Məhkəmə qərarları › İş №2-1(114)-265/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-265/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-265/2021 11.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X7 və üçüncü şəxslər X8, X3, X6 (eyni zamanda üçüncü şəxs X1 nümayəndəsi) və X2 iştirakı ilə, İddiaçı Naiqin K «xxxx» MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X8, X3, X6, X4, X9) qarşı şəhadətnamənin ləğvi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı Naiqin K «xxxx» MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X8, X3, X6, X4, X5 və ailə üzvlərinə 0.21 ha torpaq sahəsinin verilməsinə dair JN-782G (kod 50300158) nömrəli xx xxxxx 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi verərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin əsl cavabdeh Tovuz rayon İcra Hakimiyyəti ilə dəyişdirilməsini və ilk iddia ərizəsində cavabdeh orqan kimi qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabdehlikdən çıxarılmasını, X8, X3, X6, X4, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadları ilə dəqiqləşmə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmiş, həmçinin həmin tarixli qərardadlarla cavabdeh əsl cavabdeh Tovuz rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş və X8, X3, X6, X4, X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, İbrahimhacılı kənd Bələdiyyəsinin xx xxxxxxx 2004-cü il tarixli 1 saylı qərarı ilə İbrahimhacılı kənd ərazisindən Naiqin K «xxxx» MMC-yə 3,5 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə aid xx.xx.2005-ci il tarixdə Tovuz rayon İbrahimhacılı kənd Bələdiyyəsinin xx xxxxxxx 2004-cü il tarixli 11 saylı Qərarı ilə JN 1094 saylı (kod 50300158) torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. xx xxxx 1994-cü il tarixli 7 saylı protokolla xx xxxxxx 1994-cü il tarixdə AR Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlanmışdır. xx xxxxxx 2002-ci il tarixdə Baş Dövlət Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 182 saylı A, B, Q mal tövləsi, V-süni mayalanma və D-çoban olacağı «Tovuz- Baltiya» LTD şirkətinin adına mülkiyyət hüququ əsasında reyestr nömrəsi ilə 222 saylı inventar nömrəsi olan 182 saylı reyestrdən çıxarış verilmiş və həmin çıxarış əsasında texniki pasport verilmişdir. Tovuz rayon İbrahimhacılı Bələdiyyəsi ilə xx xxxxxxxx 2004-cü il tarixdə 0,34 ha zəbt olunmuş torpaq sahəsinin aid olduğu 3,5 ha torpaq sahəsinin alınması barədə xx xxxxxxx 2004-cü il tarixdə akt tərtib edilmişdir. xx.xx.2004-cü il tarixdə həmin torpaq sahəsi barəsində rəy verilmiş və rəydə torpağın 2 ha hissəsi kənd təsərrüfatına yararsız və örüş sahəsinin 1,5 ha olması təsdiq edilmişdir. Tovuz rayon İbrahimhacılı bələdiyyəsinin AR Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə ünvanlanmış xx xxxxxxx 2004cü il tarixli 028 saylı məktubundan görünür ki, Naiqin k «xxxx» MMC-yə satılmış 3,5 ha torpaq sahəsi sahibkarlıq (maldarlıq) məqsədi üçün satılmışdır. İddiaçının mülkiyyətində olan torpağın 0,34 ha hissəsi cavabdeh tərəfindən zəbt edilərək həmin ərazidə 370 kv.m ölçüdə tikili (tövlə) inşa edilmiş və ərazi hasarlanmışdır. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 14 №-li qərarı ilə 0,21 ha torpaq sahəsi (fərdi yaşayış evinin tikintisi üçün) üçüncü şəxslərə verilmiş və həmin qərar əsasında JN 782G (kod 50300158) olan xx xxxxx 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə dövlət aktı hazırlanmışdır. xx xxxxxxx 2020-ci il tarixli 354 saylı torpaq ekspertizasının rəyindən görünür ki, iddiaçının adına qeydə alınmış 3,5 ha torpaq sahəsi 0,34 ha azdır. Üçüncü şəxslərə verilmiş 0,21 ha torpaq sahəsinə dair JN 782G saylı şəhadətnamə mülkiyyətində olan 3,5 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin üzərinə əsassız işlənmişdir. Mülkiyyətə verilmiş 3.5 ha torpaq sahəsinin 0,21 ha şəhadətnamə üzrə əsassız verilmiş həyətyanı sahəsi və əlavə tutulmuş sahə, cəmi 0,34 ha Üçüncü şəxs X8 və onun ailə üzvləri tərəfindən zəbt edilərək istifadə olunur. Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli 20229/2002 saylı qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsinin aid olduğu torpaq sahəsinin üzərində mülkiyyət hüqüqu tanınmışdır. Hüquqi və faktiki olaraq onlara verilmiş 3,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin, yəni 0,21 ha hissəsinin təkrar fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxslərə verilməsinə dair ilkin torpaqayırma sənədlərinin, yəni Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 14 №-li qərarı ilə verilmiş JN 782G nömrəli xx xxxxx 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə məktub göndərərək məhkəmə hazırlıq iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxslər və digər üçüncü şəxs X1 nümayəndəsi iddianı qəbul etməyərək mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarı ilə (1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndləri) məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-782G (KOD 50300158) nömrəli şəhadətnamənin ləğv edilməsini tələb edir ki, həmin sənəd də (JN-782G nömrəli şəhadətnamə) Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Naiqin K «xxxx» MMC-nin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar