Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2688/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9 və X8) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048 JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edərək həmin torpaq sahəsinə İddiaçı adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə iddiaçıya 0,08 ha torpaq sahəsi verilmiş və Azərbaycan Respublikası DT və XK-nın Samux Rayon Şöbəsinin KOD 50700048 JN- 471F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həmin torpaq sahəsi X7, X2, İddiaçı və X3 verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən texniki səhvə yol verilmiş və şəhadətnamədə 0.15 ha əvəzinə 0.08 ha yazılmışdır. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş texniki səhvi düzəltmək üçün cavabdehə müraciət etsə də, bundan imtina edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, torpağın mülkiyyətə verilməsinə dair KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçüləri 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X4, X5, İddiaçı və X1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, faktiki istifadəsində 0.1476 ha torpaq sahəsi var, həmin həcmdə torpaq sahəsinin mülkiyyətinə verilməsinə etiraz etmir. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə həqiqətən iddiaçının faktiki istifadəsində 0.1472 ha torpaq sahəsi olduğunu qeyd etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı təqdim edilən sənədlər arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasportda həyətyanı torpaq sahəsinin 0.15 ha olduğu qeyd olunduğu halda, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədə mülkiyyətə verilən torpaq sahəsinin 0.08 ha olduğu göstərilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi yaşayış evinə dair təqdim edilmiş xx.xx.1987-ci il tarixli texniki pasport həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən faktiki torpaq sahəsi (0.1472 ha) üzərində hüquqların qeydiyyata alınması mümkün olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı şəhadətnamədən kənar qalan və vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti başçısının Sərkar kənd İƏD üzrə nümayəndəliyinin 600 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında bildirilir ki, həqiqətən iddiaçının mərhum atası X4 adına nümayəndəliyin 2021-2025-ci illər üçün 09 saylı təsərrüfatbaşına kitabının 16 səhifəsində 0.15 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0.02 ha tikili altında torpağı vardır. -surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə X10 və ailə üzvlərinin mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmiş və 471 nömrə ilə kitabda qeydə alınmışdır. -surəti işə əlavə edilmiş AZ-İİ 053792 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" X11 Cəmiyyətin xx.xx.2022-ci il tarixli, **********44 nömrəli məktubda qeyd edilmişdir ki, Samux rayonu Sərkar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahısında X10 və ailə üzvlərinin (X9, İddiaçı və X8) adları mövcuddur. Ailə tərkibi 4 (dörd) nəfər, qanuni həyətyanı torpaq sahəsi 0.15 hektar kimi qeyd edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X10 və ailə üzvlərinin (X9, İddiaçı və X8) xüsusi mülkiyyətinə 0.15 hektar torpaq sahəsi verilmiş, lakin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə torpaq sahəsinin həcmi 0.08 ha qeyd edilmişdir. İddiaçı hazırda faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsini tələb edir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış, lakin texniki səhv olaraq JN-471F saylı KOD 50700048 nömrəli şəhadətnamədə sözügedən torpaq sahəsinin həcmi 0.15 ha əvəzinə 0.08 ha kimi qeyd edilmişdir. Cavabdehin nümyəndəsi də məhkəmə iclası zamanı iddiaçının faktiki istifasində olan torpaq sahəsinin ölçüsünün 0.1472 ha olduğunu etiraf etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, iddiaçı faktiki istifadəsində olan 0.1476 ha torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişdirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” KOD 50700048, JN-471F saylı şəhadətnamədə torpaq sahəsinin ölçülərinin 0.1476 ha müəyyən edilərək torpaq sahəsinə X4, X5, İddiaçı və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2688/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2688/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver