Məhkəmə qərarları › İş №2-1(114)-2676/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2676/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2676/2023 14.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Şəmkir bələdiyyəsinin nümayəndəsi X5, üçüncü şəxs X7 vəkili X4 iştirakı ilə, İddiaçı Fanisovnanın cavabdeh Şəmkir bələdiyyəsinə qarşı (üçüncü şəxs X15) qərarın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Fanisovnanın cavabdeh Şəmkir bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə görə cavabdeh Şəmkir Bələdiyyəsinin 02 fevral 2018-ci il tarixli 02 saylı qərarının etibarsız hesab olunması, Şəmkir Bələdiyyəsi ilə üçüncü şəxs X15 arasında bağlanmış 10 fevral 2018-ci il tarixli 4Ə- 251 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X16 vəfat edən günə kimi ünvan 1 ünvanda yaşayıb. Həmin ev və evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi mərhum ərinin atası X6 miras qalmışdır. X18 vəfat edəndən sonra iddiaçı və mərhum əri Eyyub həmin evdə əsaslı təmir işləri aparmış, evi yenidən inşa etmişdir. İddiaçıya və uşaqlarına məxsus bütün əmlaklar hazırda da həmin evdədir. X3 2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan mirasın qəbulu barədə iddiaçı və uşaqları notariat kontora rəsmi qaydada müraciət etmiş və onlar onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Mərhum qayınatasının vəfatından sonra bütün komunal xidmət haqları mərhum əri tərəfindən və öz adı ilə ödənilmişdir. Evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə də torpaq vergisi cavabdeh bələdiyyə tərəfindən, mərhum ərinin adı ilə qəbul olunub. Ərinin vəfatından sonra müvafiq sənədlər toplayan zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh Şəmkir Bələdiyyəsi heç bir hüquqi əsas olmadan mərhum qayınatasından miras qalmış 0.08 ha həyətyanı torpaq sahəsini Şəmkir rayon Notariat Kontorunda rəsmi qeydə alınmış 10 fevral 2018-ci il tarixli 40-251 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında, boş torpaq sahəsi kimi üçüncü şəxs X1. Bundan sonra X17 həm torpaq sahəsinə, həm də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə görə öz adına 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq çıxarış əldə etmişdir. Aşağıda qeyd olunan əsaslara görə iddiaçı hesab edir ki, cavabdeh Şəmkir Bələdiyyəsi iddiaçının və mərhum ərinin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsini üçüncü şəxs X2 ciddi qanun pozuntusuna yol vermişdir. Belə ki, qanunvericiliyin tələbinə görə yaşadıqları ev mübahisəli torpaq sahəsinin üzərində yerləşdiyinə və iddiaçı ailə üzvləri ilə birlikdə ondan təyinatı üzrə istifadə etdiyinə görə, eyni zamanda həmin torpaq sahəsinə görə torpaq vergisi ödədiə görə, torpaq sahəsini almağı cavabdeh birinci onlara təklif etməli idi. Əgər onlar həmin torpaq sahəsini almaqdan imtina etsəydilər, bu zaman cavabdeh həmin torpaq sahəsinin Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinin mənasına görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi qanuni əsaslarla satılmışdır, ona görə də iddia əsassızdır. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, bələdiyyə tərəfindən verilmiş qərar qanunidir, ləğv edilməsi üçün əsas yoxdur. Üçüncü şəxs X15 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, həmin sahəni qanuni əsaslarla almışdır, ona görə də iddia tələbi əsassızdır. Üçüncü şəxsin vəkili X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsində yerləşən ev iddiaçının qaynatası X9 mülkiyyətində olmuş, Bəşir öldükdən sonra iddiaçının əri atasından qalmış miras əmlakdan imtina etmişdir. Digər vərsələr də paylarından imtina etdiyinə görə ev tam şəkildə Yaqubun mülkiyyətinə keçmişdir. Ona görə də bələdiyyə haqlı olaraq evin yerləşdiyi sahəni Yaquba satmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -xx.xx.2017-ci il tarixli, 7E-26044 reyestr nömrəli ərizədən görünür ki, X16 mərhum atası X6 qalan bütün miras əmlakdan imtina etmişdir. -Şəmkir rayon Notariat kontorunun xx.xx.2017-ci il tarixli, 510 nömrəli məktubundan görünür ki, mərhum xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsi, habelə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2017-ci il tarixli saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsi ilkin olaraq X15 müəyyənləşmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən Arayış”dan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir Bələdiyyəsinin adına 29 yanvar 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Həmin torpaq sahəsi Şəmkir Bələdiyyəsinin 02 fevral 2018-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışı və Şəmkir rayonu 1 saylı notariat kontorunun 10 fevral 2018-ci il tarixli, 40-251 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmişdir, qeyd edilən sənədlər və Şəmkir rayonun baş memarının təsdiqlədiyi Yaqub Musayevə məxsus fərdi yaşayış evinin eskiz layihəsi əsasında ünvan 2 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 399.1 kv.m olan fərdi yaşayış evinə dair X10 adına tam mülkiyyət hüququ ilə 28 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Beləliklə işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X16 xx.xx.2017-ci il tarixdə mərhum atası X6 qalan bütün miras əmlakdan imtina etməsi barədə notariusa ərizə vermişdir. Həmçinin, mərhum xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqəsi, habelə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2017-ci il tarixli saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsi ilkin olaraq X15 müəyyənləşmişdir. Bundan sonra, ünvan 2 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi Şəmkir Bələdiyyəsinin 02 fevral 2018-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışı və Şəmkir rayonu 1 saylı notariat kontorunun 10 fevral 2018-ci il tarixli, 40-251 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmişdir, qeyd edilən sənədlər və Şəmkir rayonun baş memarının təsdiqlədiyi Yaqub Musayevə məxsus fərdi yaşayış evinin eskiz layihəsi əsasında ünvan 2 ünvanda yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 399.1 kv.m olan fərdi yaşayış evinə dair X10 adına tam mülkiyyət hüququ ilə 28 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli torpaq sahəsində yerləşən ev iddiaçının qaynatası X9 mülkiyyətində olmuş, sonuncu öldükdən sonra iddiaçının əri X16 atasından qalmış miras əmlakdan imtina etmiş, digər vərsələr də paylarından imtina etdiyinə görə ev tam şəkildə X10 mülkiyyətinə keçmişdir. Odur ki, iddiaçı həmin yerləşdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə qərarını, eyni zamanda həmin qərar əsasında tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirməklə bağlı subyektiv hüquqa malik deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılma lı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi ilə bağlı mübahisə inzibati məhkəmə icraatının predmeti deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarı ilə tövsiyyə edilmişdir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonrainzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Göstərilən hüquq normalarının tələbinə əsasən hesab edirəm ki, hazırki tələbin “alqısatqı müqaviləsinin ləğv olunması” hissəsi üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Fanisovnanın cavabdeh Şəmkir bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar