Məhkəmə qərarları › İş №2-1(114)-2628/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2628/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2628/2021 07.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə qarşı hərracın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı cavabdeh Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi tərəfindən keçirilmiş hərracın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın mümkünlük şərtləri mövcud olmadığına görə iddia mümkün sayılmamalıdır. Belə ki, təqdim edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin qərarlarının məzmunundan görünür ki, mübahisəli torpaq sahəsi hərrac və müsabiqə keçirilmədən X1. Bununla da belə nəticəyə gəlmək olur ki, qeyd olunan sahə ilə bağlı hərrac keçirilməmişdir. Digər tərəfdən, hərrac keçirilmiş olsaydı belə, bələdiyyələr hərrac keçirən qurum olmadığına görə hərracın ləğvi tələbi üzrə cavabdeh qismində cəlb edilə bilməzlər. Odur ki, iddiaçı tələbini yenidən formalaşdırmalı və həmin tələbin yönəlməli olduğu cavabdehi dəqiqləşdirib həmin orqanı cavabdeh qismində cəlb etməklə iddia ərizəsi tərtib edərək məhkəməyə təqdim edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinə qarşı hərracın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar