Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-266/2021 02.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı prosessual müddətin bərpası və qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı bələdiyyənin xx.xx.2003-cü il tarixli 17 saylı qərarından şikayət verilmə üçün prosessual müddətin bərpa edilməsi və xx.xx.2003-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC cavabdeh "İddiaçı” MMC-yə, üçüncü şəxslər Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili Dövlət Agentliyinə (bundan sonra mətndə Torpaqların Dövlət İdarəetməsinin Təşkili Dövlət Agentliyi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daş Salahlı kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 17 saylı qərarı və eyni tarixli 1/15 saylı icarə müqaviləsi ilə "xxxx” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində "İddiaçı” MMCnin inşa etdiyi qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən məcburi qaydada çıxarılması, 1.000.000 manat dəyərində dəymiş maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı "İddiaçı” MMC tərəfindən müvafiq sahədən (həmin sahənin bələdiyyə deyil, dövlət torpaqlarına aid edilməsi ilə) qanuni istifadə etməsi, habelə müvafiq dağ mədən ayırmaları əsasında sahənin İddiaçı MMC-nin istifadəsində olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2936 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə görə İddiaçı MMC-yə ayrılmış dağ-mədən ayırmaları habelə reyestr məlumatlarına əsasən istifadəsində olan torpaq sahəsinin hüdudlarının tam olaraq dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi, lakin Qazax rayonu X1 xx.xx.2003-cü il tarixli, 17 saylı qərarı və xx.xx.2003-cü il tarixli, 1/15 saylı icarə müqaviləsi ilə “Diatomit” Elmi İstehsalat birliyinin istifadəsinə verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair) JN-4007 nömrəli şəhadətnamənin 1-ci hissəsində olan 4007 cizgidə göstərilən torpaq sahəsinin 30 ha hissəsi dövlət mülkiyyətində olmaqla cavabdehə ayrılmış dağ-mədən ayırmaları, habelə reyestr məlumatlarına əsasən istifadəsində olan torpaq sahəsinin müvafiq hissəsi ilə üstüstə düşməsi müəyyən edilmişdir. Bu səbəbdən "İddiaçı” MMC tərəfindən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi X1 xx.xx.2003-cü il tarixli, 17 saylı qərarını inzibati aktın etibarsızlığı tələbi ilə məhkəməyə qaydasında mübahisələndirmiş, iş üzrə "İddiaçı” MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə araşdırması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1621/2020-002 saylı məhkəmə aktının (sədrlik edən hakim İ.Şəfiyev) qəbul edilməsi ilə tamamlanmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC, üçüncü şəxslər Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə xx.xx.2020-ci il tarixli 2-2(102)-127/2020 saylı qərarına əsasən "İş materiallarında həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtilə Qazax rayon X3 hansı həcmdə torpaq sahəsi ayrılması barədə qanunvericiliklə müəyyən edilmiş sənədlər əlavə edilmədiyindən mübahisəli torpaq sahəsinin ümumiyyətlə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olub-olmadığı barədə hər hansı nəticəyə gəlmək də mümkün deyildir. Halbuki, mübahisəli torpaq sahəsinin statusu - onun dövlət yaxud, bələdiyyə mülkiyyətində olduğu, kateqoriyası dəqiq müəyyən edilmədən hazırkı mübahisənin qanuni və obyektiv həlli mümkün deyildir. Bunun üçün isə ilk növbədə vaxtilə Qazax rayon X3 torpaq sahəsi ayrılması barədə sənədlər tələb edilərək öyrənilməli, mübahisəli 70 ha torpaq sahəsinin məhz bələdiyyəyə ayrılmış torpaq sahələrinin hüdudları daxilində olub-olmadığı dəqiq müəyyən edilməlidir. İşdəki ekspert rəyində isə (həmçinin mütəxəssis rəyində) torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu qeyd edilsə də, ekspert və mütəxəssisin bu nəticəyə hansı sənədlər əsaında gəldikləri aydın olmur" mövqeyi təsbit edilmişdir. Beləliklə sahələrin koordinatlarının üst üstə düşməsi ilə yanaşı bələdiyyənin öz hüdudları və səlahiyyət çərçivəsi hədlərində hərəkət etməsi müəyyən edilməlidir. Daş Salahlı kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 17 saylı qərarının yuxarıda istinad edilən əsaslarla bilavasitə "İddiaçı” MMC-nin mənafelərinə zidd olmasının müəyyən edilməsi istiqamətində Ali Məhkəmənin Kommersiya kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-127/2020 saylı qərarı ilə müəyyən edilmiş boşluqların aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, qanunvericilik tələblərinin kobud pozulması ilə Qazax rayon X1 xx.xx.2003-cü il tarixli 17 saylı qərarına və xx.xx.2003-cü il tarixli 1/15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə və JN-40xx xxx 50100038 “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnaməyə əsasən 70 ha torpaq sahəsi məhz kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi bentonit gil istehsalı, başqa sözlə sənaye məqsədləri üçün 99 il müddətinə (halbuki, qanunvericiliklə bu müddət ən çoxu 15 il müəyyən edilmişdir) istifadəyə verilmişdir. X6 kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 17 saylı qərarı ilə heç bir halda kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahəsinin digər məqsədlər üçün (həmin torpağın yararlı olub olmamasından asılı olmayaraq) ayrılması, o cümlədən 15 (on beş) ildən artıq müddətə icarəyə verilməsi qanunsuzdur. Nəzərə alınsa ki, bələdiyyə aktının xx.xx.2003-cü il tarixdə rəsmiləşdirilməsi anına həmin sahədə davamlı olaraq dağ mədən işləri aparılırdı, bələdiyyə aktının qəbul edilməsində aşkar şəkildə pozuntuya yol verilmişdir. İstinad edilən Bələdiyyə aktı ilə ayrılmış torpaq sahəsinin İddiaçı MMC-nin faktiki istifadəsində olan və müəssisənin texniki pasportları, habelə müvafiq dağ - mədən ayırlmaları hüdudları daxilindəki sahə ilə koordinatların uyğunluğu müəyyən edildiyi təqdirdə İddiaçı MMC-nin inzibati altın mübahisələndirməsinə dair subyektiv hüququ yaranmış olur. Nəzərə alınmalıdır ki, xx xxxxxxx 2017-ci il tarixli, 01006 saylı, X2 əsasən cavabdeh İddiaçı MMC-yə Qazax rayonu inzibati ərazisində 328,0 ha torpaq sahəsi “Daş Salahlı” bentonit gil yatağının Mərkəzi, Cənub və Şimal sahələrində bentonit gil hasilatı məqsədi ilə beş il müddətinə verilmiş, İqtisadiyyat Nazirliyi tərəfindən isə cavabdehə Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün xx xxxxxx 2017-ci il tarixli İN/L-129/2017 saylı lisenziya verilmişdir. X8 kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 17 saylı qərarına istinad etməklə “xxxx” MMC iddia edilən torpaq sahəsinin ayrılmasından 15 il sonra İddiaçı MMC-yə qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə iddia irəli sürmüşdür. İstinad edilən iddianın mövcudluğu İddiaçı MMC-nin qanuni fəaliyyəti üçün artıq ciddi maneədir və müəssisə qanunsuz inzibati aktın mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmə məcburiyyətindədir. Şikayət vermə müddətinə gəldikdə isə mühahisələndirilən inzibati aktın xx.xx.2003-cü il tarixdə qəbul edilməsinə baxmayaraq İddiaçı MMC sənədin mahiyyəti haqda məlumatsız olmuş, inzibati aktın bilavasitə İddiaçı MMC-nin mənafelərinə toxunmasına ehtimalı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(083)- 60/2019 saylı iş üzrə müəyyən edilmiş, lakin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(102)-127/2020 saylı Qərarına əsasən qeyd edilən mübahisəli əsasların araşdırılması üçün məhkəmə aktı ləğv edilməklə iş yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi X1 xx.xx.2003-cü il tarixli, 17 saylı qərarının etibarsızlığı tələbi ilə məhkəmə qaydasında mübahisələndirilməsinə dair iş üzrə İddiaçı MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Cəmiyyət istinad edilən prosesin aktiv iştirakçısı olaraq mənafelərinin məhkəmə müdafiəsi üçün prosessual imkanlardan istifadə etmişdir. Məhkəmə araşdırması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1621/2020 saylı məhkəmə aktının (sədrlik edən hakim İ.Şəfiyev) qəbul edilməsi ilə tamamlanmış, lakin məhkəmə aktı hazırkı tarixədək tərəflərə təqdim edilməmişdir. Bu baxımdan şikayətləri əsasında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin dövlət torpaqlarının qanunsuz ayrılmasına dair inzibati aktın etibarsızlığı tələbinə dair iddiasının rədd edilməsi hazırda da qeyri-müəyyən olaraq qalmaqdadır. Sahələrin toqquşması (üst-üstə düşməsi) faktının, torpaqların hüquqi rejiminin, müvafiq sahələr üzrə hüquq müəyyənedici sənədlərin müəyyən edilməsi iş üzrə tam obyektiv araşdırmanı şərtləndirən mühüm amillərdir. İstinad edilən iş üzrə şikayət vermə üçün qanunvericilikdə müəyyən edilmiş müddət axımının başlanma anının müəyyən edilməsi ciddi çətinliklə bağlıdır. Lakin istənilən halda İddiaçı MMC-nin hazırda davam edən məhkəmə çəkişmələrinin, o cümlədən mübahisələndirilən aktın etibarsızlığı tələbinə dair iş üzrə icraatın iştirakçısı olması və prosessual imkanlardan istifadə etməsi Daş Salahlı kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarından şikayət verilmə üçün prosessual müddətin bərpa edilməsi üçün əsasdır. İddiaçıya, cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrin iştirakı təmin edilməmiş, məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İşin faktik hallarından göründüyü kimi iddiaçı, mübahisələndirilmə haqqında iddia növü ilə məhkəməyə müraciət etmiş, inzibat orqan tərəfindən qəbul edilmiş xx.xx.2003-cü il tarixli, 17 saylı qərarı mübahisələndirmiş və qeyd edilən iddia növü üçün nəzərdə tutulan ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri – iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İş materiallarında olan Qazax rayonu X1 xx.xx.2003-cü il tarixli 17 nömrəli qərarının surətindən görünür ki, “X4 Birliyi”nin bentonit gil istehsalı üçün X3 məxsus daşlı örüş sahəsindən 70 hektar torpaq sahəsinin verilməsi barədə Az.RDT XK-sl Qazax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, Qazax rayon X1 ehtiyat fond torpağı olan daşlı örüş sahəsindən 70 hektar torpaq sahəsi “X4 Birliyi”nin uzunmüddətli istifadəsinə verilmiş, Bentonit gil istehsalı üçün icarəyə verilmiş torpaq sahəsi barədə Daş Salahlı bələdiyyəsi ilə “X4 Birliyi” arasında torpaq sahəsinin uzun müddətli icarəyə verilməsi haqqında nümunədə göstərilən müqavilə bağlanılmış, torpaq sahəsini icarəyə götürən “X4 Birliyi”dən müqavilədə göstərilən şərtlərə əməl etməklə göstərilən müddətdə icarə haqqını X1 bankdakı xüsusi hesabına köçürülməsini təmin etməsi tələb edilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)1825/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Torpaqların Dövlət İdarəetməsinin Təşkili Dövlət Agentliyinin cavabdeh Qazax rayon X3 (üçüncü şəxslər İddiaçı MMC və “xxxx”MMC) qarşı Qazax rayon X1 xx.xx.2003-cü il tarixli, 17 saylı qərarının etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmuş və mübahisələndirilən qərar etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(104)-305/2020 saylı qərarı ilə “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)1825/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1621/2020 nömrəli qərarı ilə iddiaçı Torpaqların Dövlət İdarəetməsinin Təşkili Dövlət Agentliyi və üçüncü şəxs İddiaçı MMC-in kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-305/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(102)-127/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə, üçüncü şəxslər Qazax rayon X3 və Torpaqların Dövlət İdarəetməsinin Təşkili Dövlət Agentliyinə qarşı torpaq sahəsində inha edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin ərazidən çıxarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(104)-131/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirilən qərardan – inzibati aktdan uzun müddətdir məlumatlı olmuş, bununla bağlı müxtəlif məhkəmə işlərində prosessual tərəf kimi iştirak etmişdir. Müddət bərpasına dair ərizəsində də iddiaçı inzibati aktdan məlumatlı olduğunu, lakin mühahisələndirilən inzibati aktın mahiyyəti haqda məlumatsız olduqlarını, inzibati aktın bilavasitə mənafelərinə toxunması ehtimalının məhkəmə icraatında olmuş 2-2(083)- 60/2019 saylı iş üzrə müəyyən edildiyini, cəmiyyətin digər məhkəmə prosesslərinin aktiv iştirakçısı olaraq mənafelərinin müdafiəsi üçün prosessual imkanlardan istifadə etdiyini bildirmiş, sahələrin toqquşması (üst-üstə düşməsi) faktının, torpaqların hüquqi rejiminin, müvafiq sahələr üzrə hüquq müəyyənedici sənədlərin müəyyən edilməsinin zəruri olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır və müddətin bərpa edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Beləliklə məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin buraxılmış prosessual müddətin bərpası tələbi təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı xx.xx.2003-cü il tarixli, 17 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-266/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-266/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver