Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-266/2023 28.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğvi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh komandirinin onun barəsində verilmiş xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli N50 nömrəli əmri ilə, iddiaçı N nömrəli hərbi hissənin 1-ci taborununu minaatan tağımının 3-cü minaatan sürücüsü olaraq, Cavabdeh komandirinin N0 avqust N0NN-ci il tarixli 073əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin "i" bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidmətdən azad edilməsinə əsas kimi onu göstərirlər ki, onun barəsində cinayət işi olmuşdur. Barəsində olan cinayət işinə görə iddiaçı Gəncə Hərbi Məhkəməsinin hökmü ilə 10500 (on min beş yüz) manat cərimə edilmişdir, hazırda cərimə ödəyir. Belə bir vəziyyətdə onun işdən azad edilməsi onun dövlətə olan cərimə məbləğini ödəməyinə mane olacaqdır. Sözügedən cinayət işi üzrə xitam verilmiş epizoda yenidən baxılması ilə əlaqədar iddiaçı xidməti uyğunsuzluğa görə işdən azad edilmişdir. Bu tam əsassız və qanunsuzdur. Ona görə ki, haqqında olan araşdırmaya hələ yekun verilməmişdir. Ola bilsin ki, ona həmin epizod üzrə bəraət veriləcəkdir. Bütün hallarda "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsində göstərilir ki, "Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər”. Hesab edir ki, barəsində verilmiş əmr qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cinayət əməllərini hərbçi olduğu müddətdə törətməmişdir, ona görə də hökmdə və xitam qərarında qeyd edilmiş cinayətlərə görə ehtiyata buraxılma əsassız olmuşdur. Cavabdehin nümayəndəsi XN iddianı qəbul etməyərək bildirmişdir ki, N0N1-ci ildə N nömrəli hərbi hissədə xidmət edən X4 MAHHXHQ çavuş İddiaçı "müdafiə nazirliyindən göstəriş var xidməti uyğunsuzluğa görə buraxılanları yenidən hərbi hissəyə qaytarmaq olar" sözlərini dediyinə görə İddiaçı 3 nəfərdən N manat pul alaraq hərbi hissəyə qaytarılmaları üçün X4a vermişdir. X4 bu işi yerinə yetirmədiyinə görə həmin şəxslər İddiaçı və X4 barəsində şikayət etmiş və onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 31N-ci maddələri (Dələduzluq, rüşvət vermə) ilə cinayət işi başlanılmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmü ilə İddiaçı 10500 manat cərimə olunmuşdur. N0NN-ci ilin mart-aprel aylarında İddiaçı Gəncə şəhərində tanıdığı İradə adlı musiqi müəlliməsinin oğlu Cavanşirin hərbi xidmətə qəbul olunması üçün ondan 6000 manat almışdır. Bundan başqa həmin vaxtlarda N nömrəli hərbi hissədən ehtiyata buraxılmış Bəxtiyar adlı şəxs hərbi xidmətə qəbul olunması üçün İddiaçı müraciət etmiş, İddiaçı ondan N000 manat pul almışdır. .Ç.Qasımov həmin şəxslərə kömək etmədiyinə görə onlar hərbi prokurorluğa şikayət etmişlər. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş İddiaçı yuxarıda qeyd olunan qanun pozuntularına yol verdiyini, vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamilovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli N0 avqust N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1-1(095)- 016/N0NN nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Gəncə Hərbi Məhkəməsinin 09 iyun N0NN-ci il tarixli 1-1(095)-016/N01N nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4,31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 3N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.N0NN-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələb üzrə iddia ərizəsini xx.xx.N0NN-ci il tarixdə məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə vermişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş, eləcə də məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı vəzifəyə təyin edildikdən sonra öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.N.1, 178.N.N, 178.N.4 və 3N.4, 31N.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ümumilikdə 10500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qeyd olunan cinayət əməllərinin törədilməsi onun öz etirafedici ifadələri ilə yanaşı, digər sübutlarla da təsdiqini tapmışdır. Nəticə etibarilə müvafiq cəzaya məruz qalaraq məhkum edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da, qərarın məzmunundan görünür ki, iddiaçının yuxarıda qeyd olunan müvafiq əməlləri tam sübuta yetirilmiş, ziyanı ödəməsi əsası ilə icraata xitam verilmişdir. Lakin bu hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Həmçinin iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 134 nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.N0NN-ci il tarixdən sürücü təyin edilmiş, bundan sonra xx.xx.N0NN-ci il tarixdə isə B.Tağıyev adlı şəxsə qarşı dələduzluq cinayəti törətmişdir. Azərbaycan Respublikasının 1994-cü il N3 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -N-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata ehtiyata buraxılmışdır. İşin halları ilə də təsdiq olunur ki, həqiqətən iddiaçının törətdiyi əməllər onun xidməti vəzifəsi ilə bir araya sığmayan hərəkətlərdir və bu səbəbdən də o, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 073əç nömrəli əmri əmri verilərkən qanun pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N, 3N, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğvi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-266/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-266/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver