Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-261/2024 12.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(058)-174/2015 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu Böyük Bəhmənli kəndində erməni hərbi birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlaında iştirak etməklə ağır güllə yarası və qrat mərmisinin düşməsi nəticəsində qəlpə yaraları almaqla yaralanması faktı müəyyən edilmişdir.
2. xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ilk dəfə əlillik vəziyyəti DTSERA-da 0315003AAGRW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir.
3. İddiaçının növbəti dəfə əlillik vəziyyəti DTSERA-da M00007119NQZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 951 nömrəli qərarına (xəstəlik haqqında şəhadətnaməyə) əsasən İddiaçı "Hərbi döyüş travması (xx.xx.1993). Kəllənin sol ənsə və sol qicgah nahiyələrinin 2 ədəd, boynun 1 ədəd, sol diz oynaq nahiyəsinin yumşaq toxumalarının 1 ədəd yad cisimləri (metal gəlpələr). Sol körpücüküstü nahiyəsinin dəlib keçən güllə yaralanması nəticəsində atrofik dəri çapıqları. Posttravmatik ensefalopatiya. Sol bazu kələfinin pleksopatiyası" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Varikoz xəstəliyi. Sol aşağı ətrafın səthi venaların üçüncü dərəcə genəlməsi, üçüncü dərəcə venoz çalışmazlığı ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixində əyani müayinədə olmuş və o, obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda hissiyatsızlıqdan, ağrılardan şikayət etmişdir. Müayinə zamanı sol körpücüküstü və kürək nahiyyəsində yumşaq toxuma çapığı izlənilmişdir. Hər iki yuxarı ətrafda əzələ inkişafı paralel, hərəkətlər tam həcmdə, reflekslər D=S canlı çağrılmışdır. Hər iki aşağı ətrafda, əsasən sağda, venoz çatışmazlıq olmadan, trofik pozuntu (varikoz) izlənilmiş, atrofiya, parez, iflic qeyd edilməmişdir." kimi qeyd olunmuş və iddiaçının barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.
6. İddiaçı yenidən xx.xx.2023-cü il tarixində əyani müayinədə olmuş və Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
7. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 262 nömrəli çıxarışdan görünür ki, iddiaçının diaqnozu “Baş beyin güllə yaralanmasından sonrakı vəziyyət. Hissi hərəki trofik pozuntular. Daimi sıxıcı baş ağrıları, baş axmaları" kimi qeyd olunmuşdur.
8. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 414 nömrəli məsləhət vərəqində iddiaçının diaqnozu “Baş beyin güllə yaralanmasından sonrakı vəziyyət. Posttravmatik serebral araxnoidit. Ensefalopatiya İİ mərhələ. Sol bazu kələfinin pleksopativası. Yuxarı düşən Erb iflici. Hissi hərəki trofik pozuntular. Daimi sıxıcı baş ağrıları, baş axma, sol çiyin nahiyəsində daimi sıxıcı ağrılar, hərəkət məhdudluğu, yuxunun, yaddaşın pozulması, əsəbilik, sinir ağrıları” kimi qeyd olunmuşdur.
9. Gəncə Şəhər Abbas Səhhət Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli çıxarışında iddiaçının diaqnozu “Baş beyin güllə yaralanmasından sonrakı vəziyyət. Posttravmatik serebral araxnoidit İİ mərhələ. Sol bazu kələfinin pleksopatiyası. Yuxarı düşən Erb iflici. Hissi hərəki trofik pozuntular. Sol aşağı ətrafın varikoz vena xəstəliyi” kimi qeyd olunmuşdur.
10. Medi-Style Hospitalın xx.xx.2021-ci il tarixli iddiaçının EMG müayinəsinin nəticəsində “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sol golda əsasən alt tunkusu tutan xroniki aksonal deqenerasivalı parsial Braxial Pleksopativa lehinə dəyərləndirilir” kimi qeyd olunmuşdur.
11. Yevlax Şəhər Mərkəzi Xəstəxanasının iddiaçının Baş-beyin KT müayinəsinin nəticəsində “Baş beyinin normal kt mənzərəsi. Sol gicgah və ənsə nahiyələrində dərialtı yumşağ toxumada yad cisim’’ kimi qeyd olunmuşdur.
12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T739/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı Gəncə şəhər A.Səhhət adına xəstəxananın İİ Terapiya şöbəsində 17.11.-xx.xx.2022-ci il tarixlərdə “a) əsas: Baş beynin güllə yaralanmasından sonrakı vəziyyət, posttravmatik serebral araxnoidit İİ mərhələ; b)Ağırlaşmalar: Sol bazu kələfinin pleksopatiyası, yuxarı düşən Erb iflici hissi, hərəki trofıki pozuntular; c)Yanaşı: sol aşağı ətrafın varikoz vena xəstəliyi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnozlar ona şikayətləri klinik, laborator və instrumental müayinələr əsasında müəyyən edilmiş və buna görə də xəstəliyin proqnozu və səmərələliyi qənaətbəxş olmuşdur. Şəxs həmin xəstəliklərdən hazırda əziyyət çəksə də, əyani müayinədə xəstəliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən İİ qrup müharibə əlillik dərəcəsinin bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı illərin və ayların pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Göygöl (əvvəlki Xanlar) rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi N nömrəli hərbi hissədə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi N nömrəli hərbi hissədə, 05,08.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi isə N nömrəli hərbi hissənin tərkibində Erməni qəsbkarlarına qarşı Birinci Qarabağ müharibəsində iştirak etmişdir. N saylı hərbi hissə Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşirdi. Döyüş yoldaşlarında Füzuli rayonunun Böyük Bəhmənli kəndi uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında döyüşlər zamanı 06 noyabr 1993-cü il tarixdə onun olduğu mövqeyə erməni birləşmələri tərəfindən qrat mərmisi atılmış və həmin qrad mərmisinin qəlpələri bədəninin müxtəlif nahiyyələrini dəlib keçmiş, başından güllə yarası almış, qradın qəlpəsi ayağını dəlib keçmiş, həmin vaxtı sol çiyin nahiyyəsindən də ağır güllə yarası almaqla ağır yaralandığından, döyüş bölgəsindən Beyləqan rayonunda yerləşən hərbi hospitala, oradan da vertalyot vasitəsi ilə Sərhəd Qoşunlarının Bakı şəhərində yerləşən Hospitalına aparılıb orada stasionar müalicə olunmuşdur. 2014-cü il tarixdə döyüşlər zamanı qrat mərmisinin partlaması nəticəsində aldığı xəsarətlərlə bağlı xəsatəlik sənədlərini hazırladıqdan sonra Samux Rayon Məhkəməsində hüquqi əhəmiyyətli faktların müəyyən edilnməsinə dair ərizə yazıb vermişdir. Samux Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli 2(058)- 174/2015 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı, yəni onun xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonunun Böyük Bəhmənli kəndində erməni hərbi birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməklə ağır güllə yarası və qrat mərmisinin düşməsi nəticəsində qəlpə yaraları almaqla yaralanmağı faktı müəyyən edilmişdir. Hərbi Hospitalın verdiyi xx.xx.1993-cü il tarixli xəstəlik sənədindən, Dövlət Sərhəd Xidmətinin MHHK-nin xx.xx.2015-ci il tarixli, 281 nömrəli tibbi arayışından, MEDİ-STYLE Hospitalın xx.xx.2021-cı il tarixli və xx.xx.2021-ci il tarixli müayinə sənədlərindən, 2 saylı şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli 0345445/175 nömrəli epikrizindən, xx.xx.2022-ci il tarixli 262 nömrəli stasionar müalicə ilə bağlı xəstəlik tarixindən, Yevlax şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli baş-beyin KT müayinəsindən, Gəncə şəhəri A.Səhhət adına xəstəxananın xx.xx.2022-ci il tarixli ******* saylı stasionar epikrizindən də tam təsdiq olunur ki, o, həqiqətən də döyüşlər zamanı bədəninin müxtəlf nahiyyələrindən qəlpə yarası və xəsarətlər almışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 951 saylı qərarında da qeyd olunur ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, İddiaçı xəstəlik diaqnozu: “ DZ:(Y36.2)Hərbi döyüş travması (xx.xx.1993). Kəllənin sol ənsə və sol gicgah nahiyyəsinin 2 ədəd, boynun 1 ədəd, sol diz oynaq nahiyyəsinin (M79.5) yumşaq toxumalarının 1 ədəd yad cisimləri (metal qəlpələr). Sol körpücüküstü nahiyyənin dəlib keçən güllə yaralanması nəticəsində (L90.5) atrofık dəri çapıqları. (S06.9) Postravmatik ensefalopatiya. (G54) Sol bazu kələfinin pleksopatiyası. (İ83) Varikoz xəstəliyi, (İ83.9) Sol aşağı ətrafın səthi venaların üçüncü dərəcə varikoz genəlməsi, (İ87.2) üçüncü dərəcə venoz çatışmazlığı ilə 1) Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 2) Ümumi xəstəlikdir. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İİ qrup Qarabağ müharibəsi əlili kimi pensiya almışdır. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən də göstərdikləri tam təsdiq olunur. 2015-ci il tarixdən 2021-ci ilin iyun ayının 16-na kimi əlil kimi pensiya alan müharibə əlililin, cavabdeh orqan tərəfindən heç bir əsas və səbəb olmadan 2021-ci ilin iyul ayının 5-dən pensiyasının dayandırılması qanunvericiliyin tələblərinə tamamilə ziddir. xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı əlilliyi dayandlırılmışdır. Axınncı dəfə xx.xx.2023-cü il tarixdə növbəti müayinə vaxtı əlilliyi bərpa edilməmiş və ona imtina verilmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, xəstəliyi ilə bağlı qiymətləndirilmə aparılarkən onun hazırda da müalicəsini davam etdirdiyini, döyüşlər zamanı travma aldığını nəzərə almadan, ona İİ qrup əlillik təyin edilməli olduğu halda, heç bir əsas və səbəb olmadan imtina verilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
16. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertia və Reabilitasiya Agentliyinə qarşı onun barəsində İİ qrup əlilliyin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək, ona İİ qrup əlillik təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
17. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında ona ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərarın ləğvini və ona ikinci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, bu halda qərarın ləğvi ona ikinci dərəcə əlilliyin təyin edilməsi tələbinin təmininə yönəlmişdir.
20. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
22. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona ikinci dərəcə əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
23. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
24. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
26. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
28. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
29. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Samux rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ilk dəfə əlillik vəziyyəti DTSERA-da 0315003AAGRW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da M00007119NQZnömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. (ESDAS **********9) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 951 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hərbi döyüş travması (xx.xx.1993). Kəllənin sol ənsə və sol gicgah nahiyələrinin 2ədəd, boynun 1 ədəd, sol diz oynaq nahiyəsinin yumşaq toxumalarının 1 ədəd yad cisimləri (metal qəlpələr). Sol körpücüküstü nahiyəsinin dəlib keçən güllə yaralanması nəticəsində atrofik dəri çapıqları. Posttravmatik ensefalopatiya. Sol bazu kələfinin ploksopatiyası”. diaqnozlu travınanın səbəb əlaqəsi “Hərbi travmadır, azərbaycan Respublikasının Müdafiəsi zəməm alınmışdır” və “Varikoz xəstəliyi. Sol aşağı ətrafın səthi venaların üçüncü dərəcə qenəlməsi, üçüncü dərəcə venoz çatışmazlığı ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir, kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol qolunda hissivatsızlıq, ağrılardan şikayət etmişdir. Müavinə zamanı sol körpücüküstü və kürək nahivvəsində yumsaq toxuma capıqı izlənilmişdir. Hər iki yuxarı ətrafda əzələ inkişafı paralel, hərəkətlər tam həcmdə, reflekslər D=S canlı çagrılmışdır. Hər iki aşağı ətrafda, əsasən saqda, venoz çatışmazlıq olmadan, trofik pozuntu (varikoz) izlənilmiş, atrofiva, parez, iflic qeyd edilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sol çiyin, boğaz və ənsə nahiyələrində çapıq toxumalar izlənilmiş, sol aşağı ətrafda varikoz genişlənmələr qeydə alınmış, hərəkətlər tam həcmdə olmuşdur. Yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, atrofiya, parez, iflic müşahidə edilməmişdir. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 262 nömrəli çıxarışda diaqnoz: “Baş beyin güllə yaralanmasından sonrakı vəziyyət. Hissi hərəki trofik pozuntular. Daimi sıxıcı baş ağrıları, baş axmaları" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 414 nömrəli məsləhət vərəqində diaqnoz: “Baş beyin güllə yaralanmasından sonrakı vəziyyət. Posttravmatik serebral araxnoidit. Ensefalopatiya İİ mərhələ. Sol bazu kələfinin pleksopativası. Yuxarı düşən Erb iflici. Hissi hərəki trofik pozuntular. Daimi sıxıcı baş ağrıları, baş axma, sol çiyin nahiyəsində daimi sıxıcı ağrılar, hərəkət məhdudluğu, yuxunun, yaddaşın pozulması, əsəbilik, sinir ağrıları” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Abbas Səhhət Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli çıxarışında diaqnoz ‘Bas beyin güllə yaralanmasından sonrakı vəziyyət. Posttravmatik serebral araxnoidit İİ mərhələ. Sol bazu kələfinin pleksopativası. Yuxarı düşən Erb iflici. Hissi hərəki trofik pozuntular. Sol aşağı ətrafın varikoz vena xəstəliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Medi-Style Hospitalın xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sol golda əsasən alt tunkusu tutan xroniki aksonal deqenerasivalı parsial Braxial Pleksopativa lehinə dəyərləndirilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Yevlax Şəhər Mərkəzi Xəstəxanasının Baş-beyin KT müayinəsinin nəticəsi “Bas beyinin normal kt mənzərəsi. Sol gicgah və ənsə nahiyələrində dərialtı yumşağ toxumada yad cisim’’ kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası” haqqında xx.xx.1999-cu il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - TSEK-də sonuncu müayinəyə dair məlumatlar; - Samux Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(058)-174/2015 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli qərarı; - Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 262 nömrəli çıxarışı; - Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 414 nömrəli məsləhət vərəqi; - Gəncə Şəhər Abbas Səhhət Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli çıxarışı; - Medi-Style Hospitalın xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi; - Yevlax Şəhər Mərkəzi Xəstəxanasının Baş-beyin KT müayinəsinin nəticəsi; - Ekspert rəyi.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
33. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Samux rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ilk dəfə əlillik vəziyyəti DTSERA-da 0315003AAGRW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da M00007119NQZnömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 951 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Hərbi döyüş travması (xx.xx.1993). Kəllənin sol ənsə və sol qicgah nahiyələrinin 2 ədəd, boynun 1 ədəd, sol diz oynaq nahiyəsinin yumşaq toxumalarının 1 ədəd yad cisimləri (metal gəlpələr). Sol körpücüküstü nahiyəsinin dəlib keçən güllə yaralanması nəticəsində atrofik dəri çapıqları. Posttravmatik ensefalopatiya. Sol bazu kələfinin pleksopatiyası" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Varikoz xəstəliyi. Sol aşağı ətrafın səthi venaların üçüncü dərəcə genəlməsi, üçüncü dərəcə venoz çalışmazlığı ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş və müayinə zamanı sol körpücüküstü və kürək nahiyyəsində yumşaq toxuma çapığı izlənilmişdir. Hər iki yuxarı ətrafda əzələ inkişafı paralel, hərəkətlər tam həcmdə, reflekslər D=S canlı çağrılmışdır. Hər iki aşağı ətrafda, əsasən sağda, venoz çatışmazlıq olmadan, trofik pozuntu (varikoz) izlənilmiş, atrofiya, parez, iflic qeyd edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş və Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.
34. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
36. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman – 2023-cü ilin aprel ayında qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş hər hansı bənə uyğun gəlmədiyi üçün cavabdeh orqanın iddiaçıya əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
38. Həmin Əlavə:
Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.7. Digər rubrikalarda təsnif İ80-İ89 olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri Qiymətləndirmə 2.7.1. bir ətrafda (ayaqda) əhəmiyyətli 35-60 2 il trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur; əhəmiyyətli trofik pozuntuları olan, xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn ikitərəfli zədələnmə 2.7.2 xoralı qüsurlu, ifraz olunan 65-80 2 il möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər
6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 6.1. Kəllə-beyin travması və baş S06beynin zədələnməsinin nəticələri: T90 baş beynin silkələnməsi, əzilməsi Qiymətləndirmə 6.1.1. ümumi beynin mülayim pozuntuları 35-60 1 il ilə baş beynin əzilməsi, kontuziyası 6.1.2. ümumi beynin təzahür edən 65-80 2 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 6.1.3. baş beynin əzilməsi, kontuziyası 35-60 1 il 6.1.4. psixi təzahür edən pozuntularla 65-80 2 il baş beynin əzilməsi, kontuziyası 6.1.5. vegeto-damar mülayim pozuntuları 40 1 il ilə baş beynin əzilməsi, kontuziyası 6.1.6 vegeto-damar təzahür edən 50-60 2 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası tez-tez baş verən paroksizmal vəziyyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 6.1.7 sinir və sümük-əzələ sisteminə aid simptomlar və əlamətlər: Qiymətləndirmə 6.1.7.1 başgicəllənmə, koordinasiyanın və 35-60 1 il tarazlığın, iradi motorikanın mülayim pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları 6.1.7.2. başgicəllənmə, koordinasiyanın və 65-80 2 il tarazlığın, iradi motorikanın təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları 6.1.7.3. başgicəllənmə, koordinasiyanın və 85-100 müddətsiz tarazlığın, iradi motorikanın əhəmiyyətli təzahür edən pozuntusu, o cümlədən yürüşün və durmanın pozuntuları
39. Göründüyü kimi, iddiaçının qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində iddiaçının xəstəliyi (əsas diaqnoz və ağırlaşmalar) “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olması müəyyən edilməmişdir.
40. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T739/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.
41. Həmin rəy ilə dəbelə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı Gəncə şəhər A.Səhhət adma xəstəxananın İİ Terapiya şöbəsində 17.11.-xx.xx.2022-ci il tarixlərdə “a) əsas: Baş beynin güllə yaralanmasından sonrakı vəziyyət, posttravmatik serebral araxnoidit İİ mərhələ. b) Ağırlaşmalar: Sol bazu kələfinin pleksopatiyası, yuxarı düşən Erb iflici hissi, hərəki trofıki pozuntular.c)Yanaşı: sol aşağı ətrafın varikoz vena xəstəliyi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən diaqnozlar ona şikayətləri klinik, laborator və instrumental müayinələr əsasında müəyyən edilmiş və buna görə də xəstəliyin proqnozu və səmərələliyi qənaətbəxş olmuşdur. Şəxs həmin xəstəliklərdən hazırda əziyyət çəksə də əyani müayinədə xəstəliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır.
42. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya ikinci dərəcə əlilliyin təyin olunmasından imtina edilməsi ilə bağlı hərəkətləri qanunamüvafiq olmuşdur.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva