Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-262/2025 28.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 15№li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən həqiqətən o, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X1 Müəssisəsində 5-ci dərəcəli maşinist (Əmr № 68 k, xx.xx.1998-ci il) , xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 5-ci dərəcəli dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinisti (Əmr № 87 k, xx.xx.2003-cü il) işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli Qərarın 21-ci fəslinin 4-cü bəndinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Bu arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu təsdiq etmək üçün verilir.Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin əmrinə əsasən xx.xx.2003-cü il tarixində X1 Müəssisəsi “Yolnəqliyyatservis” Departamentinin tabeliyinə verilib."xxxx" ASCnin X1 Müəssisəsi xx.xx.2008-ci ildən 89 saylı X3 adlandırılıb."xxxx" ASC-nin 89 saylı X3 xx.xx.2016-ci ildən "xxxx" MMC adlandırılıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC xx.xx.2018-ci ildən "xxxx" MMC adlandırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 15№li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinisti (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və çıxıdğı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir (xx.xx.1998-ci il Əmr № 68/k). (xx.xx.2015-ci il Əmr № 134/4) işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 16 il 10 ay 12 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri dumpkar, xopper və dozator vaqonlarını yükləyibboşaldan maşinisti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21-ci fəslinin 4-cü bəndində (yarımbəndində) və (və ya) vəzifə koduna uyğundur. AR Elm və Təhsil Peşə Təhsili üzrə X4 və Texnologiyaları üzrə X9 Təhsili Mərkəzinin 7.11.2023-cü il tarixli, 486 nömrəli arxiv arayışına əsasən o, həqiqətən xx.xx.1983-cü il tarixdə 9 №li X10 Məktəbinə (indiki Sənaye və Texnologiyalar üzrə X9 Təhsil Mərkəzinin İ korpusuna) “ Elektrovoz maşinist köməkçisi” ixtisası verən qrupa qəbul olunmuş, xx.xx.1986-ci il tarixdə məktəbi əyani təhsil almaqla bitirmiş, 3-cü dərəcə və 609301№-li diplom almışdır. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat (21) bölməsinin dəmiryol nəqliyyatı (21.4) yarımbölməsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin 24 may 2023-cü il tarixli 11- 1/2-xx-xx/2023 və 11-1/2-1xx-xx/2023 nömrəli arayışlarında həmin idarənin X1 Müəssisəsində xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.2004-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində isə dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyini sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyat sahəsinə uyğun deyil. Həmçinin, işlədiyi vəzifələr yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı bölməsində nəzərdə tutulmayıb. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.01,2006-cı il tarixə kimi 25 ildən artıq ümumi, onun 12 il 6 ayını güzəştli peşə olan işdə işlədiyinə görə 57 yaşı tamam olduğu 23 noyabr 2018-cı il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, xx.xx.1982-ci il tarixdə ordudan tərxis olunmuşdur, xx.xx.1982-ci il tarixdə Azərbaycan Dəmir Yolu İdarəsinin Gəncə hissəsinin Alabaşlı dэmir yolu stansiyasında növbətçi praktikant 2-ci dərəcəli yol dəyişən işinə təyin edilməklə, 22.11,1982-ci il tarixdə növbətçi yol dəyişən işinə dəyişdirilmişdir. xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Azərbaycan Dəmir Yolu İdarəsinin Gəncə hissəsinin Alabaşlı dəmir yol stansiyasının 2-ci postuna 2-ci dərəcəli yol dəyişən işinə təyin edilib, xx.xx.1985-ci il tarixdə Qızılca Çınqıl zavoduna dumkar vaqonların mexanik köməkçisi vəzifəsinə dəyişdirilmişdir. xx.xx.1991 -ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1991 -ci il tarixdə köçürmə yolu ilə 300 nömrəli X6 maşinist işinə qəbul olunub, 01,02.1994-cü il tarixdə Azərbaycan Dəmir Yolu idarəsinin rəisinin əmri ilə köçürmə yolu ilə Gəncə Xır-çınqıl zavodunun sərəncamına keçirilib, xx.xx.1994-cü il tarixdə 300 nömrəli Yol Maşın stansiasına maşinist işinə dəyşdirilmişdir. xx.xx.1995-ci il tarixdə 300 nömrəli X5 Gəncə Xır-Çınqıl zavoduna 5-ci dərəcə dumkar maşinist vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1997-ci il tarixdə köçürmə yolu ilə 1 nömrəli Körpü Tikinti Qatarı stansiyasının sərəncamına verilmişdir. xx.xx.1998-ci ildə köçürmə yolu ilə TVİM-ə 5-ci dərəcə maşinist işinə qəbul olunmuşdur. xx.xx.2003-cü il tarixdə Nəqliyyat Nazirliyinin xx.xx.2003-cü il tarixli 09 saylı əmrinə əsasən “Azərdəmiryol servis” İstehsalat Birliyinin ləğvi ilə əlaqədar olaraq TVİM-si “Yolnəqliyyat servis Departamentinin tabeliyinə verilərək, xx.xx.2004-cü il tarixdə 5-ci dərəcəli dumkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist işinə keçirilmişdir. xx.xx.2007-ci il tarixdə "Azəryolservıs ASC-nin xx.xx.2007-ci il tarixli 11 saylı əmrinə əsasən "Yolnəqliyyatыervis' Departamentinin TVİM-nin adı və fəaliyyət növü dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 89 saylı X7 adlandırılmışdır. xx.xx.2015ci il tarixdə işdən azad edilmişdir. 38 ildən artıq stajı vardır Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə 2006-cı ilin yanvar ayının 01-nə kimi 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 06 ayını zərərli, ağır işdə işləyən kişilər 57 yaşı taman olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Onun 38 ildən artıq ümumi əmək stajı vardır. Bundan 16 il, 10 ay, 12 gününü güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. Onun 57 yaşı tam olduğu vaxtdan ona güzəştli şətlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, imtina cavabı verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat (21) bölməsinin dəmiryol nəqliyyatı (21.4) yarımbölməsi nəzərdə tutulmuşdur.İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin 24 may 2023cü il tarixli 11-1/2-xx-xx/2023 və 11-1/2-1xx-xx/2023 nömrəli arayışlarında həmin idarənin X1 Müəssisəsində xx.xx.1998-01.01,2004-cü il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.2004-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində isə dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyat sahəsinə uyğun deyil. Həmçinin, İddiaçı işlədiyi vəzifələr yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı bölməsində nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Dəmir Yolları QSC-nin sorğuya cavab məktubuna əsasən ADY-də mövcud xopper-dozator maşinisti peşəsinin əmək funksiyasına uyğun olaraq yerinə yetirilən işlərin əsas xüsusiyyətləri üyüdülmüş çınqıl daşlarının karxanalarda xopperdozator vaqonlarına doldurularaq anbarlara və təmir-tikinti işləri gedən sahələrdə dəmir yoluna tökülməsini təmin etmək üzrə işlərin yerinə yetirilməsindən ibarətdir.Həmçinin qeyd edirik ki, hal-hazırda ADY-də dumpkar maşinisti peşəsinin mövcud olmaması səbəbindən sözügedən peşə üzrə əmək funksiyasına uyğun olaraq yerinə yetirilən işlərin əsas xüsusiyyətlərinin müəyyən edilməsi imkan xaricindədir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçının hazırki tələbi xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ona ödənilməsindən ibarətdir. Cavabdeh orqan imtinasında və etirazında iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin 24 may 2023-cü il tarixli 11-1/2-xx-xx/2023 və 11-1/2-1xx-xx/2023 nömrəli arayışlarında həmin idarənin X1 Müəssisəsində xx.xx.1998-01.01,2004-cü il tarixləri arasındakı dövr ərzində maşinist, xx.xx.2004-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində isə dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist vəzifələrində işlədiyi qeyd olunduğu, iddiaçının işlədiyi sahənin sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyat sahəsinə uyğun olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-578/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə əsasən: Məhkəmə qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız hər hansı QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız hər hansı QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, bütün QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən maşinistlərin fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və maşinistlərin funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil,həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan elektrovoz maşinistləri və maşinist köməkçiləri maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində,o cümlədən maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı dəmiryolu şəbəkəsində maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyibboşaldan maşinist işləmişdir. İddiaçının çalışdığı müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən maşinistlərin dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə hesab edir ki, iddiaçının " işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın dəmiryol nəqliyyatı bölməsində (eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə. Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər) nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, AzərbaycanRespublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinistə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək penisyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-262/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-262/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver