Məhkəmə qərarları › İş №2-1(114)-2686/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2686/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2686/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçının əlillik vəziyyətinə Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İİİ. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Elektron təyinat əsasında verilmiş xx.xx.2016-cı il tarixli göndərişə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik səbəbi ilə 5 il müdddətinə təyin edilmişdir.

3. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 -Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantın olması, Tac damarın 1 stenti (2014)..; Meyar: İmtina edilir. İmitinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var) səbəbi ilə imtina edilmişdir.

4. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə..; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir) səbəbi ilə imtina edilmişdir.

5. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var) səbəbi ilə imtina edilmişdir.

6. Forma 88 saylı göndərişdən müəyyən edilir ki, İddiaçı stenokardiyanın digər formaları (XBT kodu – İ20.8) diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMXda, xx.xx.2021-ci il tarixdə X4 İnstitutunda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMXda, xx.xx.2022-ci il tarixdə X4 İnstitutunda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göygöl RMX-da stasionar müalicə və müayinələrdə olmuşdur.

7. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – İ20.8 – Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü; Yanaşı xəstəliklər – E78 – Lipoprotein mübadiləsinin pozğunluqları və digər lipidemiyalar, Dislipidemiya; Yanaşı xəstəliklər – İ11.0 – (Durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Hipertoniya xəstəliyi 3-cü dərəcə, Risk 3-cü; Yanaşı xəstəliklər – İ25 – Ürəyin xroniki işemik xəstəliyi; Yanaşı xəstəliklər – İ25.1 – Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz; Ağırlaşma – İ25.2 – Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı (2019) aterosklerotik və kardioskleroz; Ağırlaşma - İ50 - Durğunluq ürək çatışmazlığı, qan dövranı çatmamazlığı 2-ci dərəcə; Yanaşı xəstəliklər – İ70 – Ateroskleroz, Aorta və koronar damarların aterosklerozu; Yanaşı xəstəliklər – Z95.1 – Aorta koronar şuntlu transplantatın olması, Tac damarın 1 stenti (2014); Yanaşı xəstəliklər – Z95.5 – Koronar angioplastik implantatın və transplantatın olması, AKŞ (2019);

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T571/2023 nömrəli ekspert rəyi əldə edilmişdir.

9. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma № 088 saylı göndərişlərdə şəxsin səhhətini əks etdirən “Diaqnozun mətni: 120.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası İİİ f. s” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş və əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, əməliyyatdan sonra onu əməliyyat etmiş həkim tərəfindən təyin edilmiş müvafiq dərman preparatlarını şəxs mütəmadi qəbul edir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilərək, ona xəstəliyilə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Hal-hazırda Göygöl rayonunun Bəhrəmbəy kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. O, 2014-cü ilin mart ayında ürək xəstəliyindən infarkt keçirmişdir. Onu ağır vəziyyətdə X7 şöbəsinə aparmışlar və o bir müddət orada damar tutulması ilə bağlı müalicə olunmuşdur. Xəstəxanada onu anju etmişlər, lakin damarlar açılmamışdır. Ona görə də 02 avqust 2014-cü il tarixdə Gürcüstan respublikasında ürəkdən cərrahiyyə olunmuşdur. Ürəyinə gedən damarların birinə stent qoymuşlar. 2015-ci ilin may ayının 6-dan TSEK ona 2-ci qrup əlillik dərəcəsi təyin etmişdir. Hər il xəstəxanada stasionar müalicə olunurdu. 20 iyun 2019-cu il tarixdə X3 açıq ürək əməlyyatı olunmuşdur. Axırıcı dəfə 06 may 2016-cı il tarixdə TSEK ona 5 il müddətinə 2-ci qrup əlillik təyin etmişdir. 2021-ci ilə kimi hər il ürəkdən stasionar müalicə olunmuşdur. 06 may 2016-cı il tarixdə ona təyin edilmiş 5 illik əlillik müddəti 06 may 2021ci il tarixdə başa çatdıqda əlilliyi dayandırılmışdır. 31 avqust 2022-ci il tarixdə ona axırıncı dəfə imtina cavabı gəlmişdir ki, əlavə müalicəyə ehtiyac var. xx.xx.2022-ci il tarixdə göndərişlə X6 növbəti müayinədən keçsə də əlilliyi bərpa edilməmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir. İmtina cavabında əlavə müalicəyə ehtiyacın olması, xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacın olması, “120.8 stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü” diaqnozu qeyd edilmişdir. Onun diaqnozu və bununla bağlı imtina məktubunda qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, o, axırıncı dəfə açıq ürək əməliyyatı olunmaqla, səhhətin həddindən artıq ağır olduğu halda, cavabdeh orqan onun səhhətinin real vəziyyətini bilərəkdən gizlədir, diaqnozu isə özləri bildikləri kimi qeyd edirlər. Bununla bağlı etirazlarını isə deməyə yer tapa bilmirlər. Dövlət orqanları cavabdehi müdafiə edir. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, imtina cavabı ilə onun konstitusiyada nəzərdə tutulmuş pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, cavabdehin onun xəstəliyi ilə bağlı İİ qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir. İddia ərizəsinə əlavə etdiyi stasionar müalicə barədə tibbi sənədlərdən, ürəyinə stent qoyulması və Gürcüstan Respublikasında ürəkdən cərrahiyyə olunduğu haqqında sənədlərin surətindən görünür ki, o, həqiqətən də ağır ürək xəstəsi olmaqla əlildir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddət bərpa edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona İİ dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İll.Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll.Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinat əsasında verilmiş xx.xx.2016-cı il tarixli göndərişə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları.; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İll.Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (!aun-2).QDÇ-l dər...; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.ill.Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik səbəbi iiə 5 il müdddətinə təyin edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövranı çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, Tac damarın 1 stenti (2014)..; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı var. Səbəbi ilə imtina edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s İİİ. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Qan dövramçatmamazlığı İİ dərəcə..; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir səbəbi ilə imtina edilmişdir. Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il göndərişinə əsasən “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü; Meyar: İmtina edilir. İmtinanın əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var səbəbi ilə imtina edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs üzrə elektron məlumat; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T571/2023 nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları...; Diaqnozun mətni: ÜİX:Gərginlik stenokardiyası fs.İİİ. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik ekstrasistoliyası (laun-2).QDÇ-l dər..; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ÜİX:Gərginlik stenokardiyası fs.İll. Hipertoniya xəs. İİ dər.Aorta və tac damarlarının aterosklerozu.Koronar damara stent implant edildikdən son.vəz.Mədəcik... səbəbi ilə İİ dərəcə əlillik təyin edilmişdir.

28. Bundan sonra İddiaçı əlillik vəziyyətinə Göygöl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında baxılsa da, hər üç qiymətləndirmə zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

29. Halbuki, həmin göndərişlərdə iddiaçıya qoyulmuş əsas diaqnoz ona əvvəllər əlillik təyinatı zamanı qoyulmuş diaqnozlarla eyni olmuşdur. Xüsusən isə İddiaçı stenokardiyanın digər formaları (XBT kodu – İ20.8) diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdə X4 İnstitutunda, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Göygöl RMX-da, xx.xx.2022-ci il tarixdə X4 İnstitutunda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göygöl RMX-da stasionar müalicə və müayinələrdə olmuşdur.

30. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən sonra elə ilk göndərişdə qiymətləndirildiyi zaman artıq stasionar müayinə və müalicəsi mövcud olmuşdur. Lakin iddiçaı həmin göndərişlər əsasında cavabdeh orqanın imtina qərarlarını mübahisələndirmədiyi üçün hazırkı araşdırma zamanı yalnız sonuncu - xx.xx.2022-ci il tarixli göndərişə verilmiş imtinanın əsaslılığı yoxlanılır.

31. Bu zaman da müəyyən edilir ki, sonuncu göndəriş üzrə imtina da səstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var əsası ilə verilmiş, yəni cavabdeh orqan öz imtinasında iddiaçının xəstəliyini inkar etməmiş, yalnız müalicə olunmalı olmasını göstərmişdir ki, Forma 88 saylı göndərişlə (hansı ki, cavabdeh orqan iddiaçının əlillik vəziyyətini məhz həmin sənəd əsasında qiymətləndirir) müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli göndərişə imtina verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X4 İnstitutunda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Göygöl RMX-da stasionar müalicə və müayinələrdə olmuşdur.

32. Qeyd edilən hallar isə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin qanunsuz və əsassız olduğuna dəlalət edir.

33. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən İ10 xəstəliklər İ15.0 Qiymətləndirmə 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, Hipertoniya 65- 2 il xəstəliyi İİİ mərhələ, hədəf orqanların 80 funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.2. Ürəyin işemik xəstəliyi İ20 - İ25 2.2.1. stenokardiya (döş inağı): İ20 Qiymətləndirmə orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

35. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi olan İ20.8 Stenokardiyanın digər formaları, ÜİX; Gərginlik stenokardiyası f s 3-cü onun qiymətləndirildiyi zaman (xx.xx.2022ci il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 2.2.1.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya 65- 2 il ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ 80 olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) 2.3. Ürəyin xroniki işemik xəstəliyi İ25 Ürək çatışmazlığı İ50 Ürək və damar implantlarının və qreftlərin Z95 (transplantlarının) olması 2.3.2. ÜDS-nin ciddi disfunksiyası: XÜÇ İİB mərhələ 65- 2 il 80

37. Göründüyü kimi, iddiaçının göndərişlərdə əks olunmuş diaqnozlar üzrə orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz aralığındadır və bu da iddiaçıya 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.

38. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar