Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2671/2023 11.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanına əsasən 20 ildən artıq xidmət etməyini nəzərə alaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı Ali Birləşmiş komandirlər məktəbində, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər Gizirlərin hazırlıq kurslarında, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar bölməsinin sərəncamında, xx.xx.2000-cı il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə xidmət etmiş və fasiləsiz ordu sıralarında xidməti 20 il 9 ay 18 gün təşkil etmişdir. Xidmətini yenə də davam etdirmək istəmiş, lakin xidmət müddəti ərzində əmələ gələn onkoloji xəstəliyi olduğuna görə göstərdiyi müddətlə HHK-nin rəyi əsasında tərxis olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il 9 ay 18 gün xidmət etmiş və bununla bağlı hərbi vəsiqədə və ərizəyə əlavə etdiyi müvafiq sənədlərdə qeydlər var. Ödənilmiş məhkumluğundan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci, və 3-cü dərəcəli medallarla təltif olunmuş və xidmətini davam etdirmişdir. Lakin Silahlı Qüvvələrinin Hərbi Həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararsız bilinib ordu sıralarından ehtiyata buraxılmışdır. Bütün bunlara baxmayaraq cavabdeh bu halları nəzərə almayaraq onun mənzillə təmin olunmağınа maneələr yaradır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təminindən imtina edilmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, İddiaçı diaqnozu “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilərək, “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. -işə əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 163 nömrəli arayışından görünür ki, istefada olan baş gizir İddiaçı həqiqətən o, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı ABKM-də, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə qədər Zabit HTK-nun “Gizirlərin hazırlanması kursu”nda, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar və Hərbi Təhsil üzrə müavininin sərəncamında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2007ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə X3 — Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.2018-ci il tarixli 0129 gm nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsi ilə (xəstəliyə görə) istefaya buraxılmış və xx.xx.2018-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində hərbi qeydiyyatdadır. - Gəncə Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(095)-105/2011 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə iddiaçı tərəfindən Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hömkü ilə təyin olunmuş 500 manat cərimə cəzası tam şəkildə ödənilmişdir. -Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(095)-105-2011 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. -işə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, gizir X1 N saylı hərbi hissənin, qərərgah və təhcizat bölüyünün baş texniki vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizamintizamlı, işgüzar bir gizir kimi göstərmişdir. Silahlı Qüvvələrdə tətbiq edilən hərbi nizamnamə və tələbləri bilir və gündəlik xidmətində onlardan düzgün istifadə etməyi bacarır. Keçirilən nəzəri və praktiki dərslərdə iştirak edir. Vəzifə borclarının öhdəsindən layiqincə gəlməyi bacarır. Belə ki, işgüzar gizir kimi təhkim olunmuş silahların, döyüş texnikasının material hissəsini, istifadə edilmə, qorunub saxlanma qaydalarını bilir və onların döyüşə hazır olması üçün əlindən gələni əsirgəmir. Şəxsi gigiyena qaydalarına riayət edir. Zahiri görkəminə, hərbi formanı geymə qaydalarını yerinə yetirilməsinə diqqət yetirir. Fiziki cəhətdən sağlam, mənəviyyatca təmizdir, xasiyyətcə sakit təbiətlidir, hərb işini sevir, öz üzərində yorulmadan çalışır. Yoldaşları arasında hörmət və nüfuza malikdir. Düşdüyü çətin vəziyyətdən düzgün qərar qəbul edərək çıxmağı bacarır. Tənqidi düzgün başa düşür və tənqiddən düzgün nəticə çıxarır. Evlidir, normal həyat tərzi keçirməyi bacarır. Əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasinin dövlət və hərbi sirrlərini qorumağı bacarır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022ci il tarixli 4404 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə qədər Bakı ABKM-də, xx.xx.1999-cu il tarixdən xx.xx.2000ci il tarixə qədər Zabit HTK-nun “Gizirlərin hazırlanması kursu”nda, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixə qədər MN-nin Kadrlar və Hərbi Təhsil üzrə müavininin sərəncamında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2007ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur, həqiqi hərbi xidmətdə olduğu müddətdə Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011ci il tarixli, 1(095)-105-2011 nömrəli hökmü ilə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə 500 manat cərimə cəzası tam şəkildə ödənilmişdir. İddiaçı hazırda Azərbaycan Ordusunda 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini bildirərək dövlət vəsaiti hesabına mənzillə təmin edilməsini tələb edir. Sonuncu bu tələblə cavabdehə müraciət etsə də, iddiaçının qüsursuz xidmət müddətinin 20 təqvim ilindən az olması səbəbindən müraciəti təmin edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsində qeyd olunmuşdur ki, Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə müvafiq tərkibdə Komissiya yaradılsın. Həmin Fərmanın 3-cü hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti Komissiya tərəfindən nəzərə alınsın. Həmin Fərmanın 3-1-ci bəndində qeyd olunmuşdur ki, müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Həmin Fərmanın 3-2-ci bəndində qeyd olunmuşdur ki, aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. Həmin Fərmanın 3-3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixə və xx.xx.1999-cu il tarixdən xx.xx.2018-ci il tarixə qədər ümumilikdə 20 il 7 ay 11 gün Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin qeyd olunan tələblərinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək olan müddət (1 il 20 gün) ərzində məhkumluğu olduğundan sözügedən müddət “qüsursuz xidmət” müddəti kimi nəzərə alınmamalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu müddət məhkumluğu olduğu müddətdən çıxıldıqda Ordu sıralarında qüsursuz hərbi xidmət müddəti 20 təqvim ilindən az olduğundan cavabdeh orqan tələbin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunan Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2671/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2671/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver