Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2610/2024 09.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı ölüm akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mərhum nənəsi X3 xx.xx.2003-cü il tarixdə ölməsi ilə bağlı Cavabdeh tərəfindən 15 fevral 2003-cü il tarixdə tərtib edilmiş 10 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxs haqqında məlumat qrafasının ata adı bəndində “Əbkər” adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИЕ 724625 nömrəli şəhadətnaməyə əsasən, xx.xx.1936-cı il tarixdə doğulmuş X2 ata qrafasında X6, ana qrafasında X4 adı qeyd edilmişdir.
2. xx.xx.2012-ci il tarixli AZ-İ 560517 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 855 nömrəli arayışında Novruzova Saranın xx.xx.2003-cü il tarixdə Göygöl rayonunda öldüyü, ölüm haqqında xx.xx.2003-cü il tarixdə 10 nömrəli akt qeydinin tərtib olunduğu göstərilmişdir.
4. İddiaçı mərhum nənəsinin ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/8-798/2023 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası"nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə onun müraciəti tərəflərindən təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-13-349/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası"nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciətin tərəflərindən təmin edilməsi mümkün olmamışdır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.2024cü il tarixli 3-16-5/4-13-3512/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Sara Novruzovanın doğumu haqqında akt qeydi aşkar edilmədi.
7. Həmin məktuba əlavə edilmiş: - Doğum haqqında xx.xx.1951-ci il tarixli 1149 nömrəli akt qeydinə əsasən, xx.xx.1936-cı il tarixdə doğulmuş X2 ata qrafasında X6, ana qrafasında X4 adı qeyd edilmişdir. - xx.xx.2012-ci il tarixli 101 nömrəli ölüm haqqında akt qeydinə əsasən X7 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2003-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydinə əsasən Novruzova Sara xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.
8. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-108/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü il tarixdə Göygöl rayonunda vəfat etmiş Sara Novruzovanın ölüm akt qeydinin aparılmasına hüquqi əsas olan ölüm haqqında tibbi şəhadətnamə, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər qeydiyyat şöbəsində 1 il müddətində saxlanılır. Məlumat üçün bildirilir ki, tibbi şəhadətnamələr xəstəxananın arxivində saxlanılır.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-TA/2-127/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Gəncə şəhəri üzrə 1911-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında Sara Novruzovanın (X8) doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. II. Məhkəmədə icraat
10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ölüm haqqında akt qeydində düzəliş edərək “Novruzova Sara”nın X1 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları və qeydiyyatda olduqları Göygöl şəhəri, A.Hacıyev, 95 ünvanında yerləşən yaşayış evi mərhum nənəsi X3 adınadır. Həmin ev mərhum nənəsi Saradan mərhum atası X5, ondan da onlara miras qalıb. X15 sağlığında mirası öz adına rəsmilşdirməyib. X12 xx.xx.2003-cü il tarixdə, X15 isə xx.xx.2012-ci il tarixdə vəfat edib. X12 xx.xx.2003-cü il tarixdə vəfat edəndən sonra onun ölüm akt qeydi xx.xx.2003-cü il tarixdə 10 nömrəli aktla qeyd olunmuş və ölüm şəhadətnaməsi verilmişdir. Mərhum X12nın ölüm şəhadətnaməsində ata adı qeyd edilməmişdir. Qeyd olunan yanlışlığa görə o, hazırda mirası qəbul edə bilmir. Yanlışlığın aradan qaldırılaraq doğum akt qeydinə düzəliş edilməsi barədə aidiyyəti orqana müraciət etmiş, lakin bundan imtina olunub və məhkəməyə müraciət etməyi tövsiyyə olunub. Hazırda o, qeyd olunan yanlışlığa görə vərəsəlik hüququnu həyata keçirə bilmir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum nənəsi X4 14 fevral 2003-cü il tarixdə ölməsi ilə bağlı Cavabdeh tərəfindən 15 fevral 2003-cü il tarixdə tərtib edilmiş 10 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxs haqqında məlumat qrafasının ata adı bəndində “Əbkər” adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdehin yerləşdiyi yer olan Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИЕ 724625 nömrəli şəhadətnamə; - xx.xx.2012-ci il tarixli AZ-İ 560517 nömrəli ölüm haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2023-cü il tarixli 855 nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-798/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-13-349/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi xx.xx.2024cü il tarixli 3-16-5/4-13-3512/2024 nömrəli cavab məktubu; - Doğum haqqında xx.xx.1951-ci il tarixli 1149 nömrəli akt qeydi; - xx.xx.2012-ci il tarixli 101 nömrəli ölüm haqqında akt qeydi; - xx.xx.2003-cü il tarixli 10 nömrəli ölüm haqqında akt qeydi; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-108/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-TA/2-127/2024 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum nənəsi X4 xx.xx.2003-cü il tarixdə ölməsi ilə onun ölümü barədə Cavabdehndə xx.xx.2003-cü il tarixdə 10 nömrəli akt qeydi tərtib edilmişdir.
28. Həmin ölüm haqqında akt qeydində X4 ata adı qeyd edilməmiş, ölən şəxsin ata adı qrafası boş saxlanılmışdır.
29. Hazırda İddiaçı mərhum nənəsinin ölüm akt qeydinə düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-165/8-798/2023 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir.
30. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
33. Göründüyü kimi, iddiaçının mərhum nənəsi X4 xx.xx.2003-cü il tarixdə ölməsi ilə onun ölümü barədə Cavabdehndə xx.xx.2003-cü il tarixdə 10 nömrəli akt qeydi tərtib edilmişdir. Lakin həmin ölüm haqqında akt qeydində onun ata adı qeyd edilməmiş, həmin qrafa boş saxlanılmışdır.
34. Hansı ki, qeydiyyat şöbəsi tərəfindən şəxsin barəsində akt qeydi (hazırkı halda ölüm akt qeydi) tərtib edilərkən onun məlumatları (adı, soyadı, ata adı) tam qeyd edilməli idi.
35. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X4 14 fevral 2003-cü il tarixdə ölməsi ilə bağlı Cavabdeh tərəfindən 15 fevral 2003-cü il tarixdə tərtib edilmiş 10 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxs haqqında məlumat qrafasının ata adı bəndində “Əbkər” adının qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. X4 14 fevral 2003-cü il tarixdə ölməsi ilə bağlı Cavabdeh tərəfindən 15 fevral 2003cü il tarixdə tərtib edilmiş 10 nömrəli ölüm akt qeydinə düzəliş edilərək, ölən şəxs haqqında məlumat qrafasının ata adı bəndində “Əbkər” adının qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva