Məhkəmə qərarları › İş №2-1(114)-2611/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2611/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2611/2023 12.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X12 və X4 ona məxsus olan Gəncə şəhəri, Rəfiqə Əliyeva küçəsi, 21, M2, m3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1987-ci il tarixdən tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətindədir.

2. X6 xx.xx.1980-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra ona Nəcəfova soyadı verilmişdir.

3. xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X1 şəhəri, Nəriman Nərimanov prospekti, 2-ci döngə, ev 3, mənzil 35 ünvanında qeydiyyatdadırlar.

4. Sözügedən evə dair İddiaçı adına xx.xx.2023-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda ünvan 1 ünvanında yerləşən mənzilin ünvanı Yeni qaydalarla: Gəncə şəhəri, Rəfiqə Əliyeva küçəsi, 21, M2, m3 kimi qeyd edilmişdir.

5. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 2532/2021 nömrəli qətnaməsi ilə iddiaçı Qanuni nümayəndə1 ilə cavabdeh Qanuni nümayəndə2 arasında bağlanmış nikahın pozulması, 20 aprel 2011-ci il təvəllüdlü X11 və 17 sentyabr 2014-cü il təvəllüdlü X7 nikah pozulduqdan sonra cavabdeh Qanuni nümayəndə2 yanında qalmaları qət edilmişdir.

6. Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında olan nikaha xx.xx.2021ci il tarixdə xitam verilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə AZ-İ № 449998 saylı şəhadətnamə verilmişdir.

7. İddiaçı X12 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X12 və X4 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Üçüncü şəxslər X12 və X11 onun nəvələridir. Oğlu ilə gəlini rəsmi olaraq boşanmışlar. Üçüncü şəxslər onun mülkiyyətində olan mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatdadırlar. O, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması barədə cavabdehə orqana müraciət etmiş, lakin bundan imtina edilmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2611/2023 qərardadı ilə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, onlar azyaşlı olmaqla məhdud fəaliyyət qabiliyyətli şəxslər olduğundan İPM-in 26.3-cü, MPM-in 49.3 və 49.4-cü maddələrinə əsasən məhkəmə iclasında qanuni nümayəndələri Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 ilə təmsil olunmaları qərara alınmışdır.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərin qanuni nümayəndələrinə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə üçüncü şəxslərin qanuni nümayəndəsi (anaları) Qanuni nümayəndə2 göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslərin qanuni nümayəndələri isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı nümayəndəsi (oğlu) X8 şifahi məhkəmə baxış iclasında iddia ərizəsində qeyd edilənləri müdafiə etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı onun anası, üçüncü şəxslər isə iddiaçının nəvələri, yəni onun qardaşı uşaqlarıdır. Qardaşı Rakiflə arvadı Əsmərin nikahları məhkəmə qaydasında pozulmuş və məhkəmə qətnaməsi ilə azyaşlı uşaqların analarının yanında saxlanması qərara alınmışdır. Ümumiyyətlə isə qardaşı Rakifin öz evi olmuş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Nə Əsmər, nə uşaqları onun anasına məxsus mənzildə yaşamamışlar. Sadəcə Rakif anasına məxsus hazırkı mübahisəli mənzildə qeydiyyatda olduğundan uşaqlara ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən atalarının qeydiyyatı üzrə həmin ünvana qeydiyyata alınmışlar. Rakiflə Əsmər 2020-ci ildən faktiki olaraq ayrılmışlar və həmin vaxtdan Əsmər uşaqlarını da götürüb atası evinə getmişdir. Hazırda münasibətlər pozulduğundan Əsmər uşaqları onun anasına məxsus mənzildən qeydiyyatdan çıxarmır. Yekunda bir daha qeyd etmək istəyir ki, qardaşının keçmiş yoldaşı Əsmər və onların uşaqları heç vaxt ünvan 1 ünvanında yerləşən mənzildə yaşamamışlar. Hazırda uşaqların həmin evdə qeydiyyatda olmaları anasının mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olur. Ona görə də, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. İddiaçının nümayəndəsi ünvan 1 ünvanında yerləşən mənzilin ünvanının yeni qaydalarla ünvan 5özügedən evə dair İddiaçı adına xx.xx.2023-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verildiyini göstərmiş, eyni zamanda tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxslər X12 və X4 ona məxsus olan Gəncə şəhəri, Rəfiqə Əliyeva küçəsi, 21, M2, m3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmə icraatına qəbul edilmişdir.

26. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 11863 saylı qeydiyyat vəsiqəsi; - İ-СЛ № 453734 saylı nikah haqqında şəhadətnamə; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışı; - Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 2532/2021 nömrəli qətnaməsi; - Nikahın pozulması haqqında AZ-İ № 449998 saylı şəhadətnamə; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-ci il tarixli çıxarış; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin vaxtdan Nəsibova (Nəcəfova) Sahilə Kərəm qızının mülkiyyətində olmuş, sözügedən mənzilin ünvanı yeni qaydalara əsasən dəyişdiyi üçün İddiaçı adına xx.xx.2023-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və mənzilin ünvanı ünvan 6da da İddiaçı mülkiyyətindədir. xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X11 iddiaçının nəvələri olmaqla, ataları (iddiaçının oğlu) Qanuni nümayəndə1 ünvan 1 ünvanında qeydiyyatda olduğundan onlara ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən atalarının qeydiyyat ünvanı üzrə onlar da həmin mənzilə qeydiyyata alınmışlar.

30. Həmin uşaqlar sözügedən evdə qeydiyyatda olsalar da, orada yaşamamışlar və hazırda da yaşamırlar. Hətta yaşamış olsalar belə, ataları ilə analarının faktiki qaydada ayrıldığı (ən geci rəsmi qaydada nikahlarının pozulduğu tarixdən) həmin evdən anaları ilə birlikdə çıxmışlar.

31. Belə ki, iddiaçının izahatı, o cümlədən təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Qanuni nümayəndə1 ailəsi ilə birlikdə başqa evdə yaşamış, nə Qanuni nümayəndə2, nə də uşaqlar iddiaçıya məxsus mənzildə yaşamamışlar. Qanuni nümayəndə1 anasına məxsus hazırkı mübahisəli mənzildə qeydiyyatda olduğundan uşaqlara ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən atalarının qeydiyyatı üzrə həmin ünvana qeydiyyata alınmışlar. Qanuni nümayəndə1 ilə cavabdeh Qanuni nümayəndə2 2020-ci ildən faktiki olaraq ayrılmışlar və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2532/2021 nömrəli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X12 anaları Qanuni nümayəndə2 yanında saxlanılmışdır. Qanuni nümayəndə2 həmin vaxtdan uşaqlarını da götürüb atası evinə getmişdir.

32. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə yaşamadıqlarını və qeydiyyatlarının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

34. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki: - müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. - Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. - Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

36. Göründüyü kimi, üçüncü şəxslər X12 və X11 iddiaçının nəvələri olsalar da, hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır.

37. Azərbaycan Respublikası Mülki Məcələsinə görə: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

38. X12 və X11 14 yaşına çatmayan azyaşlı olduqlarından onların yaşayış yeri məhkəmə qətnaməsi ilə yanında saxlandıqları valideyinin – anaları Qanuni nümayəndə2 yaşayış yeridir. Qanuni nümayəndə2 isə yaşayış və qeydiyyat yeri hazırkı mübahisəli mənzil deyildir.

39. Belə olan halda üçüncü şəxslərin iddiaçıya məxsus evdə formal qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. Bu istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur.

40. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X12 və X4 Gəncə şəhəri, Rəfiqə Əliyeva küçəsi, 21, M2, m3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar