxxx" QSC-də xx.xx.1993-xx.xx.1993-cü il tarixlər arasındakı dövr ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il tarixləri arasındakı partladıcı, xx.xx.2002-xx.xx.2013-cü il tarixlər arasındakı dövr ərzində partladıcı, xx.xx.2022-xx.xx.2023-cü tarixlər arasındakı dövr ərzində buldozer maşinisti işlədiyi dövrdəki peşələrlə bağlıdır.
27. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi qurumun fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan fəaliyyət sahəsinə aid deyildir.
28. Lakin məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun təşkili Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-149410/2025 nömrəli məktuba və ona əlavə edilmiş siyahıya əsasən "xxxx" QSC-nin qeydiyyata alnıması zamanı fəaliyyət sahələrinin 1) Sair ixtisaslaşdırılmış tikinti işləri; 2) Dağ-mədən işləri, dağ və bruq qazmalarının aparılması; 3) malların saxlanılması anbarlara yığılması üzrə fəaliyyət, 4) Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya, mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar, və sairin tikintisi müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
30. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
31. İddiaçıya məxsus xx.xx.1988-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı "xxxx" QSC-nin Tovuz sahəsində xx.xx.1993-xx.xx.1993-cü il tarixə ərzində buldozer maşinisti, xx.xx.1998-xx.xx.2002-ci il tarixələr ərzində partladıcı, xx.xx.2002-xx.xx.2013-cü il tarixlər ərzində partladıcı, xx.xx.2022-xx.xx.2023-cü tarixlər ərzində buldozer maşinisti işləmişdir.
32. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi buldozer maşinisti və partladıcı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (buldozer maşinisti peşəsinə münasibətdə 1.1.2. bəndin a) yarımbəndi, partladıcı peşəsinə münasibətdə isə 1.2.1. bəndin a) yarımbəndi) nəzərdə tutulmuşdur.
33. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
34. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
35. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
36. Cavabdeh tərəfindən "xxxx" QSC-nin fəaliyyət sahəsinin iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə fəaliyyət sahəsinə aid olmaması əsası ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş olsa da, iddiaçının şifahi vəsatəti ilə məhkəmə sorğusu əsasında əldə edilmiş iddiaçının "xxxx" QSC-də iş yoldaşları olmuş X3 xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən xx.xx.2021-ci il tarixdən və X1 isə xx.xx.2009-cu il tarixli, 1/1646 nömrəli qərarına əsasən xx.xx.2009-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
37. Qanunda birbaşa təsbit edilməsinə baxmayaraq cavabdeh tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmişdir. Bununla da, inzibati orqan Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində əks olunan bərabərlik prinsipini kobud şəkildə pozmuşdur.
38. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2101/2021 nömrəli qərarında da əks olunmuş mövqeyə əsasən, şəxsin "xxxx" QSC-də işlədiyi dövr güzəştli şərtlərlə əmək pensiyası təyin edilən sahə kimi qəbul edilmişdir.
39. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
40. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
41. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
42. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
43. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
44. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin.
İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov