Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2659/2022 20.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illərin sosial sığorta stajına hesablanması və ona xəstəliyə görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10516/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə doğulmuşdur. Xəstəliyi ilə əlaqədar pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialına təqdim etmişdir. Lakin işlədiyi illər sığorta stajına hesablanarkən cəmi 19 il hesablanmışdır. Halbuki o xx.xx.1991-ci ildən xx.xx.1995ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF- də fəhlə işləmiş, amma həmin illər onun sığorta stajına hesablanmamışdır. Buna səbəb onun işə qəbul edilmə və işdən azad olunması barədə əmrlərdə olan ad, soyad və ata adı səhvliklər ilə bağlı olmuşdur. Belə ki, qeyd etdiyim kimi, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu 6 nömrəli TTTS-yə aid əmr kitabında o, 27 mart 1991-ci il tarixli 2 nömrəli əmrlə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilmiş, 26 oktyabr 1995-ci il tarixli 7A -$ 2 nömrəli əmri ilə ərizəsinə əsasən sürücülükdən azad olunmuş, 06 fevral 2022-ci il tarixdə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-yə ərizəmə əsasən fəhlə qəbul olunmuş və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmr ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur. Bu barədə Gədəbəy rayon Dövlət Arxivindən xx.xx.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışı almışdır. Eyni zamanda vəkil sorğusu vasitəsilə Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 1991-2022-ci illərə dair Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmrlər kitabında onun adı qeyd olunan səhifələrin təsdiqlənmiş surətləri əldə edilmiş və hazırki ərizəsinə əlavə edilmişdir. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 366 nömrəli arxiv arayışından, eləcə də, 1991-2022-ci illərə dair Gədəbəy rayonu 6 nömrəli TTTS-nin əmrlər kitabında adı qeyd olunan səhifələrin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1991-ci il tarixli 2 nömrəli əmrdə ata adı Murad, yəni "İddiaçı Murad oğlu" kimi, xx.xx.1995-ci il tarixli 7A - $ 2 nömrəli əmrdə ata adı Murad yazılsa da, üstündən xətt çəkilərək qarşısından fərqli qələmlə Mamed kimi, yəni "İddiaçı Mamed oğlu" kimi və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni "İddiaçı Məhərrəm oğlu" kimi qeyd olunmuşdur. Həmçinin, xx.xx.2002-ci il tarixli 2 nömrəli əmrdə ata adı qaralanmaqla "Mamed" kimi qeyd olunmuşdur. Hazırda şəxsiyyətini təsdiq edən sənədlərdə olan soyadı, adı və ata adı (İddiaçı) ilə qeyd olunan hüquq müəyyənedici sənədlərdə (sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991-ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci il tarixli 7A -$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərində) olan soyadı, adı və ata adı ilə düz gəlmir. Bu isə ona pensiya təyin edilərkən həmin illərin sığorta stajına hesablanması ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneə törədir. Bu səbəbdən hüquq müəyyənedici sənədlər olan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin xx.xx.1991-ci il tarixli 2 nömrəli, xx.xx.1995-ci il tarixli 7A-$ 2 nömrəli, xx.xx.2002-ci il tarixli 2 nömrəli və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrlərinin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, xüsusi icraat qaydasında mülki işə baxılarkən maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialını ərizəsində qeyd etmiş, lakin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialı məhkəməyə etiraz ərizəsi göndərərək sözügedən hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə etiraz etdi. Bu səbəbdən mülki iş üzrə mübahisə yarandığına görə ərizəsi baxılmamış saxlanılmışdır. Belə olan halda hesab edir ki, cavabdeh orqan onun xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi illəri sosial sığorta stajıma hesablamalı və ona xəstəliyə görə əmək pensiyası təyin etməlidir. İşin şifahi məhkəmə baxışı iclası 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Fondun 19 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Gədəbəy rayon 6 saylı TTTS-nin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və Gədəbəy rayon 2 saylı ATF-nin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmr kitablarında ata adı səhv qeyd olunduğu və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında" Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İl və İİl dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İl və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən "əmək qabiliyyətli yaş dövrü" ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnaməsinin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İl dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur. "Əmək pensiyaları haqqında" Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı M.İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:
1. 55 il (yaş) - 15 il (emək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü) 2. 40 il x 4 ay (emək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay 3. 160 ay : 12 ay = 13 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı M.İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. "Əmək pensiyaları haqqında" Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 1. SH=PSK/(TxK), burada: 2. SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; 3. PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); 4. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; 5. K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı M.İddiaçı münasibətdə tələb olunan pensiya kapitalı: 1. 55 il (yaş) - 15 il (emək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (emək qabiliyyətli yaş dövrü) 2. 40 il x 4 ay (emək qabiliyyetli yaş dövrünün hər tam ili üçün) = 160 ay 3. Tələb olunan sığorta stajı 200-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır 160/200= 0.8 4. Sığortaolunanın sığorta davamiyyəti emsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,8 x144=115,2 5. 115,2 ay x 200 manat (2019cu ildə əmək pensiyasının minimum məbləği) = 23040 iddiaçının İİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı 15133,23 manat məbləğində olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. İddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrlər (hərbi xidmət illəri daxil olmaqla) nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: xx.xx.1983-xx.xx.1985 (hərbi xidmət) xx.xx.1986-xx.xx.1987 xx.xx.1987-xx.xx.1989 Cəmi 5 il 2 ay 17 gün (5 il faktiki iş stajı x 306 manat) + (306 manat:12 ay x 2 ay) + (306 manat : 365 gün x 17 gün) = 1595,25 manat. Həmin məbləğ Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddənin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə (Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncamlarına əsasən orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir: 1595,25 + 8.3% + 16.7% + 20.8% + 1.5% + 5.7% + 7.9% + 1.1% + 2.4% + 1.4% + 4% + 12.4% + 5.7% + 3% + 2.6% + 2.8% = 3972,86 manat alınır. xx.xx.2006-cı ildən sonra iddiaçının kapitalı 15133,23 manat təşkil edir. 3972,86 + 15133,23 = 19106,09 göründüyü kimi iddiaçının pensiya kapitalı 19106,09 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23040 manatdan azdır (19106,09 < 23040). Həmçinin yuxarıdakı nəticəni təsdiq edən növbəti məqam iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsidir: Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,8 x 144=115,2) və pensiya sığorta kapitalı (PSK=19106,09) alınmış rəqəmə bölünərək (18001,95 /115,2= 165,85 manat) pensiyanın məbləği 165,85 manat manat məbləğində müəyyən edilir (165,85 < 200). Göründüyü kimi, iddiaçı M.İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (19106,09 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq ikinci dərəcəli alillik təyinatının aparıldığı xx.xx.2021-ci il tarixdə qanunla ona əlilliyə qörə əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajina malik olsa da, 23040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - Gədəbəy Rayon Dövlət Arxivinin 366 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışı; - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - əmrlər kitabının təsdiqlənmiş surəti; - İddiaçı pensiya işinin təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Ə s a s l a n d ı r m a h i s s ə s i:
Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək işin faktiki halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış Gədəbəy rayon 161 saylı TMSD-nin xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Gədəbəy rayon 6 saylı TTTS-nin xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və Gədəbəy rayon 2 saylı ATF-nin xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmr kitablarında ata adının səhv qeyd olunduğu və əmək haqqı kitablarının saxlanıldığı faktiki ünvan məlum olmadığı üçün cavabdeh tərəfindən iddiaçının işlədiyi həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi dövr iddiaçıya məxsus İT-l ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin arayışın və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivinin 366 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Muradov X3 Rayon Dövlət Arxivində mühafizə olunan sabiq Gədəbəy rayonu 6 nömrəli TTTS-nin aid əmr kitabında o, 27 mart 1991-ci il tarixli, 2 nömrəli əmri ilə Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsinə 55-72 nömrəli MM3 markalı avtomaşınla birlikdə sürücü dəyişdirilib, 26 oktyabr 1995-ci il tarixli, 74-S 2 nömrəli əmr ilə ərizəsinə əsasən sürücülükdən azad olunub, 06 fevral 2002-ci ildə 2 nömrəli əmr ilə Gədəbəy rayonu 2 saylı ATF-ə ərizəsinə əsasən fəhlə qəbul olunub və 07 aprel 2002-ci il tarixli 3 nömrəli əmri ilə ərizəsinə əsasən fəhləlikdən azad olunmuşdur (xx.xx.1991-ci il tarixli 2 nömrəli əmrdə ata adı Murad, yəni İddiaçı Murad oğlu kimi, xx.xx.1995-ci il tarixli 7A-$ 2 nömrəli əmrdə ata adı Murad yazılsa da üstündən xətt çəkilərək qarşından fərqli qələmlə Mamed kimi, yəni İddiaçı Mamed oğlu kimi və xx.xx.2002-ci il tarixli 3 nömrəli əmrdə ata adı Məhərrəm kimi, yəni İddiaçı Məhərrəm oğlu kimi qeyd olunmuşdur. xx.xx.2002-ci il tarixli 2 nömrəli əmrdə ata adı qaralanmaqla Mamed kimi qeyd olunmuşdur). Məhkəmə iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS İdarəsində sürücü, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də fəhlə işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında öz əksini tapmış məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə iddia tələbinin əlilliyə görə əmək pensiyasının təyin edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -12.1-ci maddəsinə əsasən -22-1.2.2-ci maddəsinə əsasən əlilliyi müəyyən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: - Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; - Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1 -ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərar; ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 4.26cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx.xx.1965-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində 23040 manat pensiya kapitalı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: - 55 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü); - 40 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay; - 160 ay : 12 ay = 13 il 4 ay. Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 13 il 4 aydır. Hazırki işdə isə iddiaçının stajı tələb olunandan artıq təşkil edir. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan birinci şərt mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192yəolan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir; - SH=PSK/(TxK), burada: - SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; - PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); - T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; - K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçı D.Ə.Dünyamalıyevə münasibətdə tələb olunan pensiya kapitalı: - 55 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 40 il (əmək qabiliyyətli yaş dövrü); - 40 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 160 ay; - 160/200-0,8; - 0,8 x 144 = 115,2; - 115,2 ay x 200 = 23040 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur). İddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği 23040 manat təşkil edir. Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının iş stajı 2006-cı ilə qədər mövcud olduğundan və fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı 15133,23 manat məbləğində olduğundan ona münasibətdə pensiya kapitalı Qanunun 27 və 29-cu maddələrinin tələblərinə əsasən hesablanır. İddiaçının əmək kitabçasında qeyd edilən dövrlər (təhsil illəri daxil olmaqla) nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: - (10 il faktiki iş stajı x 306 manat) + (306 manat :12 ay x 7 ay) + (306 manat : 365 gün x 03 gün = 3241 manat (2006-cı ilədək iddiaçının 5 il 2 ay 17 gün mübahisələndirilməyən və 5 il 4 ay 16 gün mübahisələndirilən iş statı). Həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddənin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə (Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamlarına əsasən orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə) uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir: 3241 + 8.3 % + 16.7 % + 20.8 % + 1.5 % + 5.7 % + 7.9 % + 1.1 % + 2.4 % + 1.4 % + 4 % + 12.4 % + 5.7 % + 3 % + 2.6 % + 2.8 % = 8071,37 AZN təşkil edir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd olunduğu kimi, xx.xx.2006-cı ildən sonra iddiaçının kapitalı 15133,23 manat təşkil edir. 15133,23 + 8071,37 = 23204,60 göründüyü kimi iddiaçının pensiya kapitalı 23204,60 manat təşkil edir ki, bu da iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 23040 manatdan artıqdır (23204,60 > 23040). Göründüyü kimi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (23204,60 manat) əmək pensiyasının minimum məbləğindən (200) az olmayan pensiya təminatına imkan verir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Gədəbəy rayon 161 saylı TMSD-də, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Gədəbəy rayonu 6 nömrəli TTTS-də və xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək isə Gədəbəy rayonu 2 saylı ATF-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov