Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2632/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar X6 və X5 Cavabdehnə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçılar X6 və X5 Cavabdehnə qarşı övladları X7 adına verilmiş olan xx.xx.2008-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ-АИ 593525 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə 1101 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X1, anası X4r.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli AZ-İİ 038375 nömrəli arayışında göstərilmişdir ki, X12 xx.xx.2007-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuşdur. Bu barədə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində xx.xx.2008-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X1, anası X3r.
3. Doğum haqqında xx.xx.2008-ci il tarixli 06 nömrəli akt qeydinə əsasən X12 xx.xx.2007-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuş və bu barədə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. X1, anası X3r.
4. X6 doğum haqqında akt qeydinin ləğv edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-618/2024 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, onun övladının 2 doğum haqqında akt qeydi mövcuddur. İlkin akt qeydi Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi, ikinci isə Rusiya Federasiyası tərəfindən tərtib edilmişdir. Bildirilir ki, Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydini ləğv etmək səlahiyətləri xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə onun müraciətinin Qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyil. Cavabdeh ona aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görür.
5. Məhkəmənin sorğrusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-176/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş tibbi şəhadətnamə şöbənin arxivində saxlanılmır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-1106/25 nömrəli cavab məktubu ilə xx.xx.1972-ci il təvəllüdlü X5 və xx.xx.1982-ci il təvəllüdlü X2 2007-2017-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Baxışov Xalid – xx.xx.2007-ci il tarixdə giriş; Aslanova Kəmalə - xx.xx.2007-ci il tarixdə giriş.
7. xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijn. şəhərində doğulmuş Sevil Baxışovaya ASAN-Bərdə tərəfindən xx.xx.2018-ci il tarixdə Seriya AZE 18156745 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7 adına verilmiş olan xx.xx.2008-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X8 ilə 2002-ci il tarixdə təsmi olaraq ailə qurub evlənmişdir. Evləndikdən bir müddət sonra onlar Rusiya Federasiyasında yaşamağa başlamışlar. Orada yaşadıqları müddətdə onların birgə nikah dövründə xx.xx.2007-ci il tarixdə X12 adlı bir övladları anadan olmuşdur. Övladları anadan olduqdan sonra onlar övladlarına Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsindən 23 avqust 2007-ci il tarixdə 1101 saylı doğum haqqında şəhadətnamə almışlar. Hal-hazırda o, övladı Sevilə yeni şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə övladının adına 2 cür akt qeydinin olduğunu bildirmişlər. Qeydiyyat şöbəsindən maraqlandıqda isə 22 yanvar 2008-ci il tarixdə övladı X9 VVAQ şöbəsi tərəfindən 06 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamə alınıbdır. Övladının doğum təvəlüdünü isə xx.xx.2007-ci il tarix qoyublar. Onun isə həmin doğum haqqında şəhadətnaməsindən heç bir məlumatları olmamışdır. Hal-hazırda həmin doğum haqqında şəhadətnamənin əsli də onda yoxdur. Doğum haqqında şəhadətnamənin kim tərəfindən və necə almasından heç bir məlumatı yoxdur. O, isə xx.xx.2007-ci il təvəllüdlü övladına sadəcə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsindən 23 avqust 2007-ci il tarixdə 1101 saylı doğum haqqında şəhadətnamə almışdır və həmin doğum haqqında şəhadətnamə övladının əsl doğum haqqında şəhadətnaməsidir. O, 22 yanvar 2008-ci il tarixli 06 saylı doğum haqqında akt qeydinin ləğv edilməsinə dair Cavabdehnə müraciət etmiş, orda isə ona bildirmişlər ki, məhkəməyə müraciət etməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 hazırki iş üzrə iddiaçı X6 ilə birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçılardan X6 məhkəmə iclasına gəlmiş, digər iddiaçı gəlməmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı X8 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdehin iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır.
22. İddiaçı X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, övladı Sevil xx.xx.2007-ci il tarixdə RF-da doğulduqdan sonra onu da götürüb əri Xalidlə birlikdə Azərbaycana gəlmişlər. Onlar gəldikdən xeyli müddət sonra qaynanası Bərdə rayon Qaradəmirçi kənd icra nümayəndəliyində guya Sevilin Bərdə rayonu Lək kəndində doğulması ilə bağlı doğum akt qeydi yazdırmışdır. Onların isə həmin vaxt bundan məlumatları olmamış, yalnız 2023-cü ilin yayında Sevilə şəxsiyyət vəsiqəsi almaq istəyən zaman məlumatlı olmuşlar. Belə ki, Sevilə ilk dəfə xx.xx.2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmiş, bu zaman heç bir problem yaşanmamış, Sevilin doğum tarixi kimi xx.xx.2007-ci il, doğum yeri olaraq isə RF, Sverdlovsk vilayəti, Nijn Tağıl şəhəri qeyd edilmişdir. Lakin həmin vəsiqənin müddəti bitdikdən sonra yeni şəxsiyyət vəsiqəsi almaq istəyən zaman Asan xidmət mərkəzində onlara bildirmişlər ki, Sevilin iki doğum akt qeydi vardır, ona görə də bu ziddiyyət aradan qaldırılmadan ona şəxsiyyət vəsiqəsi verilməsi mümkün deyildir. Şəxsiyyət vəsiqəsi ala bilmədiyinə görə övladı Sevil Universitetə qəbulla bağlı iki ildir ki, sənəd verə bilmir. Bu səbəbdən həqiqi olmayan doğum akt qeydinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur qalmışlar. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ-АИ 593525 nömrəli Doğum haqqında şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli AZ-İİ 038375 nömrəli arayışı; - Doğum haqqında xx.xx.2008-ci il tarixli 06 nömrəli akt qeydi; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-618/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğrusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-176/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-1106/25 nömrəli cavab məktubu; - Seriya AZE 18156745 nömrəli şəxsiyyət vəsiqəsi.
Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən olunur ki, X6 ilə X10 2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində xx.xx.2007-ci il tarixdə X12 adlı uşaqları anadan olmuşdur.
27. X7 doğumu barədə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ-АИ 593525 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2007-ci il tarixdə 1101 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.
28. Eyni zamanda, X7 doğumuna dair xx.xx.2008-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Həmin akt qeydinə əsasən X12 xx.xx.2007-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuşdur.
29. Göründüyü kimi, hazırda X12 barəsində iki doğum haqqında akt qeydi mövcuddur.
30. Hazırda iddiaçılar qeyd olunan sənədlər arasında uyğunsuzluq olduğunu və uşaqlarının faktiki olaraq Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində doğulduğunu əsas gətirərək, Cavabdehndə tərtib edilmiş xx.xx.2008-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydinin ləğv olunmasını xahiş edir.
31. Azərbaycan Respublikası Aİlə Məcəlləsinə görə: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
32. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Bənd 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bənd 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Bənd 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.
33. Məhkəmə iddiaçıların iddiasını ona görə əsaslı sayır ki, əvvəla, X7 doğumu barəsində ilkin olaraq Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 1101 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydi mövcud olduğu və qüvvədə olduğu halda, Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən X7 doğumu barəsində xx.xx.2008ci il tarixli 06 nömrəli akt qeydi tərtib edilmişdir.
34. İkinci tərəfdən, məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin 3.04.2024-cü il tarixli 3- 38-33/2-1106/25 nömrəli məktubu ilə xx.xx.1972-ci il təvəllüdlü X5 və xx.xx.1982-ci il təvəllüdlü X2 2007-2017-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında qeydə alınmış məlumatlar əsasında müəyyən edilir ki, X7 doğulduğu xx.xx.2007-ci il tarixdə (Doğum haqqında xx.xx.2008-ci il tarixli 06 nömrəli akt qeydinə əsasən xx.xx.2007-ci il tarixdə) anası X6 və X1 Azərbaycan Respublikasında olmamışlar. Belə ki, X6 və X8 xx.xx.2007-ci il tarixdə ölkəyə giriş etmişlər.
35. Üçüncü tərəfdən, Sevil Baxışovaya ASAN-Bərdə tərəfindən xx.xx.2018-ci il tarixdə Seriya AZE 18156745 nömrəli şəxsiyyət vəsiqəsi verilmiş və orada onun doğum tarixi xx.xx.2007-ci il, doğum yeri Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijn. Şəhəri qeyd edilmişdir.
36. Yuxarıda sadalanan halların hamısı məcmu halında qiymətləndirilərkən, X7 Bərdə rayonunda deyil, Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində doğulduğu müəyyən edilir ki, bu da Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərinin Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli İİ-АИ 593525 nömrəli Doğum haqqında şəhadətnamənin etibarlılığına dəlalət edir.
37. Məhkəmə qeyd edir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.
38. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heç kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.
39. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır.
40. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur).
41. İddiaçıların övladı da xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk vilayəti Nijniy Tagil şəhərində doğulmuş və onun doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda isə yenidən qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır.
42. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən X7 Bərdə rayonunda doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır.
43. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
44. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyində tərtib edilmiş doğum haqqında xx.xx.2008-ci il tarixli 06 nömrəli akt qeydi ləğv edilməlidir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Bərdə rayonu Qaradəmirçi kənd icra nümayəndəliyi tərəfindən X7 doğumu barəsində tərtib edilmiş xx.xx.2008-ci il tarixli 06 nömrəli akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva