Məhkəmə qərarları › İş №2-1(114)-264/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-264/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-264/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı X5 verilmiş 0.08 ha torpaq sahəsinə dair seriya MA ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı verilmiş və torpaq sahəsinə dair JN-269A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Eyni zamanda, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X11 verilmiş və torpaq sahəsinə dair JN- 269A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

3. Digər tərəfdən, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cəfərova (Mahmudova) Teyyubə Məcid qızına verilmiş və torpaq sahəsinə dair JN-270A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

4. Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi ilə 558S saylı torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi, T.Mahmudovanın həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri ilə təmin etməsinin səlahiyyətli orqanlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə tapşırılması qət edilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-460/2011 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi ləğv edilmiş və X4 iddiası təmin olunmamışdır.

7. Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(058)-39/2011 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh İddiaçı qarşı cavabdehin Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir.

8. İddiaçı cavabdeh orqana müraciət edərək, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsini və həmin torpaq sahəsi üzərində müllkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmiş, ancaq sonuncu xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-H-02xx/xx-2023 nömrəli məktubla müraciətdən imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-269A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir.

9. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 784/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzinin arxivində saxlanılan Samux rayonu, İnstitut qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı, eləcə də Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı aşkar edilməmişdir.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5867/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-269A KOD 50702018 şəhadətnamənin iki fərqli nüsxələri Ərazi İdarəsinə təhvil verilmişdir. Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında JN-269A KOD 50702018 saylı şəhadətnamə barədə qeydin X9 adına yazıldığı, torpaq sahəsi isə 0.02 ha kimi göstərilmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12269/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-269A KOD 50702018 saylı şəhadətnamənin 2 fərqli nüsxəsi Ərazi İdarəsinə təhvil verilmişdir. Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilmiş nüsxəyə görə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayon, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair İddiaçı adına JN-269A KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilmiş digər nüsxəyə görə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayon, İnstitut qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair X9 adına JN-269 A, KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamələrin qeydiyyat kitabında JN-269A KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına qeyd olunmuşdur, lakin Şəhadətnamələrin qeydiyyat kitabının 269-cu sırasında X9 adı yazılan və torpaq sahəsi barədə məlumatları özündə əks etdirən xanalarda dəyişikliklər edildiyi aşkar edilmişdir. Həmçinin nüsxədə torpaq sahəsi 0.05 ha kimi qeyd edilsə də, Şəhadətnamələrin qeydiyyat kitabında torpaq sahəsi 0.02 ha kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-269A KOD 50702018 saylı şəhadətnamə əsasında X9, İddiaçı və ya hər hansısa bir şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı tərəfindən naturada təqdim edilən torpaq sahəsinə müayinə baxışı zamanı tərtib olunmuş xx.xx.2024-cü il tarixli müayinə aktında naturada təqdim edilən torpaq sahəsinin Kompeks Yerquruluşu xəritəsinə (DWG) əsasən 558S (sahə 0.10 ha) kimi qeyd edildiyi müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına (NECAS) əsasən başqa şəxsə, yəni X5 məxsus torpaq sahəsinə dair verilmiş **********10 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. Aparılan araşdırma zamanı naturada təqdim edilən faktiki torpaq sahəsinin Gəncə şəhər, Kəpəz bələdiyyəsinin ərazisi olduğu müəyyən edilmişdir. Kompeks yerquruluşu xəritəsində (DWG) JN-269 A, KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə öz əksini tapmadığından Kompeks yerquruluşu xəritəsindən (DWG) 269A saylı torpaq sahəsinin yerləşdiyi yer üzrə çıxarışın məhkəməyə göndərilməsi hissəsində sərəncamın icrası mümkün olmamışdır.

12. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsi, Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı torpaq sahəsidir. Həmin 850.0 kv.m torpaq sahəsi üzərində tikili aşkarlanmadı. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı torpaq sahəsidir. 2) Torpağın mülkiyyətə verilməsinə dair JN-269A nömrəli Şəhadətnaməyə əsasən Hümbətova a Ağakişi qızına verilmiş Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi, mux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin ompleks yerquruluşu layihəsində və mülkiyyətçilərin adlı siyahısında öz əksini tapmamışdır. Bu bəbdən də, həmin sualın cavablandırılması mümkün olmamışdır. Lakin JN-269A nömrəli şəhadətnamənin (miqyas 1:1000) cizgi sxemində göstərilən 268A və 270A nömrəli torpaq ahələrinin, Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Beləliklə həmin 268A və 270A nömrəli torpaq sahələrinin həmsərhədliyində yerləşən JN-269A nömrəli 0.08 ha torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsində yerləşmə mövqeyi müəyyən edildi. Bildiririk ki, müəyyən edilən JN-269A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 711.0 kv.m hissəsi, əraziyə baxış keçirilərkən, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsinin 711.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 3) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsinin 518.0 kv.m hissəsi **********10 reyestr nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair tərtib olunmuş torpaq sahəsinin planındakı koordinatlara əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 518.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. JN-269A nömrəli Şəhadətnaməyə əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi, **********10 reyestr nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş torpaq sahəsinin planındakı koordinatlara əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Bildirilir ki, iddiaçının faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında reyestr nömrəsi - **********10 olan sənəd göstərilmişdir. 4) 2-ci sualın cavabında qeyd edildiyi kimi, müəyyən edilən JN-269A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 711.0 kv.m hissəsi, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsinin 711.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Müəyyən edilən JN-269A nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi, **********10 reyestr nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş torpaq sahəsinin planındakı koordinatlara əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. 5) Samux rayonu İnstitut qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 558S nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 711.0 kv.m hissəsi, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 850.0 kv.m torpaq sahəsinin 711.0 kv.m hissəsi ilə, 92.0 kv.m hissəsi isə başqa şəxs və ya şəxslərin istifadəsində olduğu müəyyən olundu. Ərazinin kompleks yerquruluşu layihəsinə əsasən 558S nömrəli 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi, **********10 reyestr nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş torpaq sahəsinin planındakı koordinatlara əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsinin 497.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X5 verilmiş 0.08 ha torpaq sahəsinə dair seriya MA ******* nömrəli çıxarışla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilib, JN-269A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə onun mülkiyyətinə Samux rayon İnstitut qəsəbəsində 0.08 ha həyəyanı torpaq sahəsi verilmiş və bununla bağlı adına JN-269A (kod ********) saylı Torpağın mülkyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Samux Rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli, 2(058)-166/2010 saylı qətnaməsi ilə mənim mülkiyyətinə verilmiş, bu 0.08 ha həyətyanı torpaq sahəsi 558S saylı boş torpaq sahəsi adı ilə maraqlı şəxs X4 mülkiyyətinə verilmişdir. X8 isə Samux Rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli, 2(058)-166/2010 saylı qətnaməsinə əsasən JN- 269A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əasən onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinə, adına MA №0107655 saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. O, Samux Rayon Məhkəməsinin bu qanunsuz xx.xx.2010-cu il tarixli, 2(058)-166/2010 saylı qətnaməsindən gec xəbər tutmuş və tutan kimi də, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2011-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək Samux Rayon Məhkəməsinin 27 avqust 2010-cu il tarixli, 2(058)-166/2010 saylı qətnaməsi tamamilə ləğv edilmiş və X4 torpağın onun mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməməklə rədd edilmişdir. X2 ona verilmiş seriya MA№0107655 saylı çıxarışdan istifadə edərək, onu mülkiyyətində olan 0.08 ha torpaq sahəsindən çıxarılması üçün məhkəmədə iddia qaldırsa da, Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(058)-39/2011 saylı qətnaməsi ilə onun iddiası təmin edilməyərək rədd edilmişdir. Göründüyü kimi, X4 mülkiyyətinə onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsi verilməsinə dair seriya MA №0107655 saylı çıxarış almasına səbəb olmuş məhkəmə qətnaməsi ləğv olunub, onun iddiası rədd edilməklə, artıq onun əlində olan bu çıxarış hüquqi qüvvəsini itirməklə həmin çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydi ləğv edilməlidir. O, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-269A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni, habelə yuxarıda göstərilən məhkəmə qətnamələrini ərizəsinə əlavə edib, onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə dair X5 verilmiş MA №0107655 saylı çıxarışla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi özünün xx.xx.2023-cü il tarixli, № 3-21-3-33/2-71-02xx/xx-2023 saylı bildirişi ilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qqeydiyyata alınmasından imtina edilmişdir. O, bu imtinanı xx.xx.2023-cü il tarixdə almışdır. Cavabdeh imtinasını belə əsaslandırır ki, guya onun mülkiyyətinə verilmiş, 0.08 ha torpaq sahəsi ilə bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN-269A (kod ********) saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmamışdır. Bildirir ki, 2015-2016-cı illərdə ləğv edilmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən onun mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi barədə məlumatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron bazasına yerləşdirilməməsi onun təqsiri deyil. İkincisi isə onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsi X4 əlində olan heç bir hüquqi qüvvəsi olmayan çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür ki, bu sənədlərdə göstərilən torpaq sahələri də, (çıxarışda və şəhadətnamədə) eyni torpaq sahələri olmaqla şəhadətnamədə göstərilən və onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsidir. İşin faktiki halları X5 verilmiş çıxarışla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün qanuni əsaslar verir. Odur ki, cavabdehin X5 verilmiş MA №0107655 saylı Çıxarışla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və JN-269A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz və əsassız hesab edirlər. Ona görə də, hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan onun üzərinə X5 verilmiş MA №0107655 saylı çıxarışla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin ləğv edilməsi və JN-269A (kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi qoyulmalıdır.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

16. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “X5 verilmiş 0.08 ha torpaq sahəsinə dair seriya MA ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

23. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X8 zəruri və X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

25. İddiaçı, onun vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

26. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

27. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

29. Etiraz onunla əsaslandırılmışdır ki, Samux rayonunda yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-269A saylı şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsinə dair X5 verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına göstəriş verilməsi barədə xx.xx.2023-cü il tarixli (daxilolma qeydiyyatı: xx.xx.2023-cü il tarixli, **********, 3-21-3-33/1- H02xx/xx-2023 saylı) müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-269A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-269A KOD 50702018 saylı şəhadətnamənin 2 fərqli nüsxəsi Ərazi İdarəsinə təhvil verilmişdir. Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilmiş nüsxəyə görə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000- ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayon, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair İddiaçı adına JN-269A KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilmiş digər nüsxəyə görə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarına əsasən Samux rayon, İnstitut qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinə dair X9 adına JN-269A KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamələrin qeydiyyat kitabında JN-269A KOD 50702018 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adına qeyd olunmuşdur, lakin Şəhadətnamələrin qeydiyyat kitabının 269-cu sırasında X9 adı yazılan və torpaq sahəsi barədə məlumatları özündə əks etdirən xanalarda dəyişikliklər edildiyi aşkar edilmişdir. Həmçinin nüsxədə torpaq sahəsi 0.05 ha kimi qeyd edilsə də, Şəhadətnamələrin qeydiyyat kitabında torpaq sahəsi 0.02 ha kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-269A KOD 50702018 saylı şəhadətnamə əsasında X9, İddiaçı və ya hər hansısa bir şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən naturada təqdim edilən torpaq sahəsinə müayinə baxışı zamanı tərtib olunmuş xx.xx.2024-cü il tarixli müayinə aktında naturada təqdim edilən torpaq sahəsinin Kompeks yerquruluşu xəritəsinə (DWG) əsasən 558S (sahə 0,10 ha) kimi qeyd edildiyi müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron baza məlumatlarına (NECAS) əsasən başqa şəxsə, yəni X5 məxsus torpaq sahəsinə dair verilmiş **********10 reyestr nömrəli çıxarışla üst-üstə düşdüyü müəyyən edilmişdir. Aparılan araşdırma zamanı naturada təqdim edilən faktiki torpaq sahəsinin Gəncə şəhər, Kəpəz bələdiyyəsinin ərazisi olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-784/2024 nömrəli məktubunda Mərkəzin arxivində saxlanılan Samux rayonu, İnstitut qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı, eləcə də Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı Qərarı aşkar edilmədiyi müəyyən edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(058)-166/2010 nömrəli qətnaməsinə (hakim E.A.Bayramov) əsasən iddiaçı X4 cavabdeh AR DT və XK-nin Samux rayon şöbəsinə qarşı JN-270A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulan torpaq sahəsi ilə yanaşı olan 558 A saylı torpaq sahəsinin verilməsi tələbinə dair iddiası təmin edilmiş, 558S saylı torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi, səlahiyyətli orqanlar və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən T.Mahmudovanın həmin torpaq sahəsinin hüquqverici sənədlərlə təmin olunması qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(058)- 166/2010 nömrəli qətnaməsinə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X4 adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarış verilmişdir və hal-hazırda həmin çıxarış qüvvədədir. Qətnaməsi ilə mənafeyinə toxunan şəxs İddiaçı Samux Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2(058)-166/2010 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-460/2011 nömrəli qətnaməsinə əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(058)-166/2010 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, X4 iddiası təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-460/2011 nömrəli qətnaməsində X4 adına verilmiş xx.xx.2010- cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışın ləğv edilib-edilməməsinə münasibət bildirilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsi əsasında hüquqların dövlət qeydiyyatına alınıb-alınmaması barədə aiddiyyəti üzrə sorğular verilməmiş, məhkəmə araşdırılması natamam aparılmışdır. Çünki Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(058)-166/2010 nömrəli qətnaməsinin qət etdi hissəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən T.Mahmudovanın 558 S saylı torpaq sahəsə dair hüquqverici sənədlərlə təmin olunması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-460/2011 nömrəli qətnaməsinin 2-ci vərəqinin 8-ci abzasında (və ya sətirbaşı) DT və XK-nin Samux rayon şöbəsinin xx.xx.2010-cu il tarixli arayışına əsasən JN-558S saylı torpaq sahəsinə şəhadətnamə işlənilmədiyi qeyd edilmişdir. JN-558S saylı torpaq sahəsinə dair şəhadətnamə işlənilmədiyi üçün Torpağın mülkiyyətə verilməsinə dair JN-269 A, KOD 50702018 saylı şəhadətnamənin elektron baza məlumatlarında, yəni DWG qeyd edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən (hüquqi varisi AR İN tabeliyində ƏMDX yanında DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi) qeyrimümkün idi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli fərmanına əsasən, “X19 Komissiyasının yaradılması” Azərbaycan Respublikası Prezidentinin 2.03.1995-ci il tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və Aqrar İslahat Komissiyasının həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən müraciətin icrası tərəflərindən mümkün olmamış və vətəndaşa xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-H-02xx/xx-2023 (**********36) nömrəli müraciətə baxılması barədə məktub göndərilmişdir. “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 518-İVQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Sərəncamına əsasən qeyd olunan rayonların sərhədlərində dəyişikliklər edilmiş və bəzi ərazilər Gəncə şəhəri inzibati vahidliyinə keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. İddiaçı və onun vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

31. Cavabdeh orqanın nümayəndəsi X6 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

32. Üçüncü şəxs X4 iddiaya qarşı yazılı etirazı məhkəməyə dail olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - JN-269A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr; - JN-270A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-460/2011 nömrəli qətnaməsi; - Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(058)-39/2011 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-H-02xx/xx-2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2- 784/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 5867/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12269/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsasılıdır və təmin edilməlidir.

35. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı verilmiş və torpaq sahəsinə dair JN-269A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Digər tərəfdən, Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cəfərova (Mahmudova) Teyyubə Məcid qızına verilmiş və torpaq sahəsinə dair JN-270A KOD 50702018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə X7 X5 qarşı qarşılıqlı iddiası təmin edilərək, JN270A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi təmin edilmişdir. Eyni zamanda, Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi ilə 558S saylı torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi, T.Mahmudovanın həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri ilə təmin etməsinin səlahiyyətli orqanlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin sonradan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-460/2011 nömrəli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi ləğv edilmiş və X4 iddiası təmin olunmamışdır.

36. İddiaçı cavabdeh orqana müraciət edərək, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsini və həmin torpaq sahəsi üzərində müllkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmiş, ancaq sonuncu xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-H-02xx/xx-2023 nömrəli məktubla müraciətdən imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-269A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir.

37. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

38. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-269A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin və Dövlət Yerquruluşu Layihə-İnstitutunun vəzifəli şəxsləri təərfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir.

39. Həmin sənədin səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçıya təqdim edilməsi halında, iddiaçı həmin şəhadətnamənin baza məlumatlarında olub-olmamasını, ümumiyyətlə həqiqliyinə şübhə etməyə, bunu təftiş etməyə nə borclu olmamış, nə də buna səlahiyyəti, imkanı çatmamışdır.

40. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz..

41. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir

42. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

43. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur...

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər.

45. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair şəhadətnamə ləğv və ya etibarsız hesab edilməmişdir və hazırda qüvvədədir. Həmin şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hüququn əvvəlki qeydiyyatına dair sənəd hesab olunur. İddiaçı da həmin şəhadətnaməyə malik şəxs kimi mülkiyyət hüququna dair çıxarış verilməsini tələb etməkdə haqlı sayılmalıdır.

46. Lakin hazırkı halda, iddiaçıya məxsus həmin torpaq sahəsinə Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verildiyi müəyyən edilir.

47. Hazırda iddiaçı həmin qeydi mübahisələndirir və məhkəmə onun tələbini əsaslı sayır.

48. Belə ki, mübahisələndirilən reyestr qeydinin aparılmasına əsas olan sənəd Samux Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(058)-166/2010 nömrəli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-460/2011 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd olunan hal isə X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün əsasdır.

49. Əldə edilmiş mütəxəssis rəyi ilə iddiaçıya məxsus şəhadətnamədə qeyd edilən torpaq sahəsinin bir hissəsinin **********10 reyestr nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X4 adına tərtib olunmuş torpaq sahəsinin planındakı koordinatlara əsasən 0.08 ha (800.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir ki, belə olan halda həmin reyestr qeydinin mövcudluğu iddiaçının öz mülkiyyət hüququnu həyata keçirməsinə maneə təşkil edir. Bu səbəbdən həmin qeydiyyatın aparılması iddiaçının sözügedən həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunduğundan o, əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.

50. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

51. Məhkəmə onu da qeyd edir ki, X9 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə əsas cavabdeh qurumun xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5867/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında” JN-269A KOD ******* saylı şəhadətnamə barədə qeydin X9 adına yazıldığı aşkar edilmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin şəhadətnamədəki torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinə hər hansı aidiyyatının olmadığı müəyyən edilmiş və bu səbəbdən də X9 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X5 verilmiş Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə dair seriya MA ******* nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə aparılmış qeydiyyat ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar