Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2611/2025 12.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlığa əsasən, "xxxx" MMC barəsində 9081.59 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur.
2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2- 7922/2025 nömrəli məktuba əsasən, ərizədə qeyd olunanlara, eləcə də işin hüquqi və faktiki hallarına əsasən qeyd edilmişdir ki, KYB ilə hesablanmış 7152,33 manat mənfəət vergisinin və ona hesablanmış 1920.59 manat faiz borcunun silinməsini və xx.xx.2025-ci il tarixə başqasının pul vəsaitini mənimsəməyə cəhd maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi tələbinə dair "xxxx" MMC-nin iddiası mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericlikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Hazırki iş üzrə iddiaçı tərəfindən düzgün iddia tələbi qaldırılmamışdır. Belə ki, iddiaçının iddia tələbinin ilk hissəsi KYB ilə hesablanmış 7152,33 manat mənfəət vergisinin və ona hesablanmış 1920.59 manat faiz borcunun silinməsini ilə bağlı olmuşdur. Bu hissədə borc məbləğləri vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********614200 nömrəli qərarla hesablandığından iddia tələbi bu hissədə mümkünsüz hesab edilməlidir. İddia tələbinin ikinci hissəsi xx.xx.2025-ci il tarixə başqasının pul vəsaitini mənimsəməyə cəhd maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. İddia tələbi bu hissədə də mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati mübahisələrin məhkəmə aidiyyəti göstərilmişdir. Lakin iddiaçının iddia ərizəsində göstərdiyi məsələ inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılan işlərə daxil deyildir. Həmçinin iddia tələbi "xxxx" MMC tərəfindən deyil, MMC-nin qanuni təmsilçisi, cəmiyyətin direktoru X6 tərəfindən qaldırılmışdır. Belə olan halda iddiaçının iddiası mümkün sayılmamalıdır.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 3-21-2-18/2-16042/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-14572/2024 nörməli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” Qərara əsasən, bəyannamə və hesabat növü: mənfəət vergisi və bəyannamə və hesabat dövrü: 2023-cü il
Sıra № Təfsilat Məbləğ, Manatla Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya
1. 2.378,26 sığorta haqqı 1.A Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0,00 Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və
2. 9.530,59 ya sığorta haqqı
3. Kameral yoxlama nəticəsinə: 3.1 Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 7.152,33 3.2 Verginin azaldılmış məbləği və ya sığorta haqqı 0,00 4 Zərərin məbləği: (artmışdır və ya azalmışdır) 0,00 Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış 5 0,00 vergi və ya sığorta haqqı 6 Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********417300, 20240723
4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-2-18/2-7922/2025 nömrəli məktubu; - cavabdehin 3-21-2-18/2-16042/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər.
II. Tərəflərin ərizəsi və etirazı
5. İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-14572/2024 nörməli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, müəssisənin nizamnaməsi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və 12 saylı ƏVİ-dən ********** saylı VÖEN alaraq mükələfiyyəti sadələşdirilmiş, vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin vaxtdan xx.xx.2024-cü il tarixə kimi rüblər üzrə vergi orqanına təqdim etdiyi SV bəyannaməsi qəbul edilmiş ve hesablanmış vergiləri vaxtında ödəmişdir. İddiaçı qeyd edir ki, lakin vergi məmurlarından kimdirsə VM-nin müddəalarını pozaraq mükəlləfiyyəti və fəaliyyət növünnün kodunu dəyişərək MV ödəyicisi və topdan satışa dəyişdirmişdır. İddiaçı məlumat üçün bildirmişdir ki, gördüyü iş və göstərdiyi xidmət heç bir vaxt 200000 (iki yüz min) manata çatmamış, vergi orqanı əməkdaşı cəmiyyəti həm MV ödəyicisi kimi və həm də SV ödəyicisi mükəlləfiyyətini acıq saxlayaraq hər iki mükəlləfiyyətinə bəyannamə tələb edirlər və müəssisə də MV bəyannaməsini təqdim etmişdir. Məumat üçün bildirilmişdir ki, müəssisə əsasən rayonda fəaliyyət göstərən X3 yarışlara gələn idmançılara, məşqçilərə idman geyimləri alıb vermiş və bəzi hallarda çay süfrəsi, bəzi hallarda yemək təşkil etməklə yarış qaliblərinə medallar təqdim etməyə, idman medalları və suvenir hədiyyələr ilə mükafatlandirmağa xərclənibmiş, bütün xərclər e-qamələrlə rəsmiləşdirilmişdir. İddiaçı bir daha bildirmək istəyir ki, müəssisə dəfələrlə 12 saylı ƏVİ-yə bildirmişdir ki, o, xidmət təşlilatıdır və işi, ümumiyyətlə xidməti e-qaimə ilə yerinə yetirir və nəzarət kassa aparatı olmadığına göra əmtəəsiz dövrüyyə adlandıraraq 75 faiz güzəşti tətbiq etmədiyindən 7152.33 manat mənfəət vergisi və ona 1920.59 manat faiz borcu hesablamışdır. İddiaçı qeyd edir ki, vergi məmurları Vergi məcəlləsinin müddəalarını pozaraq KVB ilə hesablanmış vergilərə azalma verməyərək süni vergi öhdəliyi yaradırlar və xx.xx.2024-cü il tarixli, **********7889400 məktubla faizlə birlikdə 9081.59 manat borc bildirişi göndərildiyi halda xx.xx.2025-ci il tarixli digər məktubla 30261 manat, 21179.95 manat cox vergi borcu yaradılmışdşr.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi ödəyici tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə münasibətdə xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-5441/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il MV bəyannaməsi üzrə 7152,33 manat əlavə vergi məbləği hesablanmışdır. Yaranmış uyğunsuzluğun səbəbi aşağıdakılardır:“Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (49406.11 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 0.00 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (0.00 manat) məbləğdən - 49406.11 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Təqdim etdiyiniz Mənfəət vergisinin bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 269.63 manat məbləğ, həmin hesabat il üzrə təqdim etdiyiniz Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 223.14 manat sığorta haqqlarının məbləğindən 46.49 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır”. Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin əsas fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi ödəyicisinə göndərilmiş məktubdan aydın olur ki, ödəyici 2023-cü il ərzində 49406.11 manat dəyərində mal təqdim etdiyini Mənfəət vergisi bəyannaməsində qeyd etsə də, lakin 2023-cü il üzrə olan nə elektron qaimə-fakturasında, nə ygb-sində, nə də alış aktlarında həmin mallar öz əksini tapmamışdır. Belə ki, 2022-ci ilin MV bəyannaməsində mal qalığı 0 olaraq göstərilmiş, 2023-cü ildə 49406.11 manat daxil olma göstərilmiş olsa belə, həmin malların idxal, e-qaimə və ya alış aktlarına əsasən alınmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Ödəyici xərcinin uçotunu aparmamışdır. Bu isə onu Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən edilmiş güzəştdən məhrum etmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən (2023-cü ildə qüvvədə olan redaksiyasına əsasən) bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 75% i mənfəət vergisindən azaddır. Lakin ödəyici xərcinin uçotunu tam aparmadığından bu hüquqdan yaralana bilməmiş və ona əlavə olaraq 7152.33 manat MV hesablanmışdır. Həmçinin bildirilmişdir ki, Cəmiyyət tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə 16 694,0 manat dəyərində malların “dəftərxana və ofis ləvazimatları, printer və s.” satışı ilə bağlı elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir ki, qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək Cəmiyyətin riskli vergi ödəyicisi olması barədə xx.xx.2023-cü il tarixli **********400400 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi iddia ərizəsində X3 yarışa gələn idmançılara və məşqçilərə idman formaları, geyimlər, medallar alıb verdiyini, onlar üçün çay süfrəsi, yemək süfrəsi təşkil etdiyini qeyd etsə də, uçot-baza məlumatlarından aydın olur ki, cəmiyyət tərəfindən 2023-cü il ərzində elektron qaimə-fakturalar əsasında müxtəlif vergi ödəyicilərinə 49090,11 manat məbləğində qazan, kardan, akkumulyator, zolaqlı körpü, avtomobil təkəri, muncuq, ip(nazik) 300 m, sintifon, a4 kağız, diyircəkli qələm, köynək loqolu layihə adı qeyd olan, jalüz pərdə, tədbir üçün bukletlər, mühərrik yağı, proyektorun lampasının dəyişdirilməsi, katriclərin dəyişdirilməsi, qeydiyyat jurnalı, şam ağacı tingləri, boşqab, stəkan dəsti və.s adlı malların (iş və xidmətlərin) təqdim edildiyi, elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin) əldə edilmədiyi, mal alışı ilə bağlı malların elektron alış aktlarının əldə edilmədiyi, idxal və ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Uçot-baza məlumatlarından aydın olur ki, təqdim edilən mallar heç də iddia ərizəsində qeyd edilən mallar deyildir. İddiaçı Dövlət Vergi Xidmətinə müraciət edərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********262100 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********007600 nömrəli qərarına əsasən inzibati şikayət təmin edilmədən, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********262100 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki mübahisələndirilən qərar “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-14572/2024 nömrəli qərar olsa da, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş hər iki qərarın əsasları eyni olmuş, yəni vergi ödəyicisi gəlir və xərclərinin uçotunu aparmadığından ona Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75% güzəşt tətbiq edilməmişdir. İddia ərizəsində qeyd edilən ilk dəlili sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınsa da, sonradan vergi mükəlləfiyyəti MV-nə, fəaliyyəti isə topdansatışa dəyişdirilmişdir. Bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixində qeydiyyata alınmış, bu zaman fəaliyyət növü kimi ixtisaslaşdırılmış topdansatış fəaliyyətini seçmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli 1356- VQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə “218.5.9.topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;” adlanan yeni maddə əlavə edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2018ci il tarixli 1356-VQD nömrəli Qanun 218.5.9-cu maddəyə münasibətdə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Həmçinin vergi ödəyicisi xx.xx.2021-ci il tarixli **********198300 nömrəli ərizə ilə müraciət edərək fəaliyyətini dayandırmış, daha sonra eqaimə fakturalar əsasında 2022-ci il ərzində 73533,31 manat, 2023-cü il ərzində isə 49090,11 manat dəyərində topdansatış qaydasında mallar təqdim etmişdir. İddiaçının digər dəlili həm mənfəət vergisi ödəyicisi kimi həm də sadələşdirilmiş vergi ödəyicisi kimi mükəlləfiyəti açıq saxlanaraq hər iki mükəlləfiyətə bəyannamə tələb edilib və o adətən Mənfəət Vergisi bəyannaməsini təqdim etmişdir. Bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyd edilən dövrlər üzrə aktiv sadələşdirilmiş vergi mükəlləfiyyəti müəyyən edilməmişdir. Həmçinin, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-18/2-14572/2024 nömrəli qərarı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixində göndərilmiş və xx.xx.2024-cü il tarixində onun tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Əlavə olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan maddəsi Məcəlləyə 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən aydın olduğu kimi mübahisələndirilən qərarlar iddiaçıya elektron üsulla təqdim edilmişdir. Belə ki, qeyd olunan qərarlar iddiaçıya elektron üsulla onun elektron kabinetinə göndərildikdən 3 iş günü keçdikdən sonra ona lazımi qaydada çatdırılmış hesab edilir. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
III.Aralıq məhkəmə aktları
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
IV. Tərəflərin iştirakı
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, müəssisənin 2017-ci ildən fəaliyyət göstərdiyi, hesablanmış verilər azaldılmasını məhkəmədən xahiş etmişdir.
10. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, əvvəlki məhkəmə iclasında qeyd etdiklərini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçının nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
V. İddianın mümkünlük şərtləri
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. İlk olaraq onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia mübahisələndirmə haqqında iddia - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddiadır. Bu kimi iddialarda qanunvericiliyin tələbinə əsasən, əsas mümkünlük şərti inzibati aktın müəyyən edilmiş prosessual müddət daxilində məhkəmə qaydasında mübahisələndirilməsidir. Hazırkı işdə isə məhkəmə prosessual müddət məsələsinə hüquqi qiymət vermiş, prosessual müddətin bərpası barədə qərardad qəbul etmişdir.
15. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bir sözlə iddia mümkün iddiadır.
16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir və təmin edilməməlidir.
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Maddə 37. Kameral vergi yoxlaması 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddə 106. Mənfəət vergisindən azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi. Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər.
18. Vergi ödəyici tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə münasibətdə xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-5441/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat məktubu və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün cavabdeh tərəfindən 2023-cü il MV bəyannaməsi üzrə 7152,33 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən verilən məlumatlarına əsasən Cəmiyyətin əsas fəaliyyət növü ixtisaslaşdırılmış topdansatışdır. Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Vergi ödəyicisinə göndərilmiş məktubdan aydın olur ki, ödəyici 2023-cü il ərzində 49406.11 manat dəyərində mal təqdim etdiyini Mənfəət vergisi bəyannaməsində qeyd etsə də, lakin 2023-cü il üzrə olan nə elektron qaimə-fakturasında, nə ygb-sində, nə də alış aktlarında həmin mallar öz əksini tapmamışdır. Belə ki, 2022-ci ilin MV bəyannaməsində mal qalığı 0 olaraq göstərilmiş, 2023-cü ildə 49406.11 manat daxil olma göstərilmiş olsa belə, həmin malların idxal, e-qaimə və ya alış aktlarına əsasən alınmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Ödəyici xərcinin uçotunu aparmamışdır.
19. Bununla da məhkəmə hesab edir ki, iddiaçı Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən edilmiş güzəştdən məhrum etmişdir.
20. Digər tərəfdən iddiaçı cavabdeh tərəfindən göndərilmiş uyğunsuzluq məktubuna cavab verməmiş, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
21. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahiələndirilən cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-14572/2024 nörməli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qanuni və əsaslıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 38, 52, 58, 68 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2-14572/2024 nörməli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada rəsmi təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ AZ-2012 Gəncə şəhəri, H.Əliyev prospekti 105 Tel: (022) 255-75-96, Faks: (022) 255-58-65 www.ganjaadministrativecourt.gov.az Elektron ünvan
İş № 2-1(114)-2611/2025 xx.xx.2026-cı il
İddiaçı "xxxx" MMC-yə Ünvan: Göygöl şəhəri, Zeynalabdin Tağıyev küçəsi, ev 47
Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87
Gəncə İnzibati Məhkəməsinin 12 fevral 2026-cı il tarixli, 2-1(114)-2611/2025 nömrəli qərarının surəti Sizə göndərilir.
Qoşma: qərarın surəti - “06” vərəq, “06” səhifə. Hakim Nurəli Hüseynov