Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2661/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 5164 nömrəli tibbi rəyində diaqnoz “Üzvi emosional labil (astenik) pozuntu F06.6; Posttravmatik stress pozuntusu F43.1” kimi qeyd edilmişdir.
2. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 10569 nömrəli tibbi rəyində diaqnoz “Üzvi emosional labil pozuntu, depressiv epizodlarla F06.6; Posttravmatik stress pozuntusu F43.1” kimi qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 83 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu, depressiv epizodlarla. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (xx.xx.2020), soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor tip davamlı ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
4. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 267 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, deprressiv daxilolmalar, özünə xəsarət və intihar cəhdləri ilə F07.0” kimi qeyd edilmişdir.
5. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3161 nömrəli rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekoompensasiyalar, deprressiv daxilolmalar, özünə xəsarət və intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0” kimi qeyd edilmişdir.
6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 241 nömrəli rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F62.0” kimi qeyd edilmişdir.
7. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
8. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – H90.7 – Birtərəfli qarışı konduktiv və neyrosensor tipli ağır eşitmə, Bir tərəfli konduktiv və neyrosensor tipli ağır eşitmə.
9. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
10. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F43.1 Posttravmatik stress pozğunluğu” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fiuzli Rayon Mərkəzi Xəstəxanasında, “F06.0 Üzvi mənşəli emosional labil (astenik) pozğunluq” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “G44.3 Xroniki posttravmatik baş ağsırı” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “G44 Baş ağrısının digər sindromları” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Akademik M.Ə.Miqrasımov adına X2, “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı 2 nömrəli X3, “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdam X1 stasionar müalicələrdə olmuşdur. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməklə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-cı ildən N nömrəli hərbi hissədə N mm minaatanın baş tuşlayıcı olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının (bundan sonra MN MHP) hərbi həkim komissiyası tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, №83 X5 göstərilmişdir ki, anamnezindən məlumdur ki, xəstənin irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İlkin psixo-fiziki inkişafı adi olub. Uşaq yaşlarında xasiyyətcə sakit, mehriban, təmizkar, səliqəli və intizamlı olub. Məktəbə vaxtında gedib. Orta təhsillidir. Subaydır. İşləmir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində "Qapalı kəllə-beyin travması, barotravma" xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 2636 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilkin tibbi yardım döyüş meydanında göstərildikdən sonra Füzuli RMX-na göndərilmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Füzuli RMX-da "Qapalı kəllə-beyin travması, barotravma diaqnozu ilə müalicə almış, xx.xx.2020-ci il tarixdə Zərdab RMX-na təxliyə olunmuşdur (əsas: xx.xx.2021-ci il tarixli 1560 nömrəli arayış), xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Zərdab RMX-da "Qapalı kəllə-beyin travması. Barotravma. Bronxit" diaqnozu ilə stasionar müalicədə olmuşdur (asas: ******* nömrəli xəstəlik tarixindən çıxarış). Müalicə başa çatdıqdan sonra öz hərbi hissəsinə qayıdıb. İddiaçı Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" "Vətən müharibəsi iştirakçısı" medalları təltif olunmuşdur. G iddiaçı xx.xx.2022-xx.xx.2022ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında müayinədə olmuşdur, xəstəyə bu müddətdə üzvi emosional labil pozuntu diaqnozu goyulmuşdur. İddiaçı həmçinin xx.xx.2023-xx.xx.2024-il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında müayinədə olmuşdur. Müayinə nəticəsində iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması, nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez baş verən dekompensasiyalar, depressivlik, özünə xəsarət və intahar cəhdləri, kognitiv disfunksiyaların enməsi, kobud olaraq davranış pozuntusu diaqnozu qoyulmuşdur. Müalicəsini davam etdirmək üçün müxtəlif tarixlərində Respublika Psixiatriya Xəstəxanasında olmuşdur və xəstəyə oxşar diaqnozlar qoyulmuşdur. xx.xx.2024-cü ildə verilmiş çıxarışda xəstəliyin xroniki olduğu da göstərilmişdir. Həkim Psixiatr Komissiyasının iddiaçı barəsində xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və müvafiq olaraq 5164, 10569 nömrəli rəylərində üzvi emosional labil(astenik) pozuntu F06.6, postftravmatik stress pozuntu F43.1 diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il, xx.xx.2024-cü il və müvafiq olaraq 267, 3161 nömrəli rəylərində üzvi müharibə zamanı alınmış qapalı kəllə-beyin travması, nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressivlik, özünə xəsarət və intahar cəhdləir, kognitiv disfunksiyaların enməsi F07.0 , kobud olaraq davranış pozuntusu diaqnozu qoyulmuşdur. Ən son xx.xx.2024-cü tarixli 402 nömrəli rəydə iddiaçının vəziyyəti daha da ağırlaşmış və müayinə zamanı davamlı şəxsiyyət dəyişikliyi F 62.0 diaqnozu qoyulmuşdur. İddiaçı X8 əlillik təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixli, №3-17-4/2-Q-697/2025 verilmiş imtina məktubunda bildirilmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 No-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, əlillik təyininə imkan vermədiyindən, İddiaçı barəsində "diaqnozun əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir ona görə də məhkəməyə müraciət edir. Belə ki, iddiaçı hesab edir ki, Agentlik tərəfindən onun barəsində təyin edilmiş diaqnozlar dəqiq araşdırılmamış və əsassız olaraq ona əlillik təyin edilməsindən imtina edilmişdir. Təqdim edilmiş bütün sənədlər (şəhadətləndirmə, Hərbi-həkim komissiyasının, Həkim-psixiatr komissiyasının rəyləri, qərarları) iddiaçının əlilliyini təsdiq edir. Əlave olaraq, iddiaciya Azerbaycan Respublikasi Müdafiə Nazirliyi Hərbi Hissəsi tərəfindən təqdim olunan xx.xx.2024-ci il tarixli 2636 saylı "travma haqqında" arayışdan da görünür ki, N nömrəli hərbi hissə əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı düşmən tərəfinden atılan artilleriya atəşi nəticəsində "qapaı kəlləbeyin travması, barotravma" xəsarəti almışdır. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
17. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş (əyani müayinə zamanı) və Tibbi-Sosial ekspert komissiyasının qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarı barədə məlumat rəsmi qaydada iddiaçıya verilmədiyindən, iddiaçı isə hazırkı tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 5164 nömrəli tibbi rəyi; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 10569 nömrəli tibbi rəyi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 83 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 267 nömrəli rəyi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3161 nömrəli rəyi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 241 nömrəli rəyi; - xx.xx.2024-cü il tarixli göndəriş; - Xəstəlik tarixindən çıxarışlar; - Məhkəmənin sorğusuna əsasən iddiaçının tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
29. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli yeni göndəriş rəsmiləşdirilmiş, həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – H90.7 – Birtərəfli qarışı konduktiv və neyrosensor tipli ağır eşitmə, Bir tərəfli konduktiv və neyrosensor tipli ağır eşitmə.
30. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
31. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı “F43.1 Posttravmatik stress pozğunluğu” diaqnozu üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fiuzli Rayon Mərkəzi Xəstəxanasında, “F06.0 Üzvi mənşəli emosional labil (astenik) pozğunluq” diaqnozu üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “G44.3 Xroniki posttravmatik baş ağsırı” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsdə, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, “G44 Baş ağrısının digər sindromları” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək Akademik M.Ə.Miqrasıımov adına X2, “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı 2 nömrəli X3, “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Ağdam X1 stasionar müalicələrdə olmuşdur.
32. Göründüyü kimi, iddiaçıya ilkin əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, ilkin əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi üçün iki şərt vardır (göndəriş verildiyi zaman qüvvədə olan qanunvericilik normalarına əsasən): 1) şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 2) şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir).
33. Yəni, normanın məzmunundan göründüyü kimi, şəxs barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsi üçün ya eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması, lakin həmin müalicəyə baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması tələb olunur.
34. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının ambulator müalicəsinin olmadığı, stasionar müalicəsinin isə son 12 ay ərzində (xx.xx.2024-cü il tarixdən əvvəlki son 12 ay) “F62.0” diaqnozu üzrə cəmi 44 gün (31 gün + 13 gün) olması müəyyən edilir ki, bu da 6 aydan azdır.
35. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə uzun müddət müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.
36. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.
37. Eyni zamanda, iddiaçının barədə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnozlar “Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirildikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – H90.7 – Birtərəfli qarışı konduktiv və neyrosensor tipli ağır eşitmə, Bir tərəfli konduktiv və neyrosensor tipli ağır eşitmə” olmuşdur. Hansı ki, həmin xəstəliklərin heç bir müddət gözlənilmədən göndəriş rəsmiləşdirilməsi nəzərdə tutulan (Qaydaya 1 nömrəli əlavədə qeyd olunan) xəstəlik deyildir.
38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na görə:
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na görə: Bənd 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
41. Yekunda, məhkəmənin qənaətinə görə, iddiaçıda adıçəkilən Qaydaya 1 nömrəli əlavədə qeyd olunan (müddət gözlənilmədən göndəriş verilən) xəstəliklərin olması müəyyən olunmadığından ona göndərişin verilməsi üçün yuxarıda qeyd edilən Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddətlər (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) gözlənilməlidir. Xəstəliklər və onun ağırlaşmaları ilə əlaqədar iddiaçının müalicə müddətinin az olması ona əlillik dərəcəsinin təyini üçün yetərli deyildir.
42. İddiaçının özü tərəfindən yuxarıda qeyd olunan müddətlərdə tələb olunan həddə ambulator və stasionar müalicə alması barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva