Məhkəmə qərarları › İş №2-1(114)-266/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-266/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-266/2022 02.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X1, üçüncü şəxs X3 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy şəhəri, Qumlu massivi, Cavanşir Ağayev küçəsində 0,2298 ha sahədən ibarət torpağa dair X4 adına verilmiş seriya nömrəsi ******* qeydiyyat nömrəsi ********** olan, 29.12.2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mübahisələndirilən çıxarışın verildiyi ərazi “5 Dekabr” Kolxozunun kolxozçularının 30 may 1970-ci il tarixli iclasının qərarı ilə iddiaçının mərhum atası X5 verilmiş, sonuncu tərəfindən orada ev tikilmiş və ailəsi ilə birgə orada yaşamışdır. İddiaçının atası rəhmətə getdikdən sonra isə orada iddiaçı yaşamış, həmin evi təmir etmiş, yanında digər bir ev tikmiş, hazırda da həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmçinin Gədəbəy RİH başçısının 07.05.1996-cı il tarixli 138 nömrəli sərəncamı ilə mübahisəli ərazidən 0.10 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Lakin cavabdeh orqan atasından miras qalmış 0.25 ha ərazidən X3 adına qanunsuz çıxarış vermişdir. Bu səbəbdən də iddiaçı həmin çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin 24.11.2021-ci il tarixli 2-1(114)-2469/2021 nömrəli qərardadına əsasən X8 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə yerləşən evdə əvvələr atası yaşamış, özü isə 1999-cu ildən həmin evdə yaşayır, 2005-ci ildə isə evi söküb 2 mərtəbəli ev tikmişdir. Qeyd olunan evi ona verilmiş 0.20 ha sahədə tikməmişdir, tikdiyi evin bir hissəsi Fazilin torpaq sahəsinin üzərindədir. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən sahə ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilmişdir, iddiaçı isə həmin sahədə ev tikmişdir. İddiaçıya 0.20 ha həyətyanı, 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir, hazırda onda olan sahəyə də göz tikmişdir. Üçüncü şəxsin vəkili X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi sahə ilə bağlı subyektiv hüququ yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 10.12.2021-ci il tarixli **********01 nömrəli etirazda qeyd olunmuşdur ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən X3 adına Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə 0.2298 ha (bağçılıq bostançılıq məqsədilə) torpaq sahəsi ayrılmış və A 306838 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edimiş və 29.12.2017- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisələndirilən çıxarışla Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən X6 ayrılmış 0.2298 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bir halda ki, Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədədir, bu zaman həmin qərar əsasında verilmiş sənədin ləğv edilməsi məsələsinə mahiyyəti üzrə baxıla bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının hazırki iddia ilə bağlı subyektiv hüququ yoxdur. Yəni, həmin sahənin iddiaçıya hər hansı əsasla aidiyyəti olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş “5 Dekabr” Kolxozunun kolxozçularının 30 may 1970-ci il tarixli iclasının qərarı ilə iddiaçının mərhum atası X5 0.25 ha torpaq sahəsi verilməsi qeyd edilsə də, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında istənilən ərazidə istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı iddia etdiyi sahənin müvafiq sənəd əsasında atasına verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinəəsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar