Məhkəmə qərarları › İş №2-1(114)-2641/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2641/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2641/2024 27.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçılardan İddiaçı8 və İddiaçı9 nümayəndəsi olan vəkili X11 və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X40, İddiaçı2, X28, X4, X24, X12, X25, X20, X41, X37, İddiaçı4 Ayaz oğlu, X29, X26, X5, İddiaçı9, X7,X30, İddiaçı8,X31, X32, İddiaçı5, X27, X8, X2, X6, X13, X14, İddiaçı6, X38, İddiaçı7, X9 cavabdeh Bərdə rayonu Çələbilər bələdiyyəsinə qarşı qərarın ləğvi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, X40, İddiaçı2, X28, X4, X24, X12, X25, X20, X41, X37, İddiaçı4 Ayaz oğlu, X29, X26, X5, İddiaçı9, X7,X30, İddiaçı8,X31, X32, İddiaçı5, X27, X8, X2, X6, X13, X14, İddiaçı6, X38, İddiaçı7, X16 cavabdeh Bərdə rayonu Niftçi bələdiyyəsinə qarşı X3 Bərdə rayonu Niftçı bələdiyyəsinin fonduna olan əkinə qismən yararlı Qum yer 36-cı konturunda yerləşən sahədən 2,0 ha torpaq sahəsi ayrılması barədə Bərdə rayonu Niftçi bələdiyyəsinin 03 noyabr 2000-ci il tarixli 11 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayonu Niftçi kənd sakinidir.Hazırda mübahisələndirilən torpaq sahəsi uzun müddətdir ki, kənd cammahatı tərəfindən istifadə olunur. Üçüncü şəxs kimi qeyd olunmuş şəxs kəndə gələrək onlara bildirmişdir ki, onların istifadə etdiyi torpağa dair o məhkəmədən sənəd almışdır. Onlar məhkəməyə müraciət etdikdən sonra onlara məlum olmuşdur ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı X1 iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarından çıxarışa və "Torpaq sahəsinin icarəsi haqqında" xx.xx.2006-cı il tarixli müqavilə əsasən icarəyə verilmiş 2,0 ha torpaq sahəsinin hazırda iddiaçının istifadəsində olan 1,81 ha torpaq sahəsi üzərində X1 icarə hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan da görünür ki, Cavabdeh 03 noyabr 2000-ci il tarixli 11 saylı qərarı ilə Bərdə rayonu Nifçi kənd sakini X3 Cavabdeh fondunda olan əkinə qismən yararlı Qum yer 36-cı konturda yerləşən sahədən 2,0 ha torpaq sahəsi ayrılmışdı. Onalrın vəkili məhkəməyə müraciət edərək həmin qərarın sürətini əldə etmişdir. Hesab edirlər ki, həmin qərar ləğv edilməlidir. Belə ki, uzun müddətdir ki, onların kəndində bələdiyyə faəaliyyət göstərmir. 2000-ci ildə bələdiyənin sədri, üçüncü şəxs kimi adını qeyd etdikləri X1 atası Tofiq Tanrıverdiyev olmuşdu. O vaxt torpaq sahəsi ilə bağlı qərar qəbul edilmişdisə X10 20 ildən artıq müddət qərarı rəsmiləşdirməmiş, çıxarış almamış, torpaq sahəsindən istifadə etməmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehin Bərdə rayonu Çələbilər bələdiyyəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçılardan İddiaçı8 və İddiaçı9 nümayəndəsi olan vəkili X11 və üçüncü şəxs X10 məhkəmə iclasına gəlmiş. Digər iddiaçılar isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılardan İddiaçı8 və İddiaçı9 nümayəndəsi olan vəkili X11 məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçılar Qum yer 36-cı konturunda yerləşən sahədən uzun müddətdir ki, istifadə etdiklərini qeyd etsələr də, məhkəmə araşdırması zamanı iş materiallarında olan çıxarış ilə həmin torpaq sahəsinə X1 icarə hüququnun xx.xx.2006-cı il tarixdən 45 il müddətinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məlum olmuşdur. İddiaçılar isə sözügedən torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçıların hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçılara aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçılar torpaq sahəsinə dair özlərinin titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçıların subyektiv hüququ istisna edir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X40, İddiaçı2, X28, X4, X24, X12, X25, X20, X41, X37, İddiaçı4 Ayaz oğlu, X29, X26, X5, İddiaçı9, X7,X30, İddiaçı8,X31, X32, İddiaçı5, X27, X8, X2, X6, X13, X14, İddiaçı6, X38, İddiaçı7, X9 cavabdeh Bərdə rayonu Çələbilər bələdiyyəsinə qarşı X3 Bərdə rayonu Niftçı bələdiyyəsinin fonduna olan əkinə qismən yararlı Qum yer 36-cı konturunda yerləşən sahədən 2,0 ha torpaq sahəsi ayrılması barədə Bərdə rayonu Niftçi bələdiyyəsinin 03 noyabr 2000-ci il tarixli 11 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar