Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2640/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçılar İddiaçı4 və İddiaçı11 nümayəndəsi və vəkili X5, üçüncü şəxs X7 iştirakı ilə, iddiaçılar X20, İddiaçı1, X33, X26, X2, X21, X8, İddiaçı5, X18, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X27, X22, X3, İddiaçı10, X28, İddiaçı2, X29, X12, X23, X6, X1, X4, X9, X10, X24, X34, X25, İddiaçı3, İddiaçı4 və İddiaçı11 Cavabdehnə qarşı Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X20, İddiaçı1, X33, X26, X2, X21, X8, İddiaçı5, X18, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X27, X22, X3, İddiaçı10, X28, İddiaçı2, X29, X12, X23, X6, X1, X4, X9, X10, X24, X34, X25, İddiaçı3, İddiaçı4 və İddiaçı11 cavabdeh Bərdə rayonu Nifçi Bələdiyyəsinə qarşı cavabdehin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bərdə rayonu Nifçi kənd sakinləridir. Hazırda mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ki, kənd camaatı tərəfindən istifadə olunur. Üçüncü şəxs kəndə gələrək bildirmişdir ki, o istifadə edilən torpaq sahəsinə dair məhkəmədən sənəd almışdır. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, 2-1(114)-1456/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı X7 iddiası təmin edilərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 1.20 ha torpaq sahəsi üzərində iddiaçı X7 icarə hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdı. Həmin qərardan da görünür ki, Bərdə rayonu Nifçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı ilə X13 bələdiyyənin ehtiyat fondunda olan 36 saylı konturdakı əkinə yararlı sahədən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılan 1.20 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçıların vəkili məhkəməyə müraciət edərək həmin qərarın sürətini əldə etmişdir. İddiaçılar hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, uzun müddətdir ki, kənddə Bələdiyyə fəaliyyət göstərmir. 2000-ci ildə Bələdiyyənin sədri, üçüncü şəxs X7 yaxın qohumuTofiq Tanrıverdiyev olmuşdur. Ümumiyətlə, iddiaçılar qərarın həmin vaxt qəbul edilməsinə şühbə ilə yanaşırlar. Belə ki, o vaxt torpaq sahəsi ilə bağlı qərar qəbul edilmişdirsə, üçüncü şəxs 20 ildən artıq müddət qərarı rəsmiləşdirməmiş, çıxarış almamış, torpaq sahəsindən istifadə etməmişdir. Bu onu göstərir ki, qərar sonradan tərtib edilmişdir. Bundan başqa qərar qəbul edilərkən qanunveriliyin tələbləri pozulmuşdu. Məhkəmə iclasında iştirak etmiş İddiaçı4 və İddiaçı11 nümayəndəsi və vəkili X14 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddia tələbi ilə razılaşmamış və tələbin təmin olunmasına etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı X20, İddiaçı1, X33, X26, X2, X21, X8, İddiaçı5, X18, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X27, X22, X3, İddiaçı10, X28, İddiaçı2, X29, X12, X23, X6, X1, X4, X9, X10, X24, X34, X25, İddiaçı3 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Həmin şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçıların hazırkı mübahisə üzrə subyektiv hüququ mövcud olmadığından iddiaları mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2006-cı il tarixli müqavilə əsasında Bərdə rayonu, Nifçi kəndində yerləşən 1,20 ha torpaq sahəsi 50 il müddətinə üçüncü şəxsin icarəsinə verilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1456/2023 nömrəli qərarı ilə həmin torpaq sahəsi üzərində X7 icarə hüquqlarının qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-496/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1456/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından sonra Bərdə rayonu, Nifçi kəndi ərazisində yerləşən 1.2 ha torpaq sahəsi – **********21 reyestr nömrəli daşınmaz əmlak üzərində 50 il müddətinə - xx.xx.2006-12.2056-cı il müddətinədək X7 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə qeydə alınmışdır. Hazırda iddiaçılar məhkəmədən X13 torpaq sahəsinin icarə verilməsi haqqında o zamankı səlahiyyətli qurumun Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş edirlər. Bu iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıların bələdiyyə qərarının ləğvi tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki qeyd edilən daşınmaz əmlak hazırda üçüncü şəxsin icarəsində olmaqla, onun sahibliyində və istifadəsindədir. Mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olduğu müəyyən olunur. İddiaçıların mübahisə açdığı torpaq sahəsi ilə hər hansı hüquqi bağlılığı sübuta yetirilmir, onların həmin torpaq sahəsinə əşya hüququ təsdiqini tapmır. Torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, sözügedən torpaq sahəsi əvvəlcə bələdiyyə mülkiyyətində olmuş, hazırda isə üçüncü şəxsin icarəsində olmaqla, onun adına dövlət reyestrində yüklü edilmişdir. Belə olan halda, iddiaçıların qeyd edilən torpaq sahəsinin üçüncü şəxsin xeyrinə yüklü edilməsi barədə bələdiyyə qərarını mübahisələndirmək üçün hər hansı tələb hüququ mövcud deyildir. Bu isə, iddiaçıların hazırkı tələb üzrə subyektiv hüququnun olmasını istisna edir. Şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıların iddia etdiyi torpaq sahəsindən hər hansı qanuni əsas olmadan faktiki istifadə etmələri bələdiyyənin mülkiyyətində olan həmin sahənin üçüncü şəxsə ayrılmasını istisna edə bilməz. Bu zaman həm də iddiaçıların iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, mülkiyyətində olan torpaq sahəsinə aid qərar qəbul etməyin bələdiyyənin səlahiyyətinə aid məsələ olduğu və onun məsuliyyət sferası ilə ehtiva olunduğu da nəzərə alınmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılması, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o, cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 26-ci maddəsinə əsasən, icarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. Göründüyü kimi, qanunvericilik də icarə predmetinə münasibətdə qanunsuz müdaxilə və maneələrin aradan qaldırılmasına mülkiyyətçi ilə icarəçinin hüquqlarının eyniləşdirilməsi prizmasından yanaşır. Bu yanaşma bilavasitə icarə müqaviləsinin məzmunundan irəli gəlir və icarəçinin torpaq üzərində sahiblik və istifadə hüquqlarının mühafizəsinə yönəlmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. 16.4-cü maddəsinə əsasən (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişkliyə qədər redaksiyasında) ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. 47.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Yuxarıda qeyd olunan hüquq normalara əsasən məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddiaçıların subyektiv hüququnun olması üçün mübahisələndirilən inzibati aktla üçüncü şəxsə ayrılmış sözügedən torpaq sahəsi bələdiyyələrin ümumi istifadəsində olan, o cümlədən əhalinin mal-qarası üçün istifadə olunan örüş torpaq sahəsi olmalıdır. Hazırki iş üzrə iddiaçılar mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmasını irəli sürsələr də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bunun əksi olaraq məhkəmə araşdırması zamanı (ekspert rəyi ilə) müəyyən edilmişdir ki, sözügedən 1,20 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Ehtiyat fondu (BEF) torpaqlarına aid tut bağı olmaqla faktiki əkin sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmamışlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X20, İddiaçı1, X33, X26, X2, X21, X8, İddiaçı5, X18, İddiaçı7, İddiaçı8, İddiaçı9 Ayaz oğlu, X27, X22, X3, İddiaçı10, X28, İddiaçı2, X29, X12, X23, X6, X1, X4, X9, X10, X24, X34, X25, İddiaçı3, İddiaçı4 və İddiaçı11 Cavabdehnə qarşı Bərdə rayonu Nifçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2640/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2640/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver