Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2645/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhər X4 xx.xx.1977-ci il tarixli 357 nömrəli orderin notarial təsdiqli surəti ilə müəyyən edilir ki, ünvan 1 yerləşən 2 otaqlı, ümumi sahəsi ümumi sahəsi 30.05 kv.m olan 13 nömrəli mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir.
2. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2011-ci il tarixli 580 nömrəli Forma-2 arayışından məlum olur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzil 2 otaqdan ibarətdir və yaşayış sahəsi 30,05 kv.m-dir. Göstərilən mənzil 4 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir və hər cür kommunal şəraiti ilə təmin olunur. Mənzil dövlət mənzil fonduna məxsusdur. Mənzil sahibi İddiaçıdur və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X10 – arvadı; - X18 – oğlu; - X11 – qızı; - X12 – oğlu; - X13 – oğlu.
3. Ölüm haqqında xx.xx.2011-ci il tarixli AZ-İ 462769 nömrəli şəhadətnamədən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
4. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.2006cı il təvəllüdlü X27, xx.xx.1978-ci il təvəllüdlü X19, xx.xx.1981-ci il təvəllüdlü X11, xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2010-cu il təvəllüdlü X21, xx.xx.2017-ci il təvəllüdlü X14, xx.xx.1987-ci il təvəllüdlü X15, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.1987-ci il təvəllüdlü X1 şəhəri, Şahlar Hüseynov küçəsi, ev 11, mənzil 13 ünvanında pasport qeydiyyatındadırlar.
5. Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-İ- 1072//8/2023 nömrəli məktubunda göstərilmişdir ki, X38 Filialında mühafizə olunan Kirovabad şəhər X31 İcraiyyə Komitəsi arxiv fondunun xx.xx.1977-ci il tarixli 9 saylı protokolu və Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci il üzrə mövcud orderləri yoxlanılmış, İddiaçı adına qeyd olunan ünvana dair order və ya qərar aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.
6. X13, X11, X19, X8 və X16 xx.xx.2024-cü il tarixli ərizələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 11 saylı binadan yerləşən 13 nömrəli mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə və DƏDRX-dən çıxarışın onun adına verilməsinə razılıq vermişlər.
7. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən 13 saylı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-33/2-2199/202 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsinin və orderin əslinin əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş Dövlət X17 19 iyun 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-1072//8/2023 saylı arxiv arayışında xx.xx.1977-ci il tarixli 9 saylı protokolu və Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci il üzrə mövcud orderləri yoxlanılmış və İddiaçı adına qeyd olunan ünvana dair order və ya qərarın aşkar olunmadığı qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
8. Məhkəmənin sorğusuna Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli M-561 nömrəli cavab məktubunda qeyd edilir ki, ünvan 4 bina Birliyin balansında olan dövlət mənzil fonduna aiddir.
9. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli **********272 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışlardan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 30,05 kv.m olan mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi X5 adınadır və onun ailə tərkibi aşağıdakılardan ibarətdir: - X10 – arvadı - X18 – oğlu; - X13 – oğlu; - X16 – oğlu; - X11 – qızı; - X14; - X8; - X9; - X27; - X21; - X22.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil üzərində X23 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanda yerləşən 13 nömrəli mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR lcraiyyə Komitəsinin Kirovabad şəhər X4 22 mart 1977-ci il tarixli 357 nömrəli orderinə əsasən, ünvan 5 ünvanda yerləşən 13 nömrəli mənzil ona verilmişdir. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 06 aprel 2011-ci il tarixli 580 nömrəli arayışı ilə də təsdiq olunur ki, ünvan 4 ünvanda yerləşən 13 nömrəli mənzilin sahibi odur. O, qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu 04 mart 2024-cü il tarixli 3-21-3- 33/2-2199/2024 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişlə müraciətimin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsinin və orderin əslinin əlavə edilməməsi, həmçinin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X17 19 iyun 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-1072/82023 nömrəli arxiv arayışında 22 mart 1977-ci il tarixli 9 nömrəli protokolu və Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci illər üzrə mövcud orderləri yoxlanılmış və onun adına qeyd olunan ünvana dair order və ya qərarın aşkar olunmadığı bildirilmişdir. Cavabdehin imtinasının əsasları ilə razılaşmadığı üçün pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək Azərbaycan Respublikası məcburiyyətində qalmışdır. Göründüyü kimi, Sovet dövründən qalma mənzillərin özəlləşdirilməsi, həmçinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan mənzilin onun adına özəlləşdirilməsini və həmin mənzil üzərində ona məxsus hüquqların dövlət qeydiyyatına alınmasını tələb etmək hüququm vardır. Cavabdehin 04 mart 2024-cü il tarixli 3-21-3-33/2-2199/2024 nömrəli imtina bildirişində müraciət ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə onunla birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizələrinin, orderin əslinin əlavə edilməməsi, Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci illər üzrə mövcud orderlərin yoxlanılması zamanı onun adına qeyd olunan ünvana dair order və ya qərarın aşkar olunmaması bildirilmişdir. Bununla bağlı bildirir ki, tələb olunan razılıq ərizələri həmin şəxslər tərəfindən verilmiş, orderin notarial qaydada təsdiq edilmiş surəti ərizəsinə əlavə edilmişdir. Bundan başqa hesab edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X38 filialında saxlanılan Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci illər üzrə mövcud orderləri sırasında ona məxsus orderin aşkar oluna bilməməsi onun təqsirindən olmadığından bu hal onun ziyanına şərh edilməməlidir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan mənzil üzərində ilkin hüquq müəyyənedici sənəd ona verilmiş Kirovabad şəhər X4 22 mart 1977-ci il tarixli, 357 nömrəli orderidir. Qeyd olunan order qanunvericiliyin tələblərinə uyğun olaraq yeni Mənzil Məcəlləsi qüvvəyə minən tarixədək - xx.xx.2009-cu il tarixədək olan dövrdə verilmiş, yeganə təyinatı və məqsədi mahiyyət etibarı ilə mənzilin ona verilməsi və onun adına rəsmiləşdirilməsi ilə bağlı olmuşdur.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
22. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 7).
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, orderin əsli onda olsa da, sonradan onu naməlum şəraitdə itirmişdir. Orderin surətini isə əvvəllər mənzillə bağlı sənədlərini toplayarkən notarial qaydada təsdiqlətmişdir və əsli onda qalmadığı üçün cavabdehə həmin notarial təsdiqli surəti təqdim etmişdir.
26. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Kirovabad şəhər X3 xx.xx.1977-ci il tarixli 357 nömrəli orderi; - Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2011-ci il tarixli 580 nömrəli Forma-2 arayışı; - Ölüm haqqında xx.xx.2011-ci il tarixli AZ-İ 462769 nömrəli şəhadətnamə; - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət X17 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-İ- 1072//8/2023 nömrəli məktubu; - xx.xx.2024-cü il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2199/202 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli M-561 nömrəli cavab məktubu; - Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli **********272 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışları; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Kirovabad şəhər X3 xx.xx.1977-ci il tarixli 357 nömrəli orderinə əsasən ünvan 1 yerləşən 2 otaqlı, ümumi sahəsi ümumi sahəsi 30,05 kv.m olan 13 nömrəli mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmiş, sonuncular həmin tarixdən sözügedən mənzilə köçərək orada yaşamağa başlamışlar. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən 13 nömrəli mənzil üzərində hüquqlarının dğvlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 04.093.2024-cü il tarixli 3-21-3-33/2-2199/202 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsinin və orderin əslinin əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş Dövlət X17 19 iyun 2023-cü il tarixli 3-48-DA-4F/2-İ-1072//8/2023 saylı arxiv arayışında xx.xx.1977-ci il tarixli 9 saylı protokolu və Kirovabad şəhər X31 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1977-ci il üzrə mövcud orderləri yoxlanılmış və İddiaçı adına qeyd olunan ünvana dair order və ya qərarın aşkar olunmadığı qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
30. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
32. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli X31nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X31nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
33. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
34. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
35. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Kirovabad şəhər X3 xx.xx.1977-ci il tarixli 357 nömrəli orderi ilə ünvan 1 yerləşən 2 otaqlı, ümumi sahəsi ümumi sahəsi 30,05 kv.m olan 13 nömrəli mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir.
36. Cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, ərizəyə mənzilə (evə) hüququ olan şəxslərin ərizəsinin və orderin əslinin əlavə edilmədiyini əsas götürmüşdür.
37. Lakin hazırkı iş materiallarına Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2011-ci il tarixli 580 nömrəli Forma-2 arayışı əlavə edilmişdir ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: - İddiaçı ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzil 2 otaqdan ibarətdir və yaşayış sahəsi 30,05 kv.m-dir. Göstərilən mənzil 4 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir və hər cür kommunal şəraiti ilə təmin olunur. Mənzil dövlət mənzil fonduna məxsusdur. Mənzil sahibi İddiaçıdur və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X10 – arvadı; - X18 – oğlu; - X11 – qızı; - X12 – oğlu; - X13 – oğlu.
38. Həmin forma 2 arayışında adı qeyd edilən yetkinlik yaşına çatmış şəxslərin hər biri - X13, X11, X19, X8 və X7 Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 11 saylı binadan yerləşən 13 nömrəli mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə və DƏDRX-dən çıxarışın onun adına verilməsinə razılıq vermişlər və yazılı ərizələri xx.xx.2024-cü il tarixdə notariat ofisində təsdiqlənmişdir. Orderə adı qeyd olunmuş X10 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
39. Orderin əslinin təqdim edilməməsinə gəlincə isə, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı orderin əslini naməlum şəraitdə itirmiş, lakin xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri 2-ci dövlət notariat kontorunda orderin surətinin düzgünlüyü təsdiq edilmiş və iddiaçı orderin həmin notarial təsdiqli surətini cavabdeh orqana (o cümlədən məhkəməyə) təqdim etmişdir.
40. Hansı ki, Dövlət notariusu sənədin əslini görməklə, onun surətinin düzgünlüyünü təsdiq etmişdir və notariat təsdiqli surət sənədin əslinə bərabər tutulur.
41. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 17. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir... Maddə 64. Sənədlərin surətlərinin düzgünlüyünün təsdiq edilməsi Notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
42. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulan qayda (Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir) isə order itdikdən sonra onun mövcud olmaması halında dövlət arxivindən arayış alınmasını nəzərdə tutur.
43. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
44. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
45. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
46. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
47. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
48. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 11 ünvanında yerləşən 13 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva