Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2632/2023 01.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı 1-ci məharət dərəcəsinin bərpa edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və intizam cəzasının üzərindən götürülməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı 1-ci məharət dərəcəsinin bərpa edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və intizam cəzasının üzərindən götürülməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respblikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi – Müdafiə nazirinin müavini tərəfindən verilmiş 1-ci məharət dərəcəsinin bərpa edilməsi, 2022-2023cü illərdə ona dəymiş maddi ziyanın ödənilməsi, ona heç bir əsası olmadan X5 tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli, 232 nömrəli “Şiddətli töhət” intizam cəzasının üzərindən götürülməsi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqlarını, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilməsini nəzərə alaraq Azərbaycan Respbublikasının Ali orqanı olan məhkəməyə müraciət etdiyi üçün xidmət müddətində təqib və təzyiqlərin edilməməsi barədə xəbərdarlıq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətə başlamış, 2021-ci ilin dekabr ayının 18-dən həmin ayın 24- dək Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ilin yekunu toplantısında iştirak etmək üçün ezam olunmuş, toplantının müddəti 21 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək olmasına baxmayaraq 23 dekabr 2021-ci il tarixində saat 06:05 radələrində hərbi hissənin hərbi qulluqçusu əsgər X3 intihar etməsi nəticəsində toplantının sonunda rəhbərliyin tapşırığına əsasən vəfat etmiş hərbi qulluqçunun tibbi ekspertizası və dəfninə hazırlıq ilə məşqul olmuşdur. 24 dekabr 2021-ci il tarixində dəfn olunduqdan sonra rəhbərlik tərəfindən göndərilmiş ( ailəyə köməklik məqsədi ilə) maddi vəsait ilə vəfat etmiş R.Dadaşovun dayısı ilə birlikdə yas mərasimi üçün alış-veriş etdikdən sonra 25 dekabr 2021-ci il tarixində Gəncə şəhərinə yola düşmüşdür. 25 dekabr 2021-ci il tarixində Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən Seyfəli təlim mərkəzində saat 10:00-da hərbi qulluqçuların 1-ci və Usta məharət dərəcələrinin imtahanları təşkil olunmuşdur. O, yuxarda qeyd edilmiş səbəbə görə həmin imtahanlarda iştirak edə bilməmiş, X2 qərargahına gedərək, rəisi N nömrəli hərbi hissənin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi polkovnik Vüqar Allacova müraciət etmiş və ona adının siyahıya əlavə olunduğu bildirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, X7 General-leytenant Ənvər Əfəndiyevin xx.xx.2021-ci il tarixli 047 nömrəli əmri ilə (Sınaq imtahanlarında zəif nəticə əldə etdiyinə görə 1-ci məharət dərəcəsindən məhrum edilsin, 2-ci məhərət dərəcəsi verilsin) ona 2-ci məharət dərəcəsi verilmişdir. Ona 1-ci məharət dərəcəsi Şəxsi Heyət Baş İdarəsinin Rəisi - Müdafiə nazirinin müavini tərəfindən 2019-cu ildə verilmişdir. Bir nazir müavininin verdiyi həvəsləndirməni digər müavinin heç bir əsas olmadan geri götürməyə səlahiyyətinin olmamasına baxmayaraq onun məharət dərəcəsi bir pillə aşağı salınmışdır. Daha sonra isə hərbi hissələrə Azərbaycan Respublikasının Müdafiə nazirinin 26 aprel 2022-ci il tarixli 02 nömrəli qərarı göndərilmiş, qərarın məzmununda hərbi qulluqçunun xidməti vərəqəsində "Şiddətli Töhmət" intizam cəzası qeyd olunduğu halda "Şiddətli Töhmət" sözü "Xidməti tam uyğun olmaması barədə xəbərdarlıq" sözləri ilə əvəz edilsin və cəzalandırılan hərbi qulluqçular cəzanın üzərindən götürüləndən sonra imtahanda iştirak edərək məharət dərəcələrini bərpa edə bilər sözləri qeyd olunmuşdur. O, N nömrəli hərbi hissənin İdeoloji İş və Mənəvi- Psixoloji Təminat bölmə rəisi olmağına baxmayaraq hərbi hissənin 3-cü taborun 9-cu bölüyün yoxlanılması zamanı Kamaz 43114 markalı B286 QQ hərbi nömrə nişanlı avtomobilin nasaz olması, döyüş mövqelərinə sığınacaqların təlimata uyğun hazırlanmaması, bəzi mövqelərdə sığınacaqların olmaması, altı aylıq ərzaq qalıqlarının nasaz avtomobilinin yük yerində səliqəsiz saxlanması, bəzi döyüş mövqelərində müəyyən ərzaqların çatışmadığı, dağlıq ərazidə su olmadığından şəxsi heyətin qar suyundan istifadə etməsi kimi nöqsanları aşkar edərək X7 tərəfindən 11 iyun 2022-ci il tarixli 232 nömrəli əmri ilə "Şiddətli Töhmət " cəzası verilmişdir və yuxarda qeyd edilmiş qərara əsasən o, həmin cəzanın üzərindən götürülənə qədər məharət dərəcəsi imtahanlarına buraxılmayacaqdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. İddiaçı məhkəmə iclasında və cavadehin nümayəndəsi X6 işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir.
8. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).
9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
11. Həmin normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir.
12. Hazırkı iş üzrə iddiaçının tələbi hərbi qulluqçu kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı ilə arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlıdır.
13. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırda hərbi qulluqçu kimi Laçın rayonu, Bozlu kəndində yerləşən N nömrəli hərbi hissədə xidmət etdiyindən onun xidməti yaşayış sahəsinin olduğu yer Laçın rayonudur.
14. Buna görə də, iddiaçının hazırkı tələbinin ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində göstərilən “iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə məhkəmə tərəfindən baxılır” kimi müəyyən edilmiş xüsusi aidiyyət qaydasının təsir dairəsinə düşür.
15. Belə olan halda iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə Şirvan İnzibati Məhkəməsidir.
16. Belə ki, iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer Laçın rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 nömrəli qərarının 18.12-ci bəndinə əsasən Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.
17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur.
18. Azərbaycan Respublikası İPM-ə görə; Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı 1-ci məharət dərəcəsinin bərpa edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və intizam cəzasının üzərindən götürülməsi tələbinə dair işə Şirvan İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
Nəticəvi hissə:
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı 1-ci məharət dərəcəsinin bərpa edilməsi, dəymiş maddi ziyanın ödənilməsi və intizam cəzasının üzərindən götürülməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva