Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-262/2021 24.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı şəhadətnamə üzr aparılmış qeydin ləğv edilməsi və hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon X11 İcraiyyə komitəsinin 25.02.1991-ci il tarixli, 16/50 nömrəli qərarın 1.hissəsinin b bəndinə əsasən şəhərin 10 və 11-ci məhələlərində tikilən fərdi yaşayış evləri üzrə Gəncə-Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun 27,64 ha (o cümlədən kənd təsərrüfatına yararlı olmayan 1,64 ha) torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün, o cümlədən 19,56 ha həyətyanı torpaq sahələri, 8,08 ha isə küçə, keçir və ictimai məqsədlər olmaqla verilmiş, həmin qərarın 2. bəndinə əsasən Xanlar şəhər XDS İcraiyyə Komitəsi tərəfindən təqdim edilmiş fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq sahələri ilə təmin olunacaq vətəndaşların siyahısı təsdiq edilmişdir (siyahıya əlavə olunur 1-ci nüsxə). Xanlar rayon X11 «Xanlar şəhərində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarın 1. bəndinə əsasən Xanlar rayon İHB-nin Xanlar şəhər üzrə nümayəndəsinin 24.07.1992-ci il tarixli, 478 saylı məktubu nəzərə alınaraq 10-11-ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmişdir. Göygöl rayon Dövlət Arxivinin 24.11.2020-ci il tarixli, 38 nömrəli məktubundan məlum olur ki, Xanlar rayon XDS-nin İcraiyyə komitəsinin 25.02.1991-ci il tarixli, 05 saylı və Xanlar rayon XDS-nin Rəyaət heyətinin 17.08.1992-ci il tarixli, 06 saylı qərarlarının və həmin qərarla fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi alan vətəndaş İddiaçı aid hissəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunsa da, həmin torpaq sahələrinin ünvanı, planı, sxem və s. arxivdə mövcud deyildir. Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş 29.05.2018-ci il tarixli 179 nömrəli arxiv arayışının sürətindən görünür ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11 -ci məhəlləsindən Şəhriyar küçəsi 19 saylı ünvanda vətəndaş İddiaçı fərdi yaşayış evi tikintisi üçün verilmiş 0,06 ha torpaq sahəsindən yeraltı sular çıxdığına görə həmin sahə Xanlar rayon XDS Rəyasət Heyətinin 17 avqust 1992-ci il tarixli, 06 saylı qərarı əsasında heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilmiş, qərara əlavə edilmiş siyahıda vətəndaşın adı 15-ci sırada qeydə alınmışdır. Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.10.2020-ci il tarixli 141 nömrəli məktubun sürətindən görünür ki, 29.05.2018-ci il tarixli, 178 saylı arayışda Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991- ci tarixli, 05 nömrəli qərarı ilə verilmiş 0,06 ha torpaq sahəsinin ünvanı texniki səhv olaraq Şəhriyar küçəsi 19 nömrə göstərilmişdir. Şəhriyar küçəsi 19 nömrəli torpaq sahəsi X15 məxsus olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) 08.10.2018-ci il tarixli, **********89 nömrəli imtina məktubu ilə Göygöl şəhəri, Müslüm Maqomayev küçəsində yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsinin icrasının mümkün olmadığı, aparılmış araşdırma zamanı qeyd olunan torpaq sahəsinə dair X3 adına ləğv edilmiş DT və XK tərəfindən JN-174A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin işlənildiyi, həmçinin torpaq sahəsinin üzərində mübahisənin olmasının aşkar edildiyi bildirilmişdir. JN-174 A nömrəli, KOD 50801004 "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Xanlar şəhər sakini X3 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 may 2019-cu il tarixli, **********30 nömrəli məktubunun surətindən görünür ki, Xidmətin və onun tabeliyində olan "xxxx” MMC-nin arxivlərində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X3 adının aşkar edilmədiyi qeyd olunmuşdur. Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 18.01.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən ayrılmış Şəhriyar küçəsi 19 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 05-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən Şəhriyar küçəsi 19 saylı ünvanda yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ona ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. Məhkəmənin 21.05.2019-cu il tarixli qərardadı ilə iddia tələbi iddiaçının müvafiq ərizəsinə əsasən “Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə verilmiş JN-174A nömrəli şəhadətnamənin ləğv edilməsi və Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991-ci tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsindən ayrılmış Şəhriyar küçəsi 19 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh orqana həvalə edilməsi” tələbinə dəyişdirlilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim F.Hüseynov) 11 iyun 2019-cu il tarixli, 2-1(83)360/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (sədlik edən R.Mamedov, hakimlər A.Hüseynzadə və L.Süleymanovdan ibarət tərkibdə) 08.10.2019-cu il tarixli, 2-1(104)- 584/2019 saylı qərarı ilə üçüncü şəxs X8 və onun nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2- 1(83)360/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (sədlik edən K.Bədəlov, hakimlər N.Rəsulbəyova və İ.Hüseynovdan ibarət tərkibdə) 23.06.2020-ci il tarixli, 2-1(102)- 791/2020 saylı qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(104)-584/2019 saylı qərarı ləğv edilərək, iş baxılması üçün məhkəməyə qaytarılmşıdır. Gəncə Apellyasiya Məhkəməsinin (sədlik edən A.Bayramov, hakimlər R.Muradov və Ə.Abdullayevdən ibarət tərkibdə) 20.10.2020-ci il tarixli, 2-1(104)-728/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2-1(83)360/2019 saylı qərarı ləğv edilməklə, inzibati iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının müvafiq ərizəsinə əsasən «Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X5 verilmiş, 0,06 ha torpaq sahəsinə dair JN-174A nömrəli, KOD 50801004 şəhadətnamənin ləğv edilməsi, ona Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsində ayrılmış və Xanlar rayon XDS Rəyasət Heyətinin 17.08.1992-ci il tarixli, 06 saylı qərarı əsasında Heyvandarlıq savxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilmiş, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclaslarında iddia tələbinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan torpaq sahəsi XDS-nin müvafiq qərarları ilə ona verilmişdir. Lakin illərdir üçüncü şəxslər ona həmin sahədən istifadə etməyə imkan vermirlər və torpaq sahəsində tikinti aparmaq üçün ora daş tökdürsə də maddi imkanı olmadığına görə tikə bilməmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclaslarında dəyişdirilmiş iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, araşdırma zamanı həmin sahəyə X3 adına JN-174 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənildiyi müəyyən edilmiş, həmin şəxsin atası isə torpağı iddiaçıdan satın aldığını bildirmişdir. Tərəflərindən şəhadətnamə üzrə aparılmış qeydin ləğv edilməsi mümkün deyildir. Həmçinin torpaq sahəsinin Göygöl şəhəri M.Maqomayev küçəsində yerləşməsi tərəflərindən mübahisə olunmur. Sadəcə həmin sahə üzrə üçüncü şəxsin adına şəhadətnamə işlənildiyindən və tərəflər arasında mübahisə olduğundan ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxsin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1995-ci ildə iddiaçı onun evinə gələrək mübahisəli torpaq sahəsini satmaq istədiyini bildirmiş, sahə 200 manata razılaşdırılmış və o, həmin məbləği Məhəmmədə vermişdir. Sahənin mülkiyyət sənədi olmadığın görə həmin vaxt alqı-satqı rəsmiləşdirilməmiş, lakin iddiaçı özü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinə gedərək həmin sahəyə dair oğlu Nofəlin adına şəhadətnamə verilməsinə razılıq vermiş və həmin sahədən o istifadə etməyə başlamışdır. Sonralar cavabdeh orqana gedərək çıxarış almaq istədikdə bildirmişlər ki, ilkin sənədlərdə problem var. Üçüncü şəxsə və cavabdeh inzibati orqana hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə üçüncü şəxsin və cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə işin hallarını, tərəfin və üçüncü şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti 0,06 ha torpaq sahəsinə dair «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A, kod 50801004 şəhadətnamə üzrə X3 adına aparılmış qeydin ləğv edilməsi və iddiaçının həmin torpaq sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. İşdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Xanlar rayon XDS-nin İcraiyyə komitəsinin 25.02.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhələlərində tikilən fərdi yaşayış evləri üzrə Gəncə-Hacıkənd asfalt yolu arasında yerləşən heyvandarlıq sovxozunun torpaq sahəsi Xanlar şəhəri vətəndaşlarına fərdi yaşayış evləri tikintisi üçün verilmiş, daha sonra Xanlar rayon XDS-nin «Xanlar şəhərində yaşayan bir qrup vətəndaşlara 10-11-ci məhəllədə fərdi yaşayış evi tikintisi üçün verilmiş torpaq sahəsinin başqa sahə ilə əvəzləşdirilməsi haqqında» 17 avqust 1992-ci il tarixli qərarı ilə 10-11 -ci məhəllədə fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi ayrılmış 85 nəfər fəhlə və qulluqçunun torpaq sahəsindən su çıxdığına görə həmin sahə heyvandarlıq sovxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaq sahəsi ilə əvəzləşdirilib fərdi yaşayış evi tikmək üçün fəhlə və qulluqçulara verilmiş, həmin qərarlar üzrə təqdim edilmiş siyahılarda iddiaçının adı qeyd olunmuşdur. Bundan başqa Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinin icrasından sonunucu tərəfindən həmin torpaq sahəsi üzrə üçüncü şəxsin adına şəhadətnamə işlənilməsi əsası ilə imtina olunmuşdur. Hazırda iddiaçı torpaq sahəsinə dair üçüncü şəxsin adına işlənilmiş şəhadətnamənin ləğv edilməsini və həmin sahə üzrə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 may 2019-cu il tarixli, **********30 nömrəli məktubunun surətindən görünür ki, Xidmətin və onun tabeliyində olan "xxxx” MMC-nin arxivlərində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında X3 adının aşkar edilməmişdir, əksinə Xanlar şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir. Bununla yanaşı iş üzrə iddiaçıya ilkin olaraq verilmiş və daha sonra dəyişdirilmiş torpaq sahələrinin yerləşməsi ilə bağlı arxivdə hər hansı məlumat olmamasına baxmayaraq məhkəmə tərəfindən Göygöl bələdiyyəsinin nümayəndəsi X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayon şöbəsinin mühəndisi X9, üçüncü şəxsin qızı X7 iştirakları ilə ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə yerli baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi sözügedən Xanlar rayonu XDS Rəyasət Heyətinin 17 avqust 1992-ci il tarixli 06 saylı qərarı ilə fəhlə və qulluqçulara verilmiş Xanlar rayonu Heyvandarlıq savxozunun 1 May məhəlləsinin üst hissəsində yerləşir. Həmin torpaq sahəsindən aşağıda yerləşən binalar keçmiş Xanlar rayonunun 1 May məhəlləsidir, hazırkı torpaq sahəsi 1 May məhəlləsinin üst hissəsində yerləşir. Torpaq sahəsinin koordinatları GPS cihazı vasitəsilə yoxlanılaraq həmin koordinatların şəhadətnamə üzrə üçüncü şəxs X5 verilmiş torpaq sahəsinin koordinatları ilı üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fıziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15- ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri iddiaçıya münasibətdə aid olmadığından, iddia tələbi əsaslı və qanunidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X5 verilmiş, 0,06 ha torpaq sahəsinə dair JN-174A nömrəli, KOD 50801004 şəhadətnamənin ləğv edilməsi, Xanlar rayon XDS İcraiyyə Komitəsinin 25.02.1991-ci il tarixli, 05 nömrəli qərarı ilə şəhərin 10 və 11-ci məhəlləsində ayrılmış və Xanlar rayon XDS Rəyasət Heyətinin 17.08.1992-ci il tarixli, 06 saylı qərarı əsasında Heyvandarlıq savxozunun 1 May məhəlləsinin üst hissəsində olan dinc torpaqla əvəzləşdirilmiş, hazırda Müslüm Maqomayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-262/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-262/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver