Məhkəmə qərarları › İş №2-1(114)-265/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-265/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-265/2025 11.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.20N4-cü il tarixdə verilmiş SX ******* nömrəli hərbi biletdə onun N nömrəli hərbi hissədə xx.xx.20N9-cu il tarixdən xx.xx.202N-ci il tarixədək mühəndis istehkam bölüyünün buldozerçisi vəzifəsində işləməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı düşməndən alınmış mövqelərə yol çəkilməsində, mühəndis işlərinin görülməsində bilavasitə iştirak etməsi barədə qeyd vardır.

2. İddiaçıya məxsus xx.xx.20N4-cü il tarixdə verilmiş ******* nömrəli əmək kitabçasında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.20N9-cu il tarixli N nömrəli əmri ilə hərbi hissənin mühəndis istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsinə təyin edilməsi və xx.xx.202N-ci il tarixli 276 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilməsi barədə qeyd vardır.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.20N9-cu il tarixli N nömrəli əmrindən çıxarışa əsasən İddiaçı N6 mart 20N9-cu il tarixdən mühəndis istehkam bölüyünün yoltexniki manqasının buldozerçisi vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) N (bir) ay sınaq müddəti ilə işə qəbul edilmişdir.

4. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2022-ci il tarixli 4/3-NNN69 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N9-cu il, xx.xx.2020-ci il və təkrar xx.xx.2022-ci il tarixli iclaslarında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-N(N04)-56/2022 nömrəli qərardadı ilə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyinin üzərinə öhdəliyin qoyulması mümkün sayılmadığına görə sənədləri baxılmamış saxlanılır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin tərkibində iştirak etməyi öz təsdiqini (hərbi hissədə xidmət etməyi və ya ezamiyyətə göndərilməyi) tapmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli N63 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən N nömrəli hərbi hissədə xx.xx.20N9-cu il tarixdən xx.xx.202N-ci il tarixədək mühəndis istehkam bölüyünün buldozerçisi vəzifəsində işləyib və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı düşməndən alınmış mövqelərə yol çəkilməsində, mühəndis işlərinin görülməsində bilavasitə iştirak etmişdir.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 394 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi” və Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatlarında mühəndis istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsində iştirak etmişdir.

7. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 343 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində nizami hissə üzrə əmrdə işə qəbul olunması barədə qeydlər (xx.xx.20N9-cu il tarixli N nömrəli əmrdən çıxarış) olsa da, onun 44 günlük Vətən Müharibəsi dönəmində hər hansı bir fəaliyyəti barədə (döyüş əməliyyatına cəlb edilmiş şəxsi heyət arasında olub-olmaması, hərbi hissəyə ezam olunub-olunmaması və hərbi hissənin mülki işçisi olub-olmaması barədə) nizami hissə üzrə sənədlərdə müvafiq qeydlər olmadığına görə məlumat əldə etmək mümkün olmamışdır.

8. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 73N nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ istiqamətində gedən döyüş əməliyyatlarının döyüş təminatına cəlb edilmiş şəxsi heyətin tərkibində olması barədə hərbi hissədə rəsmi məlumat yoxdur.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixlii 3-25-4/2-7NN0/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.202N-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir.

10. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli N609 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətən müharibəsində döyüş əməliyyatlarına cəlb olunması, yerinə yetirdiyi tapşırıqlar haqqında, 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla ona müharibə veteranı adı və vəsiqənin verilməsi və bu barədə məlumatların “Zəfər” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 avqust N974-cü ildə Kəlbəcər rayonunun Güneypəyə kəndində anadan olmuşdur (şəxsiyyət vəsiqəsinin surəti əlavə edilir). 03 sentyabr N994-cü ildə Kəlbəcər rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N2 noyabr N996-cı ildə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan 02 sentyabr 2004-cü ildə SHXÇDX-nın Kəlbəcər rayon şöbəsi tərəfindən AR Silahlı Qüvvələrinə çağırılmışdır. 28 dekabr 20N3-cü ildə xəstəliyə görə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (hərbi biletin surəti əlavə edilir). XN müharibəsində, həm də Vətən müharibəsində iştirak etmişdir. Belə ki, N saylı hərbi hissənin tərkibində Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 59 nömrəli əmri əsasında kəşfiyyat tağımında kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 03 sentyabr N994-cü ilədək 7N2 və 70N saylı hərbi hissələrdə hərbi xidmət keçmiş, bu barədə hərbi biletin "müharibə dövründə hərbi xidmət keçməsi" qrafasında da qeyd edilmişdir. N6 mart 20N9-cu il tarixdən 30 sentyabr 202N-ci il tarixədək mühəndis istehkam bölüyünün buldozerçisi vəzifəsində işləmişdir. 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində Kəlbəcər rayonu uğrunda gedən döyüş əməliyyatlarında mühəndis istehkam bölüyünün yol texniki manqasının buldozerçisi vəzifəsində iştirak etmişdir. Bu barədə N9N saylı hərbi hissənin N7 oktyabr 2023-cü il tarixli, 394 nömrəli arayışında qeyd edilmişdir (arayışın surəti əlavə edilir). 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı düşməndən alınmış mövqelərə yol çəkilməsində, mühəndis işlərinin görülməsində bilavasitə iştirak etmişdir. Bu barədə hərbi biletin 20-ci səhifəsində və N9N saylı hərbi hissənin N may 2023-cü il tarixli, N63 nömrəli arayışında qeyd edilmişdir (arayışın surəti əlavə edilir). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) yazılı müraciət etmişdir. Cavabdeh xx.xx.2023 tarixli, 2/2-8N00 nömrəli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh cavab məktubunda bildirmişdir ki, "xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməlliyyatlarında Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin tərkibində iştirak etməyi öz təsdiqini (hərbi hissədə xidmət etməyi və ya məzuniyyətə göndərilməyi) tapmadığına görə ona "Müharivə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur (cavab məktubunun surəti əlavə edilir). Cavabdehin imtinasını əsassız hesab edir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmuş və etiraz göstərilən dəlillərlə əsaslandırılmış (qərarın 6-cı bəndi).

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.20N4-cü il tarixdə verilmiş SX ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.20N4-cü il tarixdə verilmiş ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli 9/2-208N nömrəli məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.20N9-cu il tarixli N nömrəli əmrindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-N8388 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-NNN69 nömrəli məktubu ilə imtina məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli N63 nömrəli arayışı; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 394 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 343 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 73N nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixlii 3-25-4/2-7NN0/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli N609 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

28. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin tərkibində iştirak etməyi öz təsdiqini (hərbi hissədə xidmət etməyi və ya ezamiyyətə göndərilməyi) tapmadığına görə cavabdeh orqan tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

29. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xx.xx.20N9-cu il tarixdən xx.xx.202N-ci il tarixədək mühəndis istehkam bölüyünün buldozerçisi vəzifəsində işləmişdir.

30. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatları zamanı düşməndən alınmış mövqelərə yol çəkilməsində, mühəndis işlərinin görülməsində iştirak etdiyini iddia edir.

31. O, əvvəlki iclaslarda sentyabrın 27-28-i Kəlbəcərin 3 təpə yüksəkliyinə yol çəkdiyini, bundan sonra isə yalnız dekabr ayında yol çəkilməsində iştirak etdiyini bildirmişdir.

32. Göründüyü kimi, iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə düşməndən azad edilmiş ərazi olmaqla, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmur.

33. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 343 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində nizami hissə üzrə əmrdə işə qəbul olunması barədə qeydlər (xx.xx.20N9-cu il tarixli N nömrəli əmrdən çıxarış) olsa da, onun 44 günlük Vətən Müharibəsi dönəmində hər hansı bir fəaliyyəti barədə (döyüş əməliyyatına cəlb edilmiş şəxsi heyət arasında olub-olmaması, hərbi hissəyə ezam olunub-olunmaması və hərbi hissənin mülki işçisi olub-olmaması barədə) nizami hissə üzrə sənədlərdə müvafiq qeydlər olmadığına görə məlumat əldə etmək mümkün olmamışdır.

34. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli N609 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətən müharibəsində döyüş əməliyyatlarına cəlb olunması, yerinə yetirdiyi tapşırıqlar haqqında, 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin əmrlərində heç bir məlumat yoxdur.

35. Beləliklə, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun İkinci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməməsidir ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

36. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd). 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən N-ci bəndinin N0-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: - 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: N) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə.

39. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək məhkəmə qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – N) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

40. Hazırki işdə isə iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək adıçəkilən Əsasnamədə nəzərdə tutulan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilmir.

41. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar