Məhkəmə qərarları › İş №2-1(114)-2612/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2612/2025

25.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2612/2025 25.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı “qərarın ləğvi və əlilliyin müəyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X9 (bundan sonra mətndə - cavabdeh) qarşı “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 18.05.2017-ci il tarixli, M/V 058905 nömrəli “Müharibə veteranı” vəsiqəsi İddiaçı məxsusdur; - 01.10.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletə 7-ci səhifəsində qeyd edilən 14-cü bəndə əsasən, İddiaçı 02.04-xx.xx.2016-cı il tarixlərində Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir; - xx.xx.2016-cı il tarixli, 38 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı barəsində “Partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfi piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərar qəbul edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4466 nömrəli “həkim psixiatr komissiyasının rəyi”nə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 28/3-1-118/2023 nömrəli “Vətən mühaaribəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq ona “Üzvi(2016-cı il “Aprel döyüşləri” zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə F07.0) diaqnozu qoyulmuşdur.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 3958/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktuba əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 C00195073THJ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - X1 xx.xx.2024-cü il tarixli tibbi göndərişinə (Forma 88) əsasən, İddiaçı barəsində əsas diaqnoz F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” və yanaşı xəstəliklər S06.0 “Baş beynin silkələnməsi. Partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” qəbul edilmişdir; - xx.xx.2017-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində 5 il müddətinə ikinci dərəcə əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “ağır fiziki iş əks göstərişdir”, xəstəliklərin beynəlxalq təsnifatı “XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.9 - Dəqiqləşdirilmiş kəllədaxili travma”, diaqnoz “Dəqiqləşdirilmiş kəllədaxili travma. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. (xx.xx.2016-cı il Aprel döyüşləri”, meyar “2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozutunları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) qəbul edilmişdir; - xx.xx.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - xx.xx.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə qərar qəbul edilmişdir; - xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli tibbi göndərişə əsasən İddiaçı telefon nömrəsinə əlillik dərəcəsinin təyinatının imtinası edilməsi barədə sms-bildiriş göndərilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 6308/2025 nömrəli “vətəndaşın əlillik vəziyəti haqqında” məktuba əsasən, İddiaçı əlillik vəziyyəti Daşkəsən rayon Mərkəzi Xəstəxanasının 0250003AAC5E nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə (xx.xx.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra İddiaçı dair X11 adına xəstəxananın poliklinika şöbəsi tərəfindən 0452003AAM3W nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, xx.xx.2022ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarın SMS vasitəsilə İddiaçı göndərilmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Eksperti Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 nömrəli qərara əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əlilliyin verilməsindən imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2- 12192/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməməsi haqqında” məktuba əsasən, dövlət tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş C00195073THJ nömrəli göndəriş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Həmin göndəriş və müraciət əsasında İddiaçı xx.xx.2024-cs il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa xx.xx.2024-c¸ il tarixində, saat 01:28-də ***-***-**-** telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 4024 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2654 saylı rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALAR, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (əsəb gərginlik anlarında özünə xəsarət yetiməsi, intihar fikirlərinin olması, baş ağrılarından əziyyət çəkməsi, döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar, qıcolma tutmalar, intihar fikirtəri ilə F07.0” diaqnozu təyin olunmadı) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə -psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X4 ilə" (F07.0) müəyyən olunur. Diaqnozlar düzgün qeyd edilmişdir; 2-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 3-cü suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X4 ilə” (F07.0) müəyyən edilir. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır; 4-cü suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X4 ilə” (F07.0) aşkar olunur. Sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 5-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 6-cı suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 7-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X4 ilə” F07.0 müəyyən edilir. Həmin pozuntu baş beyin silkələnməsi, partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə beyin vurması, baş beyin silkələnməsi xəstəliyinin hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah mərmi partlamasından sonrakı vəziyyət səbəbindən yarana bilər.

6. İddiaçı cavadbeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X6rşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenliyinin xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbli əlaqəsi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı bir müddət bundan öncə pensiya almaq məqsədilə DSMF-nin Gəncə şəhər Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin şöbənin vəzifəli şəxsləri mənim xahişini təmin etməkdən imtina etmişlər. Belə ki, iddiaçı 2016-cı il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi və döyüş zamanı aldığı xəsarətlərlə bağlı heç bir əsas olmadığını səbəb göstərərək hüququnun pozulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol vermiş və müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı bildirir ki, təqdim etdiyi sənədlərə məhəl qoymayaraq ona əlillik verilməklə pensiyanın təyin olunmasından imtina edirlər. Halbuki, həmin ilin 04 aprelində “partlayış travması baş beyin silkələnməsi, təpə nahiyyəsinin yumuşaq toxumalarının odlu siılahdan kor qəlpə yaralanmaları. (Qapalı kəllə-beyin travmasından sonrakı astenovegetativ vəziyyət. Xroniki qastroduodenit natamam remissiya mərhələsində)” diaqnozu ilə Silahlı qüvvələrin Baş Klinik Hospitalının Neyrocərrahiyyə bölməsi tərəfindən epikriz də verilmiş və həmin ilin mart ayından da 2022-ci ilin mart ayına qədər müavinət verilmişdir. Hazırda isə ona müavinətimin artırılması ilə bağlı heç bir tədbir görülmür. İddiaçı qeyd edir ki, sağlamlığı barədə də hər-hansı bir arayış da verilmir və hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulmasına səbəb olmuş hərəkətlər kimi qiymətləndirilməli və qeyri-qanuni sayılmalıdır. O nəzərə çatdırır ki, bir gizir kimi Qarabağ müharibəsində işğal altında olmuş Azərbaycan Respublikasının müxtəlif rayonlarında döyüşlərdə gizir, tank komandiri olmuş və xidməti medallarımla sübut olunur. İddiaçı döyüş zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini itirmiş, hazırda da Nevroloji və Psixoloji Dispanserdə qeydiyyatdadır. Təqdim olunmuş xəstəxana sənədlərindən də görünür ki, o, həqiqətən də müalicə olunur və heç bir sağalma müşahidə olunmur, digər arayışda üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları diaqnozu qoyulmuşdur.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Gəncə şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0452003AAM3W nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli D00100927SPQ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 18859/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 38 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfli piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xroniki qastroduodenit, natamam remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yaddaşsızlıqdan, qıcolma tutmalarından şikayətlənmişdir. Baxış zamanı hər iki çiyində və başın təpə nahiyəsində çapıqlar izlənmişdir. Anamnezində ailəsindən ayrıldığını, işləyə bilmədiyini, insanların çox olduğu yerdə özünü narahat hiss etdiyini söyləmişdir. Müayinə zamanı adekvat olmuş, verilən sualları cavablandırdıqda gözlərini qaçırmış, cavab verməkdən yayınmış, şikayətlərini simulyasiya etmiş, bildirdiyi şikayətlər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara uyğun olmamışdır. Qəbul etdiyi dərmanlarının adını bilmədiyini söyləmiş, özü ilə gətirdiyi qutuları nümayiş etdirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, halsızlıq, yaddaşsızlıqdan, narahatlıq hissi, ünsiyyət zamanı əsəbilikdən, səs-küy zamanı qıcıqlanmadan və qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində əsəbləşdikdə huşunu itirməsi və qıcolma baş verdiyini, tutmadan sonra dostlarını gördüyünü söyləmiş, tutmalar haqqında məlumat verə bilməmişdir. Davamlı dərmanlar qəbul etdiyini, dərmanların adını bilmədiyi üçün Finlepsin, Aminazin qutularını təqdim etmişdir: Psixi statusu: demonstrativ şəkildə depressiya nümayiş etdirməyə çalışmışdır. Hazırda sərgilədiyi klinika ilə epikrizlərdə qeyd olunan məlumatlar fərqli olmuşdur. Habitusu, emosional sferası, sərgiləməyə çalışdığı depressiya klinikaya uyğunsuz olmuşdur. Ara-bir ciddiyyətini itirmiş, gülümsəmişdir. Göz kontaktı qurmaqdan yayınmış, aşkar aqqravasiya müşahidə edilmişdir. Şəxsiyyət vəsiqəsindəki (iyun 2024) şəkli hazırkı nümayişkar xarici görünüşü ilə tamamilə ziddiyyət təşkil etmişdir. Təqdim etdiyi Aminazinin bu şikayətlərlə təyin olunması uyğunsuz olmuş, dərmanları qəbul etmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş EEQ müayinə nəticəsində epiaktivlik aşkar olunmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 12203662 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5771/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 4466 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri. Təyin edilən diaqnoz 6 ay müddətində qüvvədədir” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X2 xx.xx.2024-cü il tarixli 2 nömrəli EEQ müayinəsinin nəticəsi “Sol gicgah boyu ön mid temporal spayk tipli fokal epileptiforum aktivlik və delta ləngimə TRİADA qeyd olundu. Müddəti 4-6 saniyə olmaqla bir neçə dəfə kiçik tutma baş verdi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının forma-88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olub-olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş edilmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir.

10. Bundan öncəki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, təmsil etdikləri inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.

11. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

12. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-3958/2025 nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-6308/2025 nömrəli “vətəndaşın əlillik vəziyəti haqqında” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-12192/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməməsi haqqında” məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli, 4024 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. 15.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.

17. Belə ki, hazırda cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 nömrəli əlillik dərəcəsinin təyin edilməsindən imtinanya dair qərarı haqqında məlumat sms-bildirişi vasitəsi ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus “**********” mobil telefonuna göndərilmişdir. İddiaçının mübahisəli qərarla bağlı iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.

18. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı olmamış, iddianın məhkəməyə verilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət gözlənilmişdir.

19. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1940/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla, onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir.

20. Həmçinin, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən, şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

21. Hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - “Forma 88”də qeyd olunan diaqnozun (F07.0 - “Üzvi mənşəli şəxsiyyət pozuntusu) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2654 saylı rəyi və “Əlilliyin müəyyən olunması meyarlarına”na Əlavə) öz təsdiqi tapmışdır.

22. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2-ci bəndinə əsasən, üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır.

23. Digər tərəfdən, İddiaçı barəsində yuxarı bəndlərdə də qeyd edildiyi kimi, xx.xx.2016-cı il tarixli, 38 nömrəli nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində “Partlayış travması (xx.xx.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfi piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmuşdur.

24. Həmçinin, məhkəmənin müvafiq tarixli qərardadı ilə keçirilmiş əyani müayinəyə əsasən, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2654 saylı rəyinə ilə İddiaçı Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar, X4 (F07.0) aşkar olunmuşdur.

25. Məhkəmə həmçinin qeyd edir ki, tibbi müəssisə tərəfindən göndərilmiş tibbi göndərişdə - “Forma 88”də qeyd edilən tibbi kod “Əlilliyin müəyyən olunması meyarları”nda 7.6.2-ci bənddə eyni ilə qeyd edilmişdir.

26. Cavabdehin “diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı ilə bağlı məhkəmə qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

27. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

28. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

30. Ona görə də, təyin olunmuş diaqnoz üzrə iddiaçıya əlilliyin təyinatı olmalıdır.

31. İddiaçıya orqanizm funksiyasının pozulması faizi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən:

1. Ümumi müddəalar 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

33. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2024-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə orqanizm funksiyalarının 31-60 faiz pozulması ilə əlilliyin əhatə dairəsinə düşmüşdür.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə:

1. Ümumi müddəalar 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

35. Həmin Əlavə:

Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, Orqanizmin Orqanizmin Sıra onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin XBT-10 funksiyalarının funksiyalarının №-si funksiyalarının davamlı pozulmasının kliniki (kod) pozulması faizi pozulması müddəti funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0

Qiymətləndirmə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il 7.6.2.1. müddətində ağır, müalicəyə rezistent 35-60 2 il simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

36. X5 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, C00195073THJ nömrəli Forma 88-də onun “Bələdliyi saxlanılıb. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Verilən suallara qısa və əsəbi cavablar verir. Xəstə daima baş ağrıları və baş gicəllənməsindən şikayət edir. Əhvali-ruhiyyəsi enikdir. Ruh düşkünlüyü müşahidə edilir. Gələcəyə aid planları yoxdur. Övladları ilə maraqlanmır. Özünə qapanır, heç kimlə ünsiyyət saxlamaq istəmir. İnsanların ona qıcıq verdiyini deyir, cəmiyyət arasında daha da gərginləşir, aqressiv olur. Emosional reaksiyaları dayanıqsızdır. Tez özündən çıxır. Hər xırda qıcıqlara güclü reaksiya verir, səbəbsiz konfliktlər yaradır. Çox əsəbi və hövsələsizdir. Etdiyi hərəkətlərinə görə özünü günahkar hiss etmir. Tənqidi funksiyaları zəifləyib. Davranışları qüsurludur. Təfəkkürü tormozlaşıb. Yuxusu və yaddaşı pozulub” xəstəlik əlamətlərinə malik olduğu qeyd edilmişdir.

37. İddiaçı barəsində yuxarıda nəzərdə tutulan əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulan əlamətlərə uyğundur.

38. Bu səbəbdən də məhkəmə iddiaçıya “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada orqanizmin funksiyalarının 35- 60 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsini məqsədəmüvafiq hesab edir.

39. Məhkəmə əlilliyin təyin edilmə müddəti ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

40. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-4/2- 6308/2025 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən iddiaçıya ilk dəfə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin ediliyi müəyyən edilmişdir.

41. Göründüyü kimi iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 4.2-ci bəndinə qeyd edilən əlilliyin müddətsiz təyin edilməsi əsasları (cəmi 5 il müddətində 2-ci dərəcə əlilliyinin olmaqla) mövcud deyildir.

42. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin müddəti ilə bağlı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin tələbləri nəzərə alınmalıdır.

43. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş xəstəlik əlamətlərinin olması həmin bəndin tələbinə əsasən şəxsə 2 il müddətinə əlilliyin təyin edilməsini nəzərdə tutmuşdur.

44. Araşırması nəticəsində İddiaçı “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulan xəstəlik əlamətlərinin olması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçıya təyin edilən əlilliyin müddəti 2 il müəyyən edilməlidir.

45. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 həkim psixiatr komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 4466 nömrəli rəyi ilə iddiaçı barəsində “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində şəxsiyyət pozuntusu, depressiz epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” diaqnozu qoyulmuşdur.

46. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8 xx.xx.2024-cü il tarixli, xxxxxxx0007 nömrəli nömrəli qərarı ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X8 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar