Məhkəmə qərarları › İş №2-1(114)-263/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-263/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-263/2021 02.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Ağdam rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1970-1972, 1975-1988 və 1990-1999-cu illərdə Ağdam rayon «26 komissar» adına kolxozda işlədiyi illərin əmək stajına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Ağdam rayon filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə göndərərək iddia tələbinə əlavə olaraq iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Ağdam rayon filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin məhkəmə icraatına qəbul edilməsinə etiraz etməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçının tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Həmin maddənin 3-cü bəndinin tələblərinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə iddiaçının iddianın dəyişdirilməsi barədə tələbini məqsədəuyğun hesab edir. Nəticə hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 54, 80-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Ağdam rayon filialına qarşı iddia tələbinə əlavə olaraq iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyası təyin edilməsi tələbinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar