Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2638/2024 21.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X4, X7, X10, X11 və X2 ona məxsus olan Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X6 küçəsi, ev 96) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.1958-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.1959cu il təvəllüdlü X1 şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanında qeydiyyatdadırlar.
3. Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.1958-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.1959-cu il təvəllüdlü X1 şəhəri, X9 küçəsi, 96 ünvanında qeydiyyatdadırlar
4. İddiaçı üçüncü şəxslər X4, X7, X10, X11 və X2 ona məxsus olan Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə ŞİHB 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 196 nömrəli və xx.xx.2024-cü il tarixli 356 nömrəli cavab məktublarında bildirilmişdir ki, tərəflərindən Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanına baxış keçirilmiş, X4, X7, X10, X11 və X2 faktiki olaraq həmin ünvanda yaşamadıqları müəyyən edilmişdir.
6. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 29701/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X4 xx.xx.2006-cı il tarixdən halhazıradək, X7 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X10 xx.xx.2004-cü il tarixdən halhazıradək, X11 xx.xx.2015-ci il tarixdən hal-hazıradək və X3 xx.xx.2004-cü il tarixdən halhazıradək Gəncə şəhəri, X9 küçəsi, ev 96 ünvanında qeydiyyatdadırlar. X4, X7, X10, X11 və X3 daha öncə Gəncə şəhəri, X9 küçəsi, ev 92 ünvanında qeydiyyatda olmayıblar.
7. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9474/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 6 ünvanına dair İddiaçı adına xx.xx.2023-cü il tarixli, **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verildiyi zaman həmin ünvana yeni qaydalarla AZ 2002, ünvan 7əbdən hazırda biri xx.xx.2021-ci il tarixli **********15-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla X5 məxsus, digəri isə xx.xx.2023-cü il tarixli **********34-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla İddiaçı məxsus ünvan 8 ünvan mövcuddur. Əlavə olaraq bildirilir ki, X5 məxsus ünvan 9 ünvanı hazırda dəyişməmişdir, lakin mülkiyyətçi tərəfindən gələcəkdə əmlaka dair sənədlər yeniləndikdə həmin əmlaka Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən yeni qaydalarla AZ 2002, ünvan 10 ünvanı veriləcəkdir. II. Məhkəmədə icraat
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X4, X7, X10, X11 və X2 ona məxsus olan Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X6 küçəsi, ev 96) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X6 küçəsi, ev 96) mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümümi sahəsi 62.9 kv.m-dən ibarətdir. 3-cü şəxslər X4, X7, X10, X11 və X3 evinin keçmiş sakinləridir. O, bu şəxsləri tanımır və bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. O, 3-cü şəxsləri Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X6 küçəsi, ev 96) ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina edilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq qeydiyyatda dururlar. Bunun üçün də 3cü şəxslər evində qeydiyyatda durduqlarına görə məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər onun evində yaşamırlar, üçüncü şəxslərin onun evində qeydiyyatda olmaları qanuna uyğun deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Göründüyü kimi, 3-cü şəxslər faktiki olaraq ona məxsus evdə yaşamadıqlarına görə qeydiyyatdan çıxarılmalıdırlar.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4, X7, X10, X11 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. Üçüncü şəxslərin iddia ərizəsində göstərilmiş ünvanlarına göndərilmiş məhkəmə bildirişlərinin üzərinə “Köçüb” yazılaraq geri qayıtsa da, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya və üçüncü şəxslərə göndərilmiş sms-xəbərdarlıq onlara çatdırılmışdır.
22. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Elektron Məhkəmə informasiya sistemindən çıxarışlar; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə ŞİHB 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 196 nömrəli və xx.xx.2024-cü il tarixli 356 nömrəli cavab məktubları; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2- 29701/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9474/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışında xx.xx.1989-cu il təvəllüdlü X4, xx.xx.1987-ci il təvəllüdlü X7, xx.xx.1958-ci il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.1959-cu il təvəllüdlü X2 Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, 96) ünvanında qeydiyyatda olduqları göstərilmişdir.
28. Həmin arayış əsasında iddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
29. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
31. Məhkəmə qeyd edir ki, adıçəkilən Qanunda yaşayış sahəsi ilə bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan və orada faktiki yaşamayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı birbaşa nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
32. Lakin məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, üçüncü şəxslər Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınmış Gəncə şəhəri, X9 küçəsi, ev 92 (Yeni qaydalarla: Gəncə şəhəri, X9 küçəsi, ev 96) ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda deyillər. Belə ki, həmin fərdi yaşayış evinin ünvanı ilkin qeydiyyatdan iddiaçının mülkiyyət hüququ qeydə alınanadək Gəncə şəhəri, X9 küçəsi, ev 92 olmuş, yalnız sonuncu dəfə iddiaçıya Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən zaman ona Yeni qaydalarla Gəncə şəhəri, X9 küçəsi, ev 96 ünvanı verilmişdir.
33. Halbuki, hazırda həmin küçədə (Gəncə şəhəri, X9 küçəsi) biri xx.xx.2021-ci il tarixli **********15-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, X9 küçəsi, ev 96, digəri isə xx.xx.2023-cü il tarixli **********34-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla İddiaçı məxsus ünvan 8 ünvan mövcuddur. Üçüncü şəxslər X4 xx.xx.2006-cı il tarixdən halhazıradək, X7 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X10 xx.xx.2004-cü il tarixdən halhazıradək, X11 xx.xx.2015-ci il tarixdən hal-hazıradək və X3 xx.xx.2004-cü il tarixdən halhazıradək Gəncə şəhəri, X9 küçəsi, ev 96 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslər daha öncə Gəncə şəhəri, X9 küçəsi, ev 92 ünvanında qeydiyyatda olmayıblar.
34. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə eyni ünvan göstəricilərinə malik digər ev də daşınmaz əmlakın dövlət reyestrində mövcuddur ki, üçüncü şəxslər məhz həmin evdə (iddiaçının mülkiyyətində olmayan) evdə qeydiyyatdadırlar. Bu səbəbdən də, iddia təmin edilə bilməz.
35. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər.
36. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva