Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2690/2025 01.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Cavabdeh qarşı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2595,00 manat dövlət vəsaitinin ödənilməsi dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: “X8” X16 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən 06 iyun 2022ci il tarixli **********1 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.3-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə kimi işsizlikdən sığorta ödənişi təyin edilmişdir. “X8” X16 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən 11 noyabr 2022-ci il tarixli **********6 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. “X8” X16 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən qəbul edilən 16 dekabr 2022-ci il tarixli **********1 nömrəli əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 13.2.3-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi işsizlikdən sığorta ödənişi təyin edilmişdir. “X8” X16 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən 31 mart 2023-cü il tarixli 3- 17-2/3-2-1172/2023 nömrəli əmrlə Cavabdeh təyin olunmuş işsizlikdən sığorta ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.2.1-ci maddəsinə əsasən Sizə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 2595 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxsin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 2595,00 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası"nın 6.2-ci bəndinə əsasən Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X6 (bundan sonra - Agentlik) qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub Sizə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunur. Daha sonra iddiaçı təkrar cavabdehə xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir: “Sizə əsassız hesablanmış 2595 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-17-2/2-A-44826/2023 nömrəli məktub ünvanlanmışdır, lakin ceyd edilən vəsait tərəfinizdən hazırki dövrə qədər könüllü surətdə X6 ıbundan sonra-Agentlik) geri qaytarılmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydasfnm 6.2-ci bəndinə əsasər “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, bu məktub Sizə təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2595,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 (bundan sonra - Agentlik) ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X2 və Təyinat filialı (bundan sonra - Filial) tərəfindən qəbul edilən 6 iyun 2022-ci il tarixli **********1 nömrəli Əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 13.2.3-cü maddəsinə əsasən 1 may 2022-ci il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi, 16 dekabr 2022-ci il **********1 nömrəli Əmrlə 3 ay müddətinə təkrar sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 2595,00 manat vəsait nağdsız qaydada ödənilmişdir. vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmışdır. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 11 noyabr 2022-ci il tarixli **********6 nömrəli və 31 mart 2023-cü il tarixli 3-17-2/3-2- 1172/2023 nömrəli Əmrlərlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 may 2022-ci il tarixdən, təkrar sığorta ödənişi təyinatı isə 1 dekabr 2022-ci il tarixindən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi doqquz ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş,səbəbləri barədə məlumat təqdim etməmişdir. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin geri qaytarılmasını xahiş edir. Tərəflər arasında publik hüquqi münasibətlər olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, qanunvericiliyə əsasən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X3ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləğidir (2.0.7.). Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən (13.1.). Bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta ödənişi təyin olunur (13.2.3). İşdən göründüyü kimi cavabdeh işsizlikdən sığorta ödənişi almaq üçün iddiaçıya müraciət etmiş və ona “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.3.-cü maddəsinə əsasən sığorta ödənişi təyin edilmiş və cavabdehə 2595 manat işsizlikdən sığorta ödənişi ödənilmişdir. Sonradan iddiaçı müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “İşsizlikdən sığorta haqqında” Qanunun 18.0.1-ci maddəsinə əsasən şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə işsizlikdən sığorta ödənişi dayandırılır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 620 saylı Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda göstərilmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-1-ci maddəsinə uyğun olaraq, sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin edilir. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda, həmin sənədlərin (məlumatların) təqdim edilməsinə dair MEİS vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir (5.1.). Sığorta ödənişini almaq hüququ olan şəxsin müraciəti “Məşğulluq” altsistemi (bundan sonra – MAS) tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Sığorta ödənişinin təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə məlumat bu Qayda ilə müəyyən edilmiş formada sığorta ödənişi alan şəxsin elektron kabinetində yerləşdirilir və (və ya) ismarıc onun mobil telefon nömrəsinə göndərilir (2, 3, 4 və 5 nömrəli əlavələr (5.2.). “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığorta-olunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır (6.2.). Göründüyü kimi “İşsizlikdən sığorta haqqında” Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda işsizlikdən sığorta ödənişi geri qaytarılır. 18-ci maddədə isə bu əsaslardan biri kimi “şəxsin məşğul şəxs hesab edilməsi” qeyd edilmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-946/2025 saylı cavab məktubu ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak (torpaq) və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasının ilkin hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.Sorğuya əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən********** qeydiyyat nöməli, xx.xx.2021-ci il tarilii çıxarışa əsasən Qazax rayonu,Daşsalahlı kəndində yerləşən 0.2341 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh və digərlərinə (X4, X7, X9 və X1 məxsusdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsinə əsasən sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslər sayılırlar. Göründüyü kimi,cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 2595,00 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2690/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2690/2025
01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver