Məhkəmə qərarları › İş №2-1(114)-2605/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2605/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2605/2024 04.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Üçüncü şəxs X7 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı çıxarışın ləğvi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın xx.xx.2021-ci il tarixli texniki pasportun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 17 noyabr 2020-ci il tarixdə saat 12-45 radələrində ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evindən 5-10 metr məsafədə Ermənistanın hava hücumu nəticəsində ev yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Baş vermiş hadisə ilə əlaqədar Fövqaladə Hallar Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və digər aidiyati dövlət qurumlarmm təmsil olunduğu Komissiya tərəfindən yerli baxışlar keçirilmişdir və evin sökülərək yenidən tikilməsinə qərar verilmişdir. "X8" MMC tərəfindən yeni layihə ilə tam əsaslı tikinti və təmir işləri aparılmışdır. Tikinti işləri başa çatdıqdan sonra qonşuluğunda S.Xasıyev küçəsi, 8-ci döngə, ev 5 ünvanında yaşayan X7 yenidən inşa edilən evin guya onun hasarı üzərində tikildiyini bildirərək məhkəməyə müraciət emişdir və qanunsuz olaraq ona məxsus olan torpaq sahəsininin də bir qismini öz adına rəsmiləşdirərək çıxarış almışdır.O çıxarış aldıqdan sonra Gəncə Şəhər Məhkəməsində ona məxsus evin söküntüsü ilə bağlı iddia qaldırmışdır. X3 iddiası qismən təmin edilmişdir və ünvan 1 ünvanmda yerləşən 0.04 ha torpaq sahəsinin, cənub- şərq istiqamətində 0.0005 kv.m hissəsində inşa edilmiş tikilinin İddiaçı Şavat oğlu, qardaşı X4 və "X8" MMC nin hesabına sökülməsi qət edilmişdir. X7 ermənilərin hücumu nəticəsində yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz olaraq onun mülkiyyətimə sahiblənmişdir. Çünki, həmin evlərə dair hər kəsdə ilkin sənəd olmuşdur. Ona görə də evlər söküləndən sonra X7 evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışı sonradan və qanunsuz almışdır. Belə ki, torpaq sahəsinin harda yerləşməsi haqqında koordinartları mötəbər mənbələrdən almamışdır. Ona görə də, X5 məxsus Gəncə şəhər, S.Xasıyev (M.Y. Axundzadə) küçəsi, 8-ci döngə ev 5 saylı DƏDRX-nin ********** qeydiyyat nömrəli,xx.xx.2021-ci il tarixli çıxarış və çıxarış əsasmda verilmiş torpaq sahəsinin texniki pasport ləğv edilməlidir. Üçüncü şəxs X7 və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş,iddiaçının vəkili Vəkil ərizə ünvanlayaraq digər məhkəmədə iclası olduğu üçün iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmişdir, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, təqdim edilən etiraz məktubunda ətraflı qeyd olunub, iddia mümkünlük şərtlərinə cavab vermir odur ki, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən iddianın mümkünlük şərtlərinə uyğun olaraq ilkin inzibati orqana müraciəti aşkar edilməmişdir eyni zamanda iddiaçı iddiada qeyd etdiyi torpaq sahəsi ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Belə ki, iddiaçı X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin X3 adına xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. İddiaçı isə sözügedən torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etməmişdir və mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, iddiaçı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etməmişdir mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir və iddiaçının cavabdeh orqana müraciəti olmadığından iddianın mümkünlük şərti istisna edilir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın xx.xx.2021-ci il tarixli texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar